Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1381/2021 02.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi, Ərizəçi, Maraqlı tərəf DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi torpaq sahəsinə dair müqavilənin bağlanmış hesab olunması, əmlak üzərində mülkiyyət hüququnun yaranması faktının müəyyən edilməsi və qətnamənin mülkiyyət hüququnun qeydə alınması üçün əsas hesab olunması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(060)-5715/2014 saylı qətnaməsindən DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(060)-5715/2014 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, Ərizəçi ilə Sumqayıt Bələdiyyəsi arasında Sumqayıt şəhərinin 52-ci məhəlləsində yerləşən sahəsi 450 kvadrat metrdən ibarət həyətyanı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin xx xxxx 2005-ci il tarixdən bağlanmış hesab edilməklə, həmin həyətyanı torpaq sahəsi üzərində Ərizəçi mülkiyyət hüququnun yaranma faktının müəyyən edilməsi və qətnamənin həmin torpaq sahəsi üzərində Ərizəçi mülkiyyət hüququnun ərazi üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas olması qət olunmuşdur. (hakim İ.Mahmudov) Qətnamədən narazı qalan maraqlı tərəf DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Sumqayıt Bələdiyyəsi arasında Sumqayıt şəhərinin 52-ci məhəlləsində yerləşən sahəsi 450 kvadrat metrdən ibarət həyətyanı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin xx xxxx 2005-ci il tarixdən bağlanmış hesab edilməklə üzərində onun mülkiyyət hüququnun yaranma faktının müəyyən edilməsi, çıxarılan məhkəmə qətnaməsinin həmin həyətyanı torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhərinin 52-ci məhəlləsinin ərazisində yerləşən sahəsi 450 kvadrat metr olan torpaq sahəsi keçən əsrin 80-ci illərinin ortalarından onun atası X5 tərəfindən tutularaq qeyri-rəsmi şəkildə istifadə olunmuş, mərhum atası həmin torpaq sahəsinə aqrotexniki qulluq göstərmiş, torpaq sahəsini hasarlamış və darvaza qoymuşdur. X12 2005-ci ildə vəfat etmişdir. Bundan sonra o, 2005ci ilin ortalarında Sumqayıt şəhər Bələdiyyəsinə müraciət edərək, uzun illər ailəsinin faktiki istifadəsində olan torpaq sahəsinin fərdi ev tikintisi üçün həyətyanı torpaq sahəsi kimi mülkiyyətinə ayrılmasını xahiş etmiş, müraciəti müsbət qarşılanmış və ona istifadəsində olan həyətyanı torpaq sahəsinə görə bələdiyyə büdcəsinə həmin dövrdəki məzənnə ilə 12000000 manat torpağın alqı-satqı haqqının ödənilməsi təklif edilmişdir. O, bu təkliflə razılaşmış| və istifadəsində olan 450 kvadrat metr torpaq sahəsinə görə əmlakın alqı-satqı haqqı kimi ******* köhnə manat vəsaiti bələdiyyənin hesabına köçürmüş, həmin qurumdan xx xxxx 2005-ci il tarixli, DGM 075232 saylı kassa mədaxil orderinin qəbzini almışdır. Lakin o, bu günədək həmin torpaq sahəsini öz mülkiyyəti kimi sənədləşdirə bilməmişdir. Belə ki, Sumqayıt şəhər Bələdiyyəsi əvvəllər həmin ərazidə sənədləşmənin dayandırıldığını bildirərək torpağın sənədini ona verməmişdir. Bununla bağlı hal-hazırda Sumqayıt şəhər Bələdiyyəsinə müraciət etdikdə isə ona bildirilmişdir ki, bələdiyyədən 2005-ci ildə aldığı torpaq sahəsini sənədləşdirmək istəyirsə, həmin torpaq sahəsi açıq hərraca, yaxud müsabiqəyə çıxarılmalı və o, həmin hərrac, yaxud müsabiqədə qalib gələcəyi təqdirdə torpağın hər 100 kvadrat metrinə görə 670 manat məbləğində yeni qiymətlərlə əlavə ödəniş edərək istifadəsində olan torpaq sahəsini mülkiyyətinə keçirə bilər. Bu isə tamamilə məntiqsizdir. Belə ki, göstərilən torpaq sahəsinə görə o, hələ 2005-ci ildə torpağın tələb olunan alqı-satqı haqqını artıqlamasıyla bələdiyyəyə ödəməklə həmin torpaq sahəsini almışdır. Ondan əlavə ödənişin tələb edilməsi əsassızdır, çünki yeni qanun normaları ona münasibətdə tətbiq oluna bilməz və yeni qiymətlərlə torpağın ödənişi tələb edilə bilməz. Belə ki, onunla Sumqayıt şəhər Bələdiyyəsi arasında torpaq sahəsinə dair hüquq münasibətləri hal-hazırda qüvvədə olan qanun normaları qəbul edilməmişdən xeyli əvvəl yaranmışdır. Həmçinin, istifadəsində olan həyətyanı torpaq sahəsinə görə Sumqayıt şəhər Bələdiyyəsi bu günədək ona qarşı hər hansı iddia irəli sürməmiş, onun torpaq sahəsindən istifadəsinə qarşı heç bir şəkildə etirazını bildirməmişdir. Lakin istifadəsində olan həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi mümkün olmur. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Maraqlı tərəf DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. Ərizəçi ilə Sumqayıt Bələdiyyəsi arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və hüququn dövlət qeydiyyatının aparılması barədə məhkəmənin bu cür qətnamə qəbul etməsi dolayı yolla qanunsuz əqdin və qeydiyyatın rəsmiləşdirilməsinə şərait yaradılması kimi qiymətləndirilməlidir. Qüvvədə olan qanunvericliyə əsasən qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyişmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı qanunvericiliyə uyğun olaraq ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir. Hazırda alqı-satqının rəsmiləşdirilməsi ilə əlaqədar Ərizəçi Sumqayıt Bələdiyyəsinə müraciət etmək hüququ vardır. Alqı-satqının rəsmiləşdirilməsi imkanı da itirilməmişdir. Belə olan halda, ərizəçi sözügedən torpaq sahəsinin alqı-satqısının rəsmiləşdirilməsi ilə əlaqədar Sumqayıt Bələdiyyəsinə rəsmi müraciət etməlidir. Əgər onun müraciəti müsbət həll olunmazsa, o zaman ərizəçi bələdiyyəyə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə bilər. Bu hallara düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Maraqlı tərəf DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verib, şikayətin təmin edilməsini xahiş etdi. Ərizəçi məhkəmə kollegiyasının iclasında bildirdi ki, qətnamə qanunidir və apelyasiya şikayəti əsassızdır, buna görə də şikayət təmin edilməməli, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. Əlavə etdi ki, atasından qalmış torpaq sahəsinə su şəkdirmək fikrindədir, lakin torpaq sahəsinin sənədi olmadığından ona abonent kodu verilmir. Mübahisəli torpaq sahəsində heç bir tikili mövcud deyildir. Bələdiyyədə isə torpaq sahələrinə dair alqı-satqı əməliyyatları dayandırıldığından sənəd ala bilmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan DGM 075232 saylı, xx xxxx 2005-ci il tarixli kassa mədaxil qəbzinin orderindən görünür ki, Ərizəçi torpaq sahəsinin alqı-satqısı ilə bağlı Sumqayıt şəhər Bələdiyyəsinə 12000000 (bir milyon iki yüz min) köhnə manatla pul ödəmişdir. Yenə iş materiallarında olan xx.xx.2014-cü il tarixli aktdan görünür ki, X6, X7 və X3 həmin aktı tərtib edərək, Sumqayıt şəhərinin 52-ci məhəlləsi ərazisində yerləşən sahəsi 450 kvadrat metrdən ibarət həyətyanı torpaq sahəsinin uzun illər ərzində X4, 2005-ci ildə onun vəfatından sonra isə övladı - Ərizəçi istifadəsinə keçməsini, sonuncunun həmin torpaq sahəsinə qulluq göstərərək, onu yararlı vəziyyətə gətirməsini öz imzaları ilə təsdiq etmişlər. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(060)- 5715/2014 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq ərizə təmin olunmamalıdır. Məhkəmə ərizəni təmin edərkən mübahisəli torpaq sahəsinin uzun illər ərzində Ərizəçi və onun ailə üzvlərinin faktiki istifadəsində olmasına, bu torpaq sahəsinə görə onun bələdiyyənin hesabına xx xxxx 2005-ci il tarixdə pul ödəməsinə və torpaqlarının hərrac və yaxud müsabiqə ilə satılmasının Ərizəçi şamil edilə bilinməməsinə istinad etmişdir. Məhkəmənin gəldiyi bu nəticə ilə aşağıda qeyd edilən əsaslara görə razılaşmaq olmaz. Əvvəla, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı ilə Sumqayıt Şəhər Bələdiyyəsi arasında qeyd olunan torpaq sahəsi ilə bağlı mübahisə vardır. Lakin iddiaçı mübahisə ilə bağlı bələdiyyəyə qarşı inzibati icraat qaydasında məhkəməyə müraciət etmək əvəzinə, xüsusi icraat qaydasında məhkəməyə müraciət etmişdir. Qanunverici AR MPM-in 305-307-ci maddələrində xüsusi icraat qaydasında baxılan işlərin konkret dairəsini və qaydasını müəyyən etmişdir. Həmin maddələrdə isə alqı-satqı müqaviləsinin məhkəmə qaydasında bağlanmış hesab olunmasına dair heç bir hal nəzərdə tutulmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki işə xüsusi icraat qaydasında baxıla bilməz. Bundan əlavə, məhkəmə kollegiyası hazırki məhkəmə mübahisəsi üzrə aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarında qeyd olunmuşdur ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Qanunverici müqavilənin bağlanması üçün tərəflərin ilkin razılaşmasından sonra tərəflərdən birinin yayınması halları üçün Mülki Məcəllənin 335-ci maddəsi ilə müəyən etmişdi ki, (AR-nın xx xxxx 2005-ci il tarixli Qanunu ilə xx xxxxxxxx 2005-ci il tarixdən çıxarılmışdır) əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. İstər ərizəçi, istərsə də onun ərizəsini təmin edən birinci instansiya məhkəməsi qeyd edilən normaya istinad etməsələr də, mülki qanunvericilikdə bununla bağlı digər birbaşa norma yoxdur. Daha öncə istinad olunan normanın əsas dispozitiv şərtinə görə isə normanın tətbiqi əqd üzrə tərəflərdən birinin notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etməsi, digər tərəfin isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırması ilə şərtlənir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» AR Qanununun (xx xxxx 2001-ci il tarixdə təsdiq olunmuşdur) 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanununun 6.8-ci maddəsinə görə torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə dair torpaqayırma sənədlərinin hazırlanması torpaq almaq istəyən şəxsin vəsaiti hesabına həyata keçirilir. Şərh olunan normaların tələbindən də görünür ki, bələdiyyə qərarı olmadan torpaq sahəsinə görə onun büdcəsinə vəsait ödənilməsi qanunvericilikdə nəzərədə tutulmamışdır. İş materiallarında isə torpağın dəyərinin bələdiyyə büdcəsinə ödənilməsi barədə qəbzin lazımi qaydada təsdiq edilməmiş surəti mövcud olsa da, mübahisəli torpaq sahəsinin Ərizəçi satılması barədə nə bələdiyyə qərarı, nə də hər hansı başqa sübut yoxdur. Ərizəçi tərəfindən təqdim edilən ödəmə qəbzini isə hazırkı ərizənin təmin edilməsi üçün məhkəmə kollegiyası mötəbər və legitim sübut kimi qəbul etmir. AR MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Məhkəmə kollegiyası izah edir ki, hazırki formada verilmiş ərizənin təmin edilməməsi Ərizəçi mübahisəli torpaq sahəsi ilə bağlı Sumqayıt Bələdiyyəsinə qarşı inzibati qaydada məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bu hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan prosessual və maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(060)- 5715/2014 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq ərizə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(060)-5715/2014 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi torpaq sahəsinə dair müqavilənin bağlanmış hesab olunması, əmlak üzərində mülkiyyət hüququnun yaranması faktının müəyyən edilməsi və qətnamənin mülkiyyət hüququnun qeydə alınması üçün əsas hesab olunması tələbinə dair ərizəsi təmin olunmasın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1381/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1381/2021
02.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver