Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1376/2021 19.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, Ərizəçi vəkili və nümayəndəsi X9 iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(029)-81/2021 saylı qərardadından əriəzçi tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X2 miras qalmış Qusar şəhəri, Fizuli küşəsindəki 4 saylı evin və 0,0464 ha həyətyanı torpaq sahəsinin vəsiyyət üzrə X28 tərəfindən, atasının xx.xx.2005-ci ildə vəfatından sonra isə onun tərəfindən qanun üzrə vərəsə kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(029)-81/2021 saylı qərardadı ilə Ərizəçi qeyd edilən ərizəsi baxılmamış saxlanılmış, ona mirasla bağlı ümumi əsaslarla iddia vermək hüququ izah edilmişdir. (hakim A.Vəliyev) Ərizəçi qərardadla razılaşmamış, ondan şikayət verərək qərardadın ləğv edilməsi və onun ərizəsinin mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(029)-81/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, TƏRƏFLƏRİ N İZAHATLARİ : Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin ərizənin nəyə görə baxılmamış saxlanılması barədə gəldiyi nəticə əsaslandırılmamışdır. Qərardaddan hüquq haqqında hansı mübahisənin getməsi məlum olmur. Əksinə o, ərizəsinə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini əlavə etmişdir və bu qətnamələrlə digər vərəsələrin mirasa dair iddiaları rədd edilmişdir. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qərardad ləğv olunmalı, ərizənin mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında Ərizəçi vəkili və nümayəndəsi X29 şikayəti müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Qusar rayon Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə Qusar rayon Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan AZ-İV 150469 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1996-cı il tarixdə doğulmuşdur, atası X28, anası X10r. Yenə iş materiallarında olan xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, X21 xx.xx.2002-ci il tarixdə Qusar şəhərində vəfat etmişdir. Yenə də iş materiallarında olan xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, X22 xx.xx.2003-cü il tarixdə Qusar şəhərində vəfat etmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, X28 xx.xx.2005-ci il tarixdə Qusar şəhərində vəfat etmişdir. Yenə işdə olan xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, X28 ilə X4 nikahı haqqında Qusar rayon QŞ-də xx xxxx 2005-ci il tarixli, 44 saylı akt tərtib edilmişdir. Yenə də işdə olan xx.xx.2019-cu il tarixli, 3010 saylı arayışdan görünür ki, Qusar şəhəri, Fizuli küçəsi, 4 saylı evin sakini X21 2002-ci ildə vəfat etmiş, ondan sonra həmin evdə həyat yoldaşı X22, oğlu Mityayev Nadir, gəlini X11 və nəvələri X33 və X30 yaşamışdırlar. X22 2003-cu ildə vəfat etmiş, ondan sonra həmən evdə X28, X11, nəvələri X33 və X30 yaşamışlar. X28 2005-ci ildə vəfat etmiş, ondan sonra həmin evdə həyat yoldaşı X11 və uşaqları X33 və X30 yaşayırlar. İş materiallarındakı AZ-İ 017926 saylı şəhadətnamənin surətindən görünür ki, X18 adı Ömərə dəyişdirilmişdir. İşdəki RX ******* saylı reyestrdən çıxarışdan görünür ki, Qusar şəhəri, Fizuli küçəsi, 4 saylı evə dair mülkiyyət hüququ X5 adına xx.xx.2016-cı il tarixdə qeydə alınmış, bu barədə xx.xx.2016-cı il tarixli texniki pasport tərtib edilmişdir. İşə əlavə edilmiş Qusar rayon İH Memarlıq və Tikinti Şöbəsinin 28 saylı, xx xxxx 2016-cı il tarixli rəyindən görünür ki, Qusar şəhər sakini X23 mərhum atası X12 məxsus ünvan 1 saylı ünvanda Qusar rayon XDS İcraiyyə Komitəsinin xx xxxx 1982-ci il tarixli, 9/51 saylı qərarına əsasən özünə məxsus 464.0 kv metr həyətyanı torpaq sahəsində 1962-1988-ci illərdə inşa etdiyi fərdi yaşayış evinin bünövrəsi çay daşı, divarları çiy kərpic, dam örtüyü şifer olmaqla 2(iki) mərtəbəli 2(iki) yaşayış otaqlı, ümumi sahəsi 121.9 kv metr, yaşayış sahəsi 25.2 kv metr, köməkçi sahəsi 96.7 kv metr təşkil edir. Həmin torpaq sahəsində 1962-1996-cı illərdə inşa etdiyi ikinci fərdi yaşayış evinin bünövrəsi çay daşı, divarları çiy saman kərpic, dam örtüyü şifer olmaqla 1 (bir) mərtəbəli 1 (bir) yaşayış otaqlı, ümumi sahəsi 25.2 kv metr, yaşayış sahəsi 15.1 kv metr, köməkçi sahəsi 10.1 kv metr təşkil edir. Fərdi yaşayış evləri şəhərin memarlıq üslubuna və kommunikasiya xətlərinə heç bir xələl gətirmir. Buna görə də X13 məxsus Qusar şəhəri, Fizuli küçəsi, 4 ünvanında yerləşən fərdi yaşayış evlərini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi idarəsi tərəfindən qeydiyyata alınması məqsədə müvafiqdir Yenə işdə olan Qusar rayon Notariat Ofisinin xx.xx.2019-cu il tarixli, X-984 saylı məktubundan görünür ki, xx xxxx 2003-cü ildə vəfat etmiş X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barəsində Ərizəçi müraciətinə baxılmışdır. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. X22 vəfat etdikdən sonra Qusar rayon notariat ofisinə mirasın qəbul olunmasına dair müraciət daxil olmamışdır. Bununla bağlı Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. X1 digər varisləri mövcuddur. Mövcud olan digər varislər öz paylarına dair münasibətlərini bildirmədikləri üçün tam şəkildə pay bölgüsünün aparılması mümkün deyildir. Mülki Məcəllənin 1291-ci maddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Bununla bağlı buraxılmış müddətin bərpası və pay bölgüsünün aparılması üçün məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. İş materiallarında olan Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(029)-223/2017 saylı qətnaməsindən görünür ki, X19 və X6 cavabdehlər X31, X32 və X7 qarşı mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin uzadılması, qanun üzrə və vəsiyyət üzrə vərəsəliyin müəyyən olunması, mirasın vərəsələr arasında bölüşdürülməsi, vəsiyyət üzrə vərəsəlik zamanı mirasda məcburi payın ayrılması tələbinə dair ilk iddiası qismən təmin edilərək, Qusar şəhəri, Fizuli küçəsi 4 saylı fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 400 kv.metr torpaq sahəsinə dair mərhum X14 və mərhum X8 hər birinin mülkiyyət payları 50 faiz müəyyən edilərək həmin hissələrin müvafiq olaraq onların miras kütləsinə daxil edilməsi, mərhumlar X5 və X8 miras kütləsinə daxil olan, yuxarıda göstərilən əmlakların vərəsələr tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin səbəbləri üzürlü sayılmaqla, həmin müddətin uzadılması, mərhum X14 miras kütləsinə daxil olan Qusar şəhəri Fizuli küçəsi 4 saylı fərdi yaşayış evinin və evin yerləşdiyi 0.04 hektar həyətyanı torpaq sahəsinin 50 faiz hissəsinə dair vəsiyyət üzrə vərəsəlik müəyyən edilərək həmin mirasa dair iddiaçı X19 məcburi payının 1/6 hissə (8.3 faiz), iddiaçı X6 məcburi payının 1/6 hissə (8.3 faiz) müəyyən edilməsi, həmin mirasa dair mərhum X15 vərəsələri olan X3, X24, X25, X27, X16 miras paylarının isə birlikdə 2/3 (33.4 faiz) hissə müəyyən edilməsi, miras qoyan X8 miras kütləsinə daxil olan Qusar şəhəri, Fizuli küçəsi 4 saylı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 400 kv.metr torpaq sahəsinin 50 faiz hissəsinə dair qanun üzrə vərəsəlik müəyyən olunaraq həmin mirasa dair iddiaçı X19 miras payının 2/3 hissə (33.3 faiz) və mərhum X15 vərəsələri olan X3, X24, X25, X27, X16 miras paylarının isə birlikdə 1/3 hissə (16.7 faiz) müəyyən edilməsi, yekun olaraq Qusar şəhəri, Fizuli küçəsi 4 saylı fərdi yaşayış evinə və evin yerləşdiyi 0.04 hektar həyətyanı torpaq sahəsinə dair X19 miras payının qanun və vəsiyyət üzrə 2.91/7 hissə (41,6 faiz); X6 miras payının 0.59/7 hissə (8,3 faiz); X3, X24, X25, X27, X16 miras paylarının hər birinin payı 0.7/7 hissə (10.2 faiz) olmaqla, cəmi 3.5/7 hissə (50,1 faiz) müəyyən edilməsi və həmin payların müvafiq olaraq həmin şəxslərin mülkiyyətinə verilməsi və X3 X26 və X17 qarşı çıxarışın etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin işdə olan xx xxxx 2017-ci il tarixli, 2(105)- 1557/2017 saylı qətnaməsindən görünür ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı M.Ə.Mityayevanın apelyasiya şikayəti qismən təmin edilmiş, Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(029)-223/2017 saylı qətnaməsi – «ilk iddia qismən təmin edilsin, Qusar şəhəri Fizuli küçəsi 4 saylı fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 400 kv.metr torpaq sahəsinə dair mərhum X5 və mərhum 9 X8 hər birinin mülkiyyət payları 50 faiz müəyyən edilərək həmin hissələr müvafiq olaraq onların miras kütləsinə daxil edilsin, mərhumlar X14 və X8 miras kütləsinə daxil olan, yuxarıda göstərilən əmlakların vərəsələr tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin səbəbləri üzürlü sayılmaqla, həmin müddət uzadılsın, mərhum X14 miras kütləsinə daxil olan Qusar şəhəri Fizuli küçəsi 4 saylı fərdi yaşayış evinin və evin yerləşdiyi 0.04 hektar həyətyanı torpaq sahəsinin 50 faiz hissəsinə dair vəsiyyət üzrə vərəsəlik müəyyən edilərək həmin mirasa dair iddiaçı X19 məcburi payı 1/6 hissə (8.3 faiz), iddiaçı Yaqubova (Mitayeva) Sevilə Saruxan qızının məcburi payı 1/6 hissə (8.3 faiz) müəyyən edilsin və həmin mirasa dair mərhum X15 vərəsələri olan X3, X24, X25, X27, X20 miras payları isə birlikdə 2/3 (33.4 faiz) hissə müəyyən edilsin, miras qoyan X8 miras kütləsinə daxil olan Qusar şəhəri Fizuli küçəsi 4 saylı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 400 kv.metr torpaq sahəsinin 50 faiz hissəsinə dair qanun üzrə vərəsəlik müəyyən olunaraq həmin mirasa dair iddiaçı X19 miras payı 2/3 hissə (33.3 faiz) və mərhum X15 vərəsələri olan X3, X24, X25, X27, X20 miras payları isə birlikdə 1/3 hissə (16.7 faiz) müəyyən edilsin, yekun olaraq Qusar şəhəri Fizuli küçəsi 4 saylı fərdi yaşayış evinə və evin yerləşdiyi 0.04 hektar həyətyanı torpaq sahəsinə dair X19 miras payı qanun və vəsiyyət üzrə 2.91/7 hissə (41,6 faiz); Yaqubova (Mitayeva) Sevilə Saruxan qızının miras payı 0.59/7 hissə (8,3 faiz); X3, X24, X25, X27, X20 miras payları hər birinin payı 0.7/7 hissə (10.2 faiz) olmaqla, cəmi 3.5/7 hissə (50,1 faiz) müəyyən edilsin və həmin paylar müvafiq olaraq həmin şəxslərin mülkiyyətinə verilsin» hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmiş, qətnamə - «ilk iddia təmin edilməyən və X3 X26 və X17 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia təmin edilməsin» hissələrində dəyişdirilmədən saxlanılmışdır. Bu qətnamə Ali Məhkəmənin 28 noyabr 017-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışR.S.Mityayevin kassasiya şikayəti təmin edilməmişdir. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(029)-81/2021 saylı qərardadı ləğv edilməli, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. İş materiallarından görünür ki, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X2 miras qalmış Qusar şəhəri, Füzuli küşəsindəki 4 saylı evin və 0,0464 ha həyətyanı torpaq sahəsinin vəsiyyət üzrə X28 tərəfindən, atasının xx.xx.2005-ci ildə vəfatından sonra isə onun tərəfindən qanun üzrə vərəsə kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə onun ərizəsinin baxılmamış saxlanılması barədə nəticəyə gələrkən ona istinad etmişdir ki, Ərizəçi mirasın qəbul edilməsi ilə bağlı Qusar rayon Notariat Ofisinə müraciət etmiş və həmin notariat ofisi tərəfindən ərizəçiyə xx xxxxxx 2019-cu il tarixli, X- 984 saylı məktub verilərək bildirilmişdir ki, miras qoyan X5 digər varisləri mövcuddur. Mövcud olan digər varislər öz paylarına dair münasibət bildirmədikləri üçün tam şəkildə pay bölgüsünün aparılması mümkün deyildir. Bununla da, hazırkı iş üzrə vərəsəlik hüququ barədə mübahisə vardır və ona görə də, hazırkı işə xüsusi icraat qaydasında baxıla bilməz, iddia icraatı qaydasında baxılmalıdır. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə vərəsəlik hüququ barədə mübahisə olduğundan ərizə baxılmamış saxlanmalı və ərizəçiyə mirasla bağlı ümumi əsaslarla iddia vermək hüququ izah edilməlidir. Məhkəmənin gəldiyi bu nəticə ilə aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası razılaşmır. Azərbaycan Respublikasının MPM-nin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli miras əmlaka dair mübahisənin olmasını notariat orqanı deyil, məhkəmə müəyyən etməlidir. İşdə olan qanuni qüvvəyə minmiş məhkəmə aktlarından görünür ki, bəzi vərəsələrin miras əmlakla bağlı iddialarına məhkəmə qaydasında baxılmış və bu iddialar təmin olunmamışdır. Qusar rayon Notariat Ofisinin xx.xx.2019-cu il tarixli, X-984 saylı məktubundan isə miras əmlakla bağlı məhz hansı vərəsələr arasında mübahisənin olması görünmür. Buna görə də həmin məktuba istinad edilməklə hazırkı ərizənin baxılamamış saxlanılması əsassızdır. Məhkəmə kollegiyasının qənaətinə görə vərəsələrin dairəsi və onlar arasında mirasla bağlı mübahisənin olması məhkəmə iclasında müəyyənləşdirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxılarkən miras əmlakla bağlı hüququ olan vərəsələrin dairəsi, habelə onlar arasında bununla bağlı hər hansı mübahisənin olub-olmaması məhkəmə tərəfindən müəyyən edilməli və yalınız bundan sonra Ərizəçi hazırkı ərizəsinin düzgün həllinə nail olunmalıdır. Hazırkı əsasla Ərizəçi ərizəsinin baxılmamış saxlanılması onun vərəsəliklə bağlı hüquqlarının məhkəmə müdafiəsinin pozulması mənasına gəlir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni baxılamamış saxlamaqla prosessual hüquq normalarına riayət etməmiş, ərizəçinin məhkəmə müdafiə hüququnu pozmaqla qanunsuz və ədalətsiz qərardad qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 398.0 və 398.0.2-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, qərardadı tam və ya qismən ləğv edib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd olunan Məcəllənin 399-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267, 395-396, 398, 399, 400, 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(029)-81/2021 saylı qərardadı ləğv edilsin. Mülki iş, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Qusar Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1376/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1376/2021
19.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver