Məhkəmə qərarları › İş №2(105)-1440/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1440/2023

19.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1440/2023 19.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X8 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-378/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-175/2017 nömrəli, 15 mart 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər İsayev Teyyub Kazım oğlu, X5, X6, Cavabdeh2 və X3 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, "xxxx" KB ASC ilə İsayev Teyyub Kazım oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 7mspSUM/15 saylı əlavə kredit xətti və bank hesabı müqaviləsi üzrə cavabdeh İsayev Teyyub Kazım oğlundan əsas kredit borcu üzrə 4999,50 manat, faiz borcu üzrə 1495,29 manat, cəmi 6494,79 manat pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, tutmanın İsayev Teyyub Kazım oğlu ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 7mspSUM/15 saylı əlavə kredit xətti və bank hesabı müqaviləsinin təminatı qismində banka girov qoyulmuş, İsayev Teyyub Kazım oğluna məxsus 100000 manat məbləğində mal qalığına yönəldilməsi və açıq hərracda satılaraq satışdan əldə ediləcək pul vəsaitinin hesabına cavabdeh İsayev Teyyub Kazım oğlunun kredit müqaviləsi üzrə yaranmış 6494,79 manat məbləğində borcu və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-175/2017 nömrəli, 15 mart 2017-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər İsayev Teyyub Kazım oğlu, X5, X6, Cavabdeh2 və X3 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiasının "xxxx" KB ASC ilə cavabdeh İsayev Teyyub Kazım oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli 38-1/13SU saylı və xx.xx.2014-cü il tarixli 38-2/13SU saylı əlavə kredit müqavilələrinə vaxtından əvvəl xitam verilməsi və xx.xx.2013-cü il tarixli 38-1/13SU saylı əlavə kredit müqaviləsi üzrə 227776,78 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 38-2/13SU saylı əlavə kredit müqaviləsi üzrə 26862,61 manat borcun tutulması, həmin borcların ipoteka predmetlərinə yönəldilməsi, bu əmlakların hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh İsayev Teyyub Kazım oğlunun xx.xx.2013-cü il tarixli 38- 1/13SU saylı və xx.xx.2014-cü il tarixli 38-2/13SU saylı əlavə kredit müqavilələri üzrə borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi, ipoteka predmetlərinin boşaldılması hissəsində baxılmamış saxlanılması qərara alınmışdır.

3. Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın (hakimlər Ş.R.Abasov (sədrlik edən və məruzəçi), A.Ə.Abbasov və F.G.Zeynallı) 2(105)-3489/2017 nömrəli, 06 oktyabr 2017-ci il tarixli qərardadı ilə "xxxx" KB ASC-nin şikayəti təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2017-ci il tarixli, 2(060)-175/2017 saylı qərardadının ləğv edilməsi, "xxxx" KB ASC-nin cavabdehlər İsayev Teyyub Kazım oğlu, X5, X6, Cavabdeh2 və X3 qarşı kredit müqavilələri üzrə borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi, əmlakın açıq hərracda satılaraq borcun ödənilməsi tələbinə dair mülki işin tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1214/2018 nömrəli, 19 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər İsayev Teyyub Kazım oğlu, X5, X6, Cavabdeh2 və X3 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh İsayev Teyyub Kazım oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 38-1/13SU saylı və xx.xx.2014-cü il tarixli, 38-2/13SU saylı əlavə kredit müqavilələrinə vaxtından əvvəl xitam verilmiş, cavabdeh İsayev Teyyub Kazım oğlundan iddiaçı "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2013-cü il tarixli, 38/13SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2013-cü il tarixli, 38-1/13SU saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 159627,67 ABŞ dolları, faiz borcu üzrə 34958,25 ABŞ dolları, cərimə borcu üzrə 1000 ABŞ dolları, cəmi 195582,92 (bir yüz doxsan beş min beş yüz səksən iki dollar doxsan iki sent) ABŞ dolları ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənəyə uyğun olaraq Azərbaycan manatı ilə, xx.xx.2014-cü il tarixli, 38-2/13SU saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 10481,40 manat, faiz borcu üzrə 788,70 manat, cərimə borcu üzrə 500 manat, cəmi 11770,1 (on bir min yeddi yüz yetmiş manat on qəpik) manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 90 AZN məbləğində pulun tutulması, tutmanın ipoteka predmeti olan İsayev Teyyub Kazım oğlunun mülkiyyətində olan Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 53-20 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasına, X4 mülkiyyətində olan Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 53-9 ünvanda yerləşən qeyri-yaşayış binasına və ünvan 2erləşən 59 saylı mənzilinə və girov predmeti olan İsayev Teyyub Kazım oğluna məxsus 100000 manat məbləğində mal qalığının Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-175/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş borcun ödənilməsindən artıq qalan hissəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və əmlakların satışından əldə olunmuş pul vəsaitinin borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetləri olan Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 53-20 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin 78000 manat, Sumqayıt şəhəri, 53-cü məhəllədə 53-9 ünvanda yerləşən qeyri-yaşayış binasının ilkin satış qiymətinin 80000 manat, ünvan 2erləşən 59 saylı mənzilin ilkin satış qiymətinin 50000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetləri olan ünvan 2erləşən 59 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində cavabdehlər X7, İsayev Teyyub Kazım oğlu, X6, Cavabdeh2 və X1 həmin yaşayış sahəsindən çıxarılmaları, Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 53-20 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasına, Sumqayıt şəhəri, 53-cü məhəllədə 53-9 ünvanda yerləşən qeyri-yaşayış binasına tutma yönəldikdə və onlar satıldıqda ən geci 1 ay ərzində həmin qeyri-yaşayış sahələrinin boşaldılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın (hakimlər Ş.R.Abasov (sədrlik edən və məruzəçi), A.Ə.Abbasov və T.Q.Məmmədov) 2(105)-388/2019 nömrəli, 05 mart 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İsayev Teyyub Kazım oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2017-ci il tarixli, 2(060)-175/2017 saylı və 19 iyul 2018-ci il tarixli, 2(060)-1214/2018 saylı qətnamələrinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh İsayev Teyyub Kazım oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 38-1/13SU saylı və xx.xx.2014-cü il tarixli, 38-2/13SU saylı əlavə kredit müqavilələrinə vaxtından əvvəl xitam verilməsi, cavabdeh İsayev Teyyub Kazım oğlundan iddiaçı "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2013-cü il tarixli, 38/13SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2013-cü il tarixli, 38-1/13SU saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 159627,67 ABŞ dolları, faiz borcu üzrə 34958,25 ABŞ dolları, cərimə borcu üzrə 1000 ABŞ dolları, cəmi 195582,92 (bir yüz doxsan beş min beş yüz səksən iki dollar doxsan iki sent) ABŞ dolları ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə, xx.xx.2014-cü il tarixli, 38-2/13SU saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 10481,40 manat, faiz borcu üzrə 788,70 manat, cərimə borcu üzrə 500 manat, cəmi 11770,1 (on bir min yeddi yüz yetmiş manat on qəpik) manat, xx.xx.2015-ci il tarixli, 7mspSUM/15 saylı əlavə kredit xətti və bank hesabı müqaviləsinə əsasən əsas kredit borcu üzrə 4999,50 manat, faiz borcu üzrə 1495,29 manat, cəmi 6494,79 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 90 manat məbləğində pulun tutulması, tutmanın ipoteka predmeti olan İsayev Teyyub Kazım oğlunun mülkiyyətindəki Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 53-20 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasına, X4 mülkiyyətində olan Sumqayıt şəhəri, 53-cü məhəllədə 53-9 ünvanda yerləşən qeyri-yaşayış binasına və ünvan 2erləşən 59 saylı mənzilinə və girov predmeti olan İsayev Teyyub Kazım oğluna məxsus 100000 manat məbləğində mal qalığına yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və əmlakların satışından əldə olunmuş pul vəsaitinin qeyd olunan borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetləri olan Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 53-20 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin 90000 manat, Sumqayıt şəhəri, 53-cü məhəllədə 53-9 ünvanda yerləşən qeyri-yaşayış binasının ilkin satış qiymətinin 122000 manat, ünvan 2erləşən 59 saylı mənzilin ilkin satış qiymətinin 52000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetləri olan Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 53-20 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasına, Sumqayıt şəhəri, 53-cü məhəllədə 53-9 ünvanda yerləşən qeyri-yaşayış binasına tutma yönəldikdə və onlar satıldıqda ən geci 1 ay ərzində həmin qeyri-yaşayış sahələrinin boşaldılması, ipoteka predmeti olan ünvan 2erləşən 59 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində cavabdehlər X7, İsayev Teyyub Kazım oğlu, X6, Cavabdeh2 və X1 həmin yaşayış sahəsindən çıxarılması hissəsində iddianın təmin edilməməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh İsayev Teyyub Kazım oğlundan iddiaçının xeyrinə tutulması, apellyasiya şikayətinin verilməsi üçün tərəflərin ödədiyi dövlət rüsumunun onların özünə aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası xərcinin dəyəri olan 1000 manat pulun 600 manatının cavabdeh İsayev Teyyub Kazım oğlundan, 400 manat hissəsinin isə iddiaçı "xxxx" KB ASC-dən tutularaq, "xxxx" MMC-nin müvafiq bank hesabına ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası xərcinin dəyəri olan 145 manatın cavabdeh İsayev Teyyub Kazım oğlundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)- 5244/2019 nömrəli qərarı ilə cavabdeh İsayev Teyyub Kazım oğlunun kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin MK-nın 2(105)-388/2019 nömrəli iş üzrə 05 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Qətnamə icraya yönəldilmiş, ipoteka predmeti olan mənzilə tutuma yönəldilərək açıq hərracda satılmış və "xxxx" ASC ünvan 4 ünvanında yerləşən əmlakı 33150 manata almışdır.

8. Hərracın nəticələri haqqında protokola əsasən "xxxx" ASC-nin Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32 ünvanında yerləşən 59 saylı mənzil üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC hərrac vasitəsi ilə Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32 ünvanında yerləşən 59 saylı mənzili almışdır. xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********56-05101- 093024 reyestr nömrəli çıxarışla iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən əldə etdikləri arayışa əsasən iddiaçı "xxxx" KB ASC-nin mükiyyətində olan, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32 ünvanında yerləşən 59 saylı mənzildə hal-hazırda iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadır. Həmin şəxslərin mübahisəli evdə qeydiyyatda qalmaları iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxslərin iradəsindən asılı edilməkdədir. Lakin, qeyd olunan mənzilin hazırda mülkiyyətçisi olan "xxxx" KB ASC ilə keçmiş mülkiyyətçiləri ilə nə qanunla müəyyən edilmiş qaydada razılaşma, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi vardır. Belə olduğu təqdirdə, hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32 ünvanında yerləşən 59 saylı mənzildə qeydiyyatda olması və orada yaşaması qeyri-qanunidir. Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32 ünvanında yerləşən 59 saylı mənzil kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, 10cu mikrorayon, ev 32 ünvanında yerləşən 59 saylı mənzildən Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32 ünvanında yerləşən 59 saylı mənzildən çıxarılmaqla həmin mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-378/2023 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32, 59 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32, 59 saylı mənzilindən çıxarılması və həmin mənzilin boşaldılması qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32 ünvanında yerləşən 59 saylı mənzili qanuni əsaslarla iddiaçı "xxxx" ASC-nin xüsusi mülkiyyətinə keçmiş və daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Mübahisəli mənzilin mülkiyyət hüququ iddiaçıya keçməsinə baxmayaraq mülkiyyət hüququndan sərbəst istifadə etmək imkanından məhrum olmuşdur.

12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1, 203.1, 152.1, 152.5, 157.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

13. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32-də yerləşən, 59 saylı mənzil ailə üzvləri ilə daimi və yeganə yaşayış ünvanıdır. xx.xx.2013-cü il tarixli, 38/13SU saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin təmini üsulu kimi atası İsayev Teyyub Kazım oğlunun mülkiyyətində olan Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 53-20 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binası, anası X2 mülkiyyətində olan Sumqayıt şəhəri, 53-cü məhəllədə 53-9 ünvanda yerləşən qeyri-yaşayış binası və ünvan 5 evin 59 saylı mənzili "xxxx" KB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi bağlandıqdan sonra təqdim edilmiş cədvəl öhdəliklər yerinə yetirilmişdir. Lakin 2015-ci ilin 1-ci rübündə ölkədə manatın birinci devalvasiyası baş vermiş və birdən-birə manat təqribən 30 faizə qədər devalvasiyaya uğramışdır. Həmin müddətdə, yəni manatın dollara 105 məzənnəsində də ödəmələr aparılmışdır. Lakin ikinci devalvasiyadan sonra artıq ödənişlər etmək mümkünsüz olmuşdur. Bundan sonra iş icraya yönəlmiş və ipoteka ilə yüklü edilmiş əmlaklar hərraca çıxarılmışdır. Dəfələrlə "xxxx" KB ASC-yə müraciət etmişdirlər ki, aralarında olan kredit müqaviləsini yeni müqavilə bağlamaqla həll etsinlər. İpoteka ilə yüklü edilmiş əmlaklar hərraca çıxarıldıqdan sonra hərracın keçirilməsi ilə bağlı məlumat almamışdırlar. Protokolla tanış olduqdan sonra isə əsl şok yaşamışdırlar. Belə ki, məhkəmə tərəfindən 52.000 manat dəyərləndirilən yeganə yaşayış yerləri olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32, 59 saylı mənzil 33150 manat məbləğində qiymətləndirilərək "xxxx" KB ASC-yə verilmişdir. Bu, onların mülkiyyət hüququnun kobud şəkildə pozulması deməkdir. Hal-hazırda isə başqa yaşayış sahəsi və qeydiyyata düşməkləri üçün əmlakları yoxdur. Məhkəmə işə baxarkən iştiraklarını təmin etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 13. Mülkiyyət

İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

Maddə 29. Mülkiyyət hüququ

İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (...)

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (...) 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (...)

Maddə 157. Mülkiyyətin müdafiəsi (...) 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (...) 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. (...)

Maddə 205. Mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi (...) 205.2. Tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir.

Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ (...) 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. (...)

19. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi (...) 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. (...)

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. (...)

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyun 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, cavabdehlər mübahisələndirilən mənzildə qeydiyyatda olmaqla yaşasalar da, onlar həmin hüquqlarını hərracın yekunlarına dair müqavilə bağlanan zaman itirmişdirlər. Hərracın yekunlarına dair nəticələr isə ləğv edilməmiş, həmin müqavilə qüvvədədir.

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

25. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, ünvan 4 ünvanında xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh1 (şəxsiyyət vəsiqəsi verilib: xx.xx.2019), xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh2 qeydiyyatdadırlar (şəxsiyyət vəsiqəsi verilib: xx.xx.2018).

26. İş materiallarından göründüyü kimi, xx.xx.2013-cü il tarixdən əlavə qeydiyyat aparılmaqla ipotekaya qoyulmuş (sonrakı ipoteka) Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32 ünvanında yerləşən 59 saylı mənzilə tutma yönəlmiş və mənzil hərracda satılmışdır. İddiaçı mənzili mülkiyyətinə qəbul etmiş, mənzildə qeydiyyatda olan cavabdehlər isə mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra mənzili tərk etməmişdirlər.

27. Apellyasiya şikayətinin dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı qanuni qüvvəyə minmiş qətnamə mövcuddur və borc məbləğinin nə qədər təşkil etdiyinin, əmlakın hansı məbləğdə qiymətləndirilməsinin, hərracın keçirilməsi barədə tərəfin məlumatlandırılmamasının hazırkı mübahisənin predmetinə aidiyyatı yoxdur.

28. Məhkəmə kollegiyası hesab edir ki, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunduğundan, toxunulmaz olduğundan və dövlət tərəfindən müdafiə olunduğundan, birinci instansiya məhkəməsi cavabdehlərə qarşı mövcud iddianı təmin etməklə mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.

29. Cavabdehlərin birinci instansiya məhkəməsinin iclaslarında iştirakının təmin edilməməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd edir ki, işdən görünür ki, cavabdehlərin yaşadığı ünvana bildirişlər göndərilmiş, bildiriş həmin ünvanda qəbul edilmiş (səh. 50), bundan əlavə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə “Sms-bildiriş”lər göndərilmişdir.

30. MPM-in 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

31. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir.

32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.

33. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-378/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar