Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1418/2025 26.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 cəlb olunmaqla) qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: evdən çıxarılma, subyektiv hüquq) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X11 (sədrlik edən və məruzəçi), X12 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh, onun vəkili Vəkil3, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 (sonuncu məhkəmə iclasına gəlməmişdir) iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-2861/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. İşdə olan xx.xx.2023-cü il tarixli əlyazmanın məzmunundan görünür ki, X2 şəhərində Cavabdeh 15000 manat almış və belə razılığa gəldi ki, 2 otaq+1 zal-studio (mətbəx) tikilib veriləcək. Cavabdeh hər ayın 01-dən – 05-dək X7 500 manat pul ödəməyi öhdəsinə götürür.
2. İşdə olan xx.xx.2024-cü il tarixli əlyazmanın məzmunundan görünür ki, X9 ona məxsus ünvan 1 ünvanında yerləşən evi İddiaçı 32000 manata satmışdır.
3. “Azəriqaz” Sumqayıt Qaz İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli inventor aktından görünür ki, Cavabdehnln yaşadığı Xırdalan şəhəri, Quşçuluq y/m ünvanına baxış keçirilmiş və heç bir nöqsan aşkar edilməmişdir.
4. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, A/X.Xidməti ünvanında yaşayan abonent Cavabdeh elektrik enerjisindən istifadəyə görə 12 manat borcu vardır.
5. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli abunə haqqında cədvəldən görünür ki Xırdalan şəhəri, ev (bina) 0001, mənzil 0572 ünvanında yaşayan İddiaçı elektrik enerjisindən istifadəyə görə 11,52 manat borcu vardır.
6. “Azəriqaz” Sumqayıt Qaz İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli abonentin saldosundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yaşayan İddiaçı 2025-ci il üzrə 140,19 manat borcu vardır.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Y.Məmmədəliyev küçəsi, döngə-1, dalan-1-də yerləşən 5 saylı evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında yerləşən evi 2023-cü il il tarixdə X5 32000 manata almışdır. Həmin evin mülkiyyət hüququnu təsdiq edən sənəd (yəni çıxarışın) olmadığı üçün notarial qaydada alqı-satqı müqaviləsi bağlamaq mümkün olmamışdır. X7 məxsus evin iddiaçıya satılmasına dair videogörüntü və satıcının ərizəsi vardır. X3 evi iddiaçıya satarkən həmin evdə kirəyəçi olaraq Cavabdeh yaşadığını qeyd edərək cavabdehin evdən çıxması üçün bir ay vaxt verilməsini iddiaçıdan xahiş etmişdir. Lakin Cavabdeh sonradan müxtəlif bahanələr gətirərək evdən çıxmaqdan imtina etmişdir. Bununla bağlı iddiaçı Abşeron rayon Polis İdarəsinə şikayət etmişdir. Abşeron rayon Polis İdarəsindən iddiaçının şikayətinə cavab olaraq mülki iş olduğu üçün “İşin araşdırılaraq mülki mübahisə olduğundan məhkəməyə müraciət etməyini tövsiyyə etmişdirlər”. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarılmışdır. Həmçinin qeyd etmək istəyir ki, evin kommunal ödənişləridə (Azərişiq, Azərqaz, Azərsu) iddiaçının adınadır. Cavabdeh iddiaçıya məxsus evdə qalaraq, qeyri-qanuni məskunlaşmışdır. Hal-hazırda cavabdehə evdən çıxmağı, boşaltmağı bildirsə də, cavabdeh buna məhəl qoymayaraq, evdən çıxmaqdan imtina edir. Cavabdeh iddiaçının evində yaşaması səbəbindən əmlakı üzərində mülkiyyət hüququnu reallaşdıra bilmir, yəni əmlakı üzərində öz istəyinə uyğun olaraq sərəncam hüququ pozulur. Qeyd edilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-2861/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Habil Əhmədov).
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3, 146.1, 146.2, 178.1, 180.1, 180.2, 180.3-cü maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarı”nın Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 77.1, 119.1, 124.2, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-2861/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən evin mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarış) olmadığı üçün notarial qaydada alqı-satqı müqaviləsi bağlamaq mümkün olmamışdır. Həmin mənzilin X7 məxsus evin ona satılmasına dair video görüntü və satıcının ərizəsi vardır. X3 evi ona satarkən həmin evdə kirəyəçi olaraq Cavabdeh yaşadığını qeyd edərək ona evdən çıxması üçün bir ay vaxt verilməsini ondan xahiş etmişdir. Lakin Cavabdeh sonradan müxtəlif bəhanələr gətirərək evdən çıxmaqdan imtina etmişdir. Bununla bağlı Abşeron rayon Polis İdarəsinə şikayət etmişdir. Abşeron Rayon Polis İdarəsindən şikayətə cavab olaraq mülki iş olduğu üçün işin araşdırılaraq mülki mübahisə olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarılmışdır. Həmçinin qeyd etmək istəyir ki, evin kommunal ödənişləri də (Azərişıq, Azərqaz, Azərsu) onun adınadır. Lakin Abşeron Rayon Məhkəməsi barəsində qeyri-obyektiv qərəzli və hərtərəfli baxmamışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 dəfələrlə məhkəmə proseslərinə gəlsə də hakim onun iştirakını təmin etməmişdir. Prosesə dəvət etməmiş və qətnamədə guya onu məhkəməyə dəvət etsə də o prosesə gəlməmişdir. Bundan əlavə həmin evin alınan zaman orda iştirak edən şahidləri dəvət etsə də məhkəmə onların prosesdə iştirakını təmin etməmişdir. Bununla da onun hüquqları pozulmuş qərəzli qətnamə çıxarılmışdır. Bu səbəbdən də işin obyektiv araşdırılması üçün müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 və şahidlərin dindirilməsi mütləqdir.
13. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək , yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Hakim onun hüquq və vəzifələrini izah etməmiş, görüləcək və görülməyəcək hərəkətlərin nəticəsi barədə onu xəbərdar etməmişdir.
14. Hesab edir ki, öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmişdir. Hakim işə obyektiv, qərəzsiz və hərtərəfli baxmamışdır. Sübutları araşdırmamışdır. O öz faktlarını hesab edir ki, sübut etmişdir. Məhkəmə müəyyən edilmiş faktlar üzrə səhv nəticəyə gəlmiş, düzgün araşdırma aparmamışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. Cavabdeh X4 apellyasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməməsini və Abşeron Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh etirazında göstərmişdir ki, apellyasiya şikayəti maddi və prosessual qanunvericiliyə uyğun tərtib edilməmişdir və onun da tərtib edilməsi absurd və cəfəngiyyat bir şikayətdir, şikayətin əsasını müstəqil tələb irəli sürməyən üçün şəxsin məhkəmədə iştirak etməməsi və cavabdehdən sonra saxta yolla kommunal ödənişləri öz adına keçirilməsi qəbzlərini sübut kimi şikayətə əlavə etməklə qanunsuz və əsassız sənəd tərtib edilmişdir. Belə ki, mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 Abşeron rayonu, Xırdalan şəhəri, Y.Məmmədəliyev küçəsi, döngə 1, dalan 1-də yerləşən 5 saylı evi aralarında olan razılığa əsasən Cavabdeh satmışdır. Sözügedən evdə qaz, işıq və suya dair cavabdehin adına olması, cavabdehin həmin evdən istifadə etməsini və hazırda da həmin evdə yaşamasını təsdiq edir. Daha sonra X9 cavabdehin xəbəri və razılığı olmadan evi İddiaçı qeyri-rəsmi (heç bir sənədsiz) satmışdır. Lakin iddiaçı sözügedən evdən istifadə edə bilməmişdir, ümumiyyətlə həmin evə dair iddiaçının hər hansı istifadə və shaiblik hüququ yaranmamışdır. Eyni zamanda İddiaçı iddia tələbi irəli sürməyə subyektiv hüququnun olub-olmamasına dair münasibət bildirərək İddiaçı, mübahisəli fərdi yaşayış evindən cavabdehin çıxarılmasını tələb etdiyi halda, həmin evə dair o, istifadə, sahiblik, mülkiyyət hüququ olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi İddiaçı sahiblik və istifadəsində olduğunu iddia etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Y.Məmmədliyev küçəsi, döngə 1, dalan 1-də yerləşən 5 saylı evə hüquqmüəyyənedici sənədləri olmadığından hər hansı hüquqları yoxdur. Odur ki, iddiaçının mübahisəli evə dair hüquqları olmadığından onun evdən cavabdehin çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmamışdır. Bununla bağlı, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq isə iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə də əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı və yalnız onun belə bir hüquqa malik olduğu müəyyən edildikdən sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığına münasibət bildirməlidir. İddia tələbi irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilə ziddiyyətli və əsassızdır, ona görə də apellyasiya şikayəti təmin edilə bilməz.
Apellyasiya icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
17. Məhkəmə iclasında Cavabdeh, onun vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
18. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs sonuncu məhkəmə iclasına gəlməmişdir.
19. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
22. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
32. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Nəbiyev X10 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-2861/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddiasının təmin edilməsini xahiş etmişdir.
33. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçının cavabdehin sözügedən fərdi yaşayış evindən çıxarılması ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyildir.
36. Qeyd olunmalıdır ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
37. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
38. Qeyd olunan məsələ ilə bağlı “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3 iyul 2015-ci il tarixli Qərarında deyilir ki, “...Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır
39. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
40. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
41. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsasladıraraq birinci instansiya məhkəməsi tərəfindən mülki mübahisənin düzgün araşdırılmadığını, şahid və üçüncü şəxsin dindirilmədiyini bildirmişdir.
42. Kollegiya həmin dəlillərlər razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmə iclasında X6 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmış və ona məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir.
43. Kollegiya qeyd edir ki, məhkəmə prosesi zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi (özbaşına tikili) və həmin evin yerləşdiyi torpaq sahəsi ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd mövcud olmamışdır. Digər tərəfdən, cavabdehin mübahisə predmeti olan fərdi yaşayış evindən çıxarılmasını tələbini irəli sürmək üçün iddiaçının subyektiv hüququnu təsdiq edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.
44. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
45. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).
46. Məhkəmə kollegiyası nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
47. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd edilən evə (özbaşına tikiliyə) hər hansı hüququ (mülkiyyət, istifadə və s. hüququ) müəyyən olunmadığından, birinci instansiya məhkəməsi cavabdehin evdən çıxarılmasına dair iddiaçının iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
48. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olduğundan, İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas kimi çıxış edə bilməz.
49. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-2861/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-2861/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.