Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1400/2024 03.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi, hakimlər X4 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı, cavabdeh Qusar rayonu Hil Bələdiyyəsinin sədri Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Qusar rayonu Hil Bələdiyyəsinə qarşı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-483/2024 nömrəli, 30 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh Qusar rayonu Hil Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qusar Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Cəlilov) iddianın qismən təmin edilməsi, Qusar rayonu Hil bələdiyyəsinin İddiaçı işdən azad edilməyi barədə 10 iyul 2023-cü il tarixli 03 saylı əmri ləğv edilməsi, Qusar rayonu Hil bələdiyyəsinin xəzinədarı vəzifəsi üzrə işə bərpa olunması, məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək hər ay müvafiq əmək haqqı ödənilməsi, Qusar rayonu Hil bələdiyyəsindən İddiaçı xeyrinə 6340 manat məbləğində ödənilməmiş əmək haqqı və mediasiya prosesi üçün çəkdiyi 60 manat məbləğində pul vəsaiti tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh Qusar rayonu Hil Bələdiyyəsi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdeh Qusar rayonu Hil Bələdiyyəsinə qarşı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonu Hil bələdiyyəsinin onun işdən azad edilməyi barədə 10 iyul 2023-cü il tarixli 03 saylı əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməklə onun Qusar rayonu Hil bələdiyyəsinin xəzinədarı vəzifəsi üzrə işə bərpa olunmağı, Qusar rayonu Hil bələdiyyəsindən onun 6640 manat məbləğində ödənilməmiş əmək haqqının və mediasiya prosesi üçün çəkdiyi 60 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2000-ci il tarixdən Qusar rayonu Hil bələdiyyəsinin xəzinədarı vəzifəsində işləmişdir. 2020-ci ilin yanvar ayında Qusar rayonu Hil bələdiyyəsinin sədri Nümayəndə təyin edilmişdir. Həmin şəxs bələdiyyə sədri olduqdan sonra onunla yola getməmiş, müxtəlif bəhanələrlə onu işdən azad etmək istəmişdir. Onun əmək haqqını da vaxtında verməmiş, hər dəfə çətinliklə əmək haqqı almışdır. 2022-ci ilin yanvar ayından 2023-cü ilin iyun ayının sonunadək isə cəmi 6640 manat məbləğində əmək haqqı ona verilməmişdir. 2023-cü ilin iyul ayında Qusar rayonu Hil bələdiyyəsinin sədri Nümayəndə onun işlədiyi “xəzinədar” vəzifəsinin ləğv olunduğunu, bu səbəbdən də onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini bildirmişdir. O isə bunun qanunsuz olduğunu, onu işə bərpa etməsini, ödənilməmiş əmək haqqının ödənilməsini ondan tələb etmişdir, lakin həmin şəxs onun tələblərinə məhəl qoymamışdır. Bu səbəbdən də, bununla bağlı o, şikayət ərizəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti X1 müraciət etmişdir. Həmin şöbə tərəfindən araşdırma aparılmış və məlum olmuşdur ki, Qusar rayonu Hil bələdiyyəsinin 10 iyul 2023-cü il tarixli 03 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin, müəyyən olunmuşdur ki, Nümayəndə tərəfindən onun əmək müqaviləsinə xitam verilərkən bir sıra qanun pozuntularına yol verildiyi müəyyən olunmuşdur. Ona görə də, Nümayəndə Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə olunmuşdur. Şöbə tərəfindən cərimə əvvəlcə şərti tətbiq olunaraq Nümayəndə onu işə bərpa etmək, ödənilməmiş əmək haqqının ödənilməsi barədə göstərişlər verilmiş, lakin, Nümayəndə nə onu işə bərpa etməmiş, nə də əmək haqqını ödəməmişdir. O, xx.xx.2000-ci il tarixdən Qusar rayonu Hil bələdiyyəsində işləmiş və onun əmək stajı 10 ildən artıq olmuşdur. Bu səbəbdən də Hil bələdiyyəsinin sədri onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verərkən o, bu barədə ən azı 9 təqvim həftəsi əvvəl rəsmi xəbərdar olunmalı idi və xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə o, azı bir iş günü əmək funksiyasının icrasından azad edilməli idi. Lakin, Qusar rayonu Hil bələdiyyəsi Əmək Məcəlləsinin həmin tələblərini kobud şəkildə pozmuş, ona heç bir xəbərdarlıq etmədən ani olaraq əmək müqaviləsinə xitam vermişdir. Qusar rayonu Hil Bələdiyyəsi tərəfindən onun əmək müqaviləsinə Əmək Məcəlləsinin tələbləri pozulmaqla xitam verildiyindən, həmin bələdiyyənin onun işdən azad edilməyi barədə xx.xx.2023-cü il tarixli 03 saylı əmri ləğv edilməli, o, tutduğu xəzinədar vəzifəsinə bərpa olunmalıdır. Bundan başqa, məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməlidir. Qusar rayonu Hil bələdiyyəsi 2022ci ilin yanvar ayından 2023-cü ilin iyun ayının sonunadək ona heç bir əmək haqqı verməmiş, ödənilməmiş həmin əmək haqqının məbləği 6640 manat təşkil edir. Hesab edir ki, Qusar rayonu Hil bələdiyyəsindən onun 6640 manat məbləğində ödənilməmiş əmək haqqısı tutularaq ona verilməlidir. O, mübahisənin məhkəmədən əvvəl mediasiya prosesində həll edilməsi üçün Mediasiya Şurasına müraciət etmiş, lakin Qusar rayonu Hil bələdiyyəsinin sədri Nümayəndə mediasiya prosesində iştirak etməmiş, bununla bağlı mediator tərəfindən xx.xx.2023-cü il tarixli arayış verilmişdir. İlkin mediasiya prosesi ilə bağlı onun tərəfindən 60 manat məbləğində xərc çəkilmişdir. Mediasiya prosesi üçün çəkdiyi 60 manat məbləğində pul vəsaiti də Qusar rayonu Hil bələdiyyəsindən tutularaq ona verilməlidir. O, ilkin mediasiya prosesi nəticəsində verilmiş arayışı əldə etdikdən sonra 05 sentyabr 2023-cü il tarixdə o, Qusar rayonu Hil bələdiyyəsinə qarşı “Məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa tələbinə dair” iddia ərizəsi ilə Qusar rayon məhkəməsinə müraciət etmiş, lakin həmin məhkəmənin 06 sentyabr 2023-cü il tarixli qərardadı ilə onun iddia ərizənin icraata qəbul edilməsindən imtina olunmuş, ona müvafiq iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bundan sonra o, həmin iddia ərizəsi ilə məhkəmə aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, lakin həmin məhkəmənin 26 fevral 2024-cü il tarixli 2-1(118)- 1524/2024 saylı qərardadı ilə onun iddiası mümkün sayılmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin həmin qərardadında qeyd olunmuşdur ki, mübahisə əmək münasibətlərindən əmələ gələn mübahisə olduğundan işə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmalıdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli qərardadı ilə cavabdeh Qusar rayonu Hil Bələdiyyəsinin apellyasiya şikayətinin qismən təmin edilməsi, İddiaçı iddia tələbindən qismən imtina barədə ərizəsinin təmin edilməsi, Qusar Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli qətnaməsi iddia tələbinin Qusar rayonu Hil bələdiyyəsinin onun işdən azad edilməyi barədə 10 iyul 2023-cü il tarixli 03 saylı əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməklə onun Qusar rayonu Hil bələdiyyəsinin xəzinədarı vəzifəsi üzrə işə bərpa olunması hissələrində ləğv edilməsi və həmin hissələrdə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Qusar rayonu X5 Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmaqla qət edilmiş və cavabdehin hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, Hil Bələdiyyəsinin 07 iyul 2023-cü il tarixli 04 saylı qərarı ilə bələdiyyənin maddi imkanlarının yaxşı olmaması səbəbindən xəzinədar vəzifəsinin ixtisar edilməsi və həmin vəzifəni icra edən İddiaçıh qızının tutduğu vəzifədən azad edilməsi, hesablanmış 1 il 08 ay üçün əmək haqqı olan 6640 manat əmək haqqı vəsaitinin büdcədə vəsait olduqca hissə-hissə olaraq ödənilməsi qərara alınmış, qərarın icrasına nəzarət ona tapşırılmaqla bir surəti Xaçmaz Regional Ədliyyə İdarəsinə göndərilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlər isə Hil Bələdiyyəsinin 07 iyul 2023-cü il tarixli 8 saylı protokolunda öz əksini tapmışdır. Lakin, bundan sonra İddiaçıh qızı, qərəzli olaraq Hil Bələdiyyəsinin 07 iyul 2023-cü il tarixli 04 saylı qərarıını mübahisələndirmək əvəzinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti X1 müraciət etmiş, müəyyən olunmuşdur ki, Qusar rayonu Hil bələdiyyəsinin 10 iyul 2023cü il tarixli 03 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Nümayəndə tərəfindən xitam verilərkən bir sıra qanun pozuntularına yol verildiyi müəyyən olunmuşdur. Ona görə də, Nümayəndə Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə olunmuşdur. Qeyd etmək istəyir ki, həmin qərar qəbul edilərkən iddaçı özü də qərarın qəbul edilməsində iştirak etmiş, həmin vaxt qərarın qəbul edilməsinə heç bir etiraz vəya irad bildirməmiş, sadəcə yekun protokolu imzalamaqdan imtina etmişdir. Hesab edir ki, bu fakt isə ona tanınmış hüquqdan sui-istifadə edilməsi deməkdir. Müfəttişlik tərəfindən aparılan araşdırma isə tək tərəfli olmuş, bələdiyyə tərəfindən qəbul edilmiş qərara isə heç bir əhəmiyyət verilmədən, sadəcə olaraq Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinin (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi iəğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdar edilməlidir bəndini əsas gətirərək barəsində cərimə tətbiq etmişdir. Hesab edir ki, Hil Bələdiyyəsinin 07 iyul 2023-cü il tarixli 04 saylı qərarı qüvvədə olduğu müddətcə İddiaçıh qızının Qusar rayonu Hil bələdiyyəsinin xəzinədarı vəzifəsi üzrə işə bərpa olunması qanunvericiliyin tələblərinə ziddir. Həmin qərar hal hazırda qüvvədədir. Buradan da görünür ki, artıq qərar verilən tarixədək Hil Bələdiyyəsinin maddi imkanlarının yaxşı olmaması səbəbindən xəzinədar vəzifəni icra edən İddiaçıh qızına əmək haqqı məbləği olaraq hesablanmış 1 il 08 ay üçün əmək haqqı olan 6640 manat əmək haqqı vəsaitini ödəməkdə çətinlik çəkmiş, büdcədə vəsait olduqca hissə-hissə olaraq ödənilməsi qərara alınmışdır. Hil Bələdiyyəsinin 07 iyul 2023-cü il tarixli 04 saylı qərarı qüvvədə olduğu müddətcə İddiaçıh qızının Qusar rayonu Hil bələdiyyəsinin xəzinədarı vəzifəsi üzrə işə bərpa olunması qanunvericiliyin təlblərinə ziddir və məhkəmə bu fakta düzgün qiymət verməmişdir. Cavabdeh Qusar rayonu Hil Bələdiyyəsinin sədri Nümayəndə, xəbərdarlıq etmədən İddiaçı işdən çıxartmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh Qusar rayonu Hil Bələdiyyəsinin sədri Nümayəndə iddiaçı iddia tələblərindən qismən imtina etdiyindən digər hissədə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini ödənilməmiş əmək haqqının tutulması hissəsində qəbul etməyərək, şikayətin həmin hissədə təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti ödənilməmiş əmək haqqı və mediasiya prosesi üçün ödənilən pul vəsaitinin tutulması hissəsində təmin edilməməli, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticəni cavabdeh tərəfindən qanunvericiliyin qeyd edilən normalarının tələblərinin pozulması ilə əsaslandırmışdır. İddiaçı xx.xx.2000-ci il tarixdən Qusar rayonu Hil bələdiyyəsinin xəzinədarı kimi işləməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi ödənilməmiş əmək haqqı və mediasiya xərcinin ödənilməsi barədədir. Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Qanun mənasından göründüyü kimi əmək haqqı – müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş işçinin gördüyü işə (göstərdiyi xidmətə) görə işəgötürənin qabaqcadan müəyyən olunmuş normalar və qiymətlər üzrə minimum əmək haqqı məbləğindən aşağı olmamaqla pul və ya natura formasında müntəzəm surətdə ödəməyə borclu olduğu haqdır. Əmək haqqı işçiyə görülən işin müqabilində işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğdir. Nəzərdə tutulmuş əmək funksiyası ilə yanaşı müəyyən edilmiş iş vaxtı ərzində işçi tərəfindən digər müvafiq peşələr (vəzifələr) üzrə əmək funksiyasının tam və ya qismən icra olunduğu hallarda ödəmələr əmək haqqına aid ödəmələrə aid edilir. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir (Əmək Məcəlləsinin 172-ci maddəsinin 1, 2 və 4-cü hissələri). Həmin Məcəllənin 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Göründüyü kimi işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda əsası ilə əmək müqaviləsinə xitam verildiyindən, cavabdeh isə əmək haqqının ödənilmədiyini etiraf etdiyindən, 6340 manat məbləğində ödənilməmiş əmək haqqının ödənilməsinə dair iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə ödənilməmiş əmək haqqı və mediasiya xərcinin ödənilməsi hissəsində işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti ödənilməmiş əmək haqqı və mediasiya prosesi üçün ödənilən pul vəsaitinin tutulması hissəsində təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh Qusar rayonu Hil Bələdiyyəsinin apellyasiya şikayəti ödənilməmiş əmək haqqı və mediasiya prosesi üçün ödənilən pul vəsaitinin tutulması hissəsində təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1400/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1400/2024
03.09.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver