Məhkəmə qərarları › İş №2(105)-1394/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1394/2021

19.03.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1394/2021 19.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(060)-4770/2020 saylı qərardadından Cavabdeh ASC-nin verdiyi şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(060)-4770/2020 saylı qərardadı ilə (hakim E.A.Abdullayev) İddiaçı Cavabdeh ASC-yə qarşı əmək xəsarəti nəticəsində sağlamlığa dəymiş zərərin yenidən hesablanıb ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-4770/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət üzürlü hesab edilərək bərpa edilmişdir. Cavabdeh ASC şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(060)-4770/2020 saylı qərardadının ləğv edilib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-4770/2020 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi barədə iddiaçının ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(060)-4770/2020 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək xəsarəti nəticəsində sağlamlığına dəymiş zərər üçün cavabdeh tərəfindən ödənilən müavinətin yenidən hesablanıb ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-4770/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı əmək xəsarəti nəticəsində sağlamlığına dəymiş zərər üçün cavabdeh tərəfindən ödənilən müavinətin yenidən hesablanıb ödənilməsi barədə iddiası təmin edilməmişdir. Qətnamədən İddiaçı apelyasiya şikayəti vermiş və ərizə-vəsatət təqdim edərək buraxılmış şikayət müddətinin üzürlü sayılaraq bərpa edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh ASC verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxxxx 2021-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-4770/2020 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi barədə iddiaçının ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətə etiraz edib, təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə Cavabdeh ASC və maraqlı şəxs DƏMXnin 7 saylı region üzrə DƏM-ə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh ASC və maraqlı şəxs DƏMX-nin 7 saylı region üzrə DƏM-in nümayəndələrinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020ci il tarixli, 2(060)-4770/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti prosessual müddətin buraxılması səbəbindən geri qaytarılmışdır. xx.xx.2021-ci il tarixdə iddiaçının qətnamədən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında ərizəsi məhkəməyə daxil olmuşdur. Ərizədə göstərilmişdir ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4770/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən narazıdır. O, həmin qətnaməni koronavirus (COVİD-19) epidemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə almışdır. Bu səbəbdən də qətnamədən apelyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir (128.1.). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (130.1.). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) (MPM-nin133-cü maddəsi) İşdən göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4770/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi iddiaçı tərəfindən xx xxxxxx 2020-ci il tarixində rəsmi qaydada alınmışdır. Qətnamədən apelyasiya şikayəti verilməsi müddətinin sonu xx.xx.2020-ci il tarixinə, yəni qeyriiş gününə düşdüyü üçün şikayət vermə müddəti xx.xx.2020-ci ildə bitmişdir. İddiaçının apellyasiya şikayəti isə məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Sovtransavto Holdinq”in Ukraynaya qarşı şikayəti üzrə xx.xx.2002-ci il tarixli qərarında şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunmasını “artıq formalizm” kimi qiymətləndirmişdir. Həmin qərarda qeyd edilmişdir ki, şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunması ərizəçinin daxili müdafiə vasitələrini tükətməyə xidmət edir, Qanunda nəzərdə tutulmuş müəyyən formallıqlar avtomatik tətbiq olunmamalı, mütləq xarakter daşımamalıdır və hər bir konkret işdə onun halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Göründüyü kimi iddiaçı qətnaməni koronavirus (COVİD-19) epidemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazində tətbiq edilmiş xüsusi karantin rejimin tətbiq olunduğu dövrdə almışdır. Xüsusi karantin rejiminin şərtləri isə iddiaçının qətnamədən apellyasiya şikayəti vermək üçün imkanlarını məhdudlaşdırmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, qətnamədən apelyasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulmuş prosessual müddət bərpa olunmalıdır Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən cavabdehin şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4770/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh ASC-nin verdiyi şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(060)-4770/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar