Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-14/2023 14.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızına və AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı, Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızının İddiaçı qarşı mülki iş üzrə (Açar söz: mülkiyyət hüququnun tanınması və şəhadətnamənin etibarsız hesab edilməsi - özbaşına tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılaraq qanunsuz sahiblikdən geri tələb edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), X10 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndə və vəkili Vəkil2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızının nümayəndəsi Nümayəndə2 və vəkili Vəkil1 iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-34/2019 saylı, 20 sentyabr 2019-cu il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızı və ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonunun Çinartala kəndinin ərazisində «Rusiya» sovxozunun 19 fevral 1992-ci il tarixli, 37 saylı əmri ilə verilmiş və 03 avqust 1992-ci il tarixli aktı ilə ayrılmış həyətyanı torpaq sahəsinə və yaşayış evinə onun mülkiyyət hüququnun tanınması, cavabdeh Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızının adına mövcud olmuş DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 27 yanvar 2006-cı il tarixli JN 139A kod 30213038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianı onunla əsaslandırmışdır ki, Xaçmaz rayon XDS İK-nin rayonun «Rusiya» sovxozunda həyətyanı torpaq fondunun artırılması məqsədilə 15 fevral 1991-ci il tarixli, 745 saylı qərarı ilə 75 nəfərə 8,10 hektar torpaq sahəsi ayrılmışdır. «Rusiya» sovxozunun 19 fevral 1992-ci il tarixli, 37 saylı əmri ilə onların ailəsinə həyat yoldaşı X1 adına 0,10 hektar həyətyanı torpaq sahəsi verilmişdir. 03 avqust 1992-ci il tarixli akt ilə qeyd olunan torpaq sahəsi hər tərəfdən ayrılaraq daimi istifadə üçün təhkim edilmişdir. Həmin akta əsasən qonşularının Teymurov və Uşanov olduğu göstərilmişdir. Qeyd olunan torpaq sahəsində yaşayış evi tikmişlər və bu günə kimi orada yaşayırlar. 25 aprel 1995-ci il tarixdə həyat yoldaşı vəfat etmişdir. Həyətyanı torpaq sahəsini və yaşayış evini qeydiyyatdan keçirmək üçün DƏDRX-nin Xaçmaz ərazi idarəsinə müraciət etmiş, orada ona məlum olmuşdur ki, onun qanuni mülkiyyətində olan həyətyanı torpaq sahəsinə cavabdehə 27 yanvar 2006-cı il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə verilən torpaq sahəsinin planına görə qonşu torpaqların mülkiyyətçiləri Teymurov və Uşanov olduğu qeyd olunmuşdur. O, cavabdehə müraciət edəndə bildirmişdir ki, verilmiş şahədətnamədə göstərilən torpaq sahəsi ona məxsus deyil, ona verilmiş torpaq sahəsi başqa yerdə yerləşir və qonşu torpaqların mülkiyyətçiləri başqa şəxslərdir. Lakin cavabdeh yol verilmiş səhvin düzəldilməsi üçün DƏDRX-nə müraciət etməkdən imtina etmişdir.
3. Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpağın mülkiyyətə verilməsinə dair 139A saylı 30213038 kodlu şəhadətnamə əsasında xüsusi mülkiyyətində olan Xaçmaz rayonunun Çinartala kəndində yerləşən 0,15 ha torpaq sahəsində İddiaçı tərəfindən inşa edilmiş tikililərin onun öz hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq cavabdehin qanunsuz sahibliyindən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, Xaçmaz rayonunun keçmiş «Babək» sovxozu üzrə xx.xx.1993-cü il tarixli, 133 nömrəli əmrlə ona fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmış, Qusarçay İƏV üzrə nümayəndəsinin 13 mart 1995-ci il tarixli sərəncamı ilə həmin torpaq sahəsi ona təhkim edilmişdir. Hüququ torpağın mülkiyyətə verilməsinə dair 139A saylı 30213038 kodlu şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Şəhadətnamədə torpaq sahəsi 0,15 ha göstərilmişdir. Çinartala bələdiyyəsinin siyahılarında torpaq sahəsi 0,12 ha göstərilmiş, 0,04 ha zəbt kimi qeyd edilmişdir. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 06 iyul 1998-ci il tarixli, 09 saylı qərarına əsasən «Babək» sovxozu üzrə adambaşına, yəni hər bir subyektə 0,34 ha torpaq norması müəyyən edilmiş, habelə qərarda göstərilir ki, vətəndaşların həyətyanı torpaq sahələrində normadan artıq istifadə etdikləri torpaq sahələrinin onların torpaq paylarından çıxılması qərara alınmışdır. Ona görə də həyətyanı torpaq sahəsi normadan çox olduğuna görə pay torpaq sahəsindən 0,03 ha çıxılmış, ona dövlət aktı ilə 0,31 ha torpaq sahəsi verilmişdir. Cavabdeh özbaşına olaraq həmin torpaq sahəsini zəbt etmiş, orada tikinti işləri aparmış, bununla əlaqədar dəfələrlə aralarında münaqişələr olmuş, cavabdeh torpaq sahəsini boşaltmaqdan imtina etmişdir.
5. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-34/2019 saylı, 20 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızına və DƏDRX-nin 5 saylı ərazi idarəsinə qarşı mülkiyyət hüququnun tanınması və şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia tələbi təmin edilməmiş, Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızının İddiaçı qarşı özbaşına tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılaraq qanunsuz sahiblikdən geri tələb edilməsinə dair qarşılıqlı iddia tələbi təmin olunmamış, iş üzrə ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi qət edilmişdir (hakim Anar Sadıqov).
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ilk iddia üzrə iddiaçı mərhum həyat yoldaşından qalan miras əmlakı qəbul etməsinə dair məhkəməyə müvafiq sübutlar təqdim etmədiyindən, həmçinin cavabdehə məxsus JN 139A saylı 30213038 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas olmuş 1998-ci il tarixli Aqrar İslahat Komissiyasının 09 saylı qərarını, bundan əlavə cavabdeh tərəf isə qarşılıqlı iddiada mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçının mərhum ərinin adına verilmiş ilkin torpaqayırma sənədlərini məhkəmə qaydasında mübahisələndirməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-34/2019 saylı, 20 sentyabr 2019-cu il tarixli qətnaməsinin qismən - ilk iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilərək ilk iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Qətnamədən ilk iddia üzrə cavabdeh Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızı apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-34/2019 saylı, 20 sentyabr 2019-cu il tarixli qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilərək qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Şikayətin dəlilləri:
9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə iddianın rədd edilməsinin əsası kimi onu göstərir ki, iddiaçı mərhum ərindən qalan miras əmlakı qəbul etməsinə dair məhkəməyə müvafiq sübutlar təqdim etməmişdir, həmçinin cavabdehə məxsus N 139 A saylı 30213038 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas olmuş 1998-ci il Xaçmaz Rayon Aqrar İslahat Komisiyasının 09 saylı qərarını mübahisələndirməmişdir. Məhkəmənin bu mövqeyi ilə razılaşmaq olmaz. Belə ki, iş materialarının 11 və 16-cı səhifələrindəki arxiv sənədlərindən görünür ki, mübahisəli torpaq sahəsi Xaçmaz rayonu, “Rusiya” Sovxozunun xx.xx.1992-ci il tarixli, 37 saylı əmri ilə X2 verilmiş və 03 avqust 1992-ci ildə isə həmin o, 10 ha torpaq sahəsi aktla ölçülərək ara nişanları göstərilməsklə Kamil Pirəliyevə təhkim edilmişdir. Mülki işə əlavə edilmiş Xaçmaz Rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli, 576 N-li arayışından görünür ki, X3 xx.xx.1995-ci ildə vəfat edərkən onun ailə üzvlərinin həyat yoldaşı İddiaçı və 4 övladı olmuşdur. Qarşılıqlı iddiaçı Cavabdeh1 iddia ərziəsində göstərir ki, onun tələb etdiyi torpaq sahəsi Xaçmaz rayonu, Qusarçay İnzibati Ərazi Vahidliyi üzrə nümayəndəsinin 13 mart 1995-ci il tarixli, 03 saylı sərəncamı ilə ona təhkim edilmişdir. Məhkəmə aydınlaşdırmamışdır ki, mübahisəli torpaq sahəsi xx.xx.1992-ci ildə iddiaçının həyat yoldaşı Kamil Pirəliyevə təhkim olunmuşdursa həmin sahədə yaşayış evi tikilmişdirsə, həmin sahə yenidən xx.xx.1995-ci ildə Kamil Pirəliyevin sağlığında Cavabdeh1 necə verilə bilərdi. Bundan əlavə qarşılıqlı iddiaçı məhkəmədə sübuta yetirə bilməmişdir ki, əgər onun dövlət aktında qeyd edilmiş 0.15 ha torpaq sahəsi Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı ilə ona verilərkən niyə bildirməmişdir ki, həmin torpaq sahəsi Kamil Piriyevin ailəsinin istifadəsindədir və həmin torpaqda yaşayış evi mövcuddur. Belə aydın olmuşdur ki, mübahisəli torpaq sahəsinin xx.xx.1995-ci tarixdə Qusarçay İƏV-nin nümayəndəliyi tərəfindən Cavabdeh1 (Şükürovaya) təhkim olunması barədə akt və AİK-nm xx.xx.1998-ci il tarixli qərarı qanunsuzdur. Yəni həmin hüquqverici sənədlər xx.xx.1992-ci ildən Kamil Pirəliyevə verilmiş və xx.xx.1992-ildə aktla ona təhkim edilmiş torpaq sahəsinə verilə bilməzdi. Ona görə də həmin torpaq aktı etibarsız hesab edilməlidir. Çünki onun verilməsinə əsas olan sənədlərin qanunsuz olduğu sübut edilir.
10. Cavabdeh Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə təmsil etdiyi şəxsə aldığı torpaq sahəsinə mülkiyyət sənədi torpağın mülkiyyətə verilməsinə dair JN-139 A saylı KOD 30213038 nömrəli şəhadətnamə verilmişdir, bu da Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki torpaqların onların mülkiyyətinə verilməsinə dair” Əsasnaməyə və Torpaq İslahatı haqqında 16 iyul 1996-ci il tarixli Qanuna tam müvafiqdir. İddiaçının istinad etdiyi 3 avqust 1992-ci il tarixli torpaq sahəsinin X2 təhkim edilməsinə dair akt sübut növü kimi qəbul edilə bilməz. Qeyd edilən aktın kim tərəfindən, hansı məqsədlə tərtib edilməsi naməlumdur. Digər tərəfdən göstərilən akt Xaçmaz rayon XDS-nin və Rusiya Sovxozunun adları göstərilsə də həmin hüquqi şəxslərin imzaları yoxdur və möhürlə təsdiqlənməmişdir. İddiaçının əlində ona məxsus olan torpaq sahəsinə dair hər hansı mülkiyyət sənədi yoxdur. Müvafiq ərazinin sənədlərində də, xəritələrdə də qeyd olunan ərazi onun mülkiyyəti kimi göstərilir. Məhkəmə qərardadı əsasında təyin edilmiş ekspertiza ilə əlaqədar mütəxəssis rəyində ekspert səlahiyyət həddini aşaraq qoyulmuş sualdan kənara çıxaraq sözü gedən torpaq sahəsinin X2 məxsus olmasının məlum olduğunu göstərmişdir. Ekspertin məhkəmə iclasına dəvət edilməsini təkidlə tələb etsələr də vəsatəti təmin edilməmiş, mütəxəssis rəyi olduğu kimi qətnaməyə köçürülmüşdür.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 11 Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında ilk İddiaçı nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, iş materiallarının 1-ci cildinin 11-ci səhifəsindən görünür ki, Xaçmaz rayonu, Çinartala kənd sakini X2 xx.xx.1992-ci ildə, yəni torpaq islahatlarından da qabaq “Həyətyanı torpaq sahəsinin verilməsinə dair” aktla torpaq sahəsi ayrılmışdır. İş materiallarının 14-cü səhifəsində olan Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Qusarçay İnzibati Ərazi Vahidində Nümayəndəsinin xx.xx.1993-cü il tarixli, 01 nömrəli Sərəncamından çıxarışdan görünür ki, Çinartala kəndində yaşayan vətəndaşlara fərdi mənzil tikmək üçün Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli, 84 nömrəli qərarı ilə artırılmış torpaq fondu hesabına həyətyanı torpaq sahəsinin ayrılması barədə sərəncamla torpaq sahəsinin ayrılması barədə əmr təsdiq edilmişdir. İş materiallarının 16cı səhifəsindəki arxiv çıxarışı da eyni faktı təsdiq edir. Qarşı tərəfə torpaq veriləndə artıq orada ev tikilmişdi. Sahələr üst-üstə düşürsə də hüquqlarını təmsil etdiyi tərəfə torpaq sahəsi qanuni əsaslarla ayrılıb və o özünə ayrılmış sahədə tikinti aparıb. Sonradan kiminsə səhv iradə ifadəsi, ayrılmış torpaq sahəsini başqa şəxsə ayırması ilkin mülkiyyətçinin problemi deyil və onun üçün hər hansı məhdudiyyət yaratmamalıdır. Üstüstə düşmə faktı varsa da məhkəmə tərəflərə torpaq sahəsinin ayrılma tarixinə fikir verməlidir. Başlıca arqument budur ki, iddiaçıya sənədlər daha əvvəl verilib, torpaq daha əvvəl ayrılıb və həmin sənədlər qüvvədədir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-34/2019 saylı qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.
13. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızının nümayəndəsi Nümayəndə2 izahatında apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, bacısı Arzu Şükürovaya torpaq sahəsi veriləndə torpaq sahəsini ölçən aqronom indi də sağdır. Onu da çağırıb hər şeyi aydınlaşdırmaq olar. Üst-üstə düşən 20 sot sahə İddiaçı öz torpaq sahəsindədir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-34/2019 saylı qətnaməsinin Cavabdeh1 İddiaçı qarşı özbaşına tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılaraq qanunsuz sahiblikdən geri tələb edilməsinə dair qarşılıqlı iddiasının təmin edilməməsi hissəsində ləğv edilməsini, həmin hissədə qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
14. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızının vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, 1989-cu ildə qəbul olunmuş sənəd torpaq sahəsinin ayrılması barədə X6 vəsatətidir. 1991-ci ildə materiallar icra olunması üçün geri qaytarılıb. Torpaq sahəsinin Kamil Pirəliyevə təhkim olunması barədə iş materiallarında sənəd yoxdur. xx.xx.1992-ci ildə qərarla verilmiş torpaq 1993-cü ildə başqa şəxsə (cavabdehə) təhkim oluna bilməz. Təhkim aktında nə imza, nə də möhür yoxdur. Pirəliyev Kamilə torpağın ayrılması barədə sənəd təhkim aktı ilə təsdiqlənmədiyinə görə həmin torpaq sahəsi boş torpaq sahəsi kimi 1993-cü ildə Cavabdeh1 verilib. Təhkim aktı 1995-ci ilə aiddir. 1998-ci ildə də Aqrar İslahat Komissiyasının hazırda qüvvədə olan qərarı ilə hazırda qüvvədə olan şəhadətnamə alınmışdır. Sənədlər tamdır, qüvvədədir. Onların mötəbərliyinə şübhə yoxdur. Sökülməsini tələb etdiyi tikililərin sənədinin olub-olmamasını, hansı ölçüdə, hansı vəziyyətdə olmasını bilmir. İcra mərhələsində bütün tikililərin sökülməsini tələb edir. Əraziyə girib baxmağa səlahiyyəti yoxdur deyə konkret tikiliyə eyniləşdirici əlamətləri məhkəmədə bildirə bilmir. Qarşı tərəfə torpaq sahəsi verilməsini danmır, amma gedib onlara ayrılmış torpaq sahəsini tapsınlar. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli,2(027)-34/2019 saylı qətnaməsinin Cavabdeh1 İddiaçı qarşı özbaşına tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılaraq qanunsuz sahiblikdən geri tələb edilməsinə dair qarşılıqlı iddiasının təmin edilməməsi hissəsində ləğv edilməsini, həmin hissədə qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh AR ƏMDX yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsi barədə məlumat verilməmişdir.
16. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd edilən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
152. maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. 111-ci maddəsinin 3-cü hissəsinə əsasən torpaqların vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
19. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-14/2023 nömrəli qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-34/2019 saylı, 20 sentyabr 2019-cu il tarixli qətnaməsi qismən, İddiaçı cavabdeh Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızına və DƏDRX-nin 5 saylı ərazi idarəsinə qarşı mülkiyyət hüququnun tanınması və şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia tələbi təmin edilməməsi hissəsində ləğv edilmiş, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonunun Çinartala kəndinin ərazisində «Rusiya» sovxozunun 19 fevral 1992-ci il tarixli 37 saylı əmri ilə verilmiş və 03 avqust 1992-ci il tarixli aktı ilə ayrılmış həyətyanı torpaq sahəsinə və yaşayış evinə onun mülkiyyət hüququnun tanınması, cavabdeh Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızının adına mövcud olmuş DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 27 yanvar 2006-cı il tarixli JN 139A kod 30213038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
22. Bu səbəbdən məhkəmə kollegiyası Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 34/2019 saylı, 20 sentyabr 2019-cu il tarixli qətnaməsini qismən, Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızının İddiaçı qarşı özbaşına tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılaraq qanunsuz sahiblikdən geri tələb edilməsinə dair qarşılıqlı iddia tələbinin təmin olunmaması hissəsində müzakirə edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-34/2019 saylı, 20 sentyabr 2019-cu il tarixli qətnaməsi qismən, Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızının İddiaçı qarşı özbaşına tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılaraq qanunsuz sahiblikdən geri tələb edilməsi barədə qarşılıqlı iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir.
24. İş materiallarında olan həyətyanı torpaq sahəsinin verilməsinə dair 3 avqust 1992-ci il tarixli aktdan müəyyən olunur ki, X2 «Rusiya» sovxozunun 27 avqust 1989-cu il tarixli, 169 nömrəli əmrinə əsasən fərdi yaşayış evi tikilməsi üçün 0,10 ha torpaq sahəsi verilmişdir.
25. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Qusarçay İƏV nümayəndəsinin 25 yanvar 1993-cü il tarixli, 01 nömrəli sərəncamından çıxarışdan müəyyən olunur ki, Çinartala kəndində yaşayan X2 Az.SSR NS-nin xx.xx.1989-cu il tarixli, 84 nömrəli qərarı ilə «Rusiya» sovxozu üçün artırılmış həyətyanı torpaq fondu hesabına təsdiq edilmiş materiallara uyğun olaraq nəzərdə tutulmuş sahədən 0,10 hektar həyətyanı torpaq sahəsi verilməsi qərara alınmışdır.
26. İş materiallarında olan 23 avqust 2017-ci il tarixli, 622 nömrəli arxiv çıxarışından müəyyən olunur ki, Xaçmaz rayonu, «Rusiya» sovxozu üzrə xx.xx.1992-ci il tarixli, 37 saylı əmrinə əsasən Kamil Pirəliyevə Azərbaycan Respublikası Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli, 84 saylı qərarı və Xaçmaz rayon ASB-nin xx.xx.1989-cu il tarixli, 41 saylı əmrinə əsasən fərdi mənzil tikintisi üçün 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir.
27. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 xx.xx.1995-ci il tarixdə ölmüşdür.
28. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 ilə X4 arasında nikah 24 iyul 1985-ci ildə bağlanmış, nikahdan sonra qadın ərinin soyadı olan Pirəliyeva soyadını qəbul etmişdir.
29. İş materiallarında olan 22 yanvar 2018-ci il tarixli, 58 nömrəli arxiv çıxarışından müəyyən olunur ki, Xaçmaz rayonu, «Rusiya» sovxozu üzrə xx.xx.1992-ci il tarixli, 37 saylı əmri ilə Kamil Pirəliyevə Azərbaycan Respublikası Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli 84 saylı qərarı və Xaçmaz rayon ASB-nin xx.xx.1989-cu il tarixli 41 saylı əmrinə əsasən fərdi mənzil tikmək üçün 0,10 ha həyətyanı torpaq sahəsi verilməsi əmr olunmuşdur.
30. İş materiallarında olan 02 avqust 1993-cü il tarixli «Babək» sovxozu üzrə 133 nömrəli əmrindən müəyyən olunur ki, Çinartala kənd sakini Arzu Şükürovaya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 266 nömrəli qərarına əsasən fərdi mənzil tikmək üçün 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir.
31. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Qusarçay İƏV nümayəndəsinin 13 mart 1995-ci il tarixli, 03 nömrəli sərəncamından çıxarışdan müəyyən olunur ki, Çinartala kəndində yaşayan X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 1993-cü il tarixli, 226 nömrəli qərarı ilə «Babək» adına sovxoz üçün artırılmış həyətyanı torpaq fondu hesabına təsdiq edilmiş materiallara uyğun olaraq nəzərdə tutulmuş sahədən 0,08 hektar həyətyanı torpaq sahəsinin verilməsi barədə «Babək» adına sovxozun 02 avqust 1993-cü il tarixli, 133 nömrəli əmri təsdiq edilmişdir.
32. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN 139A kod 30213038 olan şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın 06 iyul 1998-ci il tarixli, 09 saylı qərarı ilə X5 mülkiyyətinə 0,15 ha torpaq sahəsi verilmişdir.
33. İş materiallarında olan 10 yanvar 2018-ci il tarixli, 13 nömrəli arxiv arayışından müəyyən olunur ki, Xaçmaz rayon dövlət arxivində saxlanılan Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı protokolu ilə Xaçmaz rayonunun Babək adına sovxozun Çinartala kəndi üzrə pay almaq hüququ olan vətəndaşların ümumi siyahısında 604-cü X5 adına qaytanlanmış kitab üzrə 0,08 ha, faktiki 0,12 ha torpaq sahəsi qeyd olunmuşdur. (Şükürova soyadında qələmlə düzəliş aparılmışdır, 0,12 ha əl yazma ilə yazılmışdır). Xaçmaz rayonunun Babək adına sovxozun Çinartala kəndi üzrə pay almaq hüququ olan subyektlərin yekun siyahısında 158-ci X5 adına qaytanlanmış kitab üzrə 0,08 ha, faktiki 0,10 ha torpaq sahəsi qeyd olunmuşdur.
34. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, İddiaçı faktiki istifadəsində olan Xaçmaz rayonu, Çinartala kəndində yerləşən həyətyanı torpaq sahəsi ilə torpağın mülkiyyətə verilməsinə dair JN 139A saylı 30213038 kodlu şəhadətnamə əsasında Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızının mülkiyyətinə verilmiş 0,15 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Mübahisəli torpaq sahəsinə ləğv edilmiş DTXK tərəfindən AİK-nın xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı ilə X5 adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 139A saylı 30213038 kodlu şəhadətnamə işlənməsinə baxmayaraq, həmin şəhadətnamələrin verilməsinə əsas olan ilkin torpaqayırma sənəd və sxemlərdə sözü gedən mübahisəli torpaq sahəsinin X2 məxsus olduğu məlum olur. Hal-hazırda mübahisəli torpaq sahəsindən Pirəliyevlər ailəsi istifadə edir və üzərində Pirəliyevlər tərəfindən inşa edilmiş fərdi yaşayış evi mövcuddur.
35. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərəkən müəyyən etmişdir ki, ilk iddia üzrə iddiaçı mərhum ərindən qalan miras əmlakı qəbul etməsinə dair məhkəməyə müvafiq sübutlar təqdim etməmiş, cavabdehə məxsus JN 139A saylı 30213038 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas olmuş 1998-ci il tarixli Aqrar İslahat Komissiyasının 09 saylı qərarını məhkəmə qaydasında mübahisələndirməmiş, cavabdeh tərəf isə qarşılıqlı iddiada mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçının mərhum ərinin adına verilmiş ilkin torpaqayırma sənədlərini məhkəmə qaydasında mübahisələndirməmişdir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonunun Çinartala kəndinin ərazisində «Rusiya» sovxozunun 19 fevral 1992-ci il tarixli, 37 saylı əmri ilə verilmiş və 03 avqust 1992-ci il tarixli aktı ilə ayrılmış həyətyanı torpaq sahəsinə və yaşayış evinə onun mülkiyyət hüququnun tanınması, cavabdeh Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızının adına mövcud olmuş DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 27 yanvar 2006-cı il tarixli JN 139A kod 30213038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpağın mülkiyyətə verilməsinə dair 139A saylı 30213038 kodlu şəhadətnamə əsasında xüsusi mülkiyyətində olan Xaçmaz rayonunun Çinartala kəndində yerləşən 0,15 ha torpaq sahəsində İddiaçı tərəfindən inşa edilmiş tikililərin onun öz hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq cavabdehin qanunsuz sahibliyindən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdir. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir.
38. 155.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçun əsaslar məhkəmə gedişində əmələ gəlmiş olsun.
39. 156.1-ci maddəsinə əsasən qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə hakim qarşılıqlı iddianı qəbul edir.
40. Hazırda məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-14/2023 nömrəli qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-34/2019 saylı, 20 sentyabr 2019-cu il tarixli qətnaməsi qismən, İddiaçı cavabdeh Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızına və DƏDRX-nin 5 saylı ərazi idarəsinə qarşı mülkiyyət hüququnun tanınması və şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş, İddiaçı Xaçmaz rayonunun Çinartala kəndinin ərazisində «Rusiya» sovxozunun 19 fevral 1992-ci il tarixli, 37 saylı əmri ilə verilmiş və 03 avqust 1992-ci il tarixli aktı ilə ayrılmış həyətyanı torpaq sahəsinə və yaşayış evinə onun mülkiyyət hüququnun tanınması, cavabdeh Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızının adına mövcud olmuş DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 27 yanvar 2006-cı il tarixli, JN 139A kod 30213038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
41. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, ilk iddia tələbi üzrə cavabdeh X7 verilmiş JN 139A kod 30213038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin əsasını təşkil edən Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 06 iyul 1998-ci il tarixli, 09 saylı qərarının mübahisləndirilməsi əsası ilə ilk iddia tələbi üzrə icraata xitam verilmiş, həmin qərarın mübahisələndirilməsi izah edilmişdir, bu halda həmin şəhadətnamə əsasında torpaq sahəsindən çıxarılma barədə qarşılıqlı iddia tələbi də təmin edilə bilməz.
42. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, keçirilmiş ekspertizanın xərci iş üzrə tərəflərdən tutulmalıdır.
43. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-34/2019 saylı, 20 sentyabr 2019-cu il tarixli qətnaməsini qismən, Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızının İddiaçı qarşı özbaşına tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılaraq qanunsuz sahiblikdən geri tələb edilməsi barədə qarşılıqlı iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir.
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayətləri qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-34/2019 saylı, 20 sentyabr 2019-cu il tarixli qətnaməsini qismən, Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızının İddiaçı qarşı özbaşına tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılaraq qanunsuz sahiblikdən geri tələb edilməsi barədə qarşılıqlı iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilsin. Qarşılqlı iddia tələbi təmin edilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri olaraq 100 (yüz) manat pulun 50 manatı İddiaçı, 50 manatı Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızından tutularaq dövlət büdcəsinə aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.