Məhkəmə qərarları › İş №2(105)-1409/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1409/2023

24.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1409/2023 24.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-1965/2022 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hal-hazırda qalmaq üçün şəraitləri və evləri olmadığından onunla birgə ailə üzvlərinin (həyat yoldaşı və 2 az yaşlı qızı) Quba rayonu, Güləzi Ə/D, Yeni Güləzi kəndindəki 74 nömrəli ünvanındaki ata evinə köçürülməsi, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-1965/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ailə üzvləri ilə birlikdə Quba rayonu, Yeni Güləzi kəndində 74 nömrəli yaşayış evinə köçürülməsi qərara alınmışdır. İş üzrə Cavabdeh2 göstərilən qətnamədən apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Quba rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(027)-1965/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(027)-1965/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti qanunda nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır (hakim Rahim Həsənov). Cavabdeh2 qərardaddan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda göstərilənin əksinə olaraq, Quba rayon Məhkəməsinin 2(027)-1965/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ona (həmçinin digər cavabdehə) poşt vasitəsilə xx.xx.2022-ci il tarixində təqdim edilmişdir. Qeyd olunan qətnamədən apellyasiya şikayətini isə xx.xx.2023-cü il tarixində vermişdir. İşdə olan sənədlərdən görünür ki, apellyasiya şikayətini şikayət etmək üçün nəzərdə tutulan müddətin 28-ci günü vermişdir. Buna görə müddətin bərpa ərizəsi tələb olunmur. Qərardadda yazılır ki, o, qətnaməni xx.xx.2022-ci il tarixində almışdır. Halbuki zərflərin üzərində qətnaməni aldığı tarix yazılmışdır. Tərəfindən müddətin buraxılmasına dair hal sübut edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)- 1965/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinin tələbinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. İş materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 2(027)-1965/2022 saylı qətnaməsini Cavabdeh1 və Cavabdeh2 oğlu 01 dekabr 2022-ci il tarixində “poçt göndərişinin verilməsi haqqında xəbərnamə”ni imzalayaraq almış, Cavabdeh2 tərəfindən apellyasiya şikayəti isə 13 yanvar 2023-cü il tarixdə verilmişdir. Beləliklə, Cavabdeh2 apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxmış, lakin apelyasiya şikayəti verərkən müddətin bərpası barədə ərizə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1965/2022 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-1965/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar