Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1395/2024 19.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mənzildən çıxarılma və əmlakın boşaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3146/2023 nömrəli 21 iyun 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 04 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Ələkbərov) Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə) yerləşən 23 saylı evin 31 saylı mənzilindən çıxarılması və bu mənzilin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 07 mart 2024-cü il tarixli qərardadı ilə (hakim Ə.Ələkbərov) Cavabdeh ərizəsinin təmin edilməsi və apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi X2 qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2024-cü il tarixli qərardadı ilə (hakim Ə.Ələkbərov) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi X2 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-856/2024 nömrəli 18 aprel 2024-cü il tarixli qərardadı ilə İddiaçı ASC tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3146/2023 nömrəli, 07 mart 2024cü il tarixli qərardadının ləğv edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3146/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmə müddətinin bərpa olunmasına dair Cavabdeh ərizəsinə yenidən baxılması üçün işin Sumqayıt Şəhər Məhkəməsinə qaytarılması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 16 may 2024-cü il tarixli qərardadı ilə (hakim Ş.Həxiyeva) Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3146/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən «apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair» ərizəsinin təmin edilməməsi və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli qərardadı ilə (hakim Ş.Həxiyeva) Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3146/2023 nömrəli 16 may 2024-cü il tarixli qərardadından verdiyi şikayətin geri qaytarılması qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 25 iyul 2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(060)-3146/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(060)-3146/2023 nömrəli qərardadından verdiyi şikayət ərizəsi baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə) yerləşən 23 saylı evin 31 saylı mənzilindən çıxarılması, həmin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli qərardadından şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(060)- 3146/2023 nömrəli qərardadının ləğv edilərək, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(060)-3146/2023 nömrəli qətnaməsindən verdiyi şikayətin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970cı il tarixli qərarı, “Riersack Belçikaya qarşı” iş üzrə 1 oktyabr 1982-ci il tarixli qərarı, “X3rşı” iş üzrə 26 oktyabr 1986-cı il tarixli qərarı) bunu belə ifadə etmişdir. “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Hazırkı iş üzrə qəbul edilmiş qərarın ədalətli tarazlığı bərqərar etməsi görünmür. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(060)- 3146/2023 nömrəli qərardadı ləğv edilməli, onun Sumqayıt Şəhər Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(060)-3146/2023 nömrəli qətnaməsindən verdiyi şikayət baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi geri qaytarılmanın əsası kimi şikayətin elektron kabinet vasitəsilə verilmədiyindən mülki prosessual qanunvericiliyin tələbinə əməl edilməməsinə əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.3. maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bu mənada məhkəmə kollegiyası şikayətin elektron qaydada verilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin müəyyən etdiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayət qanunvericiliyin tələbinə uyğun olaraq elektron kabinet vasitəsilə verilmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq şikayətin geri qaytarılması qənaətinə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli və onunla bağlı 25 iyul 2024cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1395/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1395/2024
19.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver