Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1372/2021 15.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçı: İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə (hakim A.B.Sadıqov) İddiaçı2 və İddiaçı1 Cavabdeh Abdulrəhman oğluna qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə iddianın təmin edilməsi barədə ərizənin təmin olunmaması qərara alınmışdır. İŞİN H A L L A R İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə iddia qaldıraraq Cavabdeh onlara və Əlillər Cəmiyyətinə məxsus mənzildən (otaqdan) çıxarılması (kənarlaşdırılması) və 440 manat məbləğində ziyanın alınıb verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Bununla yanaşı İddiaçı2 iddianın təmin edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ünvan 1 saylı ünvanda yerləşən 1 otaqlı kiçik mənzil 30 ildir ki, Əlillər Cəmiyyətinin rəsmi şəkildə fəaliyyət göstərdiyi otaqdır. Cavabdeh heç bir hüququ və aidiyyatı olmadığı halda xx xxxxxx 2020-ci il tarixdən hazıra kimi Əlil Cəmiyyətə fəaliyyət göstərməyə imkan verməmişdir. Ona görə də işə baxılıb nəticə verilənə qədər Əlillər Cəmiyyətinin istifadəsində olan ünvan 1 saylı mənzili Xaçmaz rayon Əlillər Cəmiyyəti İB-nin sədrinin daimi istifadəsinə verilməsi, habelə dəqiqləşdirmə aparılması ilə əlaqədar iddia ərizəsində göstərilən Əlillər Cəmiyyətinə məxsus ünvanın ünvan 1 saylı mənzil kimi tanınmasının nəzərə alınması, ünvan 1 saylı mənzil Cavabdeh qanunsuz sahibliyindən alınıb Əlil Cəmiyyəti təhvil verilənə kimi, məhkəmə prosesləri davam edən ərəfədə ünvan 1 saylı mənzilə və mənzildə olan Əlil Cəmiyyətin təhlükədə olan əmlakları üzərinə həbs qoyulmaqla, mənzilin qapısı möhürlənməklə, həmin mənzilə giriş və istifadəsinə cavabdehə dərhal qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş edir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı2 verdiyi şikayətdə heç bir dəlil göstərmədən, qərardadın qanunsuz olduğunu göstərib, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli əsassız qərardadını ləğv edib, iddianın təmini tədbiri barədə ərizənin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı1 şikayətin dəlillərini qəbul etdi, ona oxşar izahat verdi və təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı2 və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini, tərəfin izahatını dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 152.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qəbəqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən məhkəmə iddianın təmin edilməsi tədbiri kimi cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər. Azərbaycan Respublikası MPM-nin 158.1.2-ci maddəsinə əsasən məhkəmə iddianın təmin edilməsi tədbiri kimi cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə müəyyən hərəkətləri etməyi cavabdehə qadagan edə bilər. Həmin Məcəlləsinin 158.2-ci maddəsinə əsasən məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər. Birinci instansiya məhkəməsi ərizən təmin etmədikdə, haqlı olmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddianın təmin edilməsi barədə ərizə mahiyyəti üzrə iddia tələbi ilə eynilik təşkil etdiyindən ərizə təmin ola bilməzdi. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçı2 şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2021-ci il tarixli 2(067)-645/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1372/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1372/2021
15.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver