Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1433/2021 30.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi X6, cavabdehin nümayəndəsi X2, X1 vəkili X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Abşeron rayon Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli, 2(012)-3278/2019 saylı qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 tərəfindən verilmiş apelyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.Ə.Sadiqov) iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01.02.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Abşeron rayon məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qərardadından X4 tərəfindən verilmiş şikayətə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmədiyi halda qətnamədən verilmiş şikayət apellyasiya instansiya məhkəməsi tərəfindən mahiyyəti üzrə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Abşeron rayon məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qərardadından X4 tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş məhkəmə baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 362-ci maddəsinə əsasən apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 269, 365-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair mülki iş Abşeron rayon məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qərardadından X4 tərəfindən verilmiş şikayətə baxılmasından ötrü apellyasiya icraatından çıxarılaraq Abşeron rayon məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1433/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1433/2021
30.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver