Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1362/2023 05.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X3 (üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi və 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə) qarşı mülki iş üzrə (Açar sözlər: məcburi miras payın müəyyən edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X24 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı vəkili Vəkil3, cavabdeh X2 nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-919/2023 qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçının nümayəndəsi Vəkil1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının atası X6 və anası İsgəndərova Fatma Həmid qızının birgə mülkiyyətində olmuş Sumqayıt şəhəri, 2-ci mkrn, Sülh küçəsində yerləşən qeyri-yaşayış sahəsinə münasibətdə: atası X6 vərəsəsi olaraq ona düşən məcburi payının; anası İsgəndərova Fatma Həmid qızının qanun üzrə vərəsəsi olaraq ona düşən payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə verərək, İddiaçı atası X14 və anası İsgəndərova Fatma Həmid qızının birgə mülkiyyətində olmuş ünvan 1ndə yerləşən qeyri-yaşayış sahəsinə münasibətdə, atası X6 vərəsəsi olaraq ona 1/28 (iyirmi səkkizdə bir) hissədə düşən məcburi payın, anası İsgəndərova Fatma Həmid qızının qanun üzrə vərəsəsi olaraq ona 1/12 (on ikidə bir) hissədə düşən payın cəmi olaraq, 10/84 (səksən dörddə on) hissədə payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının atası X6 və anası İsgəndərova Fatma Həmid qızının xx.xx.2004-cü il №004149 nömrəli Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən təqdim edilən mülkiyyət hüququ haqqında şəhadətnaməsinə əsasən, Sumqayıt şəhəri, 2-ci mkrn, Sülh küçəsində yerləşən 81,38 kv.m qeyri-yaşayış sahəsi xüsusi mülkiyyətlərində olmuşdur. Atası və anası tərəfindən mülkiyyətlərində olduğu qeyri-yaşayış sahəsinin yenindən qurulması məqsədi ilə edilmiş müraciətə əsasən Sumqayıt şəhəri İcra Hakimiyyətinin xx.xx.2012-ci il sərəncamı ilə mövcud obyektin ümumilikdə 186 kv.m torpaq sahəsində müasir memarlıq üslubunda lahiyələndirilməsi və tikintisinə icazə verilmişdir. 19 dekabr 2012 ci ildə atası M.İsgəndərov və 04 fevral 2022-ci ildə anası F.İsgəndərova vəfat etmişdir. İddiaçı 90-ci illlərin sonundan etibarən Rusiya Federasiyasına köçmüş və orada daimi yaşayır. Səhhətində olan problemlərdən və digər səbəblərdən tez-tez Azərbaycana gedib-gələ bilmir. Sonuncu dəfə anasının vəfatından sonra Azərbaycana gəldikdə iddiaçıya məlum olmuşdur ki, atası və anasının birgə mülkiyyətində olan və atasının vəfatında sonra anasının faktiki istifadəsində olan sözügedən Sumqayıt şəhəri, 2-ci mkrn, Sülh küçəsində yerləşən qeyri-yaşayış obyektinə atası tərəfindən hazırkı cavabdeh bacısı X2 xeyrinə 25 noyabr 2012-ci il tarixli vəsiyyətnamə təstib edilmişdir. Bu barədə bu yaxınlaradək iddiaçıda hər hansı məlumat olmamışdır və anası öləndə həmin obyekt onun tam mükiyyətində və sahibliyində olmuşdur. Əlavə olaraq, məhkəmənin diqqətinə çatdırır ki, iddiaçının anası 4 fevral 2022-ci ildə vəfat etdikdən sonra onun vərəsəsi kimi müvafiq şəhadətnamənin əldə edilməsi üçün notariat ofisinə müraciət etsə də 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzidnə Notariat Ofisi bugünədək iddiaçıya nə atası, nə də anasına dair müvafiq şəhadətnamələri təqdim etmir, nə də təqdim etməkdən rəsmi qaydada imtina etmir. Cavab olaraq bildirilir ki, miras əmlakın dairəsini müəyyənləşdirə bilinmədiyindən sözügedən qanun üzrə vərəsəlik şəhadətnamələrini iddiaçıya təqdim edə bilmirlər. Sözügedən vəsiyyətnamə qanunvericiliyə uyğun olmasa da, iddiaçı hal hazırda həmin vəsiyyətnamənin etibarsızlığını deyil, mülki qanunvericiliklə iddiaçıya düşən məcburi payın müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
4. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
5. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-919/2023 qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Gülnarə Tağızadə).
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı tələb etdiyi miras əmlakı nə faktiki, nə də qanuni yolla qəbul etməmişdir. Bundan əlavə olaraq məhkəmə qeyd edir ki, tələb edilən miras kütləsindən tələb edilən pay hazırda mövcud deyil və dövlət reyestrindən qeydiyyatından keçməmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mənzil Məcəlləsinin 1133.1, 1151.1,1151.1.1, 1159.1, 1243.1, 1243.2, 1243.3, 1252, 1262,1263, 1273.1,1321.1, 1321.2, 1321.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(060)-919/2023 qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk olaraq onu qeyd edir ki, AR Konsutitusiya Məhkəməsinin Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarında da göstərildiyi kimi mirasın qəbulu üçün qanunvericilidkə nəzərdə tutulmuş 6 (altı) aylıq müddət notarial qaydada rəsmiləşdirmə üçün nəzərdə tutulmuşdur. Bu müddət ötürüldüyü təqdirdə isə miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Bu səbəblə iddiaçı miras əmlakın bölgüsü ilə bağlı məhkəməyə müraciət etmişdir. Müddətin ötürülməsinə dair iddiaçı izahatında qeyd etmişdir ki, o uzun müddətdir ki, ölkədən kənarda, Rusiya Federasiyasının ərazisində daimi olaraq yaşayır. Son illərdə isə Azərbaycana səhhətində olan problemlər səbəbindən tez-tez gələ bilmədiyini, gəlsə belə uzun müddət qalmadığını qeyd etmişdir. Məhz bu səbəbdən atasının vəfat etməsindən-19 dekabr 2012-ci il tarixindən sonra sağlığında onun mülkiyyətində olan Sumqayıt şəhəri, 2ci mkrn, Sülh küçəsində yerləşən qeyri-yaşayış obyektinin anasının istifadəsində və mülkiyyətində olduğunu düşünmüş və sözü gedən obyektə dair atasına məxsus payın bacısı X3 vəsiyyətnamə yolu ilə verildiyindən ümumiyyətlə xəbəri olmamışdır. X1 4 fevral 2022-ci ilə vəfat etməsindən sonra bundan xəbəri olmuş və ona atası və anasından vərəsəlik yolu ilə keçən miras əmlakın əldə edilməsi ilə bağlı müraciət etmişdir. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Digər tərəfdən məhkəmə qətnamə qəbul edərkən İsgəndərova Fatma Həmid qızının adına dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlakın aşkar edilməyini əsaslandırmışdır. Məhkəmə işinin materiallarında olan xx.xx.2004-cü il tarixli “Mülkiyyət hüququ haqqında şəhadətnamə” dən göründüyü kimi Sumqayıt şəhəri, 2-ci mkrn, Sülh küçəsində yerləşən 81.38 kv.m qeyri-yaşayış obyektinin X6 və X4 xüsusi mülkiyyətində olmuşdur. Belə ki, Sumqayıt şəhəri, 2-ci mkrn, Sülh küçəsində yerləşən 81.38 kv.m qeyri-yaşayış obyekti Murad İsgəndərov və Fatimə İsgəndərovanın birgə nikahda olduqları dövrdə əldə edilmiş, M.İsgəndərov öz payını vəsiyyətnamə yolu ilə qızı Ruhiyyə İsgəndərovaya vermişdir. F.İsgəndərova isə ona çatası miras payını qızı İddiaçıya bağışlasa da birgə nikah dövründə əldə edilmiş əşyaya olan payına nisbətdə isə sərəncam verməmişdir. Bəhs edilən obyektə dair mülkiyyət hüququnu təsdiqləyən yeganə sənəd xx.xx.2004-cü il tarixli “Mülkiyyət hüququ haqqında şəhadətnamə”dir. M.İsgəndərovun vəfat etməsindən sonra xx.xx.2013-cü ildə “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” alınsa da obyektə dair çıxarış alınması üçün müraciət edilməmişdir. Belə ki, Sumqayıt şəhəri, 2-ci mkrn, Sülh küçəsində yerləşən qeyri-yaşayış obyektinin M.İsgəndərova məxsus 1/2 hissəsinin İddiaçının adına rəsimləşdirilməsi barədə vərəsəlik hüququ haqqında şəhadətnamə, qalan 1/2 hissəsinə dair isə digər vərəsə F.İsgəndərovaya qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd edilənlərdən görünür ki, F.İsgəndərovanın adına reyestrdən çıxarış olmasa belə bəhs edilən obyektdə birgə paylı kimi mülkiyyət hüququna malik olmuşdur. Digər tərəfdən, M.İsgəndərovun vəfat etməsindən sonra ondan qalan miras əmlaka dair vərəsələrin notariat orqanından şəhadətnamə alması lakin çıxarışın əldə edilməsi üçün müvafiq orqana müraciət edilməməsi də bəhs edilən obyektə dair vərəsələrin gələcəkdə paylarını tələb etməsinə maneə yardılması məqsədi ilə edildiyi şübhəsini doğurur. İşin materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, mirasın açıldığı vaxt iki vərəsə İddiaçı və Nümayəndə miras payın qəbul edilməsi və ya imtina edilməsi ilə bağlı ərizə verməmişdir. Belə olan halda həmin şəxslərin mirasa olan payları açıq saxlanılmalı, yəni münasibət bildirməmiş vərəsələrin gələcəkdə onlara məxsus olan payı mübahisələndirdiyi təqdirdə onun əldə edilməsinə imkan yaradılmalıdır. Məhkəmənin buna münasibət bildirməməsi və qətnamə qəbul edərkən qiymətləndirməməsi düzgün nəticəyə gəlməməsinə səbəb olmuşdur. Məhkəmə prosesi zamanı dəfələrlə səsləndirilməsinə baxmayaraq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı iddiaçının notariat orqanına müraciətinə müvafiq orqan tərəfindən nə şəhadətnamənin verilməsindən imtina edilməsi nə də ki, şəhadətnamənin verilməsi ilə bağlı konkret cavabın verilməməsinə məhkəmə tərəfindən münasibət bildirilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. Cavabdehin nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, qarşı tərəfin apellyasiya şikayətində qeyd etdiyi yanaşması tam əsassızdır, belə ki, əvvəla əmlak birgə mülkiyyət hüququ əsasında M.İsgəndərova və F.İsgəndərovaya məxsus olmuş və M.İskəndərovun vəfatından sonra notariat tərəfindən «birgə mülkiyyətdə olan əmlakdan payların müəyyən olunması barədə» şəhadətnamə verilməmiş və bu əmlak 2 nəfər arasında bölünərək İddiaçıya ½ hissədə, F.İsgəndərovaya da ½ hissədə pay hüququ əsasında şəhadətnamə verilmiş və sonuncu da öz payını qızı İddiaçıya bağışlamışdır. Sonradan bu qeyri-yaşayış sahəsi tamamilə sökülmüş və həmin ərazidə vaxtı ilə 2 nəfərin birgə mülkiyyətinə verilmiş əmlak mövcud deyildir, bu səbəbdən də cavabdeh İddiaçı həmin əmlak üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıra bilməmişdir. Bu ərazidə yeni bir tikili inşa edilmişdir ki, həmin tikili ilə bağlı sənədləşdirmələr aparılmamışdır və burada mövcud olan tikililər də bir neçə şəxsin istifadəsində və mülkiyyətindədir. Bununla bağlı həmin ərazidə olan tikililərin naturada quruluşunun və ölçülərinin müəyyən olunması ilə bağlı AR DƏDRX mütəxəssisləri tərəfindən baxış keçirilmiş və qeydiyyata alınması nəzərdə tutulan qeyriyaşayış binasının söküldüyü müəyyən olunmuşdur, bu barədə rəsmi ünvanlanmış sorğuya xx.xx.2023-cü il tarixli məktubla cavab verilmiş və həmin cavab məhkəməyə təqdim olunmuşdur. Göründüyü kimi iddiaçı artıq naturada mövcud olmayan bir əmlakdan vərəsə payı tələb edir. Qarşı tərəfin həmin sökülən tikilinin yerində inşa edilmiş digər bir tikilidən vərəsə payı tələb etməsi də absurddur, çünki vərəsəlik haqqında şəhadətnamə üzərində mülkiyyət hüquqları qeydə alınmış əmlakla bağlı verilə bilər, lakin AR DƏDRX ünvanlanmış sorğulara verilmiş cavablarda mərhum M.İskəndərovun və F.İsgəndərovanın adına mülkiyyət hüquqlarına dair çıxarışların verilmədiyi bildirilmişdir. İddiaçının istinad etdiyi xx.xx.2004-cü il tarixli “Mülkiyyət hüququ haqqında şəhadətnamə”də qeyd olunan qeyri-yaşayış sahəsi isə naturada mövcud deyildir və sökülmüşdür. AR MM-nin 203-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin əmlakın naturada mövcud olmaması səbəbindən də cavabdeh İddiaçı vərəsəlik haqqında şəhadətnamə və bağışlama müqaviləsi əsasında bu əmlakla bağlı çıxarış ala bilməmişdir, lakin qarşı tərəf guya bunun hansısa bir səbəbdən məqsədli olaraq aparılmadığını şikayətində qeyd etmişdir. İddiaçı iddia tələbində M.İsgəndərova aid paydan 1/28 hissədə məcburi pay, mərhum F.İsgəndərovaya aid hissədən 1/12 hissədə pay, cəmi olaraq 10/84 hissədə pay tələb edir, lakin bu payın hansı hesablama əsasında yarandığını məhkəmədə sübuta yetirə bilməmiş,əksinə araşdırılan sübutlarla onun iddia tələbinin tamamilə əsassız olması müəyyən olunmuşdur. İşə baxan məhkəmə maddi normalara düzgün istinad edərək iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Belə hesab edir ki ,apellyasiya şikayətində qoyulmuş dəlillər tamamilə əsassızdır və bu dəlillər məhkəmə qətnaməsinin ləğvinə əsas ola bilməz. Qeyd olunanları nəzərə almaqla Sumqayıt Şəhər Məhkəməsi xx.xx.2023-cü il tarixli 2(060)-919/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması və apellyasiya şikayətinin təmin olunmaması barədə qqətnamə qəbul edilmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, qarşı tərəf apellyasiya şikayətinə etirazda bildirir ki, iddiaçı dəfələrlə Azərbaycana gəlsə də notariusa müraciət etməyib. Amma məsələnin əsli belədir ki, iddiaçı həmin əmlakın atasından anasına miras əmlak kimi keçdiyini düşünüb və notariusa yalnız anasının ölümündən sonra müraciət edib. Cavabdehin vəkili bildirir ki, cavabdeh əmlakı həm faktiki, həm də vəsiyyətnamə üzrə qəbul edib və əmlak hazırda mövcud deyil. Amma əmlak cavabdehin razılığı və sərəncam verməsi ilə sökülmüşdür. Cavabdeh iddiaçının həmin əmlakda məcburi pay hüququnun olduğunu bilə-bilə söknütüyə icazə verib və iddiaçının hüququnu pozub. Cavabdehin vəkilinin bildirdiyinə görə əmlak 2013-cü ildə sökülüb. Amma iş materiallarında Sumqayıt Asan Xidmət Mərkəzində Notariat Ofisinin Reyestr Xidmətinə 2022-2023-ci il tarixlərə məktubları var ki, mübahisəli əmlakla bağlı Fatma İsgəndərovanın vərəsəsi qismində Ruhiyyə İsgəndərovanın qeydiyyatı aparılsın. 2013-cü ildə sökülmüş əmlakla bağlı 2022-2023-cü illərdə hansısa hüququn qeydə alınmasından söhbət gedə bilməz. Əgər əmlak məhv olubsa da prosedur düzgün aparılmayıb. İlk növbədə əmlak mülkiyyətçinin adına qeydə alınmalıdır və ondan əmlakın məhv olan, azalan hissəsinə dair ərizə alınmalıdır. Hazırda Reyestr Xidmətinin həmin məktublarını mübahisələndirsə də düşünür ki, iddia perspektivlidir. Notarius Reyestr Xidmətinə 3 məktub göndərib və həmin məktublarda miras əmlak olaraq sırf mübahisəli əmlak göstərilib. Qeyd olunanlara əsasən apellyasiya şikayətini təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(060)-919/2023 qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
12. Məhkəmə kollegiyasının iclasında cavabdeh X2 nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, etiraza dair mülahizəsində iddiaçının vəkili vurğulayır ki, müvəkkili Rusiyada olub və bu səbəbdən notariusa müraciət edə bilməyib. İddiaçı orada qeyd etmir ki, əmlakın anasının adına keçdiyini düşünüb və notariusa anasının ölümündən sonra müraciət edib. Bununla bağlı da Dövlət Sərhəd Xidmətinə rəsmi sorğu verilib və məlum olub ki, iddiaçı dəfələrlə Azərbaycana gəlib. Vərəsəlik işi iddiaçının vəkilinə göndərdiyi etibarnamə əsasında açılıb. Əgər iddiaçı istəsə idi vaxtında bu formada notariusa da müraciət edə bilərdi. Cavabdeh şəhadətnaməni alıb və Reyestr Xidmətinə müraciət edib. Reyestr Xidməti ölçmə apararaq müəyyən edib ki, əmlak sökülüb. Sökülmə də cavabdehin iradəsindən asılı olmadan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı əsasında baş tutub və orada yeni tikililər tikilib. Cavabdeh özü də bilmir ki, həmin əmlakın yerində tikilən tikili hansıdır. İddiaçı tələb etdiyi payın yaranma əsasını göstərə bilməyib. Nə qədər ki vəsiyyətnamə və vərəsəlik haqqında şəhadətnamə qüvvədədir, iddia əsassızdır. Notariusun Reyestr Xİdmətinə göndərdiyi məktublarda söhbət 186 m2-lik əmlakdan gedir. İcra Hakimiyyəti söküntü zamanı heç bir kompensasiya ödəməyib. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-919/2023 qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin və 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1263-cü maddəsinə əsasən Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. 1321-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.
15. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
18. İş materiallarında olan AZ-İİ № 250724 saylı, xx.xx.2022-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, İsgəndərova Fatma Həmid qızı xx.xx.2022-ci il tarixdə ölmüşdür. 19.İşdə olan AZ-İ № 610223 saylı, xx.xx.2013-cü il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X15 xx.xx.2012-ci il tarixdə ölmüşdür.
20. İşə əlavə olan xx.xx.2004-cü il tarixli “Mülkiyyət hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, ünvan 1ndə yerləşən 81,38 kv.m qeyri-yaşayış sahəsi X6 və İsgəndərova Fatma Həmid qızının xüsusi mülkiyyətidir.
21. İşdə olan xx.xx.2012-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X15 ölən günə kimi harada və nədən ibarət olmasından və harada yerləşməsindən asılı olmayaraq ona məxsus olan bütün əmlakını Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 1, mənzil 20-də qeydiyyatda olan qızı X3 vəsiyyət etmişdir.
22. İş materiallarında olan xx.xx.2013-cü il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 vəsiyyətnamədə göstərilən əmlakın vərəsəsi Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 1, mənzil 20-də qeydiyyatda olan arvadı İsgəndərova Fatma Həmid qızıdır. Şəhadətnamə verilən miras əmlak ümumi sahəsi 81,38 kv.m tikintialtı sahə 90,89 kv.m olan 0,009089 ha torpaq sahəsi üzərində yerləşən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasından ibarətdir.
23. İşdə olan xx.xx.2013-cü il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 vəsiyyətnamədə göstərilən əmlakın vərəsəsi Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 1, mənzil 20-də qeydiyyatda olan X5r. Şəhadətnamə verilən miras əmlak ümumi sahəsi 81,38 kv.m tikintialtı sahə 90,89 kv.m olan 0,009089 ha torpaq sahəsi üzərində yerləşən ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binasından ibarətdir.
24. İşə əlavə olan xx.xx.2013-cü il tarixli “Miras payın bağışlama müqaviləsi”nin surətindən görünür ki, İsgəndərova Fatma Həmid qızı Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X16 tərəfindən verilmiş 03 oktyabr 2013cü il tarixli 2V-213 №-li reyestrdə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnməyə əsasən ona düşən miras payı qızı X3 bağışlamışdır.
25. İş materiallarında olan Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat ofsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X15 ilə İsgəndərova Fatma Həmid qızının birgə mülkiyytində olmuş ünvan 1ndə yerləşən qeyri-yaşayış sahəsinin xx.xx.2013-cü il tarixdə vəfat etmiş-X8 məxsus hissəsinin ½ hissəsinə dair vəsiyyətnamə üzrə vərəsəsi – X3 xx.xx.2013-cü il tarixində 2V-212 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmiş, qalan ½ hissəsinə dair qanun üzrə vərəsəsi-İsgəndərova Fatma Həmid qızına xx.xx.2013-cü il tarixində 2V-213 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. xx.xx.2013-cü il tarixində 3M260 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş Miras payın bağışlanma müqaviləsi əsasında İsgəndərova Fatma Həmid qızı ona çatası miras payının X3 bağışlamışdır.
26. İşdə olan Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən verilmiş xx.xx.2013-cü il tarixli arayışından görünür ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində X2 adına qeydiyyata alınmışdır. 27 .İşə əlavə olan X9, X11, X17, X12, X13 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, xx.xx.2012-ci ildə vəfat etmiş ataları X6 vəfatından sonra miras qalmış əmlakı X2 xeyrinə imtina etmişlər.
28. İşdə olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli sərəncamının surətindən görünür ki, 11-ci mikrorayon, ev 1, mənzil 20-də yaşayan X10 və İsgəndərova Fatma Həmid qızına məxsus olan 2-ci mikrorayon, Sülh küçəsində yerləşən mövcud obyektin yenidən qurulması məqsədilə ümumilikdə 186 kv.m torpaq sahəsində müasir memarlıq üslubunda lahiyələndirilməsinə və tikintisinə icazə verilmişdir.
29. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı tələb etdiyi miras əmlakı nə faktiki, nə də qanuni yolla qəbul etməmişdir. Bundan əlavə olaraq məhkəmə qeyd edir ki, tələb edilən miras kütləsindən tələb edilən pay hazırda mövcud deyil və dövlət reyestrindən qeydiyyatından keçməmişdir.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı valideynlərinin öldüyü vaxtı və atası və anasının mülkiyyətində mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin olduğunu bilmiş, lakin, o, mirasın açıldığı vaxtdan, yəni valideynləri öldüyü tarixdən vərəsə kimi mirasın açıldığı yer üzrə notariat kontoruna mirası kütləsinin (mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin) qəbul edilməsi barədə ərizə verməmiş, əmlaka sahiblik etməmiş, əmlakı idarə etməyə faktiki başlamamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı yuxarıda sadalananlara xüsusatlara və qanunvericilik normalarına əsasən mirasın qəbuletmə müddətini ötürmüş və mirasın açıldığı gündən uzun müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Qanunvericiliyə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. 32.Qanunvericiliyə əsasən qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir.
33. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür.
34. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir.
35. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi gördüyünü müəyyən etmək olur.
36. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir. Yəni vərəsənin miras qoyanın yaşadığı evə köçməsi, vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi, əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və s.
37. Qanunun mənasına görə vərəsə tərəfindən miras kütləsinə daxil olan əmlaklardan hər hansı birinin qanunla müəyyən edilmiş qaydada qəbul edilməsi mirasın bütünlüklə qəbul edilməsi kimi qiymətləndirilir.
38. Mirasın faktiki idarə olunması dedikdə isə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir.
39. Hazırki işdən görünür ki, İddiaçı tələb etdiyi miras əmlakı nə faktiki, nə də qanuni yolla qəbul etməmişdir.
40. İddiaçı iddia ərizəsində valideynlərindən miras qalmış əmlakın vaxtında qəbul edilməməsini onunla əsaslandırmışdır ki, o, xəstəliyi ilə bağlı Azərbaycan Respublikasına gəlib gedə bilməmiş, vaxtında miras payını qəbul etməmişdir.
41. İş materiallarına əlavə edlmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli məlumatından müəyyən edilir ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövlət sərhədindən xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər müxtəlif vaxtlarda ölkə ərazisinə giriş-çıxış etmiş, lakin mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməmişdir.
42. Həmçinin iş materiallarından görünür ki, iddiaçı hazırki iddia ərizəsi ilə nümayəndəsi və vəkili Vəkil1 vasitəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda iddiaçının etibarnamə əsasında mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etmək imkanı olmuşdur.
43. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının miras kütləsindən tələb edilən pay hazırda mövcud deyil və dövlət reyestrindən qeydiyyatından keçməmişdir.
44. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 1935-ci il təvəllüdlü İsgəndərova Fatma Həmid qızının adına Azərbaycan Respublikası üzrə Dövlət reyestrindən çıxarış əsasında dövlət reyestrindən qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.
45. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, mübahisəli əmlak hazırki gündə naturada mövcud deyil, həmin əmlakın naturada mövcud olmaması səbəbindən də cavabdeh İddiaçının adına vərəsəlik haqqında şəhadətnamə və bağışlama müqaviləsi əsasında bu əmlakla bağlı çıxarış alınmamışdır.
46. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbində qeyd etdiyi xüsusatları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir.
48. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericilik normalarını düzgün tətbiq edərək haqlı nəticəyə gəlmişdir.
49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, şikayətin dəlilləri iddiaçı tərəfindən sübuta yetirilməmişdir və dəlillərə məhkəmə kollegiyası tərəfindən qiymət verilmişdir. 50.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətlərinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, qətnamənin ləğvi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində sadalanan əsaslar yoxdur.
51. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlili formal mülahizələrdən ibarət olmuşdur.
52. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-919/2023 qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-919/2023 qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.