Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1415/2025 04.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kompensasiya verilməklə pay hüququnun itirlimiş hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2295/2025 nömrəli, 24 iyul 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 24 iyul 2025-ci il tarixli qətnaməsi ilə (hakim V.Şirəliyeva) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kompensasiya verilməklə pay hüququnun itirlimiş hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 - hər birinə 1375 manat olmaqla ümumilikdə 2750 manat məbləğində kompensasiya verilməklə hər iki əmlakda olan pay hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunmalıdır ki, mülki məhkəmə icraatının qətnamə çıxarılmadan yekunlaşdırılmasının prosessual formalarından biri də iş üzrə icraata xitam verilməsidir. İş üzrə icraata xitam verilməsi hüquq və azadlıqlarının və ya qanuni mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmiş şəxsin həmin iş üzrə məhkəmə müdafiəsi hüququnun olmaması, itirilməsi və ya bu hüquqa xitam verilməsi ilə əlaqədar məhkəmənin mülki işə baxılması üzrə prosessual fəaliyyətinin qətnamə çıxarılmadan başa çatdırılmasıdır. Mülki işin icraatına xitam verilməsinin əsaslarından biri də eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam olunması haqqında məhkəmənin qərardadının olmasıdır (MPM-nin 261.0.2-ci maddəsi). İşdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2(060)- 117/2024 nömrəli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) iddia tələbinin qismən təmin edilməsi, “Mersedes A-160” minik markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin 5000 (beş min) manat, “BMW X-5” minik markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin 24000 (iyirmi dörd min) manat qiymətləndirilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitinin əmlakların paylı mülkiyyətçilərinin paylarına uyğun – İddiaçı 5/8 hissədə, X3 1/8 hissədə, Cavabdeh1 1/8 hissədə, Cavabdeh2 1/8 hissədə olmaqla aralarında bölünməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz) manatın İddiaçı, X5, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Qeyd olunan qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılarkən iddiaçılar İddiaçı və X5 hər biri ayrı-ayrılıqda iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəmə kollegiyasına ərizə təqdim edərək miras əmlakın -“Mersedes A-160” minik markalı, 50- CL-262 dövlət nömrə nişanlı və “BMW X-5” minik markalı, **-NK-*** dövlət nömrə nişanlı iki ədəd nəqliyyat vasitələrini qiymətləndirərək miras şərikləri arasında paylarına uyğun bölünməsi dedikdə, cavabdehlərə düşən payın dəyərinin onlar tərəfindən ödənilməsini nəzərdə tutduqlarını, hərracda satılmasına etiraz etdiklərini göstərərək payın dəyərinin onlar tərəfindən ödənilməsini tələb etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2024-cü il tarixli qətnaməsinin qismən – iddianın təmin edilən hissəsində ləğv olunması, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddianın təmin olunmaması qət edilmişdir. Göründüyü kimi qanuni qüvvədə olan məhkəmə aktı ilə iddiaçının cavabdehlərə düşən payın dəyərinin onlar tərəfindən ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur. Nəzərə alınmalıdır ki, qətnamənin qanuni qüvvəyə minməsi ilə həmin qətnamənin aid olduğu mülki iş üzrə məhkəmə baxışının predmeti olan hüquq münasibətində mübahisə aradan qaldırılır və hüquq münasibətinin mübahisəsizliyi onun iştirakşıları üçün təkzibedilməz olur. Qətnamənin müstəsnalığı baxımından da işdə iştirak edən şəxslər və ya onların hüquq varisləri tərəfindən qanuni qüvvəyə minmiş qətnamə ilə yekun hüquqi qiymət verilən iddia tələbinin eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən irəli sürülməsinin, məhkəmədə baxılmasının və həll olunmasının yolverilməz olduğu başa düşülür. Odur ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər (MPM-nin 233.3-cü maddəsi). Bu qaydanın pozulması ilə məhkəməyə verilmiş iddia ərizəsinin icraata qəbul edilməsindən MPM-nin 153.2.2-ci maddəsi ilə imtina olunmalı, iddia ərizəsi səhvən məhkəmənin icraatına qəbul edildikdə isə MPM-nin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi üzrə eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması, eyni iddia tələbini, eyni əsas üzrə yenidən irəli sürmək hüququnu istisna etdiyindən, Sumqayıt Şəhər Məhkəməsinin 24 iyul 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən hazırkı iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.5. maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 261.0.2, 384.0.5, 391, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 24 iyul 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kompensasiya verilməklə pay hüququnun itirlimiş hesab edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1415/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1415/2025
04.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver