Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-143/2024 08.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı hasarın çəkilməsi öhdəliyinin qoyulması tələbinə dair iş üzrə (Açar sözlər: torpaq sahələrinin hasarlanması və mərzlənməsi, qonşu torpaq sahələrinin sərhəddinin müəyyən edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Əhmədov Elman Məmməd oğlu və Rəhimov Elman Gülbala oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı hasarın çəkilməsi öhdəliyinin qoyulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)-286/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları :
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, K.Axundov küçəsi, 7 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 119 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. Cavabdeh ünvan 1 ünvanındakı evin və həmin evin yerləşdiyi 0,10 ha torpaq sahəsinin mülkiyyətçisidir.
3. Cavabdeh məxsus torpaq sahəsi ilə İddiaçı məxsus torpaq sahəsi qonşu torpaq sahələridir.
4. Tərəflər arasında yaranmış mübahisənin predmetini iki qonşu torpaq sahəsinin sərhədini müəyyən edən hasarın yeni daş hasarla əvəz edilməsi (hasarlanması) ilə bağlı münasibətlər təşkil edir.
5. 08 aprel 2021-ci il tarixli, 10/3341 saylı Ekspert Rəyinin məzmunundan görünür ki, baxış zamanı mübahisəli divarın iddiaçı və cavabdehin faktiki istifadələrində olan torpaq sahələrinin sərhəd hasarı olduğu, - hasarın beton panellərdən quraşdırıldığı, hasarın ümumi uzunluğunun 24,5 metr, hündürlüyünün 1,8 metr, iddiaçının fərdi yaşayış evinin arxasında düşən hissəsinin uzunluğunun 12,2 metr olduğu, -iddiaçının fərdi yaşayış evi ilə hasar arasında olan məsafənin 0,8 metr olduğu, sözügedən hasarın iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə doğru əyildiyi, panellərin üzərində irili-xırdalı çatların və aralanmaların mövcud olduğunun müəyyən edildiyi, -faktiki olaraq panel hasarın həyətyanı sahəyə və fərdi yaşayış evinə tərəf aşmasının qarşısını almaq məqsədilə iddiaçı tərəfindən öz torpaq sahəsi tərəfindən mişar daşından müxtəlif ölçüdə 5 ədəd sütun quraşdırıldığı, -bu sütunlardan iki ədədi iddiaçının fərdi yaşayış evi ilə mübahisəli panel hasar arasında olduğu qeyd edilmişdir. İddiaçının yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, K.Axundov küçəsi, 7 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə qonşusu cavabdehə aid torpaq sahələrinin ara divarı hesab olunan cavabdeh tərəfindən qoyulmuş panellərin iddiaçının evi üçün təhlükə yaradıb-yaratmamasının müəyyən edilməsi tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid olmadığına və qərardadın sualına dair müvafiq mütəxəssis rəyi mərkəzə daxil olmadığına görə qərardadın bu sualını cavablandırmaq mümkün olmadığı qeyd olunmuşdur. Apellyasiya icraatı zamanı əldə edilmiş:
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 mart 2024-cü il tarixli, 3-16-16/2-10/7107 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki; -İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Kamal Axundov küçəsi ev 7-nin yerləşdiyi torpaq sahəsi ilə Cavabdeh məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Kamal Axundov küçəsi ev 5-in yerləşdiyi torpaq sahəsi arasında cavabdeh tərəfindən torpağa bərkidilmiş beton panellərdən quraşdırılan hasarın iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə doğru əyildiyi, - panellərin üzərində irili xırdalı çatların və aralanmaların mövcudluğu müəyyən edilmişdir. Həmin panel hasarın həyətyanı sahəyə və fərdi yaşayış evinə tərəf aşmasının qarşısının almaq məqsədi ilə iddiaçı tərəfindən öz torpaq sahəsi tərəfdən mişar daşından müxtəlif ölçüdə sütun quraşdırılmışdır. Tərəflərin torpaq sahələri aralarında ara divarı kimi bərkidilmiş beton panellərin iddiaçının evi üçün təhlükə yaradıb-yaratmamasının, istifadəyə yararlılığının hansı dərəcədə olmasının müəyyən edilməsinin tikinti-texniki ekspertinin səlahiyyətinə aid olmadığı qeyd olunmuşdur. Beton panellərin üzərindəki çat və aralanmaların təmir nəticəsində aradan qaldırılmasının mümkünlüyü isə AR Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq müayinə işləri aparıldıqdan sonra müəyyən oluna bilər.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh torpaq sahələrinin sərhəddində yerləşən, cavabdehə məxsus 3 ədəd panelin hazırda durduğu yerdən götürülərək oradan uzaqlaşdırılması və yerində cavabdehin payına düşən hissəsinin daşla hörülərək hasarlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanındakı evin və həmin evin yerləşdiyi 0,10 ha torpaq sahəsinin mülkiyyətçisidir. Cavabdeh da ünvan 1 ünvanındakı evin və həmin evin yerləşdiyi 0,10 ha torpaq sahəsinin mülkiyyətçisi olaraq 20 ildən artıqdır orada yaşayır. Onların torpaq sahələrinin sərhədində aralarındakı hasarı (çəpəri) əvəz edən, cavabdehə məxsus hər birinin uzunluğu 6,5 metr, eni 1,85 metr, qalınlığı 20 sm olan 3 panel vardır. Ölçülərindən də göründüyü kimi, panellər təhlükəsizlik standartlarına, norma və qaydalarına uyğun deyildir. Cavabdeh öz torpaq sahəsində satış məqsədi ilə ilin 12 ayını fasiləsiz olaraq göy-göyərti əkib becərir. Bunun üçün əkdiklərini kiçik fasilələrlə dəfələrlə suladığından, bu səbəbdən möhkəm özül üzərində deyil, yerin səthində duran panellərin durduğu torpaq sahələri yumşaldığından, bu panellərdən ikisi onun torpaq sahəsinə, biri isə onun yaşadığı evin üzərinə tərəf əyilmişdir. Bu qəzalı vəziyyət onun ailə üzvülərinin sağlamlığına, eləcə də mənzilinin dayanıqlığına və möhkəmliyinə ciddi təhlükə yaratmışdır. Panellər keyfiyyətsiz və yararsız olduğundan üzərində çoxlu sayda çatlar, qırılıb qopmalar əmələ gəlmişdir. Zəlzələ hadisəsi nəticəsində panellər çox asanlıqla uçub dağıla bilər. Qəzalı vəziyyətin qarşısını müvəqqəti olaraq almaq məqsədi ilə onun torpaq sahəsinə doğru əyilmiş panellərin yanına çoxlu sayda daşlar yığmışdır ki, heç olmasa az da olsa bu təhlükədən özlərini qoruya bilsinlər. O, bu qəzalı vəziyyətdə torpaq sahəsindən sərbəst, təhlükəsiz və maneəsiz istifadə edə bilmir. Yağışlı və qarlı havalarda onun evinin arxasına yığılan suyun oradan götürülməsində olduqca əzab-əziyyət çəkir. Panellərin olduğu yerdən götürülməsini cavabdehdən dəfələrlə xahiş etsə də, hər dəfə cavabdehin təhqir və hədə-qorxuları ilə üzləşmişdir. Axırıncı dəfə 12 iyun 2020-ci il tarixində cavabdeh bacısının, arvadının, yeznəsinin yanında onu təhqir etmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.
9. Abşeron Rayon Məhkəməsinin (hakim C.Səfiyeva) xx.xx.2021-ci il tarixli, 2(012)- 286/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş; Abşeron rayonu, Saray qəsəbəsi, K.Axundov küçəsində İddiaçı ilə Cavabdeh torpaq sahələrinin sərhədində yerləşən Cavabdeh məxsus 3 ədəd panelin götürülərək oradan uzaqlaşdırılması və həmin yerdə cavabdehin payına düşən hissəsinin daşla hörülərək hasarlanması vəzifəsinin Cavabdeh üzərinə qoyulması qət edilmişdir.
10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi, K.Axundov küçəsində İddiaçı ilə Cavabdeh torpaq sahələrinin sərhədində yerləşən cavabdehə məxsus 3 ədəd panel iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə doğru əyildiyindən və panellərin üzərində iril – xırdalı çatlar və aralanmalar mövcud olduğundan, iddia təmin edilməli, Abşeron rayonu, Saray qəsəbəsi, K.Axundov küçəsində İddiaçı ilə Cavabdeh torpaq sahələrinin sərhədində yerləşən Cavabdeh məxsus 3 ədəd panel durduğu yerdən götürülərək oradan uzaqlaşdırılmalı və həmin yerdə cavabdehin payına düşən hissənin daşla hörülərək hasarlanması vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır.
11. Məhkəmə gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 157.8, 170.1, 170.2-ci maddələrinə istinad etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər-G.Cabbarova (sədrlik edən və məruzəçi), A.Süleymanova və S.Qafari) 2(105)-64/2023 nömrəli, 20 fevral 2023-cü il tarixli qətnaməsi ilə, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi rədd edilmişdir.
c) Kassasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2023- cü il tarixli, 2(102)-2535/2023 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-64/2023 nömrəli, 20 fevral 2023-cü il tarixli qətnaməsi “beton panellərin götürülməsinin rədd edilməsi” hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh həmin məhkəmə qətnaməsindən apellyasiya şikayəti verərək, məhkəmə qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
16. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən Azərbaycan Respublikası MPM-nin 14, 77, 78 və 88-ci maddələrinin tələblərini pozmuş, təqdim olunmuş sübutlara və işin faktiki hallarına düzgün qiymət verməmişdir. Qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Məhkəmə işə baxarkən Azərbaycan Respublikası MPM-nin 8.1-ci maddəsinin tələbini kobud şəkildə pozmuşdur. O, məhkəmə prosesinin yeri və vaxtı barədə məlumatlandırılmamış, məhkəmə prosesində iştirak etmək imkanından məhrum olmuşdur. Hazırda yaşadığı evi o, 90-cı illərin axırlarında almış və evi alarkən iddiaçının qeyd etdiyi həmin 3 ədəd panel də bu ərazidə mövcud olmuşdur. O, heç vaxt həmin panellərin götürülməsinin əleyhinə olmamışdır. Bu panel aralarında sərhəd kimi qoyulmuşdur. Bundan başqa, həmin panellərin götürülməsinə və bu ərazidə hasarın çəkilməsinə etiraz etməmişdir. Bütün bu məsələlər qonşuluq münasibətlərindən irəli gəldiyi üçün iddiaçı həmin panelləri götürtdürə və orada daş hasar çəkdirə bilər. Onun belə bir hasar çəkdirməyə və ya panelləri oradan çıxarmağa nə maddi, nə də fiziki imkanı yoxdur. Əgər bu panellər hər ikisi arasında sərhəd rolunu oynayırsa, onun tərəfindən qoyulmayıbsa, həmin panelləri oradan çıxarmaq vəzifəsi onun üzərinə qoyulmamalıdır. Bundan başqa, onun maddi imkanı olmadığı halda, bu ərazidə daş hasarın çəkilməsi vəzifəsini də məhkəmə onun üzərinə qoymamalıdır. Həmçinin iddiaçı onun tikilisinə bitişik olan ərazidə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə məşğul olur və həmin ərazi daima sulandığı üçün ona məxsus evin divar və döşəməsi çürümüş, bərbad hala düşmüşdür. İddiaçının günahı üzündən evi tamamilə yararsız haldadır və artıq evi uçmaq təhlükəsi ilə üz-üzə qalmışdır. Onun maddi imkanı olmadığı üçün bu barədə məhkəməyə müraciət edə bilmir. Məhkəmə onu dinləmədən, mövqeyini öyrənmədən bu qətnaməni qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı apellyasiya instansiya məhkəməsində birinci icraat zamanı apellyasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi məhkəməyə təqdim etmişdir.
18. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehin məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandıırlmaması halı ilə bağlı qeyd edir ki, cavabdeh məhkəmə qətnaməsini xx.xx.2021-ci il tarixdə poçt vasitəsilə təhvil aldığını bildirir, necə olur ki, eyni ünvana göndərilmiş qətnaməni alır, ancaq bildirişləri almamışdır, qonşu ərazidə yaşadıqları üçün ona bildiriş çatdığı kimi cavabdehə də bildirişlər çatıbdır, həmçinin, qətnamədə də qeyd edilib ki, cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmışdır. Maddi və prosessual hüquq normalarının pozulması, işin tam araşdırılmaması, düzgün normaların tətbiq edilməməsi həqiqətə uyğun deyildir. Üzrsüz səbəbdən məhkəmədə iştirak etməmiş və iddia tələbinə etirazın əsaslarına dair sübutları məhkəməyə təqdim etmək onun vəzifəsi idi. Ona görə də onun MPM-in 8.1, 9.1, 14,77,78,88-ci maddələrinə istinad etməsi düzgün deyildir. Apellyasiya şikayətində konkret olaraq hansı məsələlərin araşdırılmalı olması göstərilməmişdir. İşin düzgün həlli üçün gərək olan sənədlər və sübutlar iş materiallarına əlavə edilib. Üstəlik məhkəmə ekspert rəyinə istinad edərək, ədalətli qətnamə qəbul etmişdir. Mübahisə predmeti olan panellər cavabdeh tərəfindən qoyulmuşdur. Cavabdeh həmin panellərdən xəbərsiz olduğunu bildirsə də, bu hal həqiqəti əks etdirmir. Həmin panellərin evin keçmiş mülkiyyətçisi tərəfindən qoyulması barədə cavabdehin dəlilinə qarşı bildirir ki, əgər həmin panelləri keçmiş mülkiyyətçi qoyubsa, o evini satarkan bununla bağlı çəkdiyi xərci də torpaq sahəsi ilə birlikdə onları da ayrı-ayrı qiymətləndirmişdir. Cavabdeh necə ola bilər ki, pul qoyub aldığı əmlaka sahiblik etməsin. Cavabdeh həm torpaq sahəsinin, həm də onun əşyalarının mülkiyyətçisidir. İddiaçı öz torpaq sahəsində heç bir kənd təsərrüfatı məhsulu yetişdirmir. Onun torpaq sahəsi cavabdehin torpaq sahəsindən aşağı səviyyədə yerləşir. Ona görə də suyun təbii axımı da onun həyətinə tərəf olur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mübahisəli panellər tərəflərin torpaq sahələrinin ayırıcı xətti rolunu oynuyur. Həmin panellər əvvəldən o ərazidə olmuşdur. Yəni panelləri həmin əraziyə o bərkitməmişdir. Bununla belə o, həmin panellərin götürülüb, yerində daş hasarın çəkilməsinə etiraz etmir. Lakin bunun üçün tələb edilən maddi vəsaitə malik deyildir. Qeyd olunan hərəkətlərin iddiaçı tərəfindən həyata keçirilməsinə etiraz etmir. İşə baxan məhkəmə zəruri araşdırma aparmadan əsassız qətnamə qəbul etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.
20. Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, mübahisəli ərazidə inşa edilmiş beton panellər onun həyətinə və fərdi yaşayış evinə doğru əyilmişdir. İş üzrə əldə edilmiş ekspert rəyi natamamdır. Ekspert xüsusi bilik nümayiş etdirməmiş, məhkəmə qərardadında qoyulan suallara sıradan adamın vizual baxış nəticəsində verə biləcəyi cavabları vermişdir. Bu səbəbdən ekspert rəyi mötəbər sübut növü kimi qəbul edilə bilməz. Mübahisəli panellər qəza şəraiti yaratmışdır. Hər an beton panellər onun evinə yaxud torpaq sahəsinə doğru aşa bilər. Keçən müddət ərzində həmin panellər daha da köhnəlmiş və üzərində yeni daha böyük ölçüdə aralanmalar, ovulub tökülmələr baş vermişdir. Bu hal isə onun mülkiyyətinə ziyan vuracağı kimi, hər hansı bədbəxt hadisə ilə də nəticələnə bilər. O həmin ərazidə öz hesabına daş hasar çəkilməsi öhdəliyini tam olaraq öz üzərinə götürür. Lakin beton panellər ona məxsus olmadığından, panellərin onun tərəfindən götürülməsi qanuni deyildir. Göstərilənlərə əsasən iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.
21. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır . Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır Maddə 176.1. Hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. Maddə 176.2. Torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. Maddə 176.3. Əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, apellyator qətnamənin tam ləğvini xahiş etmişdir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2023cü il tarixli, 2(102)-2535/2023 nömrəli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-64/2023 nömrəli, 20 fevral 2023-cü il tarixli qətnaməsi “beton panellərin götürülməsinin rədd edilməsi” hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır Ona görə də kollegiya yalnız Ali Məhkəmə tərəfindən ləğv edilərək, yeni baxışa göndərilmiş hissə üzrə, yəni 3 ədəd beton panellərin götürlməsi və oradan uzaqlaşıdırılması” hissəsində araşdırma aparır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti mübahisələndirilən qalan hissədə təmin edilməməli, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-286/2021 saylı qətnaməsi iddianın “beton panellərin götürülməsi və oradan uzaqlaşdırılması” hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
26. Hazırki iddia tələbi iki hissədən ibarət olmaqla, iki qonşu torpaq sahəsinin sərhəddini müəyyən edən 3 ədəd panel hasarın götürülərək uzaqlaşdırılması və onun yerində daş hasarın hörülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir.
27. Araşdırma yalnız tələbin birinci hissəsi üzrə aparılır (Açıqlaması qətnamənin “apellyasiya şikayətinin hədləri” bölməsində verilmişdir).
28. Araşdırılan iş üzrə tərəflərin qonşu olması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı əsasən ondan ibarətdir ki, hər iki tərəfin torpaq sahəsinin sərhəddində quraşdırılmış beton panellər istismar müddəti başa çatmaqla iddiaçının istifadəsində olan torpaq sahəsinə doğru əyilmiş, həmin panellərin üzərində coxsaylı irili-xırdalı çatlar və aralanmalar mövcuddur.
29. İddiaçı bəyan edir ki, qeyd olunan beton panellər vaxtilə cavabdeh tərəfindən quraşdırılmış və hazırda onun torpağına doğru əyilərək aşma təhlükəsi olduğundan, müvəqqəti olaraq mişar daşından sütun quraşdırmışdır.
30. İkinci apellyasiya icraatı zamanı iddiaçı həmçinin bildirmişdir ki, cavabdeh özünə məxsus olan yararsız panelləri götürdüyü halda, o öz vəsaiti hesabına həmin yerdə daş hasar hörməyə razıdır. Lakin məhkəmədənkənar qaydada cavabdehə bildirməsinə baxmayaraq sonuncunun panelləri götürmək niyyəti yoxdur.
31. Cavabdeh isə iddia tələbinə etiraz edərək, bildirir ki, qeyd olunan beton panellər sərhəd xəttində olmaqla onun tərəfindən deyil, ondan əvvəlki torpaq sahibi tərəfindən quraşdırılmışdır. Hazırda maddi imkanı aşağı olduğundan panelləri götürmək və yenisi ilə əvəz etmək imkanı xaricindədir.
32. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma apraraq bildirir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 176-cı maddəsi təşkil edir.
33. Kollegiya iddia tələbinin “3 ədəd panelin götürülərək oradan uzaqlaşdırılması” hissəsində təmin edən birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, məhkəmə Mülki Məcəllənin 176.2-ci maddəsinin tələblərini nəzərə almış, bu hissədə gəldiyi nəticəni düzgün əsaslandırmaqla, həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını düzgün müəyyənləşdirmiş, maddi və prosessual hüquq normalarının tələblərini düzgün təfsir etmişdir.
34. Belə ki, Mülki Məcəllənin 176.2-ci maddəsinə görə torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz.
35. İstər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya icraatı zamanı əldə edilmiş ekspert rəylərindən də göründüyü kimi, baxış zamanı sözügedən hasarın iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə doğru əyildiyi, panellərin üzərində irilixırdalı çatların və aralanmaların mövcud olduğunun müəyyən edildiyi, faktiki olaraq panel hasarın həyətyanı sahəyə və fərdi yaşayış evinə tərəf aşmasının qarşısını almaq məqsədilə iddiaçı tərəfindən öz torpaq sahəsi tərəfindən mişar daşından müxtəlif ölçüdə sütun quraşdırıldığı, bu sütunlardan iki ədədi iddiaçının fərdi yaşayış evi ilə mübahisəli panel hasar arasında olduğu qeyd edilmişdir.
36. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksək ola bilər ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun və həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilsin.
37. Ali Məhkəmənin göstərişi əsasında apellyasiya instansiya məhkəməsi ikinci icraat zamanı tərəflər arasındakı mübahisənin həlli üçün panellərdən ibarət olan mübahisəli hasarın iddiaçı üçün hər hansı bir təhlükə yaradıb-yaratmaması, hasarın üzərindəki çatların və aralanmaların təmir edilməsi, habelə, bu mümkün olmazsa, həmin hasarın yenisi ilə əvəz edilib-edilməməsi məsələsinin mümkünlüyünü, mövcud olan vəziyyətin aradan qaldırılması üçün hansı tədbirləri görə biləcəklərini müzakirə etmiş və əlavə olaraq yenidən ekspertiza təyin etmişdir.
38. Müzakirə zamanı da iddiaçı anoloji izahat vermiş, cavabdeh isə doğrudan da həmin beton panellərin onlar (ondan əvvəlki mülkiyyətçi) tərəfindən quraşdırıldığını, hazırda həmin panellərin üzərində çatlar olmaqla iddiaçı tərəfə əyildiyini, qarşı tərəfdən dəstək olmadığı halda iddiaçı tərəfə aşa bilmək ehtimalını inkar etməmiş, lakin maddi imkanı olmadığından qaradan qaldıra bilmədiyi qeyd etmişdir.
39. Cavabdeh maddi imkansızlığı ucbatından həmin hasarın yenisi ilə əvəz olunnmasında iştirak edə bilməyəcəyini bildirsə də, iddiaçı sonda həmin hasarı öz hesabına yenisi ilə əvəz edəcəyini bildirmişdir.
40. Beləliklə yuxarıda göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf Mülki Məcəllənin 176.2-ci maddəsinin tələbi baxımından zədələnmiş beton panellərin götürülməsində və bərpasında iştirak etməyi tələb etməklə bağlı iddia qaldırmaq üçün subyektiv hüquq və vəzifəsinin daşıyıcısıdır. Cavabdehin bu kimi müdaxiləsi mülkiyyətçi kimi iddiaçının da qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Məhz bu səbəblərdən də apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır.Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti mübahisələndirilən qalan hissədə təmin edilməməli, barəsində şikayət verilən məhkəmə qətnaməsi, “cavabdeh tərəfindən beton panellərin götürülməsi və oradan uzaqlaşdırılması” hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
41. Məhkəmə kollegiyası AR MPM-in 119.1-ci maddəsinə əsasən qeyd edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (yüz) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X1nin AZ34 CTRE******************** saylı hesabına köçürülməlidir
42. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 386 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən qalan hissədə təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-286/2021 nömrəli qətnаməsi mübahisələndirilən qalan hissədə - yəni “Abşeron rayonu, Saray qəsəbəsi, K.Axundov küçəsində İddiaçı ilə Cavabdeh torpaq sahələrinin sərhədində yerləşən Cavabdeh məxsus 3 ədəd panelin götürülərək oradan uzaqlaşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.