Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1392/2020 22.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), X7 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, cavabdeh Şövlətov Davud Əhməd oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Eyub qızına, Şövlətov Davud Əhməd oğluna və Cavabdeh3 Əhməd oğluna qarşı “yaşayış sahəsinə hüququn itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2968/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 Eyub qızı, Şövlətov Davud Əhməd oğlu və Cavabdeh3 Əhməd oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2968/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilərək Cavabdeh1, Cavabdeh2 Eyub qızı, Şövlətov Davud Əhməd oğlu və Cavabdeh3 Əhməd oğlunun xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus Xaçmaz şəhəri, Kamil Novruzov küçəsi, 14 saylı ünvandakı yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir (hakim X.İ.Quliyev). Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1, Cavabdeh2 Eyub qızı, Şövlətov Davud Əhməd oğlu və Cavabdeh3 Əhməd oğlu apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2968/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Eyub qızı, Şövlətov Davud Əhməd oğlu, Cavabdeh3 Əhməd oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ona məxsus Xaçmaz şəhəri, Kamil Novruzov küçəsi, 14 saylı ünvandakı yaşayış sahəsindən istifadə hüquqlarının qazanılmamış hesab edilməsi və cavabdehlərin göstərilən ünvandan qeydiyyatdan çıxarılmaları barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 Eyub qızı, Şövlətov Davud Əhməd oğlu, Cavabdeh3 Əhməd oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ona məxsus ünvan 2 saylı ünvandakı yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Eyub qızı, Şövlətov Davud Əhməd oğlu və Cavabdeh3 Əhməd oğlu apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, işə baxan birinci instansiya məhkəməsi iş üzrə qətnamə qəbul edərkən, işin həqiqi və faktiki hallarını araşdırmamış, yalnız iddiaçının iddia ərizəsini qətnaməyə köçürməklə kifayətlənmişdir. Belə ki, iddiaçı özünə məxsus olduğunu iddia etdiyi evi, qanunsuz yollarla xx xxxxxx 2018ci il tarixli, 2V-70 reyestr nömrəli saxta vərəsəlik şəhadətnaməsi əsasında öz adına rəsmiləşdirmişdir. Nə vərəsəlik haqqında sənədlər toplanıldıqda, nə də onların Xaşmaz şəhəri, K.Novruzov küçəsi, ev 14 ünvanında olan fərdi yaşayış evindən çıxarılmaları üçün məhkəməyə müraciət edildiyindən məlumatları olmamışdır. Bu səbəbdən də onlar məhkəmədə öz fikirlərini çatdıra bilməmişlər və qətnamədən də məlumatsız olmuşlar. Qeyd etmişlər ki, “Xaşmaz şəhəri, K.Novruzov küçəsi, ev 14 ünvanında olan fərdi yaşayış evi”-nin vərəsəlik şəhadətnaməsinin və ondan irəli gələn digər əməllərin etibarsız hesab edilərək Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş, Seriya RX ******* №-li, **********92-10301 saylı daşınmaz əmlakın reyestr nömrəsi olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət restrindən Çıxarışın məhkəmə qaydasında ləğv edilməsi üçün gərəkli olan sənədlər toplanılıb məhkəməyə təqdim edilmişdir. İddia edilən torpaq və ev onların valideynlərinə məxsusdur. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2968/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın tam təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında cavabdeh Şövlətov Davud Əhməd oğlu apelyasiya şikayətinin dəlillərini müdafiə edərək iddiaçının özünə məxsus olduğunu iddia etdiyi evi, qanunsuz yollarla xx xxxxxx 2018-ci il tarixli, 2V-70 reyestr nömrəli saxta vərəsəlik şəhadətnaməsi əsasında öz adına rəsmiləşdirmişdir. Nə vərəsəlik haqqında sənədlər toplanıldıqda, nə də onların Xaşmaz şəhəri, K.Novruzov küçəsi, ev 14 ünvanında olan fərdi yaşayış evindən çıxarılmaları üçün məhkəməyə müraciət edildiyindən məlumatları olmamışdır. Qeyd edilən torpaq sahəsi və ev onların valideynlərinə məxsus olmuşdur. Hazırda digər cavabdehlər Almaniya Respublikasında müalicədədirlər və ölkədə tətbiq edilmiş karantin rejimi ilə əlaqədar ölkəyə qayıda bilmirlər. Odur ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2968/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın tam təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, Xaçmaz şəhəri, Kamil Novruzov küçəsi, 14 saylı ünvandakı yaşayış evi mərhum atası X4 məxsus olmuş, X15 xx xxxxxx 2011-ci ildə vəfat etmişdir. Atasının vəfatından sonra həmin ev vərəsəlik hüququ əsasında mərhum anası X2 adına keçmişdir. Anası xx xxxxxxx 2016-cı il tarixdə vəfat etdikdən sonra valideynlərindən miras qalmış evi vərəsəlik qaydasında öz adına rəsmiləşdirmişdir. Hal-hazırda mübahisəli ev mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmışdır. Cavabdehlərdən Cavabdeh2 onun bacısı, digər cavabdeh Əhməd Şövlət bacısı Zibeydənin əri, digər cavabdehlər Davud və Cavabdeh3lar isə bacısı Zibeydənin uşaqlarıdırlar. Bacısı Zibeydə 1986-cı ildə Qusar rayonunun Atluxan oba kəndində yaşayan Cavabdeh1la rəsmi nikaha daxil olaraq ailə qurmuş və həmin kəndə ərə köçmüşdür. Bacısı Zibeydə həmin vaxtdan mübahisəli evdən çıxaraq ər evinə köçmüşdür və ayrı yaşamışdır. 1991-ci ildə cavabdehlərdən Cavabdeh1 onun X15dan xahiş etmişdir ki, Xaçmaz rayonu ərazisində həyatyanı torpaq sahəsi almaq üçün ona və ailə üzvlərinə öz evinə qeydiyyata düşməyə icazə versin. X15 cavabdehlərə Xaçmaz rayonunda torpaq alıb ev tikənədək evə qeydiyyata düşmələrinə icazə vermiş və ev tikdikdən sonra qeydiyyatdan çıxaraq öz evlərinə qeydiyyata düşmələrini bildirmişdir. Beləliklə cavabdehlər 1991-cji ildə ünvan 2 saylı ünvanda yerləşən yaşayış evinə qeydiyyata alınmışlar. Lakin bu qeydiyyat formal olmuş, cavabdehlər mübahisəli evdə bir gün belə yaşamamışlar, onlar Qusar rayonunun Atluxan oba kəndində yaşamışlar. 1991-ci ildə Xaçmaz rayonunun X11 Dairəsində torpaq sahəsi alaraq orada özləri üçün yaşayış evi tikmişlər. Buna baxmayaraq mərhum valideynləri sağlığında ikən və valideynlərinin vəfatından sonra o, dəfələrlə cavabdehlərdən yaşayış evindən qeydiyyatdan çıxamalarını tələb etsələr də cavabdehlər könüllü olaraq qeydiyyatdan çıxmamışlar. Son 4 ildə isə cavabdehlər daimi yaşamaq üçün xarici ölkəyə köçmüşlər. Hal-hazırda onlar xarici dövlətdə yaşayırlar. Cavabdehlərin hazırda ona məxsus mülkiyyətinə aid yaşayış sahəsindən qeydiyyatdan çıxmamaları və ona məxsus yaşayış evində cavabdehlərin formal qeydiyyatı onun əmlak üzərində mülkiyyət hüquqlarını pozur. Belə olan vəziyyətdə hesab edir ki, cavabdehlərin ona məxsus mənzildə formal qeydiyyatda qalması əsassızdır və mülkiyyətinə aid yaşayış evinə olan formal qeydiyyatlarının saxlanılması yolverilməzdir. Odur ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2968/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Eyub qızı və Cavabdeh3 Əhməd oğlu lazımi qaydada xəbərdarlıq edilsə də üzrsüz səbəbdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, İddiaçı onun kürəkənidir. ünvan 2 saylı ünvandakı yaşayış evi İddiaçı mərhum atası X4 məxsus olmuş, Elşənin X15 xx xxxxxx 2011-ci ildə vəfat etmişdir. Atasının vəfatından sonra həmin ev vərəsəlik hüququ əsasında Elşənin mərhum anası X2 adına keçmişdir. Elşənin anası Zərifə xx xxxxxxx 2016-cı il tarixdə vəfat etdikdən sonra valideynlərindən miras qalmış evi Elşən vərəsəlik qaydasında öz adına rəsmiləşdirmişdir. Hal-hazırda mübahisəli ev mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdehlərdən Cavabdeh2 Elşənin bacısı, digər cavabdeh Əhməd Şövlət Elşənin bajısı Zibeydənin əri, digər cavabdehlər Davud və Cavabdeh3lar isə Zibeydənin uşaqlarıdırlar. Zibeydə 1986-cı ildə Qusa rayonunun Atluxan oba kəndində yaşayan Cavabdeh1la rəsmi nikaha daxil olaraq ailə qurmuş və həmin kəndə ərə köçmüşdür. Zibeydə həmin vaxtdan mübahisəli evdən çıxaraq ər evinə köçmüşdür və ayrı yaşamışdır. 1991-ci ildə cavabdehlərdən Cavabdeh1 Elşənin X15dan xahiş etmişdir ki, Xaçmaz rayonu ərazisində həyatyanı torpaq sahəsi almaq üçün onun və ailə üzvlərinin öz evinə qeydiyyata düşmələrinə icazə versin. Eyub Eyubov javabdehlərə Xaçmaz rayonunda torpaq alıb ev tikənədək evə qeydiyyata düşmələrinə ijazə vermiş və ev tikdikdən sonra qeydiyyatdan çıxaraq öz evlərinə qeydiyyata düşmələrini bildirmişdir. Beləliklə javabdehlər 1991-ci ildə ünvan 2 saylı ünvanda yerləşən yaşayış evinə qeydiyyata alınmışlar. Lakin bu qeydiyyat formal olmuş, cavabdehlər mübahisəli evdə bir gün belə yaşamamışlar, onlar Qusar rayonunun Atluxan oba kəndində yaşamışlar. 1991-ci ildə javabdehlər Xaçmaz rayonunun X11 Dairəsində torpaq sahəsi alaraq orada özləri üçün yaşayış evi tikmişlər. Buna baxmayaraq mərhum valideynləri sağlığında ikən və valideynlərinin vəfatından sonra o, dəvələrlə cavabdehlərə yaşayış evindən qeydiyyatdan çıxamalarını tələb etsələr də javabdehlər könüllü olaraq qeydiyyatdan çıxmamışlar. Son 4 ildə isə cavabdehlər daimi yaşamaq üçün xarici ölkəyə köçmüşlər. Hal-hazırda onlar xarici dövlətdə yaşayırlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Heybətov Rövşən Nurəhməd oğlu və iddiaçının qonşusu X6 şahid X3 ifadəsi ilə eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********92-10301 reyestr nömrəli, xx xxxx 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 saylı yaşayış evi və 0,00806 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 66 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin xx xxxx 2018-ci il tarixli, 160- 12372-188 saylı məktubundan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Eyub qızı, Şövlətov Davud Əhməd oğlu, Şövlətov X5 şəhəri, K.Novruzov küçəsi ev 14 ünvanında qeydiyyatdadırlar. Birinci instansiya məhkəməsi iş materialları və şahidlərin ifadələrinə əsasən, Xaçmaz şəhəri, Kamil Novruzov küçəsi, 14 saylı ünvandakı yaşayış evinin İddiaçı mərhum atası X4 məxsus olmasını, iddiaçının X15 xx xxxxxx 2011-ji ildə vəfat etməsini, atasının vəfatından sonra həmin evin vərəsəlik hüququ əsasında iddiaçının mərhum anası X2 adına keçməsini, iddiaçının anası Zərifə Eyubovanın xx xxxxxxx 2016-cı il tarixdə vəfat etdikdən sonra valideynlərindən miras qalmış evi vərəsəlik qaydasında iddiaçının öz adına rəsmiləşdirilməsini, hal-hazırda mübahisəli evin mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmasını, cavabdehlərdən Cavabdeh2 iddiaçının bacısı, digər cavabdeh Əhməd Şövlət iddiaçının bacısı Zibeydənin əri, digər cavabdehlər Davud və Cavabdeh3lar isə Zibeydənin uşaqları olmasını, iddiaçının bacısı Zibeydənin 1986-cı ildə Qusar rayonunun Atluxan oba kəndində yaşayan Cavabdeh1la rəsmi nikaha daxil olaraq ailə qurması və həmin kəndə ərə köçməsini, Zibeydənin həmin vaxtdan mübahisəli evdən çıxaraq ər evinə köçmədi və ayrı yaşamasını, 1991-ci ildə javabdehlər mübahisəli yaşayış evinə iddiaçının atasının razılığı ilə qeydiyyata düşmələrini, bu qeydiyyatın formal olmasını, cavabdehlər mübahisəli evdə bir gün belə yaşamamarını, onların Qusar rayonunun Atluxan oba kəndində yaşamalarını, son 4 ildə isə cavabdehlərin daimi yaşamaq üçün xarici ölkəyə köçmələrini, hal-hazırda onların xarici dövlətdə yaşamalarını müəyyən edərək iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab edərək qeyd edir ki, məhkəmə iddianı təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənjam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərənjam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni xx xxxxxxx 2009cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi 6 ay saxlanılır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə, məhkəmə tərəfindən uzadıla bilər.- Şəxsin, müəyyən etdiyindən artıq müddətə başqa yerə getməsi nətijəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-ci maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarından görünür ki, ailə üzvünün daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsindən digər bir yaşayış sahəsinə köçməsi yaşayış sahəsinə olan hüququnun itirilməsi üçün əsasdır. «Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 1992-ci il tarixli, 2 №-li qərarında qeyd olunur ki, kirayəçinin və onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələri ilə əlaqədar kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən, məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borjludur. xx xxxxxx 1997-ci il tarixdən qüvvədə olan «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən şəxsin yaşayış yeri kimi tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 9-cu maddəsinin məzmununa əsasən şəxs yaşayış yerini dəyişdikdə- yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, həmçinin yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarıla bilər. İş materailları ilə müəyyən edilir ki, cavabdehlər mübahisəli yaşayış evinə 1991-ci ildə qeydiyyata düşmüşlər və 1991-ci ildən özləri üçün yaşayış sahəsi əldə etsələr də formal olaraq qeydiyyata alındıqları mübahisəli evdən qeydyyatdan çıxmamış, hal-hazırda isə cavabdehlərin mübahisəli evə olan qeydiyyatlarını saxlamaqla xaricdə yaşayırlar. Cavabdehlərin mübahisəli evdə qeydiyyatda olmaları və qeydiyyatda çıxmamaları İddiaçı xüsusi mülkiyyətinə aid əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını pozur. Məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evinə istifadə hüquqları itirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. İş materiallarından görünür ki, cavabdeh apelyasiya şikayətinin dəlillərini təsdiq edən halları sübuta yetirib əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməz. Belə ki, apelyasiya şikayətində qeyd olunan dəlillər məhkəmə tərəfindən araşdırılaraq qiymət verilmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2968/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Telman Quliyev Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(105)-1392/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1392/2020
22.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver