Məhkəmə qərarları › İş №2(105)-14/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-14/2024

14.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-14/2024 14.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X19 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, ilkin İddiaçı, qarşılıqlı iddiaçı Cavabdeh, qarşılıqlı iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İlkin İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətdə olan torpaq sahəsindən çıxarma, qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması barədə ilkin, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən çıxarılma barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)-11/2021 nömrəli, 15 fevral 2021-ci il tarixli qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şabran Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) ilk iddianın təmin edilməsi, torpağın mülkiyyətə verilməsinə dair JN:031A kod 30406048 saylı şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsindən Cavabdeh çıxarılması, orada tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılması, qarşılıqlı iddianın təmin edilməməsi, Cavabdeh 60 (altmış) manat ekspertiza xərcinin tutularaq "xxxx" ASC Xətai filialı, filialın kodu: 200071, VÖEN: **********, SWİFT kodu: AİİBAZ2X, müxbir hesab: AZ37NABZ********************, Kadastr və Yerqurluşu Layihə-Tədqiqat Mərkəzi MMC, hesab: AZ23AİİB********************, VÖEN********** hesaba ödənilməsi, Cavabdeh 100 (bir yüz) manat ekspertiza xərcinin tutularaq kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi qət edilmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İlkin iddiaçı Muradov X5 Abdulla Ramazan oğluna qarşı iddia qaldıraraq, JN:031A kod 30406048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsindən Cavabdeh çıxarılması, orada tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, onun və ailə üzvlərinin mülkiyyətində torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Şabran rayon Ləcədi kəndində 0.15 ha həyətyanı torpaq sahəsi var. Cavabdehin də onun torpaq sahəsinin qonşuluğunda torpaq sahəsi vardır. Cavabdeh onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini zəbt edərək həmin zəbt edilmiş torpaq sahəsində qanunsuz tikili işləri aparıb tövlə tikmişdir. Cavabdehə ona məxsus torpaq sahəsindən çıxması və qanunsuz tiklinin sökülməsi barədə müraciət etmiş, lakin cavabdeh müraciətə əməl etməmişdir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir. Göründüyü kimi JN:031A kod 30406048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən qeyd olunan torpaq sahəsinə onun mülkiyyət hüququ qanunla nəzərdə tutulan qaydada dövlət qeydiyyatına alınmışdır. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı JN-031 A Kod 30406048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onun mülkiyyətində və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsindən Cavabdeh çıxarılması, orada tikilmiş tiklinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması barədə iddia tələbinin əsassız olduqundan təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması barədə qarşılıqlı iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı ilkin iddia ərizəsində göstərdikləri həqiqətə uyğun deyil. Belə ki, hal-hazırda yaşadığı Ləcədi kəndində onun istifadəsində 0.50 ha həyətyanı torpaq sahəsi olmalı olduğu halda onun istifadəsində 0.32 ha torpaq sahəsi vardır. X2 05 mart 1985-ci il tarixdə vəfat edəndən sonra və anası X8 14 noyabr 1999-cu il tarixdə vəfat edəndən sonra onlardan miras qalmış 1937-ci il tarixdə inşa edilmiş yaşayış evini və 0.18 ha həyətyanı torpaq sahəsini miras kimi faktiki olaraq qəbul etmiş və bu günə kimi idarə edir. Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 26 sentyabr 1997-ci il tarixli, 09 saylı qərarına əsasən fərdi yaşayış evinin tikintisi məqsədilə ona və ailə üzvlərinin mülkiyyətinə JN-026F, KOD 30406048 Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə verilmiş, 0.15 ha torpaq sahəsində fərdi yaşayış evi tikib ailə üzvləri ilə birlikdə yaşayır. X1 Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 26 sentyabr 1997-ci il tarixli, 09 saylı qərarına əsasən mülkiyyətinə JN- 027F, KOD 30406048 Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə verilmiş, 0.17 ha həyətyanı torpaq sahəsini bacısı 10 iyun 2002-ci il tarixdə həyat yoldaşı vəfat edəndən sonra miras kimi faktiki olaraq qəbul etmiş və hal-hazırda idarə edir. Qeyd etdiyi torpaq sahələri cəmi 0.50 ha təşkil edir və bir-biri ilə qonşudur, bir yerdə yerləşməlidir. Cavabdeh 0.50 ha torpaq sahəsindən 0.18 ha zəbt etdiyinə görə faktiki olaraq onun istifadəsində 0.32 ha torpaq sahəsi qalmışdır. Cavabdeh torpaq sahəsinə dair verilmiş şəhadətnaməyə istinad edir. Lakin şəhadətnamədə göstərilən torpaq sahəsi ona düzgün yerdə ölçülüb verilməmişdir. Bu səbəbdən də qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qarşılıqlı iddiaçı Cavabdeh Şabran Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, atası X7, anası X8, bacısı X6 vəfat etdiklərindən sonra həmin həyətyanı torpaqlar ona miras qalmış və faktiki həmin torpaqları idarə edir. Belə ki, hal-hazırda yaşadığı Ləcədi kəndində onun istifadəsində 0.50-ha həyətyanı torpaq sahəsi olduğu halda faktiki 0.32 ha torpaq sahəsi qalmışdır. Yəni hazırda onun torpağı çatmır, o ki qaldı özü kiminsə torpağını zəbt etsin. Digər hal odur ki, bu məhkəmə 2016-ci ildən bəri davam edir və faktiki olaraq ekspert rəyinin verə bilməməsi nəticəsində 5 il davam etmişdir. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin rəyindən də açıq görünür ki, onlarda mövcud elektron bazada olan sahə ilə mübahisə tərəflərinin istifadə etdikləri həyətyanı torpaq sahəsi arasında kəskin uyğunsuzluq olduğundan rəy verə bilməmiş, lakin həmin rəyə çəkilən xərclərin cavabdeh kimi onun tərəfindən ödənilməsi qərarı verilmişdir. Əgər ekspert rəy verə bilmirsə nəyə əsaslanıb belə qərar qəbul edilir. Digər hallardan biri odur ki, iddiaçı iddia edir ki, onun torpağını zəbt etməklə həmin torpaqda mal tövləsi tikmişdir. Lakin şahid qismində dindirilən və imza atılan aktda da kənd sakinləri öz imzaları ilə təsdiq edirlər ki, həmin tövləni o, 1991-ci ildə tikmiş və heç bir yeni tikilidən söhbət gedə bilməz. Digər sübutlar üzrə şahid qismində dindirilən bələdiyyə sədri X10 fikirləri təhrif olunmuşdur. Belə ki, bələdiyyə sədri məhkəmədə özü də bildirmişdir ki, faktiki iddia olunan ərazi onun torpağıdır. Lakin sonradan məhkəmə qərarında göstərilir ki, guya ki cavabdehin iddia etdiyi əraziyə baxış keçirilərkən torpaq sahəsində çatışmazlıqların olduğu və həmin çatışmazlıqlar onun torpaq sahəsi ilə bitişik olduğu üçün onun tərəfindən zəbt edilmiş, digər ətrafda yerləşən ərazilər bələdiyyə torpağı olduğu üçün bələdiyyə iddiaçının torpağına girməmişdir. Gözlə görünə bilən torpaq şəhadətnaməsinin planı və sərhədlərin ölçüsü xəritəsindən də açıq görünür ki, qətnamə qanunsuzdur. Həmçinin peyk görüntüsü şəklindən də aydın görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin onun torpağına heç bir aidiyyatı olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İlkin iddia tələbini təmin edən birinci instansiya məhkəməsi torpağın mülkiyyətə verilməsinə dair JN:031A kod 30406048 saylı şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin Cavabdeh tərəfindən zəbt edilərək istifadə olunması, zəbt edilmiş torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikililərin tikilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsini isə qarşılıqlı iddia tələbinin əsassız olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayan qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə apararaq iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruru hesab edir. İşdən göründüyü kimi Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 26 sentyabr 1997ci il tarixli 09 saylı qərarına əsasən Dəvəçi (Şabran) rayonu Ləcədi kəndi ərazisində yerləşən 0.15 ha torpaq sahəsinin İddiaçı və ailə üzvlərinin, həmin torpaq sahəsinin qonşuluğunda yerləşən 0.15 ha həyətyanı torpaq sahəsinin isə Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə ilkin iddia tələbi torpaq sahəsindən çıxarma, qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması, qarşılıqlı iddia tələbi torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən çıxardılma barədədir. İlkin iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2, 180, qarşılıqlı iddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Məlum olduğu kimi, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu maddənin dizpozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı ilk növbədə mübahisəli torpaq sahəsinin onun mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır. İkinci, iddiaçı tələb edilən anda əmlakın cavabdehin sahibliyində olduğunu sübut etməli, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu tələb mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tkinti və qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (Mülki Məcəllənin 180.1, 180.4-cü maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Qeyd olunmalıdır ki, qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətində onlarda mövcud elektron bazada olan sahə ilə mübahisə tərəflərinin istifadə etdikləri həyətyanı torpaq sahəsi arasında kəskin uyğunsuzluq olduğundan düzgün rəy verə bilməməsini, məhkəmənin mübahisə edilən torpaq sahəsi ilə Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyinə istinad etməsini, torpaq sahələrinin sərhədlərini müəyyən edilməsi üçün iş üzrə təkrar məhkəmə-tikinti ekspertizanın keçirilməsinə dair qərardad qəbul edilməsini qeyd etmişdir. Məhkəmə kollegiyası tərəfindən tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədi ilə təkrar məhkəmə ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/9439 nömrəli 15 mart 2024-cü il tarixli ekspert rəyinə əsasən, 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd edilir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-031A Kod 30406048 saylı şəhadətnaməyə əsasən İddiaçı və onun ailə üzvlərinə ayrılmış 0,15 ha həyətyanı torpaq sahəsinin (naturada) koordinatları müəyyən olunmuşdur, 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd edilir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-026F Kod 30406048 saylı şəhadətnaməyə əsasən Cavabdeh və onun ailə üzvlərinə ayrılmış 0,15 ha həyətyanı torpaq sahəsinin (naturada) koordinatları müəyyən olunmuşdur, 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd edilir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-027F Kod 30406048 saylı şəhadətnaməyə əsasən X3 və onun ailə üzvlərinə ayrılmış 0,17 ha həyətyanı torpaq sahəsinin (naturada) koordinatları müəyyən olunmuşdur, 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd edilir ki, qeyd edilən torpaq sahələri bir-biri ilə şərqdən qərbə tərəf JN-027F Kod 30406048 X3 və onun ailə üzvlərinə ayrılmış 0,17 ha həyətyanı torpaq sahəsi, JN-026F Kod 30406048 Cavabdeh və onun ailə üzvlərinə ayrılmış 0,15 ha həyətyanı torpaq sahəsi, JN-031A Kod 30406048 İddiaçı və onun ailə üzvlərinə ayrılmış 0,15 ha həyətyanı torpaq sahəsi qonşudurlar. Həmin torpaq sahələri xəritə məlumatlarında üst-üstə düşmür. 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd edilir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-031A Kod 30406048 saylı şəhadətnaməyə əsasən İddiaçı və onun ailə üzvlərinə ayrılmış 0,15 ha həyətyanı torpaq sahəsinin 0.0131 ha və 0,0023 ha hissələri Cavabdeh tərəfindən istifadə edilir. Cavabdeh tərəfindən istifadə edilən 1.0131 ha sahənin üzərində Cavabdeh tərəfindən inşa edilib istifadə olunan ümumi sahəsi 48.4 kv.m. olan tövlə tikilisinin 30.6 kv.m. hissəsi yerləşir. Cavabdeh və ailə üzvlərinə ayrılmış 0,15 ha həyətyanı torpaq sahəsinin 0.00292 ha hissəsi İddiaçı tərəfindən istifadə edilir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Göründüyü kimi Şabran rayon Ləcədi kəndində yerləşən İddiaçı məxsus 0.15 ha həyətyanı torpaq sahəsinin 0.0131 ha və 0,0023 ha hissələri Cavabdeh tərəfindən istifadə edilməsi, sonuncu tərəfindən istifadə edilən 1.0131 ha sahənin üzərində Cavabdeh tərəfindən inşa edilib istifadə olunan ümumi sahəsi 48.4 kv.m. olan tövlə tikilisinin 30.6 kv.m. hissəsinin yerləşdiyi, həmçinin Cavabdeh və ailə üzvlərinə ayrılmış 0,15 ha həyətyanı torpaq sahəsinin 0.00292 ha hissəsinin isə İddiaçı tərəfindən istifadə edilməsi öz təsdiqini tapmışdır. Lakin Cavabdeh istifadə etdiyi 1.0131 ha sahənin üzərində onun inşa etdiyi ümumi sahəsi 48.4 kv.m. olan tövlə tikilisinin 30.6 kv.m. hissəsi İddiaçı məxsus torpaq sahəsinə düşsə də, ilkin iddiaçı vaxtında buna etiraz etməmiş və artıq uzun müddət tikilərək cavabdehin faktiki olaraq istifadəsindədir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, İddiaçı məxsus 0.15 ha həyətyanı torpaq sahəsinin 0,0023 ha və 1.0131 ha hissəsindən (tövlə tikilisinin düşdüyü 30.6 kv.m. hissəsi istisna olmaqla) çıxarılmaqla, torpaq sahəsi həmin hissələrdə boşaldılmalı, qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli, Muradov X5 Abdulla Ramazan oğluna məxsus 0,15 ha həyətyanı torpaq sahəsinin 0.00292 ha hissəsindən çıxarılmaqla, həmin hissədə torpaq sahəsi boşaldılmalı, qalan hissədə təmin edilməmlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 100+100=200 (iki yüz) manatın 100 manat ilkin İddiaçı və 100 manat qarşılıqlı iddiaçı Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X9, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22), 60 (altmış) manatın 30 manat ilkin İddiaçı və 30 manat qarşılıqlı iddiaçı Cavabdeh tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına (Kapital Bank ASC Xətai filialı, filialın kodu: 200071, VÖEN: **********, SWİFT kodu: AİİBAZ2X, mühbir hesab: AZ37NABZ********************, Kadastr və Yerqurluşu Layihə-Tədqiqat Mərkəzi MMC, hesab: AZ23AİİB********************, VÖEN**********) ödənilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2., 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4., 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia tələbi qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh ilkin İddiaçı məxsus 0.15 ha həyətyanı torpaq sahəsinin 0,0023 ha və 1.0131 ha hissəsindən (tövlə tikilisinin düşdüyü 30.6 kv.m. hissəsi istisna olmaqla) çıxarılsın və torpaq sahəsi həmin hissələrdə boşaldılsın. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh məxsus 0,15 ha həyətyanı torpaq sahəsinin 0.00292 ha hissəsindən çıxarılsın və torpaq sahəsi həmin hissədə boşaldılsın. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq ilkin İddiaçı 100 manat və qarşılıqlı iddiaçı Cavabdeh 100 manat olmaqla, 200 (iki yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X9, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22), ilkin İddiaçı 30 manat və qarşılıqlı iddiaçı Cavabdeh 30 manat olmaqla, 60 (altmış) manat tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına (Kapital Bank ASC Xətai filialı, filialın kodu: 200071, VÖEN: **********, SWİFT kodu: AİİBAZ2X, mühbir hesab: AZ37NABZ********************, Kadastr və Yerqurluşu Layihə-Tədqiqat Mərkəzi MMC, hesab: AZ23AİİB********************, VÖEN**********) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar