Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1409/2024 07.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X4 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı, onun vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-276/2024 nömrəli, 30 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********76 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.0219 ha torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş tikililər cavabdeh tərəfindən sökülməsi, həmin torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilməsi, Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat və ödənilmiş mütəxəssis rəyinə görə 100 (yüz) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi, aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus olan, mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında müəyyən edilən Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,0219 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin içərisində tikilmiş bütün tkilillərin cavabdehin öz hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 05 aprel 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu Məmmədli kəndində yerləşən 0.03 ha torpaq sahəsini X1 almışdır. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmış və onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Lakin cavabdeh göstərilən torpaq sahəsini zəbt edərək orada tikinti işi aparmışdır. O cavabdehə dəfələrlə müraciət etsə də nəticəsi olmamışdır. O bu barədə Sabunçu Rayon Polis İdarəsinə müraciət etmişdir. Sabunçu Rayon Polis İdarəsinin 15-ci PB-nin baş təhqiqatçısı polis mayoru X2 tərəfindən onun müraciəti əsasında cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, təhqiqat araşdırması dövründə tərəflərin təqdim etdikləri sənədlər əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ölçmə işləri aparılan zaman torpaq sahəsinin İddiaçı məxsus olması öz təsdiqini tapmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Əliyev X3 Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin təmin edilən hissəsində ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərar qəbul edərkən işin bütün xüsusatlarını araşdırmamışdır. Belə ki, ona məxsus çıxarışın ilkin sənədlərini tam, hərtərəfli araşdırılmamış, məhkəməyə təqdim etdiyi sübutlar iş materiallarına əlavə edilməmişdir. Hesab edir ki, ona məxsus hətta iddiaçıya məxsus çıxarışın bütün arxiv sənədləri tam qaldırılmalı idi, məhkəmə isə yalnız son sənədlərə əsaslanmışdır. Odur ki, qətnaməni qanunsuz və əsassız hesab edir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının vəkili Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmənin əvvəlki iclasında dindirilən iş üzrə rəyi vermiş mütəxəssis Nümayəndə2 izahatında rəyi müdafiə edərək göstərmişdir ki, həmin rəyə əlavə edilmiş sxemdə cavabdehin sənəd üzrə torpaq sahəsinin yerləşmə vəziyyəti ətraflı şəkildə göstərilmişdir. Həmin sxemə nəzər saldıqda görünür ki, mübahisəli yer sənəd üzrə İddiaçı olsa da faktiki olaraq Cavabdeh istifadəsindədir və orada təyinatı bilinməyən tikili mövcuddur. Lakin cavabdehin sənəd üzrə torpaq sahəsi mübahisəli ərazidən kənarda yerləşir. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini iddiaçıya mülkiyyət hüququ ilə məxsus 0.0219 ha torpaq sahəsində hazırda cavabdeh tərəfindən qanunsuz olaraq tikililər tikilməsi, bu isə iddiaçının konstitusiya və qanunlarla qorunan mülkiyyət hüququna toxunulması və onun hüquqlarını məhdudlaşdırması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qətnamənin iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyini nəzərə alaraq həmin hissədə apellyasiya şikayətinin dəlillərinə uyğun qiymət verilməsini zəruri hesab edir. İşdən görünür ki, iddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.0219 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xüsusi mülkiyyət əsasında ona məxsus olduğunu, həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini əsas gətirərək, iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Baxılan iş üzrə iddia tələbi torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2, 180 və Torpaq Məcəlləsinin 111-ci maddələri nəzərdən keçirilə bilər. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (Mülki Məcəllənin 157.2. maddəsi). Qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asıl olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu iddia mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Həmin maddənin dizpozisiya şərtlərinə əsasən iddianın təmin olunması üçün iddiaçılar ilk növbədə mübahisəli mənzilin onun mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır. Qeyd olunan mübahisəli torpaq sahəsinin isə iddiaçıların mülkiyyətində olduğu işin mübahisəsiz halıdır. Birinci instansiya məhkəməsi tərəfindən alınmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21- 3-32/2- 1287/2024 nömrəli mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********76 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı sənəd üzrə xüsusi mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.0219 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatları ilə mübahisəli torpaq sahəsinin koordinatlarının üst-üstə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********76 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı sənəd üzrə xüsusi mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.0219 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatları ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin və tikilisinin koordinatları ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Həmçinin mütəxəssis rəyinin qeyd hissəsində göstərilir ki, torpaq sahəsinə yerli baxış zamanı İddiaçı (naturada) faktiki istifadəsində olan torpaq sahəsi qeyd alınmamışdır, lakin mübahisəli torpaq sahəsi və tikilisi (naturada) cavabdehin faktiki istifadəsindədir. Ekspertizanın rəyi ilə təsdiqini tapır ki, iddiaçıya mülkiyyət hüququ ilə məxsus 0.0219 ha torpaq sahəsində hazırda cavabdeh tərəfindən qanunsuz olaraq tikililər tikilmiş, bu isə iddiaçının konstitusiya və qanunlarla qorunan mülkiyyət hüququna toxunulmuş və onun hüquqlarını məhdudlaşdırmışdır. Qeyd olunan hal mütəxəssis Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında da öz təsdiqini tapmışdır. Məlum olduğu kimi, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tkinti və qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (Mülki Məcəllənin 180.1, 180.4-cü maddələri). Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər (Mülki Məcəllənin 172.3., 173.3-cü maddələri). Qonşu torpaq sahəsinin mülkiyyətçisi öz mülkiyyət hüququnu yolverilməz şəkildə poza biləcək belə qurğuların tikilməsini və ya istismarını qadağan edə bilər. Belə qadağanlara o zaman yol verilir ki, hüququ pozulan mülkiyyətçi pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi bu işlərin aparılmasına qarşı öz etirazını bildirmiş olsun. Belə bildiriş verilmədikdə onun hüququnun qərəzsiz şəkildə pozulmasının nəticələrinə dözməlidir. O da nəzərə alınmalıdır ki, heç bir zərurətdən doğmayan əsassız tikinti qonşunun hüququnu əhəmiyyətli dərəcədə pozarsa onun sökülməsi məsələsi qaldırıla bilər. İddiaçı torpaq sahəsini alarkən orada tikilinin olmadığını, yarımçıq hasar olduğunu, sxemdə göstərilən tikilinin isə mübahisə gedən müddətdə cavabdeh tərəfindən torpaqdan çıxmamaq məqsədilə tikdiyini və həmin tikilinin təyinatının yaşayış evi olmadığını bildirmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsi cavabdehin qanunsuz istifadəsində olduğu öz təsdiqini tapdığından, iddiaçının hüququnun müdafiəsi tələbi əsaslı hesab edilməklə iddianı mübahisələndirilən hissədə təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1409/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1409/2024
07.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver