Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1393/2022 01.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı evin ipoteka müqaviləsi üzrə girovluqdan azad edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2022-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətinin mümkünlüyünə baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2022-ci il tarixli qərardadı ilə (hakim A.İ.İsmayılov) İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı evin ipoteka müqaviləsi üzrə girovluqdan azad edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli 2(060)-9337/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli 2(060)-9337/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh X1rşı evin ipoteka müqaviləsi üzrə girovluqdan azad edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verib, qərardadın ləğv edilərək iddia ərizəsinin icraata qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli 2(060)-9337/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 dekabr 2021-ci il tarixli 2(105)-4025/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna qarşı evin ipoteka müqaviləsi üzrə girovluqdan azad edilməsi tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli 2(060)- 9337/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilərək, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 09 fevral 2022-ci il tarixli 2(060)-9337/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «evin ipoteka müqaviləsi üzrə girovluqdan azad edilməsi» tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli 2(060)-9337/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Bundan sonra İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli 2(060)-9337/2021 saylı qərardadından şikayət verib, qərardadın ləğv edilərək iddia ərizəsinin icraata qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 2(060)-9337/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 09 mart 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli 2(060)-9337/2021 saylı qərardadından İddiaçı verdiyi şikayətin mümkün hesab edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2022-ci il tarixli 2(105)-876/2022 saylı qərardadının ləğv edilməsi, İddiaçı cavabdeh X1rşı evin ipoteka müqaviləsi üzrə girovluqdan azad edilməsi tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9337/2021 saylı mülki işin apellyasiya baxışından çıxarılması və birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2022-ci il tarixli 2(105)-876/2022 saylı qərardadında göstərilmişdir ki, birinci instansiya məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli 2(060)-9337/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayəti qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərərkən Mülki Prosessual Məcəllənin 364cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq apellyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. İddiaçı qərardaddan narazı qalaraq şikayəti vermişdir. Məhkəmə kollegiyası tərəfin şikayəti üzrə işə baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşagıdakılara görə apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələblərinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materiallarından görünür ki, İddiaçı nümayəndəsi Vəkil Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2022-ci il tarixli 2(060)-9337/2021 saylı qərardadından şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verməmiş, prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normasının tələbini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1 və 363.1.5-ci maddələrinə görə «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onun imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa şikayət geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi Vəkil şikayəti qeyri-mümkün hesab edilməli və Azərbaycan Respublikası MPM-nin 361-364-cü maddələrinin tələblərinə riayət edilib-edilmədiyinin yoxlanılması üçün apellyasiya şikayəti mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 366.2-ci və 366.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2022-ci il tarixli 2(060)-9337/2021 nömrəli qərardadından iddiaçının nümayəndəsi Vəkil şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1393/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1393/2022
01.06.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver