Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1436/2023 27.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi və əmlakın boşaldılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 may 2023-cü il tarixli, e-2(060)- 1206/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi və əmlakın boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 4, 55 saylı (yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu pr., 616, M5, m2) mənzilə olan istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin və icra zamanı mənzildə olan şəxslərin həmin mənzildən çıxarılması, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 4, 55 saylı (yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu pr., 616, M5, m2) mənzilin tam şəkildə boşaldılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehlərdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, iddiaçı ASC tərəfindən adı elektron iddia ərizəsinə daxil edilmiş Cavabdeh5 və Cavabdeh3 cavabdehlər sırasından çıxarılmasını və Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh2 Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 4, 55 saylı (yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu pr., 616, M5, m2) mənzilə olan istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin və icra zamanı mənzildə olan şəxslərin həmin mənzildən çıxarılması, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 4, 55 saylı (yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu pr., 616, M5, m2) mənzilin tam şəkildə boşaldılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehlərdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 227/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə X4 cəmi 46.748,26 ABŞ dolları məbləğində pulun tutulması, tutmanın ipoteka predmeti olan X2 məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 4, 55 saylı mənzilə (yeni qaydalarla: AZ 5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 616, M.5, m.2) yönəldilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icra olunması üçün Sumqayıt şəhəri üzrə icra idarəsinə göndərilmişdir. İcra sənədinin tələbinə uyğun olaraq ipoteka predmeti satılması üçün ilkin satış qiyməti 70.000 manat olmaqla açıq hərraca çıxarılmışdır. Keçirilmiş ilkin və təkrar hərrac zamanı əmlakın alıcısı olmadığı üçün hərrac baş tutmamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təkrar hərracın satış qiymətindən 25% aşağı qiymətə, 681/21 saylı, 10 fevral 2022-ci il tarixli protokola və həmin tarixdə bağlanan alqı-satqı müqaviləsinə əsasən İddiaçı BOKT ASC tərəfindən əldə edilmiş və sözügedən mənzilə dair dövlət reyestrindən çıxarış alınmışdır. Sözügedən mənzilin hazırda İddiaçı BOKT ASC-nin mülkiyyətində olmasına baxmayaraq, cavabdehlər həmin mənzildə hələ də yaşayırlar və onlara məxus əşyalar həmin mənzildədir. Bu isə bir mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur, əmlakdan istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Buna görə də hazırki iddianın qaldırılması zərurəti yaranmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 02 may 2023-cü il tarixli, e-2(060)-1206/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh2 Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 4, 55 saylı (yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu pr., 616, M5, m2) mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh2 Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 4, 55 saylı (yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu pr., 616, M5, m2) mənzilindən çıxarılmaları, mənzilin tam şəkildə boşaldılması, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh2 ödənilmiş 100 manat dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi qət edilmişdir (hakim Əfqan Ələkbərov). Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək,Sumqayıt Şəhər Məhkəməsinin 02 may 2023-cü il tarixli, e-2(060)-1206/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasına ərizə ünvanlayaraq əvvəlcədən təyin olunmuş başqa məhkəmə iclasının olması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin bununla əlaqədar məhkəmə kollegiyasına hər hansı rəsmi sənəd təqdim etməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə apellyasiya şikayəti vermiş cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünur ki, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh2 Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 4, 55 saylı mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan "xxxx" MMC-nin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixli, 681/21 №-li protokolundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-227/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən X2 məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 4, 55 saylı mənzil (yeni qaydalarla: AZ 5011, Sumqayıt şəhəri, Koroğlu prospekti 616, M.5, m.2) ipoteka saxlayan İddiaçı BOKT ASC tərəfindən əldə edilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı BOKT ASC arasında bağlanmış ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, X2 məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 4, 55 saylı mənzil (yeni qaydalarla: AZ 5011, Sumqayıt şəhəri, Koroğlu prospekti 616, M.5, m.2) ipoteka saxlayan İddiaçı BOKT ASC tərəfindən 44625 manata əldə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 4 saylı evin, 55 saylı mənzilinin (yeni qaydalarla: AZ 5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 616, M.5, m.2) mülkiyyətçisi İddiaçı BOKT ASC-dir və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2022-ci ildə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanmış, cavabdeh sonradan kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirmədiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-227/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tutmanın ipoteka predmeti olan cavabdeh X2 məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 4, 55 saylı mənzilə (yeni qaydalarla: AZ 5011, Sumqayıt şəhəri, Koroğlu prospekti 616, M.5, m.2) yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması qət olunmuşdur. Sözügedən qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunmuş və cavabdeh X1 mülkiyyətində olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 4, 55 saylı mənzil (yeni qaydalarla: AZ 5011, Sumqayıt şəhəri, Koroğlu prospekti 616, M.5, m.2) açıq hərracdan İddiaçı BOKT ASC tərəfindən alınmış və iddiaçının hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə qeydiyyata alınaraq çıxarış verilmişdir. Lakin hazırkı vaxta qədər cavabdeh və onun ailə üzvləri mübahisəli mənzildən könüllü olaraq çıxmamışdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: (59.3.1.) yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya (59.3.2.) ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun qeyd edilən maddəsinin mənasından belə nəticəyə gəlmək olur ki, tutma ipoteka predmeti olan daşınmaz əmlaka yönəldildikdə, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər həmin daşınmaz əmlakı əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaltmalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 4, 55 saylı mənzil (yeni qaydalarla: AZ 5011, Sumqayıt şəhəri, Koroğlu prospekti 616, M.5, m.2) tam mülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi Cavabdeh2 münasibətdə qanunidir.Həmin cavabdehin isə həmin daşınmaz əmlaka dair hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Odur ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə dair hüquqları apelyasiya şikayəti vermiş cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İddiaçı BOKT ASC-nin Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 4, 55 saylı mənzilin (yeni qaydalarla: AZ 5011, Sumqayıt şəhəri, Koroğlu prospekti 616, M.5, m.2) Cavabdeh2 tərəfindən boşaldılmasına, bütün əşyaların çıxarılmaqla boşaldılmış vəziyyətdə İddiaçı BOKT ASC-yə təhvil verilməsinə dair tələbi qanuni və əsaslıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etsə də, göstərdiyi halları təsdiq edəcək heç bir sübut təqdim etməmiş, apellyasiya şikayətini ümumiyyətlə əsaslandırmamış, qətnamənin ləğvi üçün dəlillərini qeyd etməmiş, hər hansı konkret dəlillərə istinad etməmiş, ümumi sözlərlə fikrini ifadə etmiş, tələbinin əsaslı olmasını təsdiq edəcək hər hansı bir halı göstərməmişdir. Apelyasiya şikayəti formal mülahizələrə əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 02 may 2023-cü il tarixli, e-2(060)-1206/2023 nömrəli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1436/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1436/2023
27.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver