Məhkəmə qərarları › İş №2(105)-1406/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1406/2022

22.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1406/2022 22.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: əmlakın qanunsuz sahiblikdən geri alınması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı nümayəndəsi X8, cavabdeh X2 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(067)-19/2022 nömrəli qətnaməsindən cavabdeh X2 verdiyi apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdeh X2 qanunsuz sahibliyindən ona məxsus Xaçmaz rayonu, Mürsəliqışlaq kəndi ərazisində yerləşən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda və xx.xx.2020-ci il tarixli, A 468127 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlarda yerləşən 0,07 ha torpaq sahəsinin istifadə etdiyi 100 kv.metr hissəsinin ondan alınaraq istifadəsinə qaytarılması və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2006-cı ildə Xaçmaz bələdiyyəsindən Xaçmaz rayonu Mürsəliqışlaq kəndi ərazisində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi almış və yerində ölçülərək ona təhkim edilmişdir. Torpaq sahəsi ona təhkim olunandan təxminən 3 il ərzində oranı hasara almamış, qonşuluqda torpaq sahəsi başqa şəxsə satıldıqdan sonra həmin şəxs öz torpaq sahəsi ilə onun torpaq sahəsi arasında sərhəddə mişar daşından hasara almışdır. 2015-ci ildə torpaq sahəsində 2 otaqlı yaşayış evi tikmiş və həmin evdə qardaşı Xanbala Vəliyev yaşamışdır. Pula ehtiyacı olduğu üçün 2019-cu ildə torpaq sahəsini üzərindəki yaşayış evi ilə birlikdə satmaq qərarına gəlmişdir. X3 ilə torpaq sahəsini almaq barədə razılaşmışlar. Samir Qeybullayev ona göstərdiyi sərhədlər daxilində torpaq sahəsini açıq qalan iki tərəfdən dəmir tor ilə hasara almışdır. Bir müddət sonra cavabdeh dəmir tordan çəkilmiş hasarı və dəmir borulardan ibarət dirəkləri yerindən çıxararaq onun torpaq sahəsinin təxminən 100 kv.metr hissəsini zəbt etmişdir. O, torpaq sahəsinin sərhədinin müəyyən edilməsi üçün DƏDRX-nə müraciət etmiş, həmin idarənin mütəxəssisləri gəlib yerində sərhədləri müəyyən etmiş və cavabdeh tərəfindən həqiqətən də torpaq sahəsinin 100 kv.metr hissəsinin zəbt edildiyi təsdiq olunmuşdur. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Xaçmaz Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(067)-19/2022 saylı qətnaməsi ilə (hakim Anar Sadıqov) İddiaçı cavabdeh X4 qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinə dair iddiası qismən təmin edilib, İddiaçı məxsus Xaçmaz rayonu, Mürsəliqışlaq kəndi ərazisində yerləşən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda və xx.xx.2020-ci il tarixli, A 468127 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlarda yerləşən 0,07 ha torpaq sahəsinin Cavabdeh istifadə etdiyi 100 kv.metr hissəsi cavabdehin qanunsuz sahibliyindən alınaraq İddiaçı istifadəsinə qaytarılması, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul cavabdehdən alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/371 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Xaçmaz rayonu Mürsəliqışlaq kəndi ərazisində yerləşən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda və xx.xx.2020-ci il tarixli A468127 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlarda yerləşən 0,07 ha torpaq sahəsinin şimal tərəfdən 100 kv.metr hissəsi cavabdeh tərəfindən istifadə olunur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiysının 13, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 157.2-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsi və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh X6 apellyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(067)-19/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Birinci instansiya məhkəməsinin araşdırması zamanı izahatında bildirmişdir ki, iddia ona qarşı düzgün qaldırılmamışdır. Onun iddiaçıya məxsus torpaq sahəsi ilə qonşuluqda yerləşən nə torpaq sahəsi, nə də evi yoxdur. Ona məxsus yaşayış evi Mürsəliqışlaq kəndində deyil, Xaçmaz şəhəri, M.Ş.Vazeh küçəsi 4 ünvanda yerləşir. Xaçmaz rayonu Qobuqırağ bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 07 saylı qərarı ilə oğlu - X5 fərdi yaşayış evinin tikintisi məqsədi ilə Mürsəliqışlaq kəndi ərazisindən 0,08 ha həyətyanı torpaq sahəsi ayrılmış, torpaq sahəsi ona göstərilən və xəritədə qeyd olunan koordinatlar çərçivəsində hasara alınaraq sonuncunun istifadəsinə verilmişdir. Bu barədə məhkəməyə məlumat verməklə iddianın ona qarşı düzgün qaldırılmadığına görə iş üzrə icraata xitam verilməsini xahiş etsə də, iddia tələbi təmin edilmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdeh X6 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. İddiaçı nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllə Maddə 152. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Torpaq Məcəlləsi Həmin Məcəllənin 48.5-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1-385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il, reyestr nömrəsi **********89 olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Mürsəliqışlaq kəndində 0,07 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 95 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmışdır. Xaçmaz rayon Qobuqıraq bələdiyəsinin 30 iyun 2007-ci il tarixli, 07 saylı qərarından görünür ki, Xaçmaz şəhər sakini X5 fərdi yaşayış evinin tikintisi məqsədi ilə Qobuqıraq bələdiyyəsinin ehtiyat fondundan 0,08 ha torpaq sahəsinin ayrılması qərara alınmış və “Torpaq sahəsinin alqı-satqısına dair” akt ilə sonuncunun istifadəsinə verilmişdir. xx.xx.2007-ci il tarixdə tərtib olunmuş A № 023311 olan Torpaq səhəsinin planı və ölçüsü sənədində Torpqa sahəsinin kadastr göstəriciləri, Əsas döngə nöqtələrinin koordinatları və Torpaq sahəsinin qonşu sərhədləri göstərilmişdir. "xxxx" MMC-nin torpaq sahəsinin ölçülməsi barədə 05 noyabr 2020-ci il tarixli, 01/587 nömrəli hesabatında göstərilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsinin A№ 468127, xx.xx.2020-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən əsas döngə nöqtələrinin koordinatlarına əsasən Xaçmaz rayonu, Mürsəliqışlaq kəndində yerləşən İddiaçı məxsus olan 0.07 ha torpaq sahəsi, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A№ 023311, xx.xx.2007-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən əsas döngə nöqtələrinin koordinatlarına əsasən Xaçmaz rayonu, Mürsəliqışlaq kəndində yerləşən, cavabdeh X5 məxsus olan 800 kv.m torpaq sahələri qonşuluqda yerləşir və İddiaçı məxsus olan 0.07 ha torpaq sahəsinin 0,01 ha hissəsi X7 tərəfindən faktiki olaraq istifadə olunur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/2642 nömrəli ekspert rəyindən görünür ki, Xaçmaz rayonu, Mürsəliqışlaq kəndi ərazisində yerləşən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda və xx.xx.2020-ci il tarixli A468127 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlarda yerləşən 0,07 ha torpaq sahəsinin 100 kv.metr hissəsi cavabdeh tərəfindən istifadə olunur. Xaçmaz rayonu, Mürsəliqışlaq kəndi ərazisində yerləşən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda və xx.xx.2020-ci il tarixli A468127 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlarda yerləşən 0,07 ha torpaq sahəsinin 100 kv.metr hissəsi Xəritə-1 də göstərilən forma və Cədvəl-1 də qeyd olunan ölçülər daxilində faktiki olaraq cavabdeh tərəfindən istifadə olunur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/371 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Xaçmaz rayonu Mürsəliqışlaq kəndi ərazisində yerləşən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda və xx.xx.2020-ci il tarixli A468127 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlarda yerləşən 0,07 ha torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunur. Xaçmaz rayonu, Mürsəliqışlaq kəndi ərazisində yerləşən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda və xx.xx.2020-ci il tarixli A468127 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlarda yerləşən 0,07 ha torpaq sahəsinin şimal tərəfdən 151 kv.metr hissəsi cavabdeh tərəfindən istifadə olunur. Beləliklə, iş materialları ilə müəyyən olur ki, Xaçmaz rayonu, Mürsəliqışlaq kəndində yerləşən İddiaçı məxsus olan 0.07 ha torpaq sahəsi və cavabdeh X5 məxsus olan 800 kv.m torpaq sahələri qonşuluqda yerləşir və iddiaçıya məxsus olan 0.07 ha torpaq sahəsinin 100kv.metr hissəsi X7 tərəfindən faktiki olaraq istifadə olunur. Cavabdeh xx.xx.2021-ci il tarixli ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək hazırkı mübahisə üzrə oğlunun əvəzinə cavabdehlik daşımadığını göstərmişdir. Eyni zamanda birinci instansiya məhkəməsinin araşdırması zamanı cavabdeh izahat verərək göstərmişdir ki, iddia ona qarşı düzgün qaldırılmamışdır. Ona məxsus yaşayış evi ünvan 2 ünvanda qeydiyyatdadır. Onun iddiaçıya məxsus torpaq sahəsi ilə qonşuluqda yerləşən nə torpaq sahəsi, nə də evi yoxdur. Mürsəliqışlaq kəndi ərazisində oğlu Qəzənfər Əzizova məxsus 0,08 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən yaşayış evi mövcuddur. Həmin torpaq sahəsi xəritədə qeyd olunan koordinatlar çərçivəsində hasara alınaraq oğlunun istifadəsinə verilmişdir. O oğluna məxsus torpaq sahəsi ilə əlaqədar heç bir hüquq və vəzifələr daşımır, iddiaçının torpaq sahəsi onun tərəfindən zəbt edilməmiş və hazırkı mübahisə üzrə cavabdehlik daşımır. Lakin birinci instansiya məhkəməsi qeyd olunan halları araşdırıb hüquqi qiymət vermədən İddiaçı məxsus Xaçmaz rayonu, Mürsəliqışlaq kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsinin 100 kv.metr hissəsinin Cavabdeh qanunsuz sahibliyindən alınaraq iddiaçıya verilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi bu nəticəyə gələrkən prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və işdə olan sübutları MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməmişdir İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (MPM-nin 50.3-cü maddəsi). İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun (MPM-nin 54.1-ci maddəsi). İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (MPM-nin 54.2-ci maddəsi). Baxılan işdə iddia məhz iddia ərizəsində göstərilmiş cavabdeh X4 qarşı yönəlmişdir. İddia tələbində göstərilən hərəkətlərin konkret olaraq cavabdeh - X6 tərəfindən edilməsi məhkəmə qaydasında öz təsdiqini tapmamışdır. Cavabdehin yaşadığı və istifadə etdiyi torpaq sahəsinin fərqli ünvanda yerləşməsi iddia tələbinin ona qarşı yönəldilməsini istisna edir. Çünki iddia tələbində göstərilən hərəkətlər qonşu torpaq sahəsinin mülkiyyətçisi ilə törədilməsi mümkündür, hazırki halda isə iddia ərizəsində tələb torpaq sahəsinə aidiyyatı olmayan, hüquq və vəzifələrinə toxunmayan və cavab verməli olmayan şəxsə yönəldilmişdir. Lakin məhkəmə iddiaşının mübahisələndirdiyi torpaq sahəsinin cavabdeh X2 deyil, başqa şəxsin sahibliyində olmasına və iddia tələbində göstərilən hərəkətlərin konkret olaraq cavabdeh - X6 tərəfindən edilməsinin hər hansı bir sübutla təsdiq olunmamasına əhəmiyyət verməyərək iddia tələbinin cavab verməli olmayan şəxsə qarşı yönəldiyi halda tələbi təmin etmişdir ki, bununla da qanuni və əsaslı olmayan məhkəmə aktının qəbul edilməsi ilə nəticələnmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh lsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinə dair iddia ərizəsi əsassızdır, başqa sübutlarla öz təsdiqini tapmayaraq təkzib olunduğundan təmin edilməməlidir. MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiarilları ilə müəyyən olur ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəmədə baxılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Mütəxəssis rəyinin alınması üçün İddiaçı tərəfindən 300 manat+311 manat=611 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/2642 nömrəli ekspert rəyinin verilməsinə görə 50 (əlli) manat və xx.xx.2022-ci il tarixli, 10/371 nömrəli ekspert rəyinin verilməsinə görə 50 (əlli) manat olmaqla, ümumilikdə 100 (bir yüz) manat sərf olunmuşdur. İddia tələbi təmin edilmədiyinə görə məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinə dair iddiası təmin edilməməli, iddia ərizəsinin məhkəmədə baxılması ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməli və aparılmış ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 100 (bir yüz) manat pul İddiaçı alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(067)-19/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin məhkəmədə baxılması ilə əlaqədar ödənilmiş 30 (otuz) manat və mütəxəssis rəyinin alınması üçün ödənilmiş cəmi 611 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 100 (bir yüz) manat pul İddiaçı alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda sadalanan maddi hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaətini aşağıda qeyd edilənlərə əsasən əsaslı hesab etmir:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar