Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1421/2020 27.07.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər X2 və X3 ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçı: İddiaçı, Maraqlı şəxsin hüquqi varisi: X5 iştirakları ilə, İddiaçı cavabdeh Şamaxı rayon Notariat Ofisi və maraqlı şəxs Cavabdeh2 qarşı vəsiyyət üçün vərəsə kimi tanınma tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şamaxı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Z.Hümbətov) İddiaçı cavabdeh Şamaxı rayon Notariat Ofisi və maraqlı şəxs Cavabdeh2 qarşı vəsiyyət üçün vərəsə kimi tanınma tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdeh Şamaxı rayon Notariat Ofisi və maraqlı şəxs Cavabdeh2 qarşı vəsiyyət üçün vərəsə kimi tanınma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon X6 xx xxxxxx 2007-ci il tarixində 2V-09 reyestr nömrəsi üzrə verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, qardaşı Cavabdeh2 varislərin sırasından çıxarılması və onun xx xxx 2004-cü il tarixdə vəfat etmiş anası X8 yeganə varisi olaraq adının vərəsələrin sırasına daxil edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, anası X11 xx xxx 2014-cü il tarixdə vəfat etmişdir. Onun ünvan 1i ünvanında 0,11 ha torpaq sahəsindən ibarət miras əmlakı qalmışdır. Mərhum anasından miras qalan əmlak övladlardan yalnız onun tərəfindən faktiki qəbul edilmişdir. xx xxxxx 2019-cu tarixində mərhum anasından qalmış miras əmlakın qəbulunun hüquqi rəsmiləşdirilməsi ilə bağlı Şamaxı Rayon Notariat Ofisinə müraciət etmiş və Şamaxı Rayon Notariat Ofisinin xx xxx 2019-cu il tarixli 2/434 saylı məktubu ilə ona bildirilmişdir ki, Şamaxı rayon Notariat Kontorunda xx xxxxxx 2007-ci il tarixində 2V-09 reyestr nömrəsi üzrə qardaşı Cavabdeh2 adına qanun üzrə vərəsəlik hüququnun rəsmiləşdirildiyi bildirilmişdir və müraciətinə əsasən notariat hərəkətinin aparılmasının mümkün olmadığı göstərilmiş, həmçinin Azərbaycan Respublikasının Notariat haqqında qanununun 41-ci maddəsinə əsasən məhkəmə orqanına müraciət etməyi tövsiyə olunmuşdur. Notariat Ofisinin göndərdiyi yuxarıda göstərilən məktubda qardaşı tərəfindən miras əmlakın hansı əsasla (hüquqi və ya faktiki) əldə edildiyi göstərilməmişdir. Qardaşı Cavabdeh2 mərhum anasından qalan miras əmlakda anasının ölümünə qədər və ölümündən sonra yaşamamış, onun adına olan təsərrüfatdan istifadə etməmiş və digər hər hansı əmlakını faktiki olaraq qəbul etməmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən bir sıra maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə prosessual normaları pozmaqla qətnamə çıxarmış və həmin qətnamə ilə onun və övladlarının əmlak hüquqlarını pozmuş, əsassız olaraq onu əlverişsiz vəziyyətə qoymuşdur. Məhkəmə qətnamə çıxararkən Azərbaycan Respublikası MM-nin və MPM-nin maddələrinə istinad etmişdir. Eyni zamanda JN-00xx xxx 41007028 saylı torpağa mülkiyyət hüququna əsasən məxsus olan 1,10 ha torpaq sahəsindən əl çəkdiyi göstərilən Şamaxı rayon Çağan İƏD tərəfindən tərtib olunmuş xx xxxx 2006-cı il tarixli ərizəyə istinad etmişdir. Cavabdehin hüquqi varisi N.Cavabdeh2 iddia tələbini qəbul etməmiş və həmin əmlakın atası Cavabdeh2 vəsiyyət edildiyini bildirmişdir. Cavabdeh2 xx xxxxxxxx 2007-ci ildə vəfat etmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, onun məhkəməyə təqdim etdiyi dəlillər təstiq edilməmiş, Cavabdeh2 varislər arasından çıxarılmasına hər-hansı əsas müəyyən edilməmişdir. Cavabdeh2 əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamasa da, mirasın açıldığı yer notariat kontoruna mirasın qəbul edildiyi barədə ərizə verməsi onun mirası qəbul etməsi sayılır. Həmin yanaşma mülki qanunvericiliyin tələblərinə ziddir. Cavabdeh məhrum anaları dünyasını dəyişərkən ayrı ünvanlarda yaşamışlar və qanunla nəzərdə tutulan müddətdə məhkəməyə müraciət etməmişlər. Onun birinci növbəli vərəsə olmagı, mirası faktiki qəbul etməyi, cavabdehin isə mirası həm qanunla müəyyən edilmiş müddətdə və faktiki qəbul etməməsi verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qanunvericiliyin pozuntusu ilə verildiyini təstiq edir. Şamaxı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(074)-841/2019 saylı qətnaməsinin ləğv edilməsinə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə təqdim olunmuş sübutlar əsasında iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Maraqlı şəxsin hüquqi varisi N.Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, maraqlı şəxsin varislərin sırasından çıxarılması üçün əsasların müəyyən edilmədiyinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan JN-055A Kod 41007028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X9 Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx xxx 1998-ci il tarixli 08 saylı qərarı ilə 0,11 ha torpaq sahəsi verilmişdir. İşdə olan JN-00xx xxx 41007028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, G.T.Ədilovaya Şamaxı rayon AİK-nın xx xxx 1998-ci il tarixli 08 saylı qərarı ilə 1,10 ha torpaq sahəsi verilmişdir. İşə əlavə olan AZ 118902 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, G.T.Ədilova xx xxx 2004-cü il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxx 2004-cü il tarixdə qeyd edilmişdir. İş materiallarından olan İV-CQ 272587 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, M.Ə.Ədilov xx xxxx 1992-ci il tarixdə ölmüşdür. İşdə olan İİİ-CQ 424863 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxx 1959-cu il tarixdə Şamaxı rayonu Çağan kəndində doğulmuşdur. Atası M.Ə.Ədilov, anası G.T.Ədilovadır. İşə əlavə olan İ-İE 244239 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx xxxxxx 1941-ci il tarixdə ünvan 1ində doğulmuşdur. Atası M.Ə.Ədilov, anası G.T.Ədilovadır. İş materiallarında olan xx xxxxxx 2007-ci il tarixli 2V-09 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx xxx 2004-cü il tarixdə vəfat etmiş G.T.Əliyevanın JN-00xx xxx 41007028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən məxsus olan 1,10 ha torpaq sahəsindən ibarət miras əmlakın vərəsəsi Cavabdeh2dur. İşdə olan Şamaxı rayon Çağan kənd İƏD üzrə nümayəndəliyində tərtib olunmuş xx xxxx 2006-cı il tarixli X1, X4 və İddiaçı Şamaxı rayon Notariat Kontoruna ünvanlandığı ərizələrdən görünür ki, onlar xx xxx 2004-cü il tarixdə vəfat etmiş G.T.Ədilovanın JN-00xx xxx 41007028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən məxsus olan 1,10 ha torpaq sahəsindən əl çəkdiklərini bildirmişlər. İş materiallarında olan AZ-İ 268527 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx xxxxxxxx 2007-ci il tarixdə ölmüşdür. İşdə olan Şamaxı rayon Notariat Ofisinin xx xxx 2019-cu il tarixli 2/434 saylı İddiaçı ünvanlanmış məktubdan görünür ki, Şamaxı rayon notariat ofisinə etdiyi müraciətlə bağlı bildirilmişdir ki, mərhum G.T.Ədilovadan qalan miras əmlak üzrə Şamaxı rayon DNK-da xx xxxxxx 2007-ci il tarixli 2V-09 nömrəli reyestrlə qeyd edilmiş vərəsəlik işi açılmış və miras əmlak mərhumun oğlu Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Müraciətinə görə notariat hərəkətinin aparılması mümkün olmaması səbəbindən Azərbaycan Respublikası Notariat haqqında qanunun 41-ci maddəsinə əsasən müvafiq məhkəmə orqanına müraciət etməyi tövsiyə olunmuşdur. İddiaçı Şamaxı rayon X6 xx xxxxxx 2007-ci il tarixində 2V-09 reyestr nömrəsi üzrə verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, qardaşı Cavabdeh2 varislərin sırasından çıxarılması və onun xx xxx 2004-cü il tarixində vəfat etmiş anası G.T.Ədilovanın yeganə varisi olaraq adının vərəsələrin sırasına daxil edilməsini tələb etmiş, iddiasını qardaşı Cavabdeh2 mirası faktiki qəbul etməməsi ilə əsaslandırmış, lakin həmin dəlilin təstiqi üçün hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası iddiaçının mirasın faktiki qəbul edilməsi, bunun birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmaması barədə gətirdiyi dəlili qəbul etmir. Məhkəmə prosesi zamanı müəyyən edildi ki, Cavabdeh2 əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamasa da, mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi onun mirası qəbul etməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüququ vərəsələr sayılırlar. İddiaçı eyni zamanda qardaşı Cavabdeh2 varislərin sırasından çıxarılmasına əsas ola biləcək halı əsaslandıra bilməmiş, bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən yalnız miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən mane törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təstiq edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli 2(074)-841/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1421/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1421/2020
27.07.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver