Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-144/2024 23.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Səyəddin oğluna və Cavabdeh4 Hüseyn oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tikintilərin sökülməsi və torpağın qaytarılması ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı, onun vəkili Vəkil2 (vəkil sonuncu iclasda iştirak etmir) Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Səyəddin oğlunun iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Səyəddin oğluna və Cavabdeh4 Hüseyn oğluna qarşı tikintilərin sökülməsi və torpağın qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-246/2018 nömrəli, 22 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına, torpaq sahəsinin planı və ölçüsünə əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.35 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.
2. Daşınmaz əmlakın alqı-satqısı barədə AN-İ seriyalı, ******* saylı, xx.xx.2013-cü il tarixli müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan ümumi sahəsi 0,65 ha torpaqdan 0,06 ha torpaq sahəsini 5000 manat müqabilində X1,
3. Daşınmaz əmlakın alqı-satqısı barədə AN-İ seriyalı, ******* saylı, xx.xx.2013-cü il tarixli müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan ümumi sahəsi 0,65 ha torpaqdan 0,0486 ha torpaq sahəsini 5000 manat müqabilində Cavabdeh2,
4. Daşınmaz əmlakın alqı-satqısı barədə AN-İ seriyalı, ******* saylı, xx.xx.2013-cü il tarixli müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan ümumi sahəsi 0,65 ha torpaqdan 0,032 ha torpaq sahəsini 4000 manat müqabilində Cavabdeh3, 0,032 ha torpaq sahəsini 4000 manat müqabilində Cavabdeh4 Hüseyn oğluna satmışdır.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının xx.xx.2018-ci il tarixli, 21265 saylı rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.35 ha torpaq sahəsinin ölçüsü yerində (naturada) üst-üstə düşür. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 70,2 kv.metri Cavabdeh1, 51,98 kv.metri Cavabdeh2, 37,7 kv.metri Cavabdeh3 və 25,2 kv.metri isə Cavabdeh4 Hüseyn oğlu tərəfindən zəbt edilmişdir. Zəbt edilmiş torpaq sahəsinin koordinatları daxilində cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 25,2 kv.metri və digər cavabdehlər tərəfindən inşa edilmiş 41 metr uzunluğunda mişar daşından hasar mövcuddur. Apellyasiya icraatı zamanı əldə edilmiş:
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/2399 nömrəli, 09 aprel 2024-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı sənəd üzrə mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.35 ha torpaq sahəsi sxemdə göstərilmişdir (1). Yenə mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 sənəd üzrə mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.0486 ha torpaq sahəsi sxemdə göstərilmişdir. Yenə mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 sənəd üzrə mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.032 ha torpaq sahəsi sxemdə göstərilmişdir. Mütəxəssis rəyində qeyd olunur ki, Abşeron rayonu, Mehdiabad kəndi, “Mehdiabad” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında uyğunsuzluqlar (sürüşmələr) mövcuddur. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin (3 tərəfi daş hasar digər tərəfi dağıdılmış) 0.0093 ha hissəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı sənəd üzrə mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.35 ha torpaq sahəsinin koordinantları ilə üst-üstə düşür. Qeyd: **********96 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı sənəd üzrə( Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının icrası ilə əlaqədar aparılmış dürüstləşmə işlərindən sonra) xüsusi mülkiyyətində olan torpaq sahəsinin (3 tərəfi daş hasar digər tərəfi dağıdılmış) koordinantları ilə cavabdeh tərəfindən tanıdılan torpaq sahəsinin koordinantları ilə üstüstə düşmür. Qeyd: Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə torpaqların istifadəsində mövcud uyğunsuzluqlar və çatışmazlıqlar aradan qaldırılmışdır. Mülkiyyətçilər tərəfindən müraciət olunmadığı üçün plan və ölçü sənədinə düzəliş olmamışdır.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-144/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının icrası ilə əlaqədar əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/5140 nömrəli, 03 oktyabr 2024-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən (2); Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 sənəd üzrə mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.0486 ha torpaq sahəsi ilə xx.xx.2024-cü il tarixdə tərtib olunmuş (dürüstləşmədən sonra) sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin üst-üstə düşən hissəsi 0.0352 ha təşkil edir. xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 sənəd üzrə mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.032 ha torpaq sahəsi ilə xx.xx.2024-cü il tarixdə tərtib olunmuş (dürüstləşmədən sonra) sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin üst-üstə düşən hissəsi 0.0245 ha təşkil edir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv, kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaq torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri arasında uyğunsuzluqlar mövcud olmuş, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının icrası ilə əlaqədar mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə torpaqların istifadəsində mövcud olan uyğunsuzluqlar və çatışmazlıqlar aradan qaldırılmışdır. İddiaçı tərəfindən müraciət olunmadığı üçün plan ölçü sənədinə düzəliş olunmadığından qərardadın 3 –cü sualını cavablandırmaq mümkün olmamışdır. **********08 (xx.xx.2024-cü il tarixli) reyestr nömrəli çıxarışla sənəd üzrə Cavabdeh2 mülkiyyətinə verilmiş torpaq sahəsinin İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən hissəsi 0.0052 ha təşkil edir.**********49 (xx.xx.2024-cü il tarixli) reyestr nömrəli çıxarışla sənəd üzrə Cavabdeh2 mülkiyyətinə verilmiş torpaq sahəsinin İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən hissəsi 0.0033 ha təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Səyəddin oğluna və Cavabdeh4 Hüseyn oğluna qarşı “tikintilərin sökülməsi və torpağın qaytarılması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsində ona məxsus olan 0,35 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilmiş 70,2 kv.m, Cavabdeh2 tərəfindən zəbt edilmiş 51,98 kv.m, Cavabdeh3 tərəfindən zəbt edilmiş 37,7 kv.metr və Cavabdeh4 Hüseyn oğlu tərəfindən zəbt edilmiş 25,2 kv.m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin 25,2 kv.metr sahəsinin və 41 metr uzunluğunda mişar daşından tikilmiş hasarın cavabdehlərin hesabına sökülərək, bütün cavabdehlər tərəfindən zəbt edilmiş torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməklə ona qaytarılması, cavabdehlərdən müştərək qaydada onun xeyrinə 300 manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, torpaq sahəsini satdıqdan sonra iddiaçının 0,35 ha torpaq sahəsi qalmışdır. Cavabdehlərin torpaq sahələri İddiaçı məxsus torpaq sahəsinin 86,97 metr olan tərəfdən qonşuluğunda yerləşir. İddiaçıya məlum olmuşdur ki, cavabdehlərin hər biri ayrı-ayrılıqda uzunluğu təxminən 15-20 metr, eni isə 7-8 metr olmaqla torpaq sahəsinə girmiş və orada tikinti işləri aparırlar. "xxxx" MMC-nin rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 70,2 kv.metri Cavabdeh1, 51,98 kv.metri Cavabdeh2, 37,7 kv.metri Cavabdeh3 və 25,2 kv.metri isə Cavabdeh4 Hüseyn oğlu tərəfindən zəbt edilmişdir. Zəbt edilmiş torpaq sahəsinin koordinatları daxilində cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 25,2 kv.metri və digər cavabdehlər tərəfindən inşa edilmiş 41 metr uzunluğunda mişar daşından hasar mövcuddur.
10. Abşeron Rayon Məhkəməsinin 2(012)-246/2018 nömrəli, 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia qismən təmin edilmiş, - İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt olunan 70,2 kv.metr, Cavabdeh2 tərəfindən zəbt olunan 51,98 kv.metr, Cavabdeh3 tərəfindən zəbt olunan 37,7 kv.metr və Cavabdeh4 Hüseyn oğlu tərəfindən zəbt olunan 25,2 kv.metrinin cavabdehlər tərəfindən boşaldılması, eləcə də zəbt edilmiş torpaq sahəsinin koordinatları daxilində cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 25,2 kv.metr sahəsinin və cavabdehlər tərəfindən inşa edilmiş 41 metr uzunluğunda mişar daşından tikilmiş hasarın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Səyəddin oğlu və Cavabdeh4 Hüseyn oğlu tərəfindən onların vəsaitləri hesabına sökülməsi, - cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Səyəddin oğlu və Cavabdeh4 Hüseyn oğlu tərəfindən zəbt edilmiş torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməklə İddiaçı qaytarılması, İddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və Hüquq və Torpaq Məsələləri” MMC-nin hesabına köçürülmüş 300 manat pulun əvəzinin cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya verilməsi, ekspertiza tədqiqatının dəyərinin 50 manat isə cavabdehlərdən müştərək qaydada tutulub dövlət nəfinə keçirilməsi qət edilmişdir.
11. Abşeron Rayon Məhkəməsinin 2(012)-246/2018 nömrəli, 05 noyabr 2018-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-246/2018 nömrəli, 22 oktyabr 2018ci il tarixli qətnaməsinə düzəliş edilərək, qətnamənin nəticə hissəsində “iddia qismən təmin edilsin” ifadəsi, “iddia təmin edilsin” kimi oxunması qərara alınmışdır.
12. Məhkəmə toplanmış sübutlara, o cümlədən ekspert rəyinə hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 70.2 kv.metri Cavabdeh1, 51,98 kv.metri Cavabdeh2, 37,7 kv.metri Cavabdeh3 və 25,2 kv.metri isə Cavabdeh4 Hüseyn oğlu tərəfindən zəbt edilmişdir. Zəbt edilmiş torpaq sahəsinin koordinatları daxilində cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 25,2 kv.metri və digər cavabdehlər tərəfindən inşa edilmiş 41 metr uzunluğunda mişar daşından hasar mövcuddur. Göstərilənlərə əsasən məhkəmə yuxarıdakı nəticəyə gəlmişdir.
13. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152.1, 180.4, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4, 69.5, 69.5.1, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 106.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ş.Abasov (sədrlik edən və məruzəçi), T.Məmmədov və S.Qafari) 2(105)-1687/2020 nömrəli, 21 avqust 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Kassasiya instansiyası məhkəməsindəki icraat
Cavabdeh2 (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2023-cü il tarixli, 2(102)-2525/2023 nömrəli qərarı ilə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2020-ci il tarixli qətnaməsi qismən - «İddiaçı mülkiyyətində olan Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsinin Cavabdeh2 tərəfindən zəbt olunan 51,98 kv.metri, Cavabdeh4 Hüseyn oğlu tərəfindən zəbt olunan 25,2 kv.metri cavabdehlər tərəfindən boşaldılması, eləcədə zəbt edilmiş torpaq sahəsinin koordinatları daxilində cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 25,2 kv.m sahəsi və cavabdehlər tərəfindən inşa edilmiş 41 metr uzunluğunda mişar daşından tikilmiş hasarın Cavabdeh2, Cavabdeh4 Hüseyn oğlu tərəfindən (aid hissəsi) onların vəsaitləri hesabına sökülməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 Hüseyn oğlu tərəfindən zəbt edilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməklə İddiaçı qaytarılması, İddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və "xxxx" MMC-in hesabına köçürülmüş 300 manat pulun əvəzinin cavabdehlər Cavabdeh2, Cavabdeh4 Hüseyn oğlundan müştərək qaydada tutulub iddiaçıya verilməsi, ekspertiza tədqiqatının dəyəri 50 manatın isə cavadehlər Cavabdeh2 və Cavabdeh4 Hüseyn oğlundan müştərək qaydada tutulub dövlət nəfinə keçirilməsinə aid hissələrdə» ləğv edilmiş və mülki iş həmin hissələrdə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunmasını, təqdim edilən qarşılıqlı iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz, əsassızdır. Belə ki, mübahisəli torpaq sahəsinə tərəflərin iştirakı ilə yerli baxış keçirilməmiş, torpaq sahələrinin ölçüləri arasında uyğunsuzluqların olması, alğı-satqının üstündən 5 il keçəndən sonra iddianın verilməsi nəzərə alınmamış, satılan torpaqlarda gediş-gəliş yolu qoyulmamışdır. Belə olan halda cavabdehin mülkiyyət hüquqları pozulur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, məhkəmə qətnaməsi onun torpağına dair hissədə əsassız və qanunsuzdur. Belə ki, mübahisəli ərazidə ona məxsus fərqli ölçülərdə sənəd üzrə iki torpaq sahəsi mövcuddur. Həmin torpaq sahələrinin birini İddiaçı, digərini isə Cavabdeh4 qanuni əsaslarla, dəyəri ödənilməklə əldə etmişdir. Məhkəmə qətnaməsində Cavabdeh4 torpaq sahəsinə münasibət bildirilmişdir ki, bu yanlış mövqedir. Çünki həmin torpaq sahəsi ona məxsusdur. Ona qarşı iddia tələbi əsassız və qanunsuzdur. Mübahisəli ərazidə torpaqların ölçülərinə dair müvafiq dürüstləşdirmə işləri yekunlaşmışdır və həmin prosesdən sonra özünə məxsus torpaq sahəsinə dair yeni elektron çıxarış almışdır və torpaq sahəsinin plan, ölçüsü tərtib olunmuşdur. Göstərilənlərə əsasən cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, ona məxsus torpaq sahəsinin dürüstləşdirmə işlərindən sonra yeni hüquqmüəyyənedici sənədinin əldə edilməsi ilə bağlı işlə vəkili məşğuldur. Hesab edir ki, apellyasiya şikayəti əsassızdır və təmin olunmamasını xahiş edir.
21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmauaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh4 Hüseyn oğlu məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
22. İddiaçının vəkili Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə kollegiyasının iclasında eyni vaxta təyin edilmiş başqa məhkəmə iclasında iştirakı ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir.
23. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Konstitusiyası; 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 16.1 Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
Maddə 165.1.Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər . Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmi
26. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 84.Hissə İ. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 84. Hissə İİİ.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Maddə 111. Hissə İ.Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur 111.1-ci, 111.2-ci və 111.3-cü maddələrinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdırr. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya şikayətinin məzmunundan görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin özünə aid hissədə tam qətnamənin ləğv edilərək təmin olunmamasını xahiş etmişdir.
30. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işdə iştirak etmiş tərəflərin izahatları və iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək, eləcə də iş üzrə Ali Məhkəmənin təkrar göstərişlərini rəhbər tutaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi mübahisələndirilən hissədə təmin edilməməlidir.
32. Belə ki, hazırki mübahisə torpaq sahəsinin zəbti ilə bağlıdır. Araşdırılan işdən müəyyən olunur ki, iddiaçı tərəf mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin cavabdehlər tərəfindən qanunsuz istifadə edildiyini bildirir və onun zəbt olunan hissədən çıxarılmaqla mülkiyyət hüququnun bərpa olunmasını tələb edir. Hər iki tərəf mübahisələndirilən torpaq sahəsinin onun mülkiyyətində olmasını iddia edir.
33. Birinci instansiya məhkəməsi tərəfindən tikinti-texniki ekspertizası təyin olunmuş və müvafiq rəy alınmışdır.
34. Araşdırılan iş materiallarına əsasən müəyyən edilmişdir ki, 26 dekabr 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adından etibarnamə ilə çıxış edən X3 mülkiyyətdə olan 0,65 ha torpaq sahəsinin 0,0486 ha hissəsini Cavabdeh2, 17 dekabr 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsinin 0,32 ha hissəsini Cavabdeh4 Hüseyn oğluna satmışdır. İşin bu halı iddiaçı tərəfindən qəbul edilir və tərəflər arasında mübahisə predmeti deyildir.
35. İşin digər mübahisələndirilməyən hallarından müəyyən olunur ki, Cavabdeh2 mübahisəsi gedən torpaq sahəsini 90.000 manata aldığını, alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 0.0486 ha torpaq sahəsini və Cavabdeh4 Hüseyn oğlunun əldə etdiyi 0,32 ha torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında onun sahibliyinə keçdiyini və onun mülkiyyətində olduğunu bəyan edir.
36. Bu halda işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi ilkin olaraq iddia tələbinə cavab verməli olan şəxsləri müəyyən etməli olduğu halda bunu etməmiş, Cavabdeh2 özünün mülkiyyətində olan torpaq sahəsi ilə yanaşı, alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 də torpaq sahəsini əldə etməsinə diqqət yetirməmişdir.
37. Bununla yanaşı birinci instansiya məhkəməsi Cavabdeh4 25,2 kv.m. ölçüdə torpaq sahəsini zəbt etməsi nəticəsinə gəlir, lakin həmin şəxsin mübahisəli torpaq sahəsinə aidiyyəti qalmadığının müəyyən olunması halında ona qarşı təmin olunan iddianın icrasının hansı qaydada mümkün olacağı, onun hansı torpaq sahəsindən çıxarılmalı və hansı tikilinin sökülməli olması da qeyri-müəyyəndir.
38. İş üzrə araşdırma aparan birinci instansiya məhkəməsi ilkin olaraq mütəxəssis, sonra isə ekspert rəyi almış, lakin hər iki halda qoyulmuş suallar üzrə tədqiqatın yalnız iddiaçının adına verilmiş 18 aprel 2014-cü il tarixli reyestr çıxarışı əsasında aparılması tapşırılmışdır. Məhz həmin suallar əsasında da mütəxəssis və ekspert tərəfindən tədqiqat aparılaraq yuxarıda qeyd olanan rəylər verilmişdir.
39. Göründüyü kimi, ekspert tədqiqatı tam və hərtərəfli aparılmadığı halda cavabdehin mülkiyyətində olan torpaq sahələrinin iddiaçının mülkiyyətində qalmış torpaq sahəsi ilə üst-üstə düşməməsi ilə bağlı qəti qərara gəlmək ziddiyyətli və işin hallarına uyğun hesab edilə bilməz.
40. Məsələnin həllinə göstərilən kontekstdən yanaşan kollegiya təkrar araşdırma zamanı yenidən məhkəmə tikinti-texniki ekspertizaları təyin etmiş və ekspert qarşısında həm iddiaçı, həm də cavabdehin torpaq sahələri ilə bağlı iş üzrə əhəmiyyət kəsb edən suallar qoymuş və nəticə etibarı ilə sonda hazırkı qərarın 7-ci bəndində göstərilən rəyi əldə etmişdir.
41. Kollegiya mübahisənin bu hissəsində xüsusilə qeyd edir ki, sonuncu ekspert rəyi Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının icrası ilə əlaqədar mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə torpaqların istifadəsində mövcud olan uyğunsuzluqlar və çatışmazlıqlar aradan qaldırılmasından sonra aparılmış, rəy də məhz buna uyğun tərtib edilmişdir.
42. Kollegiya həmçinin vurğulayır ki, sonuncu ekspertiza tədqiqatı məhz cavabdeh tərəfindən məlum Fərmanın icrasından sonra əldə etdiyi plan-cizgi sənədinə əsasən aparılmışdır. Lakin kollegiya tərəfindən dəfələrlə təklif olunmasına baxmayaraq iddiaçı tərəf dürüstləşmə işlərindən sonra yeni plan-cizgi sənədini əldə etməmiş, səbəbini soruşduqda isə hər dəfə müxtəlif bəhanələr gətirməklə yeni plan-cizgi sənədinin alınmasından yayınmışdır.
43. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı)
44. Beləliklə, apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının icrası ilə əlaqədar mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə torpaqların istifadəsində mövcud olan uyğunsuzluqlar və çatışmazlıqlar aradan qaldırıldıqdan sonra tərtib edilmiş plan-cizgi sənədi və bunun əsasında aparılmış ekspertiza tədqiqatı əsas götürülməli və mübahisənin həlli istiqamətində verilmiş rəy daha mötəbər sübut kimi qəbul edilməlidir. 45.Belə ki, sözügedən rəy kollegiya tərəfindən təhlil edilərkən müəyyən edilmişdir ki, Cavabdeh2 sənəd üzrə mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.0486 ha və 0.032 ha torpaq sahələri xx.xx.2024-cü il tarixdə tərtib olunmuş (dürüstləşmədən sonra) sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə eynilik təşkil edir. Rəydə həmçinin mübahisələndirilən torpaq sahəsinin cavbdehə rəsmi sənəd əasasında məxsusluğu göstərilsə də, iddiaçı Cavabdeh2 münasibətdə bu “faktiki istifadəsində olan” torpaq sahəsi kimi qeyd edilmişdir.
46. Kollegiya, sonda Cavabdeh4 qarşı verilmiş iddia tələbinə münasibətdə qeyd edir ki, mübahisəli torpaq sahəsinin 0.32 ha hissəsi 17 dekabr 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 Hüseyn oğluna satılmış, sonuncu da həmin torpaq sahəsini sonradan Cavabdeh2 satmışdır. Hazırda hər iki torpaq sahəsi Cavabdeh2 mülkiyyətində olduğundan, Cavabdeh4 hazırki iş üzrə cavab verməli olan şəxs kimi subyektiv hüququn daşıyıcısı deyildir.
47. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi mübahisələndirilən hissədə yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.Odur ki, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və iş həmin hissədə yeni qətnamə qəvul edilməklə, iddia tələbi apellyatora münasibətdə təmin edilməməlidir.
48. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-246/2018 nömrəli, 22 oktyabr 2018-ci il tarixli qətnaməsi qismən, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsinin Cavabdeh2 tərəfindən zəbt olunan 51,98 kv.metri, Cavabdeh4 Hüseyn oğlu tərəfindən zəbt olunan 25,2 kv.metri cavabdehlər tərəfindən boşaldılması, eləcədə zəbt edilmiş torpaq sahəsinin koordinatları daxilində cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 25,2 kv.m sahəsi və cavabdehlər tərəfindən inşa edilmiş 41 metr uzunluğunda mişar daşından tikilmiş hasarın Cavabdeh2, Cavabdeh4 Hüseyn oğlu tərəfindən (aid hissəsi) onların vəsaitləri hesabına sökülməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 Hüseyn oğlu tərəfindən zəbt edilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməklə İddiaçı qaytarılması, İddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və "xxxx" MMC-in hesabına köçürülmüş 300 manat pulun əvəzinin cavabdehlər Cavabdeh2, Cavabdeh4 Hüseyn oğlundan müştərək qaydada tutulub iddiaçıya verilməsi, ekspertiza tədqiqatının dəyəri 50 manatın isə cavadehlər Cavabdeh2 və Cavabdeh4 Hüseyn oğlundan müştərək qaydada tutulub dövlət nəfinə keçirilməsinə aid hissələrində» ləğv edilsin. Həmin hissələr üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissələrdə təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat (50+50) İddiaçı alınaraq dövlət nəfinə ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.