Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1413/2020 20.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X6 və X3 ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, Cavabdeh nümayəndəsi vəkil X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X9 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-1017/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Süleymanova) iddianın rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh və X9 qarşı özəlləşmənin etibarsız hesab edilməsi tələbinə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh qarşı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsini üçüncü şəxs qismində işə cəlb etməklə “özəlləşmənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx xxxx 2019-cu il tarixdə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 20 saylı mənzilin özəlləşdirilməsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia həcminin artırılması barədə ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh ilə X11 arasında Sumqayıt şəhər 4 saylı DNK-da bağlanmış xx.xx.2019-cu il tarixli AN-1 seriyalı ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Vüsal Dadaşovun ailə üzvləri ilə mənzildən çıxarılması və onun bu mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən 20 saylı mənzildə pasport qeydiyyatında olmuş və bu mənzil Cavabdeh order əsasında 1992-ci ildə verilmişdir. Onların RF-nin Tümen vilayəti Noyabrsk şəhərində 4 otaqlı mənzilləri olmuş, həmin mənzili valideynləri birgə nikah dövründə almış və dəyişərək Sumqayıt şəhərinə köçmüşlər. xx.xx.2005-ci il tarixdə cavabdeh- atası mənzili onun razılığı olmadan özəlləşdirmiş və saxta 2 saylı forma arayış əsasında xx.xx.2019-cu il tarixli AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsinə əsasən digər cavabdeh X1. Həmin müqavilə qanunsuz olaraq rəsmiləşdirilmiş və müqavilə bağlanan vaxt onun hüquqları pozulmuşdur. Bundan başqa bu mənzil onun anası X5 ilə birgə nikah dövründə əldə edilsə də, anasının razılığı alınmamış və cavabdeh olan atası özünü subay kimi qələmə verməklə mənzili özgəninkiləşdirmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Əliyeva X7 şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə prosessual hüquq normalarını pozmaqla düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olmayan bütün faktiki halları araşdırmamışdır. Ona görə də qətnamə ləğv olunmalı və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh nümayəndəsi vəkil X8 apellyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh X11 məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, yalnız iddiaçı məhkəmə kollegiyasına ünvanladığı teleqramda RF-da olduğundan pandemiya ilə bağlı iştirak edə bilmədiyini, növbəti iclasda iştirak etmək istədiyindən məhkəmə baxışının təxirə salınmasını xahiş etmiş və onun bu vəsatəti nəzərə alınaraq məhkəmə baxışı bir neçə dəfə təxirə salınsa da, sonuncu nə özü, nə də nümayəndəsi vasitəsi ilə təmsil olunmamışdır. Məhkəmə Kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehin nümayəndəsi vəkil Coşqun İsgəndərovun izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni tələbin mənzilin özəlləşdirilməsi hissəsində iddiaçının qeyd etdiyi xüsusatların özəlləşdirmənin ləğv edilməsi üçün əsas ola bilməməsi, “özəlləşmənin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinin əsas tələb olduğunu və iddia tələbinin “mənzildən çıxarılma və iddiaçının mənzilə köçürülməsi” hissələrinin törəmə tələb olduğundan əsas tələb təmin edilmədiyindən həmin hissədə də iddia tələbinin təmin edilə bilməməsi ilə əsaslandırmışdır. İddiaçı bu nəticə ilə razılaşmayaraq qətnaməni mübahisələndirmişdir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinin İ hissələri). Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (Mülki Prosessual Məcəllənin 2.1. maddəsi) İşdən göründüyü kimi iddia predmeti alqı-satqı müqavilələrinin etibarsızlığı, mənzildən çıxarma və iddiaçının bu mənzilə köçürülməsindən ibarətdir. Məhkəmə kollegiyası iddianın bir neçə tələbdən ibarət olduğunu nəzərə alaraq hesab edir ki, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi digər tələbləri (mənzildən çıxarılma və iddiaçının mənzilə köçürülməsi) özündən asılı etdiyindən, ilkin olaraq bu tələb üzrə hüquqi dəyərləndirilmə aparılmaqla mübahisəyə qiymət verilməlidir. İşdən görünür ki, iddiaçı mübahisəli mənzildə pasport qeydiyyatında olduğunu, həmin mənzilin order əsasında 1992-ci də Cavabdeh verildiyini, xx.xx.2005-ci il tarixdə cavabdeh- atası mənzili onun razılığı olmadan özəlləşdirdiyini və saxta 2 saylı forma arayış əsasında xx.xx.2019-cu il tarixli AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsinə əsasən digər cavabdeh X2, müqavilə bağlanan vaxt onun hüquqlarının pozulduğunu iddia edərək hazırki tələblərlə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2004-cü il tarixli qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» xx xxxxx 2004-cü il tarixli qərarından isə görünür ki, alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olubolmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. Alqı-satqı müqaviləsi tərəflər üçün konkret hüquq və vəzifələr yaradır. Alqı-satqı müqaviləsi satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verəcəyi, alıcının isə həmin əşyanı qəbul edərək, əvəzində müəyyənləşdirilmiş pul məbləğini, yəni əşyanın qiymətini satıcıya ödəyəcəyi haqqında razılaşmadır. Belə müqavilə üzrə satıcı müqavilənin predmeti olan əşyanı alıcının mülkiyyətinə verməlidir. Satıcının üzərinə müqavilədən irəli gələn borcunu real olaraq icra etmək vəzifəsi qoyulur. Bunun nəticəsində həmin əşya üzərində satıcının mülkiyyət hüququna xitam verilir və onun üzərində alıcının mülkiyyət hüququ yaranır (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı). Məhkəmə kollegiyasının fikrincə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə, müqavilə bağlanarkən mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Qeyd etmək lazımdır ki mübahisə predmeti təşkil edən mənzil Cavabdeh mülkiyyətində olmuş və həmin mənzil digər cavabdeh Vüsal Dadaşov ilə bağlanmış alqı-satqı müqaviləsi əsasında sonuncunun adına özgəninkiləşdirilmişdir. Həmin müqaviləni tərəflər iradə ifadəsini realizə edərək şəxsən imza etmişlər. İddiaçının isə bu mənzilin satılması üçün razılığının alınmasına zərurət olmamışdır. Çünki sonuncunun həmin mənzildə qeydiyyatda olması mülkiyyət və ondan doğan hüquqları ehtiva etmir. Bununla da müqavilənin bağlanılması zamanı iddiaçının razılığının alınmaması qanunvericiliyin tələblərinə uyğun bağlanmış mövcud müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, V.Dadaşov mübahisəli mənzili alarkən digər Cavabdeh öz iradə ifadəsini nümayiş etdirməsi nəzərə alınarsa, cavabdeh V.Dadaşov vicdanlı alıcı kimi qəbul edilməlidir. Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarı). “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Həmçinin həmin qərarda göstərilmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxxx 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasında tarazlığa riayət olunsun. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Həmçinin həmin qərarda göstərilmişdir ki, mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, V.Dadaşovun mənzili əldə etməsinə qədər Bəhri və Natəvan Əliyevlərlə heç bir tanışlığı, münasibəti olmadığından, sonuncular arasında mübahisə barədə eşidib bilmək ehtimalı olmamışdır. Bu səbəbdən də V.Dadaşovda mənzilin özəlləşdirilməsi şübhə yaratmamışdır. İddiaçının bildirdiyinə görə yalnız müqavilə rəsmiləşdirildikdən sonra iddiaçı bu barədə V.Dadaşova məlumat vermişdir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, vicdanlı alıcı kimi E.Abbasovun qeyd olunan əmlak üzərində hüquqları müdafiə edilməli, mübahisələndirilən alqı-satqı müqaviləsi tərəflərin iradə ifadəsi ilə bağlandığından, etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməməlidir. İddia tələbinin mənzildən çıxarılma hissəsinə gəldikdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının x xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 22 mart 2006-cı il tarixli qərarında göstərmişdir ki, Qanunverici sahiblik, istifadə və sərəncam hüququnun mahiyyətini açıqlayaraq, MM-in 152.4-cü maddəsində qeyd etmişdir ki, sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Beləliklə, mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. Göründüyü kimi əmlakın müqəddəratını müəyyən etmək səlahiyyəti mülkiyyətçiyə məxsus olmaqla, mülkiyyətçi tərəfindən həmin əmlakın üzərində sərəncam vermək səlahiyyəti həyata keçirilərək əmlak özgəninkiləşdirilə bilər. Bu hüququ mülkiyyətçi şəxsən və ya nümayəndə vasitəsi ilə həyata keçirə bilər. Mövcud müqavilə bağlanarkən mübahisəli mənzilin mülkiyyətçisi kimi Cavabdeh müstəsna səlahiyyətləri olan mənzilə dair sərəncam vermək səlahiyyətindən istifadə edərək, mənzilin özgəninkiləşdirilməsinə dair müqaviləni bağladığından, onun həmin mənzilə mülkiyyət hüququna xitam verilmiş, Vüsal Dadaşovun isə həmin mənzilə mülkiyyət hüququ yaranmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilə bilməz. İddia tələbinin mənzilə köçürülmə hissəsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsinin etibarsızlığı və mənzildən çıxarılma barədə iddia tələbi məhkəmə kollegiyası tərəfindən təmin edilmədiyindən, həmin mənzildə digər cavabdeh Vüsal Dadaşovun mülkiyyət hüququ yarandığından, iddia tələbi bu hissədə də təmin edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh və X9 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilə köçürülməyə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1413/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1413/2020
20.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver