Məhkəmə qərarları › İş №2(105)-1364/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1364/2022

02.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1364/2022 02.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair Abşeron Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(012)-4775/2021 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin Abşeron rayonu Xırdalan şəhəri, məhəllə 27, 2A saylı evin 73 saylı mənzilinə istifadə hüquqlarının getdikləri gündən itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “X3”nın cavabdeh “Cavabdeh3” kimi oxunmasını, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Abşeron rayonu Xırdalan şəhəri, məhəllə 27, 2A saylı evin 73 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(012)-4775/2021 saylı qətnaməsinə əsasən, iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Abşeron rayonu Xırdalan şəhəri, məhəllə 27, 2A saylı evin 73 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir ( hakim Əhmədov Habil). Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(012)- 4775/2021 saylı qətnaməsindən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli 2(012)-4775/2021 saylı qərardadına əsasən Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(012)-4775/2021 saylı qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti geri qaytarılmışdır (Əhmədov Habil). Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(012)- 4775/2021 saylı qərardadından şikayət vermişdir. Abşeron rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(012)-4775/2021 saylı qərardadına əsasən Abşeron Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(012)- 4775/2021 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət əsassız hesab edilərək baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Əhmədov Habil). Apellyasiya şikayətinin geri qaytarılmalı olmasına dair birinci instansiya məhkəməsinin qərardadı onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilməmiş və Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinin tələbinə görə qiymətləndirilməyən iddia ərizəsinin verilməsi ilə əlaqədar 100 manat dövlət rüsumu ödənilməmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən şikayətin dəlillərini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. İş materiallarınıdan göründüyü kimi Cavabdeh1 tərəfindən apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələblərinə uqğun verilmişdir. Bundan əlavə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. İş materiallarınıdan göründüyü kimi iddiaçı tərəfindən birinci instansiya məhkəməsində iddia ərizəsinin verilməsi üçün 26.07.2021-ci il tarixdə 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı, apellyasiya şikayəti üçün isə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda qeyd olunan 8.6-cı maddəsinin tələbinə müvafiq 6 manat dövlət rüsumu ödənilmişdir. Şərh olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsi hüquqi əsaslar olmadan apellyasiya şikayətinin geri qaytarılmasına dair qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.3, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(012)- 4775/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması üçün hüququ əsaslar olmadığından Abşeron Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(012)-4775/2021 saylı qərardadı və həmin qərardad əsasında çıxarılmış 15 mart 2022-ci il tarixli, 2(012)-4775/2021 saylı qərardadı ləğv edilsin. Cavabdehin həmin apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələblərinə uqğun verilmiş hesab edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar