Məhkəmə qərarları › İş №2(105)-1390/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1390/2024

20.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1390/2024 20.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, Şabran Rayon Məhkəməsinin 2(031)-381/2024 nömrəli, 28 iyun 2024-cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəz filialına qarşı “hüquqi faktın müəyyən edilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə kimi "Liman" cinsalmakökəltmə sovxozunda naxırçı, xx.xx.1982-ci ildən xx.xx.1987-ci il tarixədək Şabran (keçmiş Dəvəçi) rayonu Siyəzən üzümçülük sovxozunun 4 saylı subay mal-qara briqadasında naxırçı vəzifəsində işlədiyinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 2(031)-381/2024 nömrəli, 28 iyun 2024-cü il tarixli qərardadı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəz filialına qarşı “hüquqi faktın müəyyən edilməsi tələbinə dair” ərizəsi üzrə icraata Ərizəçi xx.xx.1982-ci ildən xx.xx.1987-ci il tarixədək Şabran (keçmiş Dəvəçi) rayonu Salyan sovxozunun üzümçülük sovxozunun 5 saylı subay malqara briqadasında naxırçı işləməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi hissəsində xitam verilmişdir (hakim Könül Mirzəfərova). Ərizəçi Babayev X1 Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şabran Rayon Məhkəməsinin 2(031)-381/2024 saylı mülki işi üzrə xx.xx.2024cü il tarixdə qəbul edilmiş qərardadından şikayətlə məhkəməyə müraciət edərək, şikayətin təmin edilməsi və həmin qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsi, əks təqdirdə isə şikayətin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.1982-ci ildən xx.xx.1987-ci il tarixədək Şabran (keçmiş Dəvəçi rayonu) Siyəzən üzümçülük sovxozunda 5 saylı subay mal-qara briqadasinda naxırçı işləmişdir. Rayon Dövlət Arxivində işə qəbul olunmaq barədə xx.xx.1982-ci il tarixli 83/1 saylı Əmr aşkarlansa da, işdən çıxmaq barədə əmr aşkarlanmamışdır. Həmçinin sovxozun əmək haqqı cədvəllərində aldığı əmək haqları barədə məlumatlar ilə də həmin dövrdə üzümçülük sovxozunda işlədiyi təsdiq edilir. Ona görə də hüquqi əhəmiyyəti olan fakt məhkəmə yolu ilə müəyyən olunmalıdır. Hesab edir ki, xx.xx.1982-ci ildən xx.xx.1987-ci il tarixədək Şabran (keçmiş Dəvəçi rayonu) Siyəzən üzümçülük sovxozunda 5 saylı subay mal-qara briqadasinda naxırçı vəzifəsində işləməyinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi hissəsinin məhkəmə aidiyyatı inzibati məhkəməyə aid idisə,məhkəmə həmin hissədə tələbi ayrıca icraata ayırıb Sumqayıt İnzibati Məhkəməsinə göndərə və ya hüququnu ona izah edə bilərdi. Həmçinin hesab edir ki, məhkəmə ərizəsinə hər iki hissədə mahiyyəti üzrə baxa bilərdi. Şabran Rayon Məhkəməsinin 2(031)-381/2024 nömrəli, 19 iyul 2024-cü il tarixli qərardadı ilə Şabran Rayon Məhkəməsinin 2(031)-381/2024 saylı mülki işi üzrə xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərardadından həmin iş üzrə Ərizəçi nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməməsi və Şabran Rayon Məhkəməsinin 2(031)-381/2024 saylı mülki işinin həmin iş üzrə xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərardadından Ərizəçi nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Könül Mirzəfərova). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əsasən aşağıdakılar müəyyən edilir: --Şabran Rayon İH-nin Çuxurəzəmi İƏD-si üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş aktdan görünür ki, Ərizəçi 12 iyun 1982-ci il tarixində Siyəzən üzümçülük sovxozuna subay mal-qara briqadasına naxırçı qəbul edilmiş və 28 dekabr 1987-ci ilə kimi həmin işdə işləmişdir. Aktın doğruluğunu C.Hümmətov, A.Adgözəlov, N.Məcidov, R.Qurbanov öz imzaları ilə təsdiq etmişlər. --Şabran Rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv çıxarışından görünür ki, Ərizəçi 1982-ci ilin iyul ayından 1986-cı ilin oktyabr ayına kimi Şabran (keçmiş Dəvəçi) rayonu "Siyəzən" üzümçülük sovxozunun əmək haqqı cədvəllərindən 5 saylı subay mal briqadasında naxırçı işləmişdir. --Şabran Rayon Dövlət Arxivi tərəfindən verilmiş 02 oktyabr 2023-cü il tarixli 172 saylı arxiv çıxarışından görünür ki, 12 iyun 1982-ci il tarixli 83 saylı əmrinə əsasən Ərizəçi 5 saylı subay mal briqadasına naxırçı qəbul edilmişdir. Vətəndaşın işdən azad olunması barədə əmrə təsadüf olunmamışdır. --Şabran Rayon Dövlət X3 tərəfindən verilmiş 22 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi həqiqətən 29 aprel 1995-ci ildə Dəvəçi rayon Sarvan kəndində Ədliyyə Nazirliyinin 3№-li İslah Əmək koloniyasının inzibati binasında yanğın hadisəsi baş vermişdir. Yanğın hadisəsi nəticəsində 396 kv.m. sahədə inzibati bina və onun daxilindəki yana bilən əşyalar yanmış və yararsız vəziyyətə düşmüşdür. --Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş 13 iyun 2024-cü il tarixli 22 saylı sorğuya cavab məktubundan görünür ki, "Liman" cinsalma-kökəltmə sovxozu tərəfindən Şabran rayon Dövlət arxivinə heç bir sənəd təhvil verilməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə Şabran Rayon Dövlət Arxivində Ərizəçi işə qəbul olunması barədə xx.xx.1982- ci il tarixli 83/1 saylı əmr aşkarlansa da, işdən çıxmaq barədə əmr aşkarlanmamışdır. Bununla yanaşı Ərizəçi tərəfindən 1982-1986-cı il tarixləri arasındakı dövrlər ərzində Şabran (keçmiş Dəvəçi) rayonu “ Siyəzən” üzümçülük sovxozunda 5 saylı subay mal briqadasında naxırçı vəzifəsində işləməyinə dair əmək haqqı cədvəllərinə dair arxiv çıxarışı iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" xx.xx.2019-cu il tarixli, 3 nömrəli Qərarının: 13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. 13.3. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə Dövlət Sosial Müdafiə Fondunun orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 5.1-ci bəndində qeyd olunur ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 16.3-cü bəndində məhkəmələrə izah edilir ki, “ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0 və 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi işin faktiki hallarını və Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərini tətbiq edərək Şabran Rayon Dövlət Arxivində Ərizəçi işə qəbul olunması barədə xx.xx.1982-ci il tarixli 83/1 saylı əmr aşkarlandığıdan, o cümlədən Ərizəçi tərəfindən 1982- 1986-cı il tarixləri arasındakı dövrlər ərzində Şabran (keçmiş Dəvəçi) rayonu “Siyəzən” üzümçülük sovxozunda 5 saylı subay mal briqadasında naxırçı vəzifəsində işləməyinə dair əmək haqqı cədvəllərinə dair arxiv çıxarışı iş materiallarına əlavə edildiyindən, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəz filialına qarşı “hüquqi faktın müəyyən edilməsi tələbinə dair” ərizəsi üzrə icraata Ərizəçi xx.xx.1982-ci ildən xx.xx.1987-ci il tarixədək Şabran (keçmiş Dəvəçi) rayonu Salyan sovxozunun üzümçülük sovxozunun 5 saylı subay mal-qara briqadasında naxırçı işləməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi hissəsində xitam verilməli və həmin hissədə tələb üzrə məhkəmə aidiyyatı üzrə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması və işin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi Ərizəçi izah edilməli olmasına dair düzgün hüquqi nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, Ərizəçi xx.xx.1982-ci ildən xx.xx.1987-ci il tarixədək Şabran (keçmiş Dəvəçi) rayonu Siyəzən üzümçülük sovxozunun 4 saylı subay mal-qara briqadasında naxırçı vəzifəsində işlədiyinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə iddia tələbi üzrə mübahisə inzibati hüquq münasibətlərindən irəli gəldiyi üçün, həmin mübahisəyə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinin tələbinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, Ərizəçi xx.xx.1982-ci ildən xx.xx.1987-ci il tarixədək Şabran (keçmiş Dəvəçi) rayonu Siyəzən üzümçülük sovxozunun 4 saylı subay mal-qara briqadasında naxırçı vəzifəsində işlədiyinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata mülki işə məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından icraata xitam verilməsi tamamilə qanuni və əsaslı olmuşdur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia ərizəsi üzrə qeyd olunan hissədə icraata xitam verərkən mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Şabran Rayon Məhkəməsinin 2(031)-381/2024 nömrəli, 28 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar