Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1440/2024 27.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı1, Cavabdeh4 nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Daşınar və Daşınmaz Əmlakların Satışı X3, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi və Cavabdeh4 qarşı “icra hərəkətlərinin qanunsuz sayılması, hərracın yekun protokolunun və hərracın nəticələrinin qismən etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və mülkiyyət hüquqlarının bərpası” tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(074)-296/2024 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı6, İddiaçı5, İddiaçı2, İddiaçı7, İddiaçı3 cavabdehlər Cavabdeh1, Daşınar və Daşınmaz Əmlakların Satışı X3, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi və Cavabdeh4 qarşı “icra hərəkətlərinin qanunsuz sayılması, hərracın yekun protokolunun və hərracın nəticələrinin qismən etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və mülkiyyət hüquqlarının bərpası haqqında” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon İcra şöbəsinin hərəkətlərinin qanunsuz sayılması, Daşınar və Daşınmaz Əmlakların Satışı X3 tərəfindən keçirilmiş 05 avqust 2019-cu il tarixli hərracın yekun protokolunun və nəticələrinin onlara məxsus pay torpaq sahəsi hissəsində qismən etibarsız hesab edilməsi, Daşınar və Daşınmaz Əmlakların Satışı X3 tərəfindən keçirilmiş 05 avqust 2019-cu il tarixli hərracın yekun protokolu əsasında Cavabdeh4 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən reyestr nömrəsi - **********16, qeydiyyat nömrəsi - ********** olan, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışın ləğv olunması, Qobustan rayonunun Təklə kəndində yerləşən 4,0 ha əkin torpaq sahəsinə onların pay torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-296/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçıların nümayəndəsi İddiaçı1 iddiadan imtinası qəbul edilərək, iddia ərizəsi üzrə iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı6, İddiaçı5, İddiaçı7 aid hissədə iş üzrə icraata xitam verilmişdir (hakim Fərid Yaqubov). Şamaxı Rayon Məhkəməsinin 2(074)-296/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Daşınar və Daşınmaz Əmlakların Satışı X3, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi və Cavabdeh4 qarşı “icra hərəkətlərinin qanunsuz sayılması, hərracın yekun protokolunun və hərracın nəticələrinin qismən etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və mülkiyyət hüquqlarının bərpası” haqqında iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir (hakim Fərid Yaqubov). Qətnamədən narazı qalan İddiaçı1 apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(074)-296/2024 nömrəli qətnaməsinin ləğv edilərək ilk iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilən apellyasiya şikayətinin AR MPM-in 361-ci maddəsinin tələblərinə uyğun verilməsinin və 366-cı maddəsinə əsasən mümkün hesab olunmasının açıq məhkəmə iclasında yoxlanılmasını zəruri hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin mümkün hesab edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi Vəkil apellyasiya şikayətinin mümkün hesab edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələbinə əsasən qeyrimümkün hesab edilməli və şikayət mülki işlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi İddiaçı1 Şamaxı Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(074)-296/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən Şamaxı Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2(074)- 296/2024 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Bundan sonra İddiaçı1 yenidən Şamaxı Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(074)-296/2024 nömrəli qətnaməsindən 29 iyul 2024-cü il tarixdə apellyasiya şikayəti versə də, iş üzrə müddətin bərpa edilməsinə dair vəsatət təqdim etməmişdir. İş materiallarına əsasən də müəyyən edilir ki, iddiaçı Alışov X2 Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(074)-296/2024 nömrəli qətnaməsini rəsmi olaraq xx.xx.2024-cü il tarixdə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İddiaçı1 apellyasiya şikayəti AR MPM-in 361-ci maddəsinin tələblərinə uyğun formada verilməmişdir. Belə ki, AR MPM-in 361-ci maddəsinə əsasən şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar apellyasiya şikayətində göstərilməli olduğu halda, qeyd edilən tələblərə əməl edilmədən apellyasiya şikayəti verilmişdir. Bundan əlavə İddiaçı1 tərəfindən elektron kabinet vasitəsilə verilmiş apellyasiya şikayətində apellyasiya şikayətinin İddiaçı1 öz adındanmı və ya digər iddiaçıların adındanmı verməsini müəyyən etmək olmur.Belə ki, iddiaçı kimi İddiaçı1 özü iddia tələbindən imtina etmişdir və buna Şamaxı Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(074)-296/2024 nömrəli qərardadı ilə qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətini müddət ötürülməklə verdiyindən müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməli və bu kimi halda prosessual müddətin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsi tərəfindən araşdırıla bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamış, prosessual müddətlə bağlı məsələyə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Halbuki, məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddələrinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 366, 400, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şamaxı Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(074)-296/2024 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Şamaxı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1440/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1440/2024
27.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver