Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1447/2022 01.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X11 Tağızadənin sədrliyi və məruzəsi, X5 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi, İddiaçının nümayəndəsi: X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə ijlasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim İ.A.Məmmədov) İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddianın rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı məhkəməyə müraciət edərək, kəndlərində İİ dəfə keçirilmiş torpaq islahatı ilə xx.xx.2000-ci il tarixində X1 adına verilmiş № 0032 KOD 30329068 nömrəli 'Torpağın Mülkiyyət hüququna’' dair Dövlət aktının əsasında X2 adına verilmiş bütöv sahənin 1/3 hissəsi olan torpaq payının ona satılması barəsində 29 mart 2000-ci il tarixində bağladığı alqı-satqı müqaviləsinin yenidən bağlanılmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o 2006-cı ildə Quba Rayon Məhkəməsinə alqı-satqı müqaviləsinin bağlanılmış hesab edilməsi tələbinə dair qətnamə çıxarılması xahişi ilə iddia ərizəsi təqdim edib. İddia ərizəsinə Quba Rayon Məhkəməsində xx.xx.2006-cı il tarixində açıq məhkəmə iclasında baxılmışdır. Məhkəmə hər tərəfli araşdırma apardıqdan sonra ərizənin təmin edərək 2-176 №-li qətnamə çıxarmışdır. Ancaq hal-hazırda xüsusi mülkiyyət hüququna dair qeydiyyat şəhadətnaməsi almaq istəyərkən əmlak komitəsinin işçiləri ona izah ediblər ki, həmin qətnamənin "qət" hissəsində qətnamə çıxarılmış torpağa mülkiyyət hüququna dair dövlət aktının № 0032 nömrəsi KOD 30329068 nömrələri göstərilməyib. Yəni pay torpağının 1/3 hissəsinin Z.D.Ağakişiyevaya aid hissəsinin alqı-satqı müqaviləsinin bağlanılmış hesab edilməsinə dair dəqiq qeyd olunmayıb, həmin qətnamənin qət hissəsində zəruri düzəlişə ehtiyacı olan yanlışlıq vardır. Həmin yanlışlığın düzəldilməsi xahişi ilə xx.xx.2021-ci il tarixində Quba Rayon Məhkəməsinə ərizə ilə müraciət edib. Quba Rayon Məhkəməsi iş № 02(027)- 176/2006 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizəni təmin etməmişdi. Belə ki. Quba Rayon Məhkəməsinin 01 may 2006-cı il tarixli, 2-176/2006 saylı qətnaməsindən xx.xx.2007-ci il tarixində cavabdeh Z.D.Ağakişiyeva apellyasiya şikayəti vermiş. Sumqayıt Apellyasiya Məhkəməsinin 13 mart 2007-ci il tarixli, 1MK-2537/2007 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 01 may 2006-cı il tarixli, 2- 176/2006 saylı qətnaməısi ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 13 mart 2007-ci il tarixli, 1MK-2537/2007 saylı qətnaməsindən kassasiya şikayəti verib, Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 avqust 2007-ci il tarixli, 6k-1697/07 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 13 mart 2007-ci il tarixli. 1MK-2537/2007 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Halhazırda vəziyyət dəyişmiş, yeni hallar yaranmışdır: Bildirir ki, X4 öz pay torpağını ona satmaqla, həmin vaxt keçmişdən ona qaytarası olduğu 1000 ABŞ dolları məbləğində olan köhnə borcunu bağlamış və daha 1000.000 manat pul almışdı. O torpağı ona görə satmışdı ki, borcu olub, pula ehtiyacı olub, yaşlı olduğuna görə torpağı becərmək imkanı olmayıb. Bir nəfər (makler) torpaq dəllalı ortaya düşmüş, Z.D.Ağakişiyevanı hədələyirdi ki, müqaviləni pozsun, vəziyyəti həmin dəllalın xeyrinə dəyişsin. Ancaq Z.D.Ağakişiyeva nə köhnə borcunu, nə də nəğd aldığı pulu geri qaytara bilmədi. Ona görə də həmin torpaq o vaxtdan (1998-ci ildən) indiyə kimi onun əlindədir, dənli bitkilər əkir. Həmin № 0032 KOD 30329068 "Torpağa mülkiyyət hüququna" dair Dövlət Aktının digər iki payının sahibləri dəyişilmişdir. Payçılar birisi B.Ağakişiyeva ailə qurub başqa rayona köçmişdir, ərinin evindədir, soyadı Cavabdeh olub. Bahar atası Nöhbalanın payını vərəsəlik qaydası ilə almış, hər iki payını ona satmışdır. 1998-ci ildən bəri həmin üç paydan ibarət cəmi 0,54 hektar olan sahədə dənli bitkilər əkir. Cavabdeh öz analığı Z.D.Ağakişiyevanın payını heç vaxt özününkü saymamışdır, ona görə ki, Z.D.Ağakişiyeva öz payını sağ ikən satmışdır. Bahar Zenfiranın vərəsəsi deyildir. N.Ağakişiyev 1999-cu ildə, Zənfira 2011-ci ildə vəfat etmişlər. İstər Sumqayıt Apellyasiya Məhkəməsinin, istərsə də AR Ali Məhkəməsinin onun əleyhinə qətnamə çıxararkən istifadə etdikləri AR MM-nin 218-ci maddəsi hal-hazırda öz təsir vektorunun istiqamətini 180° onun xeyrinə dəyişmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən bir çox maddi və prosessual normaların tələbləri pozulmuşdur. Torpaq sahəsi uzun illərdir ki, onun faktiki sahibliyindədir və o bu torpaq sahəsindən qanuni əsaslarla istifadə edir, lakin məhkəmə onun sahiblik hüquqlarını da təminat verməmişdir, onun ödədiyi pul hesabına faktiki mülkiyyətində olan torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsini bağlanmış hesab etməmişdir. Halbu ki, hüquq münasibətləri yaranan vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məjəlləsinin 335-ci maddəsinə istinad etməklə bu müqavilənin bağlanmış hesab edilməsi mümkün bir halıdır. Hal-hazırda həmin üç paydan qalan iksini də o satın almışdır.Ancaq hələ 21 il qabaq aldıgı birini payın ona məxsus olması qeydiyyat şəhadətnaməsi qeydə alınmır. Quba Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli 2(027)-163/2022 saylı qətnaməsinin ləğv edib, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı nümayəndəsi R.Y.İsayev apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh məhkəməyə ərizə göndərərək, İddiaçı qarşı heç bir şikayətin, iddiasının və tələbinin olmamasını bildirmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, tərəflər arasında mübahisə olunan torpagın əvvəllər də alqı-satqı müqaviləsinin olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinji instansiya məhkəməsinin gəldiyi bu nətijə qanunu və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 saylı qərarı ilə verilmiş JN 102; kod 30329068 Dövlət Aktında qeyd edilmiş 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi N.B.Ağakişiyevə və onun digər ailə üzvlərinə əmlak payı kimi xüsusi mülkiyyətə verilib. İşdə olan Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 saylı qərarı ilə verilmiş JN 0032; kod 30329068 Dövlət Aktında qeyd edilmiş 0.54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi N.B.Ağakişiyevə və onun digər ailə üzvlərinə əmlak payı kimi xüsusi mülkiyyətə verilib. İşə əlavə olan Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin reyestr nömrəsi **********99, qeydiyyat nömrəsi **********3, xx.xx.2020-ci il tarixli çıxarışının surətindən görünür ki, Quba rayon Təngəaltı kəndində yerləşən 0.54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0.36 ha hissəsi İddiaçı, 0.18 ha hissəsi Z.D.Ağakişiyevanın xüsusi mülkiyyətinə verilib. İş materiallarında olan xx.xx.2000-ci il tarixli müqavilənin surəyindən görünür ki, həmin müqavilə Quba rayonu, Çiçi kəndində yaşayan Z.D.Ağakişiyeva ilə İddiaçı arasında bağlanmış JN 0032; kod 30329068 Dövlət Aktına əsasən Z.D.Ağakişiyeva özünə məxsus 12416.91 olan 943.98 kv.metr bağ, 2602.33 kv.metr dəmyə sahənin 1/3 hissəsini İddiaçı satıb. İşdə olan AZ-İİ 019873 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, Z.D.Ağakişiyeva xx.xx.2011-ci il tarixində vəfat edib, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixində 02 nömrə ilə qeyd edilib. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)- 2061/2019 saylı qətnaməsinə əsasən Torpağa mülkiyyət hüququnq dair JN 0032; kod 30329068 Dövlət Aktınım B.N.Ağakişiyevaya və N.B.Ağakişiyev münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmədə müəyyən edildi ki, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etsə də, iddia ərizəsində xx.xx.2000-ci il tarixində X1 adına verilmiş J№ 0032 KOD 30329068 nömrəli Torpağın Mülkiyyət hüququna’' dair Dövlət aktı əsasında X3 məxsus bütöv sahənin 1/3 hissəsi olan torpaq payının ona satılması barəsində 29 mart 2000-ci il tarixində bağladığı alqı-satqı müqaviləsinin yenidən bağlanılmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Məjəlləsinin 647.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təstiqləndikdə etibarlı sayılır. Göründüyü kimi, yuxarıda daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövjudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması, notariat qaydasında təstiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqı müqaviləsinin etibarlığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyalarının alqı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, Mülki Məcəlləsinin 335.2-ji maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövjudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir…» Azərbaycan Respublikası Torpaq Məjəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrinin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ji il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisad mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafeləri real bərpası təmin olunmalıdır. Hazırki işdə göstərilən qaydaya əməl olunmamışdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinji instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanunu və əsaslı oldugundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadıgından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbayjan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ji maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin iş üzrə 04 fevral 2022-ci il tarixli, 2(027)-163/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1447/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1447/2022
01.08.2022 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver