Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1439/2025 14.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Rəhimli Lalə Elxan qızı (sədrlik edən və məruzəçi), Süleymanova Almaz Məhərrəm qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Əlixanlı Elgün İsa oğlunun, cavabdeh Kərimov Zeynal Baldadaş oğlunun iştirakı ilə, İddiaçı Şalyarova Nuridə Əsgər qızının müstəqil tələb irəli sürməyən ücüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsi cəlb olunmaqla cavabdeh Kərimov Zeynal Baldadaş oğluna qarşı torpaq sahəsindən payın naturada ayrılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-221/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətinin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Şalyarova Nuridə Əsgər qızı iddia ərizəsi ilə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, **********4 qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli, **********15 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu Mürsəliqışlaq kəndində yerləşən 0,07 ha torpaq sahəsindən ona düşən ½ hissədə payının əsas döngə nöqtələri və koordinantları 2-3 (Y- 4589959.6997; X317980.72) başlamaqla əsas döngə nöqtələri və koordinantları 3-4 (X- 317997.66; Y4589989.1498) hissəsinə kimi olan ərazidən (yaşamaq üçün tikilmiş balaca tikilinin olduğu yer daxil olmaqla) cavabdeh Kərimov Zeynal Baldadaş oğlunun ½ hissədə payından naturada ayrılaraq (bölünərək) verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-221/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2024-cü il tarixli, **********4 qeydiyyat nömrəli, **********15 reyestr nömrəli Çıxarışa əsasən, Xaçmaz rayonu, Mürsəlqışlaq kəndi ərazisində yerləşən 0.07 ha torpaq sahəsindən Şalyarova Nuridə Əsgər qızının ½ hissə payı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2025-ci il tarixli 10/129 saylı ekspertiza rəyində istinad olunmuş mütəxəssis rəyinə əlavə olunmuş sxem və bölgü üzrə naturada ayrılması, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun iddiaçı Şalyarova Nuridə Əsgər qızına aid edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manatın Şalyarova Nuridə Əsgər qızı və Kərimov Zeynal Baldadaş oğlundan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim Aydın Babayev). Cavabdeh Kərimov Zeynal Baldadaş oğlu həmin qətnamədən apellyasiya şikayəti vermiş, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-221/2025 nömrəli qərardadı ilə Kərimov Zeynal Baldadaş oğlunun Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-221/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Kərimov Zeynal Baldadaş oğlu şikayətlə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-221/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-221/2025 qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Kərimov Zeynal Baldadaş oğlu şikayətin icraata götürülməsini və baxılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Əlixanlı Elgün İsa oğlu şikayətə baxılmasının mümkün hesab edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyrimümkündür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh Kərimov Zeynal Baldadaş oğlu tərəfindən verilən şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilsə də, elektron imza vasitəsilə imzalanmamışdır, bununla da prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.5-ci maddəsinin tələbinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Beləliklə kollegiya hesab edir ki, hazırkı şikayət gücləndirilmiş elektron imza və sertifikatlaşdırılmış elektron imza vasitəsilə imzalanmış elektron sənəd şəklidə verilmədiyindən, şikayətin forması və məzmunu qüvvədə olan prosessual qanunvericiliyinin tələblərinə cavab vermədiyindən, geri qaytarılmalıdır. Birinci instansiya məhkəməsi bu məsələyə diqqət yetirməmiş və əhəmiyyət verməmiş, şikayəti mülki işlə birlikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərmiş, bununla da Mülki Prosessual Məcəlləsinin mülki işlər üzrə məhkəmə icraatının elektron qaydada aparılması ilə bağlı prosessual hüquq normalarının tələblərini pozmuşdur. Qeyd olunanlar hazırkı halda şikayəti apellyasiya qaydasında baxılmasını qeyrimümkün edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-221/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də şikayətə apellyasiya qaydasında baxılması hazırkı halda qeyrimümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, qərardaddan verilmiş şikayətin forma baxımından tələblərə uyğunluğu məsələsi araşdırılarkən birinci instansiya məhkəməsi məhkəmə kollegiyasının gəldiyi nəticəni və müəyyən etdiyi göstərişləri mütləq nəzərə almalı, məsələ düzgün və qanuni həllini tapmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 10- 1.3-cü 400 və 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-221/2025 nömrəli qərardadından cavabdeh Kərimov Zeynal Baldadaş oğlu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1439/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1439/2025
14.10.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver