Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-142/2022 26.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Rəhimov Elman Gülbaba oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, ilkin iddia üzrə İddiaçı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı avtomobilin qaytarılması və pul tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı pul tələbi və mənəvi ziyanın tutulması barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-83/2020 saylı, 06 may 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq M ÜƏ Y Y Ə N ETDİ: Şamaxı Rayon Məhkəməsinin 2(074)-83/2020 saylı, 06 may 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, ilkin iddia üzrə Cavabdeh «Kia Sportage» minik markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomaşının alınaraq ilkin iddia üzrə İddiaçı veriməsi və Ləğv prosesində olan "xxxx" ASC-dən kompensasiya olunmuş 722,61 manat məbləğində pulun ilkin iddia üzrə İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 18970 manat pulun alınıb qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, ilkin və qarşılıqlı iddianın eyni zamanda icra edilməsi qət edilmişir (hakim Etibar Hümbətov). Qətnamədən ilk iddia üzrə İddiaçı apelyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 2(074)-83/2020 saylı, 06 may 2020-ci il tarixli qətnaməsinin qismən, ondan 18970 manat pulun alınıb Cavabdeh verilməsi hissəsində ləğv edilməsini, qarşılıqlı iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2342/2020 saylı, 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən İddiaçı (vəkil X2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respubliası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2246/2021 saylı, 03 may 2020-ci il tarixi Qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)- 2342/2020 saylı, 23 oktyabr 2020-ci il tarixli qətnaməsi qarşılıqlı iddia tələbinin təmin olunması hissəsidə ləğv edilmiş və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İŞİ N H A L L A R İ : İddiaçı Cavabdeh qarşı “avtomaşının qaytarılması və pul tələbinə dair” iddia qaldıraraq, “Kia Sportage” minik markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomaşının cavabdehdən alınaraq ona geri qaytarılması, Ləğv prosesində olan Atra Bank ASC-dən ona çatası kompensasiya olunmuş 722,61 manat, mənəvi ziyana görə 3000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul tələbi və mənəvi ziyan tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı iddia tələbi rədd edilməsi, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbi tam həcmdə təmin edilməsi və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 20.093,4 manat pul məbləği tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsi, eyni zamanda qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mənəvi ziyan olaraq 3000 manat pul məbləği tutularaq ona qarşlılqlı iddia üzrəiddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə qismən razıdır. Yəni avtomaşının geri qaytarılması və "xxxx" ASC-dən kompensasiya kimi alınmış 722.61 manat pulun ona qaytarılması ilə razıdır. Lakin qarşılıqlı iddia üzrə ondan 18970 manat pulun alınaraq Cavabdeh verilməsi hissəsində qətnamə ilə razı deyil. Yəni qətnaməyə əsasən o, Cavabdeh bu günə kimi maşın üçün ödədiyi pulları ona qaytarmalıdır. Lakin cavabdehin onun avtomaşınını 4 il sürərək ondan yararlanması, maşının fiziki olaraq 4 il müddətində aşınması məsələsi nəzərə alınmamışdır. Belə çıxır ki, o, maşınını 4 il müddətinə əvəzsiz olaraq Cavabdeh istifadəsinə verib, indi də cavabdehin ona verdiyi məbləği olduğu kimi qaytarır, o isə ona verilmiş maşını işlənmiş və qəzalı vəziyyətdə geri qaytarır. Qarşı tərəfin qazancı 4 il maşını əvəzsiz istifadə etmək olur, itirən tərəf isə odur. Bankdan götürülmüş krediti vaxtında ödəmədiklərinə görə gedib bankdan kredit də götürə bilmir. Əslində məhkəmə həmin pulu cavabdeh tərəfindən ona məxsus avtomaşının sürülərək istifadə olunması və avtomaşına vurulmuş maddi ziyanla əvəzləşdirilməli idi. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şamaxı Rayon Məhkəməsinin 2(074)-83/2020 saylı, 06 may 2020-ci il tarixli qətnaməsinin 18970 manat pulun ondan alınaraq Cavabdeh verilməsi hissəsində ləğv edilməsini və həmin hissədə qarşılıqlı iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, müdafiə etdiyi tərəf ilkin iddiaçıdan maşını 2015-ci ildə alsa da İddiaçı vergi borcu olduğundan maşın demək olar ki, idarə edilməyib. İddiaçı tərəflə dəfələrlə yazışmaları olub ki, iddiaçı verilən məbləği qaytarsın, cavabdeh də heç bir problem yaratmadan maşını qaytarar. 2017-ci ildə maşın yüngül qəza keçirmişdi. Bununla bağlı sığorta şirkəti tərəfindən 1040 (min qırx) manat ödəniş olunmuş və müvəkkili ödənişi almışdır. Tərəf nə maşını təhvil alır, nə də qalan məbləği əvəzləşdirməyi qəbul etmir. Maşın hazırda saxlancdadır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 83/2020 saylı, 06 may 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır vəşikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respblikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İş materiallarından görünür ki, Azərbaycan Respubliası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2246/2021 saylı, 03 may 2020-ci il tarixi Qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2342/2020 saylı, 23 oktyabr 2020-ci il tarixli qətnaməsi qarşılıqlı iddia tələbinin təmin olunması hissəsidə ləğv edilmiş və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin qətnaməsi həmin hissədə yoxlanılmalıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutları işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 83/2020 saylı, 06 may 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməlidir. İş materiallarından görünür ki, məhkəmə tərəfindən qarşılıqlı iddia qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 18970 manat pul alınıb, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilsməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 11 noyabr 2016-cı il tarixli şifahi müqaviləyəəsasən İddiaçı "xxxx" (Azərbaycan) ASC ilə aralarında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq 03.12.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş və Sabunçu Rayon Məhkəməsinin 15 aprel 2015-ci il tarixli qətnaməsinə əsasən tələbin yönəldildiyi “Kia Sportage - minik” markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh faktiki olaraq satmış və ƏN-İ № 605612 saylı baş, avtomobili idarə edə bilməsi üçün sonuncuya ƏN-İİİ № 909630 saylı 11 noyabr 2016-cı il tarixli etibarnamələr vermişdir. Tərəflərin avtomobilə dair bağladıqları alqı-satqı müqaviləsi etibarsız olduğundan və qarşılıqlı iddia üzrə cavabdeh etibarsız əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borclu olduğundan, bu əqdə görə avtomobilin dəyəri üzrə qarşılıqlı iddia üzrə cavabdehə verilmiş və onun borcuna görə banka ödənilmiş pul vəsaitləri alınıb Cavabdeh verilməlidir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.4, 337.5, 21.1, 21.2, 459.1, 1097.1, Mülki Prosessual Məcəllənin 77.1, 14.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd birinci instansiya məhkəməsi qarşılıqlı iddianı qismə təmin etməkdə düzgün nəticəyə gəlsə də qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq iddiaçıya verilməli pulun məbləğinə dair gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. İşin mübahisələndirilməyən halına əsasən tərəflər arasındakı mübahisəli nəqliyyat vasitəsinin alğı-satqısına dair razılıq şifahi olmuş, yazılı müqavilə bağlanıb notarial qaydada təsdiq edilməmiş, rəsmi reyestrdə qeydə alınmamış, alğı-satqı zamanı qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 337.5-ci maddəsini mübahisəyə tətbiq edərək etibarsız alğı-satqı müqaviləsi üzrə tərəflərin aldıqlarının digər tərəfə geri qaytarılmasını, yəni cavabdehin mübahisəli avtomobili iddiaçıya qaytarmasını, iddiaçıdan isə avtomobilin alğı-satqısı ilə bağlı iddiaçıya verilmiş 4500 manat pul və banka ödənilmiş 14470 manat, ümumilikdə 18970 manat pulun cavabdehə qaytarılmasını qət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin olunması hissədə qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun deyildir. Belə ki, iddiaçı apellyasiya şikayətində mübahisəli avtomobilin cavabdehə verilən zaman mövcud olduğu dəyərdə olmamasını, cavabdehin istifadəsində olan zaman qəzaya uğramasını və aşınmaya məruz qaldığını qeyd edərək avtomobilin mövcud bazar qiymətinin müəyyən edilməsini, həmin aşınma nəticəsində istismar xərcinin cavabdehin ödədiyi pulla əvəzləşdirməsini xahiş etmişdir. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Normadan göründüyü kimi, etibarsız əqdin nəticəsində tərəflərdən hər biri aldığını digər tərəfə qaytarmalıdır. Bu tərəflərin bərabərliyi prinsipi əsasında həyata keçirilməli, onlar əvvəlki əmlak vəziyyəti bərpa olunmalı, etibarsız əqdin icrası nəticəsində tərəflərdən biri digər tərəfin hərəkət və ya hərəkətsizliyi ilə zərər çəkməsi nəticəsindəəvvəlki vəziyyətin bərpası mümkün olmadıqda isə zərər hər iki tərəfə şamil olunmalıdır. Etibarsız əqdlər onun iştirakçıları üçün əlverişli hüquqi nəticələr yaratmır, əksinəəqdin etibarsızlığının nəticələri onları əlverişsiz vəziyyətə salır. Etibarsız əqdin bağlanmasında hər iki tərəf təqsirli olduğu hallarda isə etibarsızlığı nəticələri zamanı tərəflərdən biri digərinin hesabına daha əlverişli vəziyyətdə olmamalı, əmlak və sair gəlir əldə etməməlidir. İş mateiallarından görünür ki, avtomobilin dörd ilə yaxın müddətdə cavabdehin sahibliyində və istifadəsində olmasını, onun tərəfindən istismar olunmasını hər iki tərəf təsdiq edir. Bundan başqa iddiaçının deməsinə görə avtomobil cavabdeh tərəfindən idarə olunan zaman qəzaya uğramış, sonuncu buna görə sığorta pulunu almışdır. Avotomobilin qəzaya uğramasını cavabdeh də mübahisələndirməmişdir. Göstərilənlər nəticəsində avtomobil aşınmış, öz dəyərini itirmiş, avtomobil hazırda cavabdehə verilən vaxtdakı dəyərdə olması istisna olunur. Məhkəmə kollegiyası qeyd edir ki, avtomobil qəzaya uğramasa belə onun istifadəsi nəticəsində aşınması və dəyərinin aşağı düşməsi hamıya bəlli olan haldır. Birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddia tələbini qismən təmin olunması zamanı mübahisəli avtomobilin dörd ilə yaxın istismar xərclərin nəzərə alınmamışdır. İş üzrə keçirilmiş 19 noyabr 2021-ci il tarixli, 9/7309 saylı ekspert rəyindən görünür ki, «Kia Sportage» minik makalı, 2013-cü il buraxılışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin qiyməti təxminən 27000 manat müəyyən olunur. Müəyyən edilmişdir ki, avtomobilin alğı-satqısı ilə bağlı Cavabdeh İddiaçı 4500 manat pul və banka 14470 manat pul ödəmişdir ki, ümumilikdə 18970 manat təşkil edir. Bundan başqa 16.01.2018-ci il tarixli, 119/18/CM-309/17 saylı sığorta aktından görünür ki, mübahisəli avtomobilə hesablanaraq ödənilmiş sığorta məbləği 1123,21 manat təşkil edir. Eləcə də «Bank VTB(Azərbaycan) ASC tərəfindən verilmiş 25.01.2022-ci il tarixli aayışdan görünür ki, İddiaçı «03.12.2013-cü il tarixli «Avtomobilin krediti müqaviləsi» üzrə 25.01.2022-ci il tarixə əsas borc üzrə 4600,55 AZN, faiz borcu üzrə 2176,71 AZN, cərimə borcu üzrə 3360,02 AZN, cəmi 10137,28 AZN borcu vardır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh banka ödəniş etməməsi nəticəsində İddiaçı banka faiz borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, sığorta üçün ödənilmiş 1123,21 manat və banka yaranmış faiz borcu olan 2176,71 manat, yəni cəmi 3299,92 manat qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödəyəcəyi məbləğdən çıxılmalı və cəmi 15670,08 manat qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir, belə ki, iddiaçı-cavabdeh apellyasiya şikaytində qətnamənin qarşılıqlı iddia tələbinə dair hissəsinin təmin edilməməsini xahiş etsə də bunu əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qarşılıqlı iddianın təmin olunmasına dair hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu tərəflərdən müştərək qaydada tutularaq iddiacının xeyrinə kecirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı-cavabdeh İddiaçı Nəcməin oğlunun apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə (qarşılıqlı iddianın təmin olunmasına dair hissədə) dəyişdirilməli, İddiaçı 15670,08 manat tutularaq Cavabdeh ödənilməli, avtomaşının dəyəri 27.000 manat müəyyən edilməli, ekspertiza xərci 100 manat tərəflərlən müştərək qaydada tutulmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 384.0.3, 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı-cavabdeh X1 apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 2(074)-83/2020 saylı, 06 may 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə (qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 18970 manat pulun alınıb qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi ) dəyişdirilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 15670,08 (on beş min altı yüz yetmiş manat, səkkiz qəpik) manat tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. “Kia Sportage - minik” markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri 27.000 (iyirmi yeddi min) manat müəyyən edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manatın 50 (əlli) manatı iddiaçıdan, 50 (əlli) manatı cavabdehdən alınaraq aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-142/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-142/2022
26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver