Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1377/2024 18.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(060)-3462/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC-nin onunla AR ƏM-nin 75.2-ci maddəsinin “a” bəndinə istinadən ‘‘əmək müqaviləsinə xitam verilməsinə dair” xx.xx.2023-ci il tarixli 58 N°li əmrin etibarsız hesab edilərək ləğv edilməsi, onun əvvəlki iş yeri olan cavabdeh ”Sumqayıt Poladkonstruksiya Quraşdırma" ASC-də kran sürücüsü vəzifəsinə bərpa edilməsi, onu qanunsuz olaraq işləməkdən məhrum etmiş bütün vaxt üçün, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan əmək haqqının, eləcə də mediasiya xərcləri üzrə 50 manat məbləğin cavabdeh “Sumqayıt Poladkonstruksiya Quraşdırma'’ ASC-dən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1986-cı il tarixdən cavabdeh “Poladkonstruksiya Quraşdırma” müəssisəsində avtokran idarə edən sürücü (maşinist) peşəsində işə düzəlib. Həmin dövrdə sifarişlərin çoxluğuna baxmayaraq işlədiyi müəssisənin qarajında ağır qaldırma gücünə malik avtokran yox dərəcəsində olubdur və o, bir mütəxəssis kimi Rusiya Federasiyasına ezam olunmuş, oradan lazım olan avtokranı müəssisəyə gətirmiş və bu zaman avtokranın mühərrik sisteminin yenilənməsi üçün öz vəsaiti hesabına 1100 ABŞ dolları vəsait xərcləmişdir. Belə ki, bu ötən illər ərzində avtokran müəssisənin daim istismarında olmuşdur. 2015-ci ildə tərəflərin razılığı ilə əmək münasibətlərinə xitam verilmiş və xx.xx.2019-ci il tarixdən yenidən müddətsiz əmək müqaviləsi bağlanmaqla müəsissədə kran sürücüsü peşəsinə qəbul olunub. 2023-cü ilin ikinci yarısında müəssisədə iş həcminin azalması səbəbindən işəgötürən onu ödənişsız məzuniyyətə göndərmək istədiyini bildirmiş, o isə bunun qarşılığında ötən dövrdən yığılmış əmək məzuniyyətinə çıxmaq istədiyini bildirmiş və rəsmən xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət etmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixdən artıq əmək məzuniyyətində olduğunu hesab edib. Bundan sonra məzuniyyətdə olduğu dövrün əmək haqqı tələbi ilə cavabdeh müəssisəyə müraciət etmiş, onlar isə işçi kimi onunla əmək müqaviləsinə xitam verildiyini bəyan etmişlər. O, bu xəbəri eşidən kimi dərhal aidiyyatı dövlət qurumlarına, o cümlədən X13 Xidmətinə müraciətlər etmişdir. Müfəttişlik müraciətləri əsasında xeyli bir müddət araşdırma aparmış və cavabdeh müəssisənin əməlində işçi olaraq ona münasibətdə kobud qanuna pozuntularını aşkar etmişdir. Cavabdeh tərəfindən onunla əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli 58 Nömrəli Əmrin ləğv olunmasına, eləcə də yol verilmiş digər pozuntuların aradan qaldırılması üçün Məcburi göstəriş vermişdir. X10 tərəfindən cavabdeh müəssisə barədə AR İXM 192.4 və 192.6-cı maddələrində nəzərdə tutlmuş inzibati xəta törədildiyinə görə inzibati protokol, daha sonra isə xx.xx.2023-cü il tarixli Qərar qəbul edilmişdir. Lakin cavabdeh, X9 nə məcburi göstərişinə, nə də inzibatı cəriməyə məhəl qoymamış və onu işə bərpa etməkdən imtina etmişdir. Nəticə olaraq o, pozulmuş əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək yolunu seçmişdir. Bunula bağlı ilkin mediasiya sessiyasında iştirak etmiş və mediator tərəfindən işin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Cavabdeh müəssisənin barəsində çıxarılmış işdən çıxma əmri ilə razı deyil, onu əsassız və qanunsuz hesab edir. Pozulmuş əmək hüquqlarının müdafiəsi ilə bağlı o, ilkin olaraq mediasiya mərkəzinə müraciət etmiş, lakin cavabdeh müəssisə mediasiya sessiyasında iştirak etmədiyi səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hesab edir ki, cavabdeh müəssisənin barəsində çıxarmış olduğu işdən çıxarma haqqında əmri tam qanunsuz və əsassızdır, belə ki, həmin əmr əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozulmaqla çıxarılmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı birinci instansiya məhkəməsinə iddia ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsində onun cavabdeh ”Sumqayıt Poladkonstruksiya Quraşdırma” ASC-yə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburu iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair” tələbi üzrə işə baxılır. Məhkəmənin keçən hazırlıq iclasında, işə sədrlik edən hakim tərəfındən tərəflərin barışığa gəlməsi üçün təklif edilsə də, cavabdeh tərəf bu barışığın mümkünsüzlüyünü bildirməklə, barışmaz mövqedə olmalarını nümayiş etdirmişdir. Odur ki, o da, iddiaçı olaraq vəkil xidmətindən yararlanmaq fikrinə gələrək Sumqayıt şəhəri 1 saylı vəkil bürosunda vəkil kimi çalışan Vəkil ilə müqavilə bağlamış və müvafıq olaraq həmin Vəkil Bürosuna 320 manat vəsait ödəmişdir. Hazırda çəkdiyi vəkil vəsaitinin - məhkəmə xərcləri kimi cavabdeh tərəfindən onun xeyrinə tutulmasında israrlıdır və bu məqsəd ilə tərəfindən verilmiş iddia ərizəsinin tələb hissəsinin 3-cü bəndində mediasiya xərcləri tələbindən sonra, ödənilmiş vəkil xərclərini də əlavə edilməsinə dair ərizə təqdim edir. Qeyd edilənlərə əsasən onun cavabdeh ”Sumqayıt Poladkonstruksiya Quraşdırma” ASC-yə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburu iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair” tələbi üzrə iddia ərizəsinə, tərəfindən ödənilmiş 320 manat məbləğində vəkil xərclərinin də əlavə edilərək cavabdeh ”Sumqayıt Poladkonstruksiya Quraşdırma” ASC-dən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, xx.xx.2019cu il tarixdə aralarında bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən iddiaçı kran sürücüsü vəzifəsinə işə qəbul olunmuşdur. Cəmiyyətin iş həcminin az olması ilə əlaqədar xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin A bəndinə (tərəflərin qarşılıqlı razılığı) əsasən işə xitam verilmişdir. İddiaçının xx.xx.2023-cü il tarixli müraciəti əsasında X13 tərəfindən araşdırılma aparılmış, xx.xx.2023-ci il tarixli qərara əsasən son haqq-hesab ödənilmişdir. Həmçinin iddiaçı Əmək müqaviləsinin bərpa olunması məqsədilə 05 fevral 2024-cü il tarixdə cəmiyyətə dəvət olunmuş, lakin iddiaçı Əmək müqaviləsinin bağlanmasına etirazını bildirərək, şifahi qaydada qeyd etmişdir ki, artıq onlarla işləmək istəmir və başqa bir təşkilatda işləyir. Bu səbəbdən aralarında Əmək müqaviləsinin bağlanması mümkün olmamışdır. Həmçinin Əmək müqaviləsinin bağlanmasına etiraz etdiyi üçün iddiaçıdan yazılı izahat tələb olunsa da, iddiaçı bunu verməkdən imtina etmişdir. Bu səbəbdən cəmiyyətin kollektivi tərəfindən iclas təşkil olunmuş, iclasda səlahiyyətli şəxslər çıxış edərək iddiaçının Əmək müqaviləsi bağlanmasına etiraz etməsi barədə Akt və Protokol tərtib edilmişdir. Həmin Akt və Protokolla iddiaçını tanış etsə də, iddiaçı həmin sənədlərə imza atmaqdan imtina etmiş, bu səbəbdən də sənədlərin bir nüsxəsi və digər sənədlər iddiaçının ünvanına göndərilmişdir. Həmçinin iddiaçı məhkəməyə müraciət etmək üçün iddia müddətini buraxmışdır. Belə ki, İnzibati İcraat Haqqında Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifıkasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafıq şikayət instansiyasına verilir. İddiaçı iddia ərizəsinə verilən etiraza münasibət ünvanlayaraq bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsində İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburu iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair” tələbi üzrə işə baxılır. Məhkəmənin ötən hazırlıq iclasında cavabdeh müəssisə iddia ərizəsinə etiraz təqdim etmişdir. Həmin etiraza münasibətdə aşağıdakıları bildirirlər: İş materiallarından göründüyü kimi, o, iddiaçı, cavabdeh müəssisə ilə xx.xx.1986-cı il tarixdən başlayaraq 2016-2019-ci illəri çıxmaq şərti ilə əmək münasibətlərində olub. Əvvələr də qeyd etdiyi kimi, avtokran sürücüsü olaraq istifadəsində olan avtokranı daima işlək vəziyyətdə saxlamış və onun istismarı üçün öz vəsaitini belə xərcləyib. Belə ki, 2016ci ildə işlədiyi müəssisənin müdiriyyəti iş həcminin azalması və bu səbəbdən əmək haqqı verə bilməyəcəyini bildirməklə onu ixtisar etmiş, sonradan o, Sumqayıt Məşğulluq Mərkəzi tərəfindən işsiz kimi qeydiyyata götürülmüş və qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən dövr ərzində müavinət almışdır. Daha sonra, cavabdeh müəssisənin müdiriyyəti ilə iş barədə razılığa gəlmiş və beləliklə o, xx.xx.2019-cü il tarixdən yenidən müddətsiz əmək müqaviləsi bağlanmaqla müəsissədə kran sürücüsü peşəsinə qəbul olunub. 2024-ci ilin ikinci yarısında da, 2016-cı ildə yaranmış vəziyyətə bərabər vəziyyət yaranmış, cavabdeh müəssisənin iş həcminin azalması baş vermişdir. Lakin bu dəfəki vəziyyətdə, cavabdeh müəssisə işçi olaraq onu əmək qanunvericliyin tələblərini kobud surətdə pozmaqla işdən azad ermişdir. Belə ki, o, işdən azad edilməyi ilə bağlı cavabdeh müəssisəyə müraciət etməmiş, eləcədə heç bir işdən çıxarılma ərizəsini imzalamayıb. İşin bu halları AR X13 Xidmətinin Abşeron-Xızı Regional şöbəsi tərəfındən ətraflı araşdırılmış və bununla bağlı müvafıq qərarlar qəbul etmişdir. Belə ki, Əmək Müfəttişliyi tərəfindən cavabdeh müəssisə barədə AR İXM-nin 192.4 və 192.6-cı maddələrinə nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə inzibati protokol daha sonra isə xx.xx.2023-cü il tarixli Qərar qəbul edilmişdir. Xatırladır ki, AR İXM-nin 192.6-cı maddəsinin dispozisiyası - işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə, İXM-nin 192.2-cı maddəsinin dispozisiyası isə-işçinin əmək və məzuniyyət haqlarının, hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsinə görə işəgötürən barəsində müvafiq cərimə sanksiyası nəzərdə tutur. Beləliklə, cavabdeh müəssisə tərəfındən işçi olaraq iddiaçının əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərini pozmaqla xitam verilməsinə dair qanuni qüvvəsini almış inzibatı xəta haqqında Qərar mövcuddur. Belə olan halda hazırkı iddia üzrə iddiaçının qanunsuz işdan azad edilməsi faktı, işin mübahisələndirilməyən hallarıdır və cavabdeh müəssisə iddia ərizəsinə etirazda da işin bu halını doğru olaraq mübahisələndirmir. Cavabdeh müəssisə etirazda onun müəssisə ilə yeni əmək müqaviləsi bağlamaqdan imtina etməyi və məhkəməyə müraciət etmək üçün tələb olunan iddia müddətinin ötürülməsini əsas göstərir. Bildirir ki, cavabdeh müəssisə onu qanunsuz işdən çıxartdıqdan sonra, onu saymır və getgələ salırdılar, o, işçi olaraq əmək hüquqlarının müdafıəsinə qalxdıqda və bununla bağlı Əmək Müfəttişliyinə müraciətindən sonra onların işçi olaraq ona münasibəti loyal olaraq dəyişmişdir. Belə ki, cavabdeh müəssisə tərəfındən şifahi olaraq 2024-cü ilin fevral ayının ikinci yarısı, mart ayının əvvəlində ona yeni əmək müqviləsi bağlanması ilə bağlı təklif göndərilmişdir, lakin o, işçi olaraq qanunsuz işdən çıxarılmış dövr, yəni xx.xx.2023-cü il tarixdən sonrakı dövrü ödənildikdən sonra bu məsələni müzakirə etmək niyyətində olmasını qarşı tərəfə bildirmişdir. Cavabdeh müəssisə isə, geriyə heç bir ödəniş olmayacağını, artıq son haqqhesabın hesablanaraq ödənildiyini, yalnız yeni əmək müqaviləsi bağlamağın mümükünlüyüni bildirməklə işini bitmiş hesab etmişdir. Həmin ərəfədə 2024-ci ilin fevral ayının ikinci yarısı, mart ayının əvvəlində cavabdeh müəssisə ilə aparılan danışıqların heç bir əhəmiyyəti olmadığı qənaətinə gələrək, tərəflər arasında yaranmış əmək mübahisəsini məhkəmə predmetinə çevirmək qərarına gəlmiş, bunun üçün ilkin olaraq mediasiya mərkəzinə müraciət etmiş, lakin cavabdeh müəssisə mediasiya sessiyasında iştirak etmədiyi səbəbindən məhkəməyə müraciət etmişdir. Hesab edir ki, cavabdeh müəssisənin məhkəməyə müraciət etmək üçün tələb olunan iddia müddətinin ötürülməsi arqumentinin heç bir əsası yoxdur. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə sübut etməkdən azad olunmuş əsaslar mövcuddur. X6 müvafıq qərarları vardır. Belə ki, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. İkincisi -X2 sonra cavabdeh müəssisə özü də etiraf edir ki, iddiaçı ilə razılaşmaq üçün müəyyən dövr ərzində danışıqlar aparılmışdır və bu aparılan danışıqların sonunda bir razılığa gəlməməsi qənaətinə gəldikdən sonra iddiaçı 14 mart 2024-ci il tarixdə mediasiya mərkəzinə müraciət etmişdir. Daha sonra cavabdeh "xxxx" ASC məhkəməyə iddia müddətinin buraxılmasına dair ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanılmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İddiaçının özünün və qeyd etdiyi kimi müqаviləуə xitam verildikdən sonra Dövlət Мəşğulluq Agentliyinə mürасiət etmiş işsiz kimi orada qeydiyyatdadır. İddiaçıya ödənməmiş əmək məzuniууət pulunun və həmçinin son haqq hesab ödənilməsi üçün X11 14.11.202З- cü il tаriхdə mürасiət etmişdir. X13 tərəfindən 21.12.202З-сii il tarixli məktubunа əsаsən iddiaçıya ödənilməmiş məzuniууət pulu və həmçinin son haqq-hesab müəssisə tərəfindən ödənilmişdir. Bundan sonra iddiaçıyla yenidən əmək müqaviləsi bağlanması üçün müəssisəyə dəvət edilmiş, lakin iddiaçı müəssisədə işləmək istəmədiуini bildirərək imtina etmiş və müəssisə tərəfindən bu kimi faktlar iclas zamanı protokollaşdırılmışdır. Мüəssisə tərəfindən 01.07.202З-сü il tarixli əmək müqаviləsinə xitam vеrilməsinə dair əmrdən iddiaçı məlumаtlı оlmuş və iddiaçı məhkəməуə müraciət еtmək üçün iddia müddətini buraxmışdır. AR Əmək Мəсəlləsinin 296-cı mаddəsinə əsаsən bu mаddənin birinci hissəsində göstərilən haldan başqa hallarda fərdi əmаk mübahisəsinin hall edilməsi üçün işçi hüququnun pozulduğunu аşkаr etdiyi gündən еtibаrən 1 təqvim ayı ərzində müraciət еdə bilər. Qeyd edilənlərə əsasən iddiaşı İddiaçı iddia müddətinin buraxılmasına dair icraata xitam verilməsi bаrаdə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəməyə etiraz (əlavə) ünvanlayaraq bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsi, hər iki tərəfin iştirakı ilə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İddiaçı məhkəmə prosesi zamanı çıxışında qeyd etmişdir ki, cavabdehdən əmək məzuniyyətini və həmçinin son haqq-hesabını tələb etmiş, cavabdeh isə müəssisənin hesabında pul olmadığını, qısa zaman ərzində ödəcəyini bildirmişdir. Bundan sonra iddiaçı işsiz olduğu üçün Dövlət Məşgulluq İdarəsinə müraciət etmiş və işsiz kimi qeydiyyatdadır. Dövlət Məşgulluq İdarəsi iddiaçıya X11 müraciət etməsini tövsiyyə etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə X11 müraciət etmiş, müraciətində qeyd etmişdir ki, cavabdeh onu işdən çıxarmış və onun əmək məzuniyyətini eləcə də son haqq-hesabını ödəməmişdir. X13 xx.xx.2023-cü il tarixlı məktubunda cavabdehə əmək məzuniyyətini, eləcə də son haqq-hesabin ödənci tələbi qoyulmuşdur. Cavabdeh tərəfindən həmin ödənc ödənilmiş və iddiaçını elə həmin aydan yenidən işə dəvət etmişdir. İddiaçı bu faktı məhkəmə prosesı zamanı da etiraf etmişdir ki, cavabdeh ona zəng vuraraq əmək müqaviləsi bağlanması üçün müəssisəyə dəvət etmişdir. İddiaçı xx.xx.2024-cü ildə müəssisədə olmuş lakin əmək müqaviləsi bağlamaqdan imtina etmiş, bunu onunla əsaslandırmışdır ki, o, cür insanlarla işləmək istəmir. X15 Müfəttlişliyinin xx.xx.2023-cü il tarixli məktubundan da görünür ki, iddiaçıya pozulmuş hüquqları ilə bağlı məhkəməyə müracət etməsı tövsiyə edilmişdir. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə iddiaçının məlumatlı olduğu aşkar görünməkdədir. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfınin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377-ci maddəsinə əsasən İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməlı olduğu gündən başlanır. Yuxarıda qeyd etdiklərinə əsasən, məhkəmədən iddia müddətini başlanmasının xx.xx.2023-cü il tarixdən hesab edərək, müddətin buraxılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsində İddiaçı cavabdeh ”Sumqayıt Poladkonstruksiya Quraşdırma” ASCyə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair” tələbi üzrə işə baxılır. Məhkəmənin hazırlıq iclasında cavabdeh müəssisə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir. Bununla bağlı aşağıdakıları məhkəmənin diqqətinə çatdırır: AR Əmək Məcəlləsinin 296.1-ci maddəsinə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə biiər. Həmin Məcəllənin 296.1-ci maddəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafıq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutuimuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddia ərizəsində də göstərilən kimi, 2023-cü ilin ikinci yarısında müəssisədə iş həcminin azalması səbəbindən işəgötürən işçi olaraq iddiaçını ödənişsiz məzuniyyətə göndərmək istədiyini bildirmiş, iddiaçı isə bunun qarşılığında ötən dövrlərdən yığılmış əmək məzuniyyətinə çıxmaq istədiyini bildirmiş və xx.xx.2023-cü il tarixdə rəsmən ərizə ilə müraciət etmişdir. Beləliklə, iddiaçı xx.xx.2023-cü il tarixdən artıq əmək məzuniyyətində olduğunu hesab etmişdir. Bundan sonra məzuniyyətdə olduğu dövrün əmək haqqı tələbi ilə cavabdeh müəssisəyə müraciət etmiş, orada isə işçi olaraq iddiaçı ilə hesablaşmayaraq get-gələ salmışlar. Nəticə olaraq bütün bunlardan bezən iddiaçı Əmək Müfəttişliyinə müraciət etmək məcburiyyətində qalmış və yalnız sonda 30 yanvar 2024-ci il tarixdə Müfəttişliyin cavabını alıb, onunla tanış olduqda, işçi olaraq hüququnun pozulduğunu aşkar etmişdir. Bu səbəbdən də həmin günü, yəni xx.xx.2024-cü il tarixi iddiaçını (işçinin) hüququnun pozulduğunu aşkar etdiyi gün hesab etmək olar. Həmçinin, Müfəttişliyin araşdırmanın sonu olaraq rəsmi cavabı alındıqdan sonra cavabdeh müəssisənin iddiaçıya münasibəti loyal olaraq dəyişmiş, cavabdeh müəssisənin təşəbbüsü ilə iddiaçı ilə razılaşmaq üçün müəyyən dövr ərzində danışıqlar aparılmışdır və bu aparılan danışıqların heç bir nəticə vermədiyi qənaitinə gəldikdən sonra, sonda iddiaçı xx.xx.2024-ci il tarixdə mediasiya mərkəzinə müraciət etmişdir. Mediasiya təşkilatında “mediasiya sessiyasında işin davam etdirilə bilməməsi barədə Arayış” alındıqdan sonra isə məhkəməyə müraciət edilmişdir. Həmçinin, AR Əmək Məcəlləsinin 296.7-ci maddəsinə əsasən Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi "Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Göründüyü kimi, məhkəməyə müraciət etmək üçün ötürülmüş müddət dövri, yalnız xx.xx.2024-dən xx.xx.2024-ci il aralığı dövrünə aid etmək olar. Bu müddətin 1 təqvim ayını isə, işçinin ƏM-nin 296.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək üçün nəzərdə tutulan müddət təşkil edir. Yekunda 14 gün - 01 martdan - 14 martadək olan müddət ötürülmüş hesab edilməlidir. Lakin yuxarıda qeyd olunduğu kimi həmin bu dövrdə cavabdeh müəssisənin təşəbbüsü ilə iddiaçı ilə danışıqların aparılmasına həsr edilmişdir. Belə olan halda, həmin bu aralıq dövrü də, yəni xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixə kimi olan zaman çərçivəsini üzürlü səbəblərdən ötürülmüş hesab edilməlidir. İddia müddətinin bərpası əsaslarına iddiaçının şəxsiyyəti ilə əlaqədar olan müstəsna hallar daxildir. Buraya ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq halları konkret göstərilsə də, digər halların olması da, istisna edilmir. Məhkəmələr, iddia müddətinin bərpası ilə əlaqədar məsələyə baxarkən bu müddətin ötürülməsi səbəblərinin baş verdiyi müddəti nəzərə almalıdırlar. Yəni, iddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Mülki Məcəllənin 382-ci maddəsində deyilir ki, iddia müddətinin ötürülməsinin səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafıə edilməlidir. Bu o deməkdir ki, vaxtı ötürməklə məhkəməyə müraciət etmiş şəxsə, sadəcə olaraq həmin tələb üzrə hüquqlarının müdafiəsinə imkan verilir. MPM-nin tələblərinə əsasən nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim tərəfındən bərpa edilə bilər. Yuxarıda göstərilənlərə əsasən, məhkəmədən hazırkı əmək mübahisəsi işi üzrə aralıq dövrü, yəni xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixə kimi olan - zaman çərçivəsi dövrünü üzrlü səbəblərdən ötürülmüş hesab edərək, müddətin bərpa edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(060)-3462/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış «Əmək müqaviləsinə xitam verilməsi barədə» 58 nömrəli, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi və İddiaçı kran sürücüsü vəzifəsinə işə bərpa edilməsi, İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu tarixə qədər məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi, cavabdeh "xxxx" ASC-dən 50 (əlli) manat ödənilmiş mediasiya xərci və vəkilə hüquqi yardıma görə ödənilən 320 (üç yüz iyirmi) manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva). Qətnamədən narazı qalan cavabdeh "xxxx" ASC apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(060)- 3462/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış, xx.xx.2023-cü il tarixdə iş həcminin azalması və kranla bağlı iş olmadığı ilə əlaqədar iddiaçı haqqı ödənməyən məzuniyyətə buraxılmışdır. Bundan sonra iddiaçı X4 işsiz kimi qeydiyyata düşmək məqsədilə tərəflərin razılığı ilə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Həmin tarixdən xx.xx.2024-cü il tarixə kimi kranla əlaqəli iş olmamış və kran müəssisənin həyətində saxlanılmışdır. İddiaçı əmək məzuniyyətinin ödənilməsini müəssisədən xahiş etmiş, müəssisədən isə balansında pul olmadığından qısa zaman ərzində ödəniləcəyi bildirilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə X7 müraciət etmiş və işsiz kimi qeydiyyata alınmış və bundan sonra xx.xx.2023-cü il tarixdə X11 müraciət edərək qeyd etmişdir ki, cavabdeh onu işdən çıxartmış və əmək məzuniyyətini ödəməmişdir. Bundan sonra cavabdeh tərəfindən iddiaçının əmək məzuniyyətinin pulu ödənilmiş və son haqq-hesab edilmişdir. 8 dekabr 2023-cü il tarixdə iddiaçı yenidən işə bərpa olunması üçün müəssisəyə dəvət edilmiş, lakin iddiaçı başqa təşkilatda işlədiyini qeyd etmiş və işləməkdən imtina etmişdir. Bununla bağlı cavabdeh tərəfindən protokollaşdırılaraq Akt tərtib edilmiş və həmin sənədlərin bir nüsxəsini iddiaçının ünvanına göndərmişdir. Müəssisədə həmin ştata yeni sürücü vəzifəsinə 15 aprel 2024-cü il tarixdə təyinat olmuşdur, o vaxta kimi isə həmin ştat iş olmadığından boş qalmışdır. İlk öncə qeyd edir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixdən işdən azad olunmuşdur. İddiaçı həmin tarixdən işdən azad olmasını bilməsini inkar etsə də, məhkəməyə yazdığı iddia ərizəsində qeyd edir ki, “xx.xx.2023-cü il tarixdən işdən azad olduğumu bilmişəm”. Həmçinin xx.xx.2023-cü il tarixdən X4 işsiz kimi qeydiyyatdadır. Həmçinin xx.xx.2023-cü il tarixdə X11 yazdığı ərizəsində işdən azad olmasını qeyd edir. X15 Müfəttişinin xx.xx.2023-cü il tarixdə məktubunda iddiaçıya məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. 20 may 2024-cü il tarixdə keçən məhkəmə prosesinin videobaxış zamanı 00:05/20 saatda iddiaçı etiraf edir ki, X7 işsizliklə bağlı müraciət etmişdir. Həmin tarixin 00:06/53 saatında iddiaçı etiraf edir ki, ona müəssisədən zəng gəldi və bildirildi ki, “xx.xx.2024-cü il tarixdə müəssisəyə gəl sizinlə yenidən əmək müqaviləsi bağlayaq və mən də atkaz elədim və bildirdim ki, mən sizin kimi adamlarla işləmək istəmirəm”. Həmin tarixin 00:07 saatında hakim iddiaçıya sual verir “bəs, işə bərpa ilə bağlı iddia qaldırmısız, bu barədə nə deyə bilərsiz?” iddiaçı cavabında “xeyr, mən işə bərpa ilə bağlı heç bir iddia qaldırmamışam. Mən maşına qoyulan xərci tələb etmişəm”. Göründüyü kimi iddiaçı açıq şəkildə iddiasının predmetinin işə bərpa olmaq olmadığı, yalnız maşına çəkdiyi xərci almaq olduğunu açıq şəkildə bəyan edir. Həmin tarixdə 00:08 saatda iddiaçının yanında əyləşən bir şəxs yerindən iddiaçıya hər şeyi iddia ərzəsində olduğu kimi deməsini bildirirdi. Lakin şəxsin səlahiyyəti olmadığı halda yerdən deməsinə məhkəmə tərəfindən heç bir reaksiya verilmirdi. Sonradan məlum oldu ki, həmin şəxs vəkildir və iddiaçının tanışıdır və iddia ərzəsini iddiaçıya o, tərtib etmiş, iddiaçı isə orada nə yazıldığından belə xəbərsizdir. Həmin tarixin 00:08 saat cavabdehin nümayəndəsi vəkilin etibarnaməsinin olmadığı halda yerdən danışmasına və iddiaçının öz mövqeyini dəyişməsinə müdaxilə etməsinə məhkəmənin də buna şərait yaratmasına etiraz etdikdən sonra məhkəmə yerdən müdaxiləni dayandırdı. Həmin tarixin 00:09/55 saatında cavabdehin nümayəndəsi iddiaçiya qeyd edir ki, siz mənimlə əlaqə saxladınız və bildirdiniz ki, “krana qoyduğum pulu verin mənim işə bərpa olmaq fikirim yoxdur”. Həmin tarixin 00:10/28 saatında məhkəmə iddiaçıya israrla iddia tələbinə aydınlıq gətirilməsini istəyir, iddiaçı isə iddia tələbinin başqa olduğunu qeyd edir. Həmin tarixin 00:14/15 saatında iddiaçı qeyd edir ki, “mən idarəyə getmişəm tex talonu təhvil vermişəm, bildirmişəm ki, mən sizinlə işləməyəcəm, kimi istəyirsiz işə götürün mən maşına 750 dollar pul qoymuşam onu mənə verin.” Məhkəmə iddiaçının iddia tələbinin başqa olduğunun israrla qeyd etsə də, iddiaçı iddiasının başqa olduğunu bildirsə də, məhkəmə tərəfindən icraata xitam vermək əvəzinə prosesi təxirə salaraq iddianı dəqiqləşdirilməsini bildirdi. xx.xx.2024-cü il tarixdə keçən məhkəmə prossesinin videobaxış zamanı məhkəmə iddiaçıdan iddiasının dəqiqləşdirilməsi ilə bağlı hər hansı bir münasibət bildirilməsini tələb etmədi. Halbuki proses iddiaçının iddiasını dəqiqləşdirməsi üçün təxirə salınmışdı. Həmin tarixin 00:11 saatda iddiaçı yenə etiraf edir ki, “idarədən mənə zəng gəldi işə dəvət elədilər xx.xx.2024-cü il tarixdə idarədə oldum və işləməkdən imtina etmişəm”. Həmin tarixin 00:13/20 saatında iddiaçının vəkili tərəfindən iddia müddətinin bərpası ilə bağlı vəsatət təqdim edir. Məhkəmə vəsatətə münasibət bildirmir, lakin qətnamədə iddia müddətinin bərpasına münasibət bildirir. Həmin tarixin 00:16/20 saatında cavabdehin nümayəndəsi iddiaçıya sual verir ki, “hardasa işləmisiz bu vaxtlar ərzində?” iddiaçı qeyd edir ki, “bəli, etibarnamə ilə bir maşın götürüb fərdi qaydada bazarda dayanaraq işləmişəm”. Göründüyü kimi şəxs işləməsini etiraf etsə də məhkəmə heç bir münasibət bildirmir, əksinə bu kimi faktları araşdırmağa maneə yaradır. 10 iyun 2024-cü il tarixdə keçən məhkəmə prosesinin videobaxış zamanı 00:11/20 saatda məhkəmənin hazırlıq iclasında məhkəmə cavabdehdən ödənişsiz məzuniyyətə göndərilməsi barədə sənədini istəyir və cavabdehin nümayəndəsi həmin sənədi növbəti prosesə kimi sistemə vuracağını qeyd edir. Həmin tarixin 00:13/45 saatında məhkəmə yenidən ödənişsiz məzuniyyət arayışını istəyir və qeyd edir ki, “təqdim edərsiz növbəti prosesdə baxış iclasına qədər” cavabdeh tərəfindən arayış sistemə vurulur, lakin məhkəmə bunu qəbul etmir, cavabdehin nümayəndəsi məhkəməyə etiraz edir və qeyd edir ki, bunu razılaşdırıb baxışa keçmişik, məhkəmə bunu inkar edir və cavabdehin nümayəndəsi məhkəmədən video müşahidə kamerasına baxmasını xahiş etsə də məhkəmə buna məhəl qoymadan sənədin qəbul olunmasını rədd edir. Həmin tarixin 00:17/50 saatında iddiaçının nümayəndəsi iddiaçı işdən çıxmasını bilməyib və X4 işsiz kimi qeydiyyata düşməyib ifadələrini qeyd edərək məhkəməyə yalan məlumat verir. Həmin tarixin 00:18 saatında iddiaçının özü də inkar edir ki, X4 işsiz kimi qeydiyyata düşməyib. X14 Agentliyinın təqdim etdiyi arayışdan da görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdən X4 işsiz kimi qeydiyyatdadır. Həmin tarixin 00:19 saatında iddiaçı qeyd edir ki, “X8 gələn məktubdan sonra bildim ki, məni işdən azad ediblər o vaxta qədər bilməmişəm”. Halbuki iddiaçı iddia ərzəsində qeyd edir ki, xx.xx.2023-cü il tarixdə işdən çıxdığımı müəssisə mənə bildirmişdir. Həmin tarixin 00:22 tarixində iddiaçı qeyd edir ki, “mənə iş düşmüşdü əmək kitabçam olmadığımdan işə düzələ bilməmişəm”. Bu da özünün işdən çıxmasını bilməsinin inkarıdır. Həmin tarixin 00:01/08-00:05/34 saatlarında məhkəmə tərəfindən haqqı ödənməyən məzuniyyəti qəbul etmir. Cavabdehin nümayəndəsi etiraz edərək əvvəlki prossesdə razılaşdırılaraq baxışa keçməsini bildirsə də, bunun üçün videomüşahidə kamerasına baxılmasını xahiş etsə də məhkəmə qərəzlilik prinsipi apararaq sənədi qəbul etməmişdir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki. iddiaçı əmək müqaviləsinə xitam verilməsini X11 müraciət etdikdən sonra müəyyən etmişdir. Halbuki iddiaçı məhkəməyə müraciət edərkən iddia ərzəsində xx.xx.2023-cü il tarixdən işdən çıxmasını qeyd etmişdir. Həmçinin X5 verdiyi arayışda da görsənir ki, iddiaçı xx.xx.2023-cü il tarixdən işsiz kimi qeydiyyatdadır. Həmçinin X11 müraciət ərizəsindən də görsənir ki, iddiaçı işdən azad olmasına və əmək məzuniyyətinə görə müraciət etmişdir. Məhkəmə cavadehin əmək müqaviləsinə xitam verilməsindən sonra iddiaçını məlumatlandırmamasına istinad edir. Halbuki cavabdeh bu barədə iddiaçıya məlumat vermiş, bunu iddiaçı özü proses zamanı etiraf etmişdir. Həmçinin cavabdeh protokol, Aktı və əmək kitabçasını iddiaçının ünvanına göndərmişdir. Həmçinin məhkəmə iddia müddətinə proses zamanı münasibət bildirməmiş yalnız qətnamədə istinad etmişdir. Halbuki, məhkəmə prosesi zamanı iddia müddətilə ilə bağlı məhkəmə mövqeyini bildirməli idi. İddiaçının iddia müddətini bərpası ilə əsassız vəsatətinə belə münasibət bildirməmiş, buna baxmayaraq qətnamədə iddia müddətini əsassız olaraq bərpa etmişdir. Məhkəmə nəzərə almalı idi ki, müəssisə iş fəaliyyəti olmadığından iddiaçını xx.xx.2023-cü il tarixdə haqqı ödənməyən məzuniyyətə buraxmış və xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam vermişdir. İddiaçı həmin tarixdən sonra fərdi qaydada yük kranı ilə faliyyətini davam elətdirmiş, müəssisə isə kran sürücüsü vəzifəsinə heç bir şəxsi təyin etməmişdir. Bundan sonra iddiaçıni yenidən əmək müqaviləsi bağlamağa dəvət etmiş, lakin iddiaçı başqa təşkilatda işlədiyini etiraf etmiş müəsissədə işləməkdən imtina etmiş bunu da müəssisə aktlaşdırmışdır. Həmin sürücü vəzifəsinə 15 aprel 2024-cü il tarixdə təyinat olunmuşdur. Başqa bir təşkilatda çalışan bir şəxsə məhkəmə tərəfindən ödəniş öhdəliyi qoymaq yolverilməzdir. Həmçinin məhkəmə iddia müddətinin vaxtından 9 ay keçməsinə baxmayaraq heç bir əsas olmadan iddia müddətini bərpa etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı işə bərpa olmağından ona görə imtina etmişdir ki, cavabdeh onun əvvəlki aylar üzrə olan əmək haqqını ödəməkdən imtina etmişdir. Məhkəmənin bu cür əsassız faktlara istinad etməsi yolverilməzdir. İddiaçının əgər işə qayıtmaq niyyəti olmuş olsaydı, ilk olaraq işə bərpa olardı və daha sonra əvvəlki əmək haqqını mübahisələndirərdi. Buradan açıq şəkildə görünür ki, iddiaçı başqa təşkilatda işləyir, sadəcə müəssisədən qanunsuz olaraq əlavə gəlir əldə etmək niyyətindədir. Məhkəmədə bu kimi faktlara göz yumulur. Məhkəmə sisteminə vurulmuş haqqı ödənməyən məzuniyyəti qəbul etməkdən imtina edir, halbuki hazırlıq iclasında razılaşdırılıb baxışa keçmişdilər. Məhkəmə bununla da tərəf mövqeyi göstərməkdədir. xx.xx.2024-cü il tarixdə məhkəmə qətnamə qəbul etmiş, xx.xx.2024-cü il tarixdə cavabdeh məhkəmə protokolu və videomüşahidə kameraları ilə tanış olmaq üçün məhkəməyə müraciət etmiş, məhkəmə buna şərait yaratmaq əvəzinə həmin gün xx.xx.2024-cü il tarixdə tələsik qətnaməni yazaraq məhkəmə sisteminə yükləmişdir. Halbuki məhkəmənin bu prosesdən əvvəl olan işləri hələ də sistemə yüklənməmişdir. Məhkəmə proses boyu iddiaçının bir növ müdafiəçisi kimi çıxış edərək obyektiv həqiqətin müəyyən olunmasına imkan yaratmamış, təqdim olunmuş sübutlara istinad etməmiş, sübutlara düzgün hüquqi qiymət verməmişdir. Sözügedən iş üzrə məhkəməyə təqdim olunmuş mötəbər sübutlara əhəmiyyət vermədən sadəcə idiaçının şifahi sözlərinə istinad etməyi yetərli hesab etmiş və işi hərtərəfli araşdıraraq həqiqəti üzə çıxarmağı deyil, formal əsaslarla işi yekunlaşdırmağı üstün tutmuşdur. İşin mahiyyəti üzrə qanuni və əsaslı şəkildə həlli üçün tətbiq edilməli maddi hüquq norması düzgün şəkildə tətbiq edilməmişdir. İş üzrə təqdim edilmiş mötəbər sübutlara tətbiq edilməli hüquq normasına uyğun hüquqi qiymət verilməmişdir. Məhkəmə təqdim edilmiş sübutlara obyektiv və qərəzsiz şəkildə münasibət bildirməyərək öz mövqeyini yalnız formal sübutlara istinad edərək əsaslandırmışdır. Buna görə qətnamə qanunsuzdur, əsassızdır və ləğv edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməklə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Abşeron-Xızı regional şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" ASC-nin rəhbərliyinin xx.xx.2023-cü il tarixli, 39 nömrəli məktubla təqdim etdiyi müvafiq sənədlərə əsasən müəyyən olundu ki, o, xx.xx.2019-cu il tarixində müddətsiz əmək müqaviləsi bağlanılaraq cəmiyyətdə kran sürücüsü vəzifəsinə işə qəbul olunub. Cəmiyyət rəhbərliyi tərəfindən təqdim olunmuş məktub və təsdiqedici sənədlərə əsasən iş həcminin az olması ilə əlaqədar kran sürürcüsü peşəsinə ehtiyac olmaması səbəbindən onun əmək müqaviləsinə işəgötürən tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 58 nömrəli əmrlə xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərin qarşılıqlı razılığı) əsasən xitam verilmişdir. Qeyd edilir ki, təqdim olunmuş sənədlərə baxılarkən Azərbaycan Respublikası Məcəlləsinin 75-ci maddəsinin 3-cü hissəsinə (tərəflər əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədi ilə bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil etməlidirlər) əsasən əmək müqaviləsində müvafiq qeydlərin aparılmadığı, işəgötürən tərəfindən bu Məcəllənin 75.3-cü və 76-cı maddənin 2-ci hissəsi (əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz) maddələrinin tələblərinin pozulduğu müəyyən olmuşdur. Həmçinin işəgötürən tərəfindən bu Məcəllənin 83.2-ci (Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinini əmək kitabçası və işgötürənin son haqq-hesabı ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir) və 172.4-cü (İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) maddələrinin tələbləri pozulmuş, son haqq-hesabınız (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) 997 manat 93 qəpik məbləğində hesablanmış, lakin işdən çıxdığı gün tam ödənilməmişdir. Bildirilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən onunla "xxxx" ASC-nin işəgötürəni arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərin qarşılıqlı razılığı) əsasən xx.xx.2023-cü il tarixdə xitam verilməsi barədə əmək müqaviləsi bildirişinin mövcud olduğu müəyyən edilmişdir. Aşkar olunmuş qanun pozuntularına əsasən tərəflərindən işəgötürən barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (işçinin əmək haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişləri hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) və 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında Protokol tərtib olunmuş və xx.xx.2023-cü il tarixli İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Bu səbəbdən X13 Xidmətinin xx.xx.2023-cü il tarixli 3-17-5/2-51115/2023 nömrəli məktubda "xxxx" ASC-nin rəhbərliyinə törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 20 (iyirmi) gün müddət müəyyən olunmuşdur. Qeyd olunan müddət ərzində törədilmiş hüquqpozma aradan qaldırılarsa inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Eyni zamanda tərəflərindən Onun əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 58 nömrəli xitam əmrinin 20 gün müddətində ləğv olunması və son haqq-hesabının qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün hesablanıb, tam ödənilməsinin təmin edilməsi məqsədi ilə cəmiyyət rəhbərliyinə xx.xx.2023-cü il tarixli 3-17-5/2-51123/2023 nömrəli göstəriş məktubu ünvanlanmışdır. Bildirilir ki, müraciətində qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır. İş materiallarında olan "xxxx" ASC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Abşeron -Xızı regional şöbəsinə ünvaladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2019-xx.xx.2023-cü il tarixlərdə cəmiyyətdə kran sürücüsü vəzifəsində çalışmışdır. 2023-cü ilin may ayından başlayaraq iş həcminin olmaması ilə əlaqədar olaraq kran sürücüsü vəzifəsinə ehtiyac olmamışdır. Ona görə də o işdən azad edilmiş, istifadə olunmamış məzuniyyət günləri üçün 997 manat 93 qəpik pul hesablanmışdır. Yaxın vaxtlarda hesablanmış pul vətəndaşa ödəniləcəkdir. İş materiallarında olan 58 nömrəli, xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, İddiaçı Cəmiyyətdə iş həcminin olmaması ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdən işdən azad edilmişdir. İş materiallarında olan X5 Abşeron-Xızı regional Məşğulluq Filialının "xxxx" ASC-yə ünvanladığı məktubdan görünür ki, vətəndaş İddiaçı Mərkəzləşdirilmiş elektron İnformasiya Sistemində xx.xx.2023-cü il tarixindən işsiz kimi qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 01 nömrəli protokoldan görünür ki, İddiaçı başqa işəgötürənlə Əmək müqaviləsi bağlayıb başqa yerdə işləməsini bildirdiyindən onunla Əmək müqaviləsi bağlamaq mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, "xxxx" ASC-nin əməkdaşları İddiaçı işə bərpa edilməsinə etiraz etməsi, o cümlədən bu barədə ərizə yazmaqdan imtina etməsini təsdiq etmişlər. Birinci instansiya məhkəməsi iddianı təmin edərək qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində əmrin tarixini səhv (xx.xx.2023-cü il) göstərsə də, əmrin surəti ona təqdim olunmadığından, eyni zamanda iddia ərizəsinin məzmunundan iddiaçının niyyətinin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsinə yönəldiyi aydın olduğundan iddia tələbi həmin hissədə xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə nəticə etibarilə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsinin 20 may 2024-cü il tarixli hazırlıq iclasında iddiaçı izahatı ilə işə bərpa olunmaq istəməməsini bildirsə də, məhkəmə tərəfindən həmin iclasda iddiaçıya iddiaya dəqiqləşmə təklif edilmiş, lakin sonrakı iclaslarda bu məsələyə ümumiyyətlə münasibət bildirilməmişdir.Məhkəmə iclaslarının audio-video yazılarından da aydın olur ki, iddiaçı işə bərpa olunmaq istəmir, həmçinin bununla bağlı cavabdeh tərəfindən iddiaçıya yeni əmək müqaviləsi bağlamaq təklif edilsə də, iddiaçı cavabdehlə işləmək istəmədiyini qəti şəkildə bildirmişdir. Belə ki, iddiaçının izahatından aydın olur ki, o, qanunsuz işdən çıxması ilə bağlı Əmək Müfəttişliyi Xidmətinə müraciət etmiş, Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2023-cü il tarixli məktubu ilə cavabdehə xx.xx.2023-cü il tarixli 58 nömrəli əmək müqaviləsinə xitam verilməsi əmrinin 20 gün müddətində ləğv olunması barədə göstəriş verilmiş, cavabdeh qeyd edilən göstərişlə əlaqədar iddiaçını xx.xx.2024-cü il tarixdə müəssisəyə dəvət etmiş,lakin iddiaçı onlarla işləmək istəmədiyindən işə bərpa edilməkdən imtina etmişdir (xx.xx.2024-cü il tarixli hazırlıq iclasının 06:48-ci dəqiqəsi). Qeyd edilən halı təsdiq edən digər sübut olan iş materiallarındakı xx.xx.2024-cü il tarixli aktdan da görünür ki, "xxxx" ASC-nin əməkdaşları İddiaçı işə bərpa edilməsinə etiraz etməsi, başqa təşkilatda işləməsini akt tərtib edərək təsdiq etmişlər (i/v 22). Həmin tarixli iclasın 7-ci dəqiqəsində də iddiaçı izahatında iddia ərizəsi verərkən işə bərpa olunmaq deyil, onun tərəfindən krana qoyulmuş xərcin əvəzinin cavabdeh tərəfindən ödənilməsini istəməsi olduğunu bildirmişdir. Göründüyü kimi iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən əsas məqsədi işə bərpa olunmaq deyil, krana qoyulmuş xərcin ödənilməsi olmuşdur. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, iddiaçının işə bərpa olunmaq istəməməsinə baxmayaraq həmin iddia tələbi ilə məhkəməyə müraciət etməsi hüquqdan sui istifadə sayılır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olubolmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan suiistifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bildirir ki, iddiaçının işə bərpa edilmək istəməməsinə baxmayaraq, Əmək Müfəttişliyi Xidmətinin göstərişlərinə əsaslanaraq əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqını tələb etmək hüququ hüquqdan sui-istifadə halının mövcudluğu səbəbindən qanunla müdafiə oluna bilməz. Bundan əlavə məhkəmə kollegiyası həmçinin qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi X13 Xidməti tərəfindən iddiaçının işdən çıxması qanunsuz hesab edildiyindən xx.xx.2023cü il tarixdə İnzibati xəta haqqında Protokol tərtib olunmuş və xx.xx.2023-cü il tarixdə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Buna görə iddiaçı xx.xx.2024-cü il tarixdən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə işləməyə dəvət olunsa da, o işləmək istəmədiyini bildirmişdir. Bununla əlaqədar xx.xx.2024-cü il tarixli Akt tərtib olunsa da, iddiaçı məhz xx.xx.2024-cü il tarixdən işə bərpa olunmağı üçün dəvət olunduğunu bildirmişdir. Göründüyü kimi iddiaçı işdən çıxarılması barədə hüquqlarının pozulmasını bilsə də, işləmək istəmədiyini qeyd etmişdir. Buna görə də iddiaçı tərəfindən ötürülmüş iddia müddəti bərpa edilməməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi ləğv edilməklə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(060)-3462/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müdddəti üçün əmək haqqı tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1377/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1377/2024
18.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver