Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1397/2023 13.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1855/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. AZ-İ № 446025 saylı, xx.xx.2023-cü il tarixli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətinə əsasən, İddiaçı ilə Cavabdeh arasında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur.
2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış”ın surətinə əsasən, Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 20/23, mənzil 1 xüsusi mülkiyyət hüququ əsasında ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh adına qeydiyyata alınmışdır.
3. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2823/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, ilkin iddia təmin qarşılıqlı iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X3 Cavabdeh yanında saxlanılması və Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 20/23-də yerləşən 1 saylı mənzilin üzərində ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh payları müəyyən edilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 20/23-də yerləşən 1 saylı mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh (Quliyeva) ilə xx.xx.2011-ci ildə rəsmi nikahla ailə həyatı qurmuş və onların birgə nikahdan xx.xx.2012- ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X3 adında 2 uşaqları vardır. Cavabdehlə münasibətləri pozulmuş və Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə nikahları ləğv edilmişdir. Həmin işə baxılarkən onların birgə nikah dövründə əldə etdikləri Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 20/23-də yerləşən 3 otaqlı 1 saylı mənzil də aralarında bölünərək həmin mənzil üzərində onun payı 1/2 hissədə müəyyən olunmuşdur. Onun mənzil üzərində mülkiyyət hüququnun olmasına baxmayaraq cavabdeh həmin evin açarını dəyişməklə onu mənzilə buraxmır, bu da onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olur
6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1855/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 20/23-də yerləşən 1 saylı mənzilə köçürülməsi, iş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun iddiaçının özünə aidə edilməsi qət edilmişdir. (hakim Gülnarə Tağızadə)
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş matеriallarına, işin məhkəmə iclasında araşdırılan hallarına və iddiaçının izahatına əsasən hazırda sözügedən mənzil 1/2 hissədə iddiaçının şəxsi mülkiyyətindədir. Həmin mənzilə mülkiyyət hüququ ilə yanaşı, istifadə hüququ da yaranmışdır. Lakin о həmin mənzildən çıхarılmış və bununla da о mübahisəli mənzildə yaşamaq və mənzildən istifadə еtmək hüquqlarından məhrum оlmuş, еyni zamanda cavabdеh iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata kеçirməsinə manеçilik törədərək оnun bu hüququndan tam istifadə еtmək imkanını məhdudlaşdırmışdır. Göstərilənləri nəzərə alaraq və qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə, hеsab еdir ki, iddiaçının sahiblik, istifadə və mülkiyyəti üzərində sərəncam vermək huquqları pоzulduğundan həmin hüquqlar bərpa оlunmalı, iddia tələbi təmin edilməlidir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43, Mülki Məcəlləsinin 14.3, 152.1, 152.3-cü maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə, İnsan hüquqları üzrə Avrоpa Məhkəməsi “Mars Bеlçikaya qarşı” işinə və Avrоpa Məhkəməsi Spоrrоnq və Lоnnrоt İsvеçə qarşı işinə, Mülki Prosessual Məcəllənin 217.3, 217.4, 220.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verib, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cu il tarixli, 2(060)-1855/2023 saylı qətnaməsinin ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə qəbul olunmuş qətnamədən narazıdır. Qətnamə MPM-nin 4, 9, 14, 88-ci, maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Hal-hazırda mübahisəli mənzildə ona məxsus cehiz əmlakı yerləşir, iddiaçı isə ona məxsus cehiz əşyalarımı geri qaytarmır. Elə bu səbəbdən o, “cehiz əmlakının çıxarılması”, “mənzil münasibətləri üzrə sair mübahisələr tələbi”nə dair Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
14. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur;
15. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
16. Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
18. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
19. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
20. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
21. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
30. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1855/2023 nömrəli qətnaməsini ləğv edərək iş üzrə iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir
31. Məhkəmə kollegiyası Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2823/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hazırda mübahisə predmeti olan Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 20/23-də yerləşən 1 saylı mənzil üzərində ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh payları müəyyən edilmiş, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında sözügedən mənzil xüsusi mülkiyyət hüququ əsasında ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh adına qeydiyyata alınmışdır. Hazırda iddiaçı mübahisəli mənzilə mülkiyyət hüquqlarını həyata keçirə bilmədiyini əsas gətirərək mənzilə köçürülməsini tələb edir.
34. İşin tədqiq olunan hallarından göründüyü kimi hazırda mübahisəli mənzil 1/2 hissədə İddiaçı mülkiyyətindədir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mübahisə edilən Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 20/23-də yerləşən 1 saylı mənzilin paylı mülkiyyətçisi kimi İddiaçı da həmin əmlaka sahiblik və ondan istifadə hüququ vardır.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və qətnamənin ləğvi üçün heç bir əsas yoxdur.
36. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir.
37. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
38. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
39. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 1855/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh qız tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1855/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.