Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1420/2021 26.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X7 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh2, 3-cü şəxsin nümayəndəsi: X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.B.Sadıqov) iddianın təmin edilməsi, İddiaçı ünvan 1 ünvanda yerləşən evdə yaşayış sahəsindən və köməkçi vasitələrindən istifadə hüququnun tanınması və azyaşlı uşağı xx.xx.2017-ci il təvəllüdlü X4 ilə birlikdə həmin evə köçürülməsi, ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı məhkəmədə iddia qaldıraraq onu azyaşlı qızı ilə birlikdə cavabdehlərə məxsus olan ünvan 2 ünvanda yerləşən yaşayış evinə köçürülməklə həmin yaşayış evindən və köməkçi vasitələrindən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə xx xxxxxx 2016-cı il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Evlənərkən el adəti ilə toy edərək Cavabdeh2əddin oğlunun adına olan ünvan 2 ünvanında yerləşən yaşayış evinə gəlin köçmüşdür. Orada yaşadığı müddətdə xx.xx.2017-ci il tarixdə Çiçək adlı bir övladları olmuşdur. Uşaq hazırda onun yanındadır. Cavabdehlərlə aralarında baş vermiş narazılığa görə 2018-ci ilin oktyabr ayından uşağı ilə birlikdə valideynlərinin evinə qayıtmağa məcbur olmuşdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə nəzərə almamışdır ki, iddiaçı ilə onun oğlu faktiki olaraq iki ilə yaxındır ki, ayrı yaşayırlar, ər-arvad münasibətlərində deyillər, birgə təsərrüfat idarə etmirlər. İddiaçı onun keçmiş ailə üzvüdür. Məhkəmə tərəfindən onlara barışmaq üçün müddət müəyyən etsə də onlar barışmamış və tərəflər arasında olan nikah pozulmuşdur. Xaçmaz şəhəri M.F.Axundov küçəsində yerləşən 35 saylı fərdi yaşayış evi onun adına 2/3 pay hüququ ilə qeydə alınmışdır. Buna baxmayaraq məhkəmə qeyd olunan ünvana iddiaçının istifadə hüququnu tanınmaqla və köçürülməklə mülkiyyətçi Həmidşah Abdullayevin hüquqlarını kobud surətdə pozmuşdur. İddiaçı ilə onun arasında heç bir razılaşma yoxdur və ola da bilməz. Bu isə o deməkdir ki, hətta iddiaçının onun oğlu ilə aralarında olan nikah münasibətinə xitam verildiyi üçün onun həmin mənzildən istifadə hüququnun tanınması və iddiaçı mənzilə köçürülə bilməz. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(067)-2781/2019 saylı qətnaməsinin ləğv edilməsini, iş üzrə iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. 3-cü şəxsin nümayəndəsi Z.H.Abdullayeva apellyasiya şikayətinin dəlillərini qəbul etdi, şikayətə uyğun izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, iddiaçının cavabdehin ailə üzvünün olmasına və cavabdehlərin iddiaçını evə buraxmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, B.B.Kərimova ilə Cavabdeh1 arasında nikah xx.xx.2016-cı ildə bağlanmışdır. Nikahdan sonra qadın ərinin soyadı olan Abdullayeva soyadını qəbul etmişdir və bu nikahdan xx xxxxx 2017-ci il tarixdə Çiçək adlı uşaqları anadan olmuşdur. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin xx.xx.2019-cu il tarixli məktubundan və çıxarışından müəyyən olunur ki, Xaçmaz şəhəri M.F.Axundov küçəsində yerləşən 35 nömrəli fərdi yaşayış evi Cavabdeh2ətdin oğlunun adına 2/3 pay hüququ ilə qeydə alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz şəhəri X10 küçəsi 25 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi X2, 2/3 hissəsi Cavabdeh2 adına xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 52 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bundan sonra, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 İddiaçı qarşı nikahın pozulması barədə iddiası təmin edilərək, onlar arasında xx xxxxxx 2016-cı il tarixdə bağlanmış nikahın pozulması və nikahın pozulmasından sonra xx xxxxx 2017-ci il tarixdə dogulmuş azyaşlı Çiçəyin anası İddiaçı yanında saxlanılması qət edilib. Digər tərəfdən, işə əlavə edilmiş sübutlarla təsdiq olunur ki, iddiaçı mübahisəli evə gəlin köçərkən həmin ev onun qaynatası Cavabdeh2 paylı mülkiyyətində olub və sonuncu ilə onun arasında hər hansı razılaşma olmayıb. Evin paylı mülkiyyətçisi Cavabdeh2 oğlu Cavabdeh1lə iddiaçının ailə münasibətlərinə məhkəmənin qətnaməsinə əsasən xitam verilib. Hazırda, iddiaçı mübahisəli evə cavabdehlərin razılığı ilə köçdüyünü, özünə məxsus olan cehiz əşyalarını həmin evdə yerləşdirdiyini, həmin evdə cavabdeh Cavabdeh1lə birgə nikahından bir uşaqlarının doğulduğunu, cavabdehlərin ailə üzvü kimi evdən onlarla bərabər istifadə etmək hüququna malik olduğunu göstərib, mübahisəli evdən və köməkçi sahələrdən istifadə hüququnun tanınmaqla, azyaşlı qızı Çiçəklə birlikdə həmin evə köçürülməsini iddia edir. Cavabdeh2 isə mübahisəli evin paylı mülkiyyətində olduğunu, iddiaçının həmin evdən istifadə hüququnun əmələ gəlmədiyini, iddiaçının onun ailə üzvü sayılmadığını göstərib, iddiaya etiraz edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013-cü il tarixli Qərarında göstərilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bundan əlavə, həmin Qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərib ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin dəyişməsinə səbəb olur. Bu halda xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll edilməlidir. Eyni zamanda, “Mülki Məcəllənin 228.1, 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə qanunvericiliyində valideynlərin öz övladlarını və digər ailə üzvlərini, o cümlədən övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi müəyyən edilib göstərilib. (Ailə Məcəlləsinin 13 və 15-ci fəsilləri). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Hazırkı halda, iddiaçı mübahisəli evə gəlin köçərkən həmin ev onun əri Cavabdeh1 deyil, qaynatası Cavabdeh2 paylı mülkiyyətində olub. Göründüyü kimi, iddiaçının qaynatası Cavabdeh2 mülkiyyətində olan mübahisəli evdən istifadə hüququnun qeyd olunan maddələrin tələblərinə əsasən əmələ gəlməsi və onun qaynatası Cavabdeh2 ailə üzvü sayalması mülki iş materilları istisna olunur. Digər tərəfdən, ailə qanunvericiliyində valideynlərin öz övladlarını və digər ailə üzvlərini, o cümlədən övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi müəyyən edilib göstərilsə də (Ailə Məcəlləsinin 13 və 15-ci fəsilləri), gəlinin öz qaynatasını və ya qaynatanın öz gəlinini saxlamaq vəzifəsi (aliment öhdəliyi) nəzərdə tutulamayıb. Göründüyü kimi, iddiaçının, yəni keçmiş gəlinin ailə qanunvericiliyi əsasında mübahisəli evin paylı mülkiyyətçisi olan qaynatası Cavabdeh2lə birlikdə yaşamaq və həmin evin mülkiyyətsisi kimi ondan özünün saxlanılmasını (aliment) tələb etmək hüququ yoxdur. Daha sonra, işdən görünür ki, iddiaçı 2018-ci ilin oktyabr ayından mübahisəli evdə yaşamır və azyaşlı övladıda götürərək valideynlərinə məxsus olan evə qayıdıb və hazırda orada yaşayır. Eyni zamanda, iddiaçının mübahisəli evin mülkiyyətçisi Cavabdeh2 oğlu Cavabdeh1lə olan ailə münasibətlərinə isə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli qətnaməsinə əsasən xitam verilib. Bundan sonra cavabdeh Cavabdeh2 oğlu Cavabdeh1 başqa qadınla ailə qurub və həmin qadından da bir uşağı var. Qeyd olunan hallar iş materiallarında olan dəlilləri ilə də təsdiq olunur. Göründüyü kimi, hazırda iddiaçının mübahisəli evdə mülkiyyətçi Cavabdeh2lə birlikdə yaşamaması və onun Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil olmaması mülki iş materialları ilə tam təsdiq olunur. Birinci instansiya məhkəməsi yuxarıda sadalanan halları nəzərə almadan, iddianı təmin etmiş Mənzil Məcəlləsinin 30-cu maddəsinin təfsirində səhvə yol vermişdir. Göründüyü kimi, iddiaçının mübahisəli evdən istifadə hüququnun müəyyən edilməsi, onun azyaşlı övladı ilə birlikdə həmin evə köçürülməsi paylı mülkiyyətçi kimi Cavabdeh2 hüququnu pozur və məhdudlaşdırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsində göstərilir ki, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1-saylı Protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsassızdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2019-cu il tarixli 2(067)-2781/2019 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1420/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1420/2021
26.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver