Məhkəmə qərarları › İş №2(105)-139/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-139/2022

16.06.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-139/2022 16.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə Qusar Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(029)-35/2021 saylı qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı2 iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət edib, Cavabdeh tərəfindən zəbt edilmiş Qusar rayonu Xuluq kənd ərazisində yerləşən 0.03 hektar torpaq sahəsinin buraxılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Qusar rayon şöbəsinin xx.xx.2018-ci il tarixli arayışı ilə müəyyən olur ki, Qusar rayonu Qılah kənd XDS İcraiyyə Komitəsinin 1986-1990-cı illərin Xuluq kəndi üzrə 1 saylı təsərrüfatbaşı kitabında şəxsi hesab nömrəsi 56 olan X10 təsərrüfatının şəxsi mülkiyyətində Qusar rayonun Xuluq kənd ərazisində 1987-1988-ci illərdə 35 kv.metr, 1989- 1990-cı illərdə isə 32.1 kv.metr olan yaşayış evi və şəxsi istifadəsində 1986-1990-cı illərdə 0.24 hektar torpaq sahəsi olmuşdur. X13 Qusar rayonu Xuluq kəndi ərazisində yerləşən iki mərtəbəli, üç otaqdan ibarət evə və istifadəsində olan 0.24 hektar torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən 15 iyul 1988-ci il tarixli, 236 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Anası 05 mart 1993-cü ildə vəfat etmiş və ondan miras qalmış əmlakı faktiki olaraq qəbul edib, bu günə kimi sahiblik edərək idarə edir. X1 miras qalmış 0.24 hektar torpaq sahəsindən 0.03 hektar həyətyanı torpaq sahəsini uzun müddətdir ki, zəbt edərək şəxsi məqsədləri üçün istifadə edir. Zəbt edilmiş torpaq sahəsinin buraxılmasını ondan tələb etdikdə bir mənalı olaraq bildirmişdir ki, ona mübahisələndirilən torpaq sahəsinə dair çıxarış verilmişdir. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə edilən vəkil sorğusuna 13 noyabr 2018-ci il tarixli məktubla cavab verilərək bildirilmişdir ki, Qusar rayonu Xuluq kənd ərazisində yerləşən 0.20 hektar torpaq sahəsinə X4 adına dövlət reyestrindən çıxarış verilməmişdir. X8 2018-ci ildə vəfat etdikdən sonra isə oğlu Cavabdeh mübahisəli torpaq sahəsindən istifadə etməyə başlamış və atasının qanunsuz hərəkətlərini davam etdirməkdədir. Onun müraciəti əsasında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 12 noyabr 2018-ci il tarixli cavabı ilə bildirilmişdir ki, dövlət reyestrindən çıxarış almaq istədiyi fərdi yaçayış evinin torpaq sahəsinin çox hissəsi qonşu tərəfindən istifadə olunduğu üçün ərizənin icrasından imtina olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Qusar Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(029)-35/2021 saylı qətnaməsi ilə (hakim Rafiq Kazımov) İddiaçı2 Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddiası təmin edilməmiş, iş üzrə 268.72 (iki yüz altmış səkkiz manat yetmiş iki qəpik) manat təşkil edən ekspertiza xərcinin İddiaçı2 tutularaq 150 (bir yüz) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, HesabAZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X9, Kodu-210005, VÖEN **********, Müxbir hesabAZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına və 118.72 (bir yüz on səkkiz manat yetmiş iki qəpik) manat isə “Kapital Bankın” 1 saylı Xətai Filialı, Kod:200071 VÖEN (BANK) **********, Müxbir hesab: AZ37NABZ0135001**********1944, SWİFT: ALİİBAZ2X, Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC-VÖEN **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməkdən imtina etdikdə gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, Cavabdeh tərəfindən X13 məxsus İddiaçı2 tərəfindən istifadə olunan Qusar rayonu, Xulux kəndi ərazisində yerləşən 0.24 ha torpaq sahəsinin 0.03 ha hissəsinin zəbt olunması müəyyən olunmamışdır. İddiaçı öz tələbini əsaslandırdığı hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmiş və bu hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı2 apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(029)-35/2021 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri: Birinci instansiya məhkəməsinin araşdırması zamanı üç dəfə ekspertiza keçirilməsinə baxmayaraq bütün ekspertiza rəyləri əvvəlki rəyə əsasən verilmişdir. Belə bir vəziyyətdə birinci instansiya məhkəməsi tərəfindən obyektiv nəticəyə gəlimək mümkün olmadığına görə, bu barədə məhkəməyə vəsatətlə müraciət edərək 0,24 ha torpaq sahəsinin yerinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməsini xahiş etmiş, lakin məhkəmə ona məlum olmayan səbəblərdən 2018-ci ildə verilmiş ekspert rəyinə istinad edib, qətnamə qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə kollegiyasına ərizə ilə müraciət edib, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllə Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 164.1 Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Torpaq Məcəlləsi Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2, 217.4. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan 15 iyul 1998-ci il tarixli, 50 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Qusar rayonu Xuluq kəndi ərazisində 2400 kv.metr torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 89,2 kv.metr olan yaşayış evi X10 mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin 12 noyabr 2018-ci il tarixli, **********77 saylı məktubundan görünür ki, Qusar rayonu Mucuq kəndi ərazisində yerləşən mərhumə X10 adına olan fərdi yaşayış evinə və 0,24 ha torpaq sahəsinə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarışın və texniki pasportun hazırlanmsı üçün təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət etdiyi fərdi yaşayış evinin torpaq sahəsinin çox hissəsi qonşu tərəfindən istifadə olunur və 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən dövlət reyestrindən Çıxarış verilmişdir. Göstərilənlərlə əlaqədar müayinə işlərinin aparılması mümkün olmamış, fərdi yaşayış evinin texniki göstəricilərini əks etdirən texniki pasportun və dövlət reyestrindən çıxarışın hazırlanması mümkün olmamışdır. DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin 13 noyabr 2018-ci il tarixli, **********62 saylı məktubundan görünür ki, Qusar rayonu Xulux kəndində yerləşən 0.20 ha torpaq sahəsinə X4 adına dövlət reyestrindən Çıxarış verilməmişdir. Qusar rayon Dövlət Arxivinin 19 oktyabr 2018-ci il tarixli, 336 saylı məktubundan görünür ki, rayon arxivində saxlanılan Qusar rayonu Qılah kənd XDS İcraiyyə Komitəsinin 1986- 1990-cı illərin Xuluq kəndi üzrə 1 nömrəli Təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 56 olan X10 təsərrüfatın şəxsi mülkiyyətində 1986-cı ildə ümumi sahəsi 77 kv.metr, yaşayış sahəsi 40 kv.metr, 1987-1988-ci illərdə ümumi sahəsi 65 kv.metr, yaşayış sahəsi 35 kv.metr, 1989-1990-cu illərdə isə ümumi sahəsi 67.4 kv.metr, yaşayış sahəsi 32.1 kv.metr olan ev və təsərrüfatın şəxsi istifadəsində 1986-1990-cı illərdə cəmi 0.24 hektar torpağın olduğu qeyd edilmişdir. AZ-l № 952359 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X15 04 mart 1993-cü il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 05 mart 1993cü il tarixdə, 06 nömrə ilə qeyd edilmişdir. JN:017A KOD 30108028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 03 iyun 1998-ci il tarixli, 9/3 saylı qərarı ilə X3 0.05 ha həyəyyanı torpaq sahəsi verilmişdir. DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX № ******* saylı, **********27 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 15 noyabr 2016-cı il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, X2 xüsusi mülkiyyətində payı tam olmaqla Qusar rayonu Xulux kəndi ərazisində 0.02 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi vardır. İşdə olan AZ-l № 975098 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 15 oktyabr 2018-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 29 oktyabr 2018-ci il tarixdə, 2007 nömrə ilə qeyd edilmişdir. Qusar rayon Dövlət Arxivi tərəfindən X3 ünvanlanmış arxiv arayışında göstərilmişdir ki, rayon arxivində saxlanılan Qusar rayonu keçmiş Qılah kənd XDS İK-nin 1969 -1971-ci illərin 1 nömrəli Təsərrüfatbaşına kitabda X6 təsərrüfatının şəxsi mülkiyyətində yaşayış evi və istifadəsində 1969 – 1970-ci illərdə cəmi 0,07 hektar, 1971-ci ildə cəmi 0,09 hektar torpağın olduğu qeyd edilmişdir. Gilah İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 25 may 2019-cu il tarixdə verilmiş 87 nömrəli 2016-2020-ci illər üzrə “01” nömrəli təsərrfatbaşına kitabdan çıxarışdan görünür ki, X5 həqiqətən Qusar rayonunun Xuluq kəndində özünə məxsus 1969-cu ildə tikilmiş 3 yaşayış otaqdan ibarət, ümumi sahəsi 163,50 kv.metr, yaşayış sahəsi 47,10 kv.metr olan fərdi yaşayış evi, 0,09 ha həyətyanı torpaq sahəsi vardır və təsərrüfatbaşına kitabın 78-ci səhifəsində 039 saylı şəxsi hesabında qeydə alınmışdır. DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********80-10301 reyestr nömrəli Texniki Pasportun surətindən görünür ki, Qusar rayonu Xulux kəndində yerləşən fərdi yaşayış evinin hüquq subyekti Cavabdehdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2020-ci il tarixli, 10/619 nömrəli ekspert rəyindən görünür ki, 15 iyul 1988-ci il tarixli 236 reyestr nömrəli, 050 inventar iş nömrəli qeydiyyat vəsiqəsinə əsasən X13 məxsus Qusar rayonu Xuluq kəndində yerləşən 2400 kv.metr torpaq sahəsinin planının cizgiləri ilə naturadaki faktiki istifadə sərhədləri arasında qismən uyğunluq vardır. (şimal, şərq, cənub sərhədləri boyunca). Bu səbəbdən X13 məxsus torpaq sahəsinin planının cizgilərini naturada dəqiq yerləşdirmək mümkün olmadığından Cavabdeh tərəfindən torpaq sahəsinin nə qədər hissəsinin istifadə edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 09 mart 2021-ci il tarixli, 10/510 nömrəli ekspert rəyindən görünür ki, 15 iyul 1988-ci il tarixli, 236 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən X13 məxsus Qusar rayonu Xuluq kəndində yerləşən 2400 kv.metr torpaq sahəsinin planının cizgiləri ilə naturadaki faktiki istifadə sərhədləri arasında qismən uyğunluq vardır. (şimal, şərq, cənub sərhədləri boyunca). Bu səbəbdən X13 məxsus torpaq sahəsinin planının cizgilərini naturada dəqiq yerləşdirmək mümkün olmadığından Cavabdeh tərəfindən torpaq sahəsinin nə qədər hissəsinin istifadə edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında olan koordinatlara əsasən İddiaçı2 istifadə etdiyi torpaq sahəsi 418 kv.metr, Cavabdeh istifadə etdiyi torpaq sahəsi 776 kv.metr təşkil edir. İddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş "xxxx" MMC-nin 14 iyun 2021-ci il tarixli, 01-42/21 saylı rəyindən görünür ki, X10 mülkiyyətində olan Qusar rayonu Xuluq kəndində yerləşən 2400 kv.metr torpaq sahəsinin 210 kv.metr hissəsi qonşu Cavabdeh tərəfindən çəpərə alınaraq istifadə edilir. Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2022-ci il tarixli, 10/464 nömrəli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMCnin 27 dekabr 2021-ci il tarixli, C-97 saylı mütəxəssis rəyinə əsasən, "xxxx" MMC-nin 14 iyun 2021-ci il tarixli, 01- 42/21 saylı mütəxəssis rəyinə əlavə edilmiş sxemdə əks olunmuş 622 kv.metr torpaq sahəsinin naturada müəyyən edilmiş döngə nöqtələrinin X13 15 iyul 1998-ci il tarixdə Abşeron rayon mənzillərin texniki invertarlaşdırılması bürosu tərəfindən verilmiş 0,24 ha həyətyanı torpaq sahəsinə dair qeydiyyat şəhadətnaməsinə əlavə edilmiş cizgi-plana uyğun olduğu müəyyən edilir. “Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC-nin 27 dekabr 2021-ci il tarixli, C-97 saylı mütəxəssis rəyinə əsasən, “Məhkəmə Ekspertizası Xidmətləri" MMC-nin 14 iyun 2021-ci il tarixli 01- 42/21 saylı mütəxəssis rəyinə əlavə edilmiş sxemdə əks olunmuş 622 kv.metr torpaq sahəsinin “zəbt olunmuş” kimi xüsusi, ştrixlə işarələnmiş 210 kv.metr hissəsinin 207 kv.metr sahəsi çəpərə alınmaqla qonşu Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilir. Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2022-ci il tarixli, 10/464 nömrəli ekspert rəyi "xxxx" MMC-nin 14 iyun 2021-ci il tarixli, 01-42/21 saylı rəyi əsasında gəlinmiş nəticə ilə eynidir və həmin rəyin əsaslandırıcı hissəsi ilə müəyyən olur ki, "xxxx" MMC-nin 14 iyun 2021-ci il tarixli, 01- 42/21 saylı mütəxəssis rəyinə əlavə edilmiş sxemdə əks olunmuş 622 kv.metr torpaq sahəsinin naturada müəyyən edilmiş döngə nöqtələrinin X13 15 iyul 1998-ci il tarixdə Abşeron rayon mənzillərin texniki invertarlaşdırılması bürosu tərəfindən verilmiş 0,24 ha həyətyanı torpaq sahəsinə dair qeydiyyat şəhadətnaməsinə əlavə edilmiş cizgiplana uyğunluğu məsələsi üzrə qeyd olunmuşdur ki, Google Yer görüntülərində ərazinin koordinatları ilə naturadakı koordinatlar arasında fərq olduğundan torpaq sahələrinin Google Yer görüntülərinə əsasən araşdırılması Xaçmaz LTİ-nin mütəxəssisləri tərəfindən aparılmır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan rəyə tənqidi yanaşır və qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 2.0.10-cu bəndinə əsasən dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinə, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirmək, torpaqların münbitliyinin təmin olunmasına dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək etmək Xidmətin əsas fəaliyyət istiqamətlərinin biridir. Həmin Əsasnamənin 3.0.50-ci bəndinə əsasən isə Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək və bu sahədə nəzarəti həyata keçirmək Xidmətin vəzifəsidir. Məhkəmə kollegiyası Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2020-ci il tarixli, 10/619 nömrəli və 09 mart 2021-ci il tarixli, 10/510 nömrəli ekspert rəyləri ilə ilə tam razılaşır və hesab edir ki, X13 məxsus Qusar rayonu Xuluq kəndində yerləşən 2400 kv.metr torpaq sahəsinin planının cizgiləri ilə naturadaki faktiki istifadə sərhədləri arasında (şimal, şərq, cənub sərhədləri boyunca) qismən uyğunluq vardır. Bu səbəbdən X13 məxsus torpaq sahəsinin planının cizgilərini naturada dəqiq yerləşdirmək mümkün olmadığından Cavabdeh tərəfindən torpaq sahəsindən stifadə edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən iddianı təmin etməkdən imtina edilməsi və Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2020-ci il tarixli 10/619 nömrəli və 09 mart 2021-ci il tarixli, 10/510 nömrəli ekspert rəylərinin iş üzrə mötəbər sübut qismində qəbul edilməsi Azərbaycan Respublikası MPMin 88 və 103-cü maddələrinə uyğun olmuşdur. Məhkəmə kollegiyası işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətinin dəlillərində göstərilən xüsasatlara birinci instansiya məhkəməsi tərəfindən tam qiymət verilmişdir. Göründüyü kimi, birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddia düzgün olaraq təmin edilməmişdir. Birinci instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, birinci instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə şikayətin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmadığına görə təmin olunmamalı və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2022-ci il tarixli, 10/464 nömrəli ekspert rəyi ilə ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi təmin edilmədiyi üçün 100 (yüz) manat İddiaçı2 alınıb AZ.MEM, VÖEN **********, X7, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı2 verdiyi apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(029)-35/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat İddiaçı2 alınıb AZ.MEM, VÖEN **********, X7, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar