Məhkəmə qərarları › İş №2(105)-1375/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1375/2022

30.08.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1375/2022 30.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın paylar müəyyən olunmaqla bölünməsi və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(059)-42/2022 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın paylar müəyyən olunmaqla bölünməsi və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı qızı X1 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsindəki 27 saylı evin 64-cü mənzilinə köçürülməsi, həmçinin onun bu mənzilə, eləcə də Qəsr-1 MTK tərəfindən inşa edilən, ünvan 1 ünvanda 9-cu mərtəbədə yerləşən 59,4 kv.m ümumi sahədən ibarət 1 otaqlı 72 nömrəli mənzilin ½ hissəsinə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, iddiaçının və qızı X1 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsindəki 27 saylı evin 64-cü mənzilinə köçürülməsi, həmçinin iddiaçının Qəsr-1 MTK tərəfindən inşa edilən, ünvan 1 ünvanda 9cu mərtəbədə yerləşən 59,4 kv.m ümumi sahədən ibarət 1 otaqlı 72 nömrəli mənzilin ½ hissəsinə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(059)-42/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı övladı 15 oktyabr 2008-ci il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsindəki 27 saylı evin 64-cü mənzilinə köçürülməsi, birgə nikah dövründə əldə edilmiş, "xxxx" MTK tərəfindən inşa edilən, ünvan 1 ünvanda 9-cu mərtəbədə yerləşən 59,4 kv.m ümumi sahədən ibarət 1 otaqlı 72 nömrəli mənzilin 1/3,7296 hissəsinə İddiaçı payının müəyyən edilməsi, iddia tələbi üzrə ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun İddiaçı aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim B.Ələkbərov) Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Siyəzən Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(059)-42/2022 nömrəli qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Siyəzən Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(059)-42/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 məhkəməyə ərizə ilə müraciət edərək, tərəflər arasında əldə edilmiş barışıq sazişini təqdim edib onun təsdiq olunmasını, iş üzrə icraata xitam verilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Tərəflərin məhkəmə kollegiyasına təqdim etdikləri 30 avqust 2022-ci il tarixli barışıq sazişi İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 tərəfindən imzalanmışdır. Tərəflər arasında bağlanmış barışıq sazişindən görünür ki, hazırkı mübahisə ilə əlaqədar tərəflər mübahisənin məhkəmədən kənar qaydada həllinə nail olmuşlar. Barışıq sazişinin şərtlərinə görə, iddiaçı X2 və qızı X1 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsindəki 27 saylı evin 64-cü mənzilinə köçürülmə, həmçinin iddiaçı "xxxx" MTK tərəfindən inşa edilən, ünvan 1 ünvanda 9-cu mərtəbədə yerləşən 59,4 kv.m ümumi sahədən ibarət 1 otaqlı 72 nömrəli mənzilin 1/2 hissəsinə payının müəyyən edilməsi barədə iddia tələbindən imtina edir. Cavabdeh iddiaçının və qızı X1 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsindəki 27 saylı evin 64-cü mənzilinə köçürülməsinə razılıq verir və gələcəkdə bununla bağlı hər hansı etirazı olmayacaq. İddiaçı X2 da Bakı şəhəri, Nəsimi rayonu, 3 mikrorayon, Cavadxan küçəsindəki 27 saylı evin 64-cü mənzilə Cavabdeh 1/2 payda mülkiyyət hüququnun tanınmasına etiraz etmir, "xxxx" MTK ilə bu müqavilənin 4-cü bəndində nəzərdə tutulmuş şərtlə (yəni Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsindəki 27 saylı evin 64-cü mənzilə Cavabdeh 1/2 payda mülkiyyət hüququnun tanınması) müqavilə bağlanmasına razılıq verməyi öhdəsinə götürür. Cavabdeh da "xxxx" MTK tərəfindən inşa edilən ünvan 1 ünvanda 9-cu mərtəbədə yerləşən 59,4 kv.m ümumi sahədən ibarət 1 otaqlı 72 nömrəli mənzilə görə 7296 (yeddi min iki yüz doxsan altı) manat məbləğində pulun Elnarə Şiriyevaya ödənilməsi öhdəliyini öz üzərinə götürür. İddiaçı X2 da "xxxx" MTK tərəfindən inşa edilən, ünvan 1 ünvanda 9-cu mərtəbədə yerləşən 59,4 kv.m ümumi sahədən ibarət 1 otaqlı 72 nömrəli mənzilə görə heç bir iddia irəli sürməyəcəkdir. Məhkəmə kollegiyası tərəflərin barışıq sazişini araşdıraraq müəyyən etdi ki, saziş Azərbaycan Respublikası MPM-nin 370.1-ci və 191.1-ci maddələrinin tələblərinə uyğun tərtib edilmiş, barışıq sazişinin təsdiqlənməsinin hüquqi nəticələri aydın surətdə ifadə olunmuşdur. Barışıq sazişinin şərtlərinin təhlili ilə müəyyən edildi ki, tərəflərin barışıq sazişinin şərtləri qanuna zidd deyildir və digər şəxslərin mənafelərinə toxunmur və deməli, barışıq sazişi təsdiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 370.2-ci maddəsinin tələblərinə görə ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 191.2-ci və 261.0.5-ci maddələrinə əsasən tərəflərin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Yenə həmin Məcəllənin 391-ci maddəsinin tələblərinə görə Məcəllənin 19-cu və 20ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 191.1, 191.2, 261.0.5, 370, 391 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ Tərəflər arasında 30 avqust 2022-ci il tarixdə aşağıdakı məzmunda bağlanmış barışıq sazişi təsdiq edilsin:

1. “İddiaçı X2 Cavabdeh qarşı iddiaçının və qızı X1 Bakı şəhəri, Nəsimi rayonu, 3cü mikrorayon, Cavadxan küçəsindəki 27 saylı evin 64-cü mənzilinə köçürülməsi, həmçinin iddiaçının "xxxx" MTK tərəfindən inşa edilən, ünvan 1 ünvanda 9-cu mərtəbədə yerləşən 59,4 kv.m ümumi sahədən ibarət 1 otaqlı 72 nömrəli mənzilin 1/2 hissəsinə payının müəyyən edilməsi barədə” iddia tələbindən imtina edir.

2. Cavabdeh iddiaçının və qızı X1 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsindəki 27 saylı evin 64-cü mənzilinə köçürülməsinə razılıq verir və gələcəkdə bununla bağlı hər hansı etirazı olmayacaq.

3. İddiaçı X2 da Bakı şəhəri, Nəsimi rayonu, 3 mikrorayon, Cavadxan küçəsindəki 27 saylı evin 64-cü mənzilə Cavabdeh 1/2 payda mülkiyyət hüququnun tanınmasına etiraz etmir, "xxxx" MTK ilə bu müqavilənin 4-cü bəndində nəzərdə tutulmuş şərtlə (yəni Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsindəki 27 saylı evin 64-cü mənzilə Cavabdeh 1/2 payda mülkiyyət hüququnun tanınması) müqavilə bağlanmasına razılıq verməyi öhdəsinə götürür.

4. Cavabdeh da "xxxx" MTK tərəfindən inşa edilən ünvan 1 ünvanda 9-cu mərtəbədə yerləşən 59,4 kv.m ümumi sahədən ibarət 1 otaqlı 72 nömrəli mənzilə görə 7296 (ye min iki yüz doxsan altı) manat məbləğində pulun ödənilməsi öhdəliyini öz üzərinə götürür. İddiaçı X2 da "xxxx" MTK tərəfindən inşa edilən, ünvan 1 ünvanda 9-cu mərtəbədə yerləşən 59,4 kv.m ümumi sahədən ibarət 1 otaqlı 72 nömrəli mənzilə görə heç bir iddia irəli sürməyəcəkdir.” Siyəzən Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(059)-42/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın paylar müəyyən olunmaqla bölünməsi və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddia ərizəsi və apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilsin. Qərardaddan 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar