Məhkəmə qərarları › İş №2(105)-1447/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1447/2023

19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1447/2023 19.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X4 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(060)-1278/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə cavabdeh arasında iş birliyinə dair münasibətlər olmuşdur. Cavabdeh tərəfindən İddiaçı ona qarşı dələduzluq edildiyi barədə hüquq-mühafizə orqanlarına müraciət edilmiş, onun şikayəti əsasında Abşeron rayon Pİ-nin İstintaq şöbəsində araşdırma aparılmış, tərəflərin izahatı alınmış, mübahisə mülki xarakterli olduğundan cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Hazırda İddiaçı Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 64.000 manat pul tələb edir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 47.000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

3. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 64.000 manat pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2017-ci ildən tanışlıq münasibətləri olmuşdur, tanışlıqları "xxxx" MTK ilə olan iş birliklərindən yaranmışdır. İddiaçı Azərbaycana mərmər daşları gətirən “Can mərmər” şirkəti ilə əməkdaşlıq edərək vaxtaşırı həmin şirkətdən mərmər daşları alıb sataraq müəyyən qazanc əldə edirdi. Həmin işdə İddiaçı onun tanışı X1 müəyyən köməkliklər göstərirdi. 2021-ci ilin sonlarında Cavabdeh İddiaçıla birgə mərmər daşları işi ilə məşğul olaraq şərikli qazanc əldə etmək məqsədilə İddiaçı təklif etmişdir ki, iddiaçı ilə mərmər işinə qoşulmaq istəyir, nağd pulu olmadığına görə özünə məxsus avtomobillərini pul şəklində işə qoyaraq İddiaçıla birlikdə İrandan mərmər gətirib sataraq qazanc əldə etməyə razıdır. Bütün bu danışıqlarda İddiaçı, Cavabdeh və iddiaçının tanışı Ziya Ələkbərli iştirak etmişlər. İddiaçıla Cavabdeh aralarında olan şifahi razılaşmaya əsasən Cavabdeh özünə məxsus olan “Hyundai AX-35” markalı avtomobilini sataraq pulunu iddiaçıya verməyi və həmin pula mərmər gətirməyi razılaşmış və 2021-ci ilin dekabrın ayının sonunda Abşeron rayonu, Saray qəsəbəsi ərazisində Cavabdeh İddiaçıla birgə özünə məxsus “Hyundai AX-35” markalı avtomobilini 17800 manata satmış, həmin puldan Cavabdeh 1500 manatını özünə götürmüş, qalan 16.300 manatanı İddiaçı vermişdir. Cavabdeh “Hyundai AX-35” markalı avtomobili Natiq adlı şəxsə satıldıqdan sonra həmin avtomobilin mühərriki sıradan çıxdığına görə alıcı Natiq adlı şəxs mühərrikin yenisini əldə etmək üçün İddiaçı 3000 manat pulu geri almışdır və İddiaçı Cavabdeh “Hyundai AX-35” markalı avtomobilin satışından ona verdiyi 16.300 manat puldan 3000 manatını alıcının özünə qaytarmışdır və iddiaçıda həmin puldan 13.300 manat qalmışdır. Cavabdeh özünə məxsus “CAK” markalı avtomobilini də satış üçün iddiaçıya təqdim etmiş, lakin həmin avtomobil satılmadığından Cavabdeh “CAK” avtomobilini iddiaçıdan geri götürmüşdür. Cavabdeh İddiaçıla birgə iş birliyi quraraq mərmər biznesinə qatıldığı üçün ilkin olaraq “Hyundai AX-35” markalı avtomobilinin satışından İddiaçı 16.300 manat pulu verdikdən sonra, növbəti dəfə özünə məxsus “Skayn” markalı 99 -- 271 dövlət qeydiyyat nişanlı yük avtomobilini satıb pula çevirərək mərmər biznesinə qoymağa razılıq vermişdir, lakin ilkin verdiyi 13.300 manatın və satılacaq “Skayn” markalı yük avtomobilinin pulunun təminatı kimi əvəzində İddiaçı dəyərli əmlak tələb etmişdir. İddiaçı borc əvəzinə ona Nazim İbrahimov adlı şəxs tərəfindən verilmiş ünvan 1 ünvanında "xxxx" MMC-nin inşa etdiyi hündürmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən sahəsi 94 kv.metr olan 47 nömrəli mənzili Cavabdeh adına rəsmiləşdirə biləcəyini və həmin mənzili Cavabdeh mərmər biznesinə qoyduğu 13.300 manat pulun və satılacağı “Skayn” markalı yük avtomobilinin satış pulunun həmin pulların cəmi miqdarında təminat kimi cavabdehə təklif etmiş və Cavabdeh bu təkliflə razılaşmış və xx.xx.2022-ci il tarixdə cavabdeh İddiaçıla "xxxx" MMC arasında “Kooperativ binada mənzil tikintisi haqqında” Müqavilə imzalanmışdır və həmin müqaviləyə əsasən ümumi dəyəri 94.000 manat İddiaçı tərəfindən ödənilən "xxxx" MMC-nin inşa etdiyi ünvan 1ndə yerləşən hündür mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindəki sahəsi 94 kvadrat metr olan 2 otaqlı 47 nömrəli mənzil Cavabdeh adına payçı qismində rəsmiləşdirilmiş və həmin mənzilin dəyərinin tam ödənilməsi barədə xx.xx.2022-ci il tarixli maliyyə arayışı Cavabdeh təqdim olunmuşdur. Bundan sonra, Cavabdeh heç bir pul ödəmədən öz adına 94.000 manat dəyərində mənzilin rəsmiləşdirildiyini və həmin mənzilin müqaviləsini və maliyyə arayışını əlinə aldıqdan sonra özünə məxsus “Skayn” markalı yük avtomobilini satmağa razılaşmış və həmin avtomobili 47.000 manat dəyərində qiymətləndirərək İddiaçı vermiş və sonuncu Cavabdeh iştirakı ilə cavabdehə məxsus “Skayn” markalı yük avtomobilini Ayaz adlı şəxsə 33.000 manata girova qoyaraq sonuncuda 33.000 manat pul almış və həmin pulun 3.000 manatını Cavabdeh vermiş, qalan 30.000 manat pul İddiaçı qalmışdır. Bir neçə müddət sonra İddiaçı Cavabdeh pulundan 14.000 manatını özünə qaytarmışdır. Ümumilikdə, Cavabdeh 50800 manat pulundan İddiaçı 21.000 manat pul vəsaitini cavabdehə qaytarmışdır, cavabdehin onda 30.000 manat pulu qalsa da, Cavabdeh 94.000 manat dəyərində mənzil vermişdir və Cavabdeh verilən mənzili dəyəri olan 94.000 manatdan 30.000 manat Cavabdeh məxsus pul vəsaiti çıxıldıqda, cavabdehin İddiaçı hazırda 64.000 manat borcu qalmışdır. Həmin pulu Cavabdeh İddiaçı qaytarmaq əvəzinə pulları qaytarmamaq üçün İddiaçı barəsində Bakı şəhər Baş Polis İdarəsinə, sonradan Abşeron RPİ-nə şikayət ərizəsi verərək iddiaçıdan 50.000 manat şişirdilmiş pul vəsaiti tələb etmiş və sonuncunu onu aldatmaqda günahlandırmaq istəmişdir. Cavabdeh şikayəti əsasında aparılmış araşdırmanın nəticəsi olaraq Abşeron RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi A.Kazımovun xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Beləliklə, İddiaçı birgə qurulmuş mərmər biznesinə görə cavabdehə qaytarmalı olduğu 30.000 manat pulun təminatı kimi Cavabdeh verdiyi 94.000 manat dəyərində mənzilin pulundan 30.000 manat pul çıxıldıqdan sonra qalan 64.000 manatını İddiaçı qaytarmalı oduğu halda qaytarmaq istəmir və iddiaçının 64.000 manat pul vəsaitini özündə qanunsuz saxlayır. Hazırda İddiaçı 64.000 manat puldan 47.000 manatını Cavabdeh tələb edir.

5. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Mahir onun iş yoldaşı olmuşdur. Mahir ona məxsus bütün əmlakları, mülklərini əlindən almış, ona qarşı dələduzluq cinayətini törətmişdir, onun sözügedən əməlləri ilə bağlı Abşeron rayonunda cinayət işi açılmışdır və bununla bağlı istintaq davam edir. Hal-hazırda iddiaçının ona 55500 manat borcu vardır. Mahir nəinki onu, digər 20 ailəni də aldadaraq binada mənzil satılacağını bildirmiş, lakin həmin bina tikilib başa çatdırılmamışdır. Həmçinin, Mahir ondan İrandan mərmər gətirib satmaq bəhanəsi ilə 1 “Scania” markalı yük maşını və 2 minik maşını alaraq pulunu mənimsəmişdir. O, “Hyundai ix35” markalı avtomobili etibarnamə ilə idarə edirdi. İddiaçı “Scania” markalı yük avtomobilini 50000 manata satmış, həmçinin onu məcbur edərək alqı-satqı müqaviləsini imzalatdırmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında iclasında şahid qismində dindirilən X5 öz ifadəsində bildirmişdir ki, “Scania” markalı avtomobili qoşqusu ilə birlikdə almışdır. Mahir ona zəng vuraraq 33000 manata belə bir maşın olduğunu bildirmiş və o da razılaşaraq avtomobili almışdır. Avtomobilin rəsmiləşdirilməsi zamanı o, gələcəkdə yaranacaq problemləri əngəlləmək üçün avtomobilin qeydiyyat şəhadətnaməsində mülkiyyətçi kimi qeyd olunan şəxsin alqı-satqı zamanı gətirilməsini tələb etmişdir. Həmin şəxs gələrək alqı-satqını həyata keçirmişlər. Həmin şəxsin ad-soyadını xatırlamır. Bir müddət sonra isə onlar ona avtomaşının geri qaytarılması barədə müraciət etmişlər. O, onlara iki ay ərzində çəkdiyi xərci və maşının alış qiymətini ödəməklə avtomobili geri qaytarmağı təklif etmişdir. Bundan sonra isə onlardan heç bir xəbər gəlməmişdir. Avtomaşının qeydiyyat nömrəsi 271 idi. Qeydiyyat şəhadətnamələrinin şəkli hal-hazırda telefonunda vardır. Cavabdehin adını unutsa da, onun fotoşəklinə baxdıqda həmin insan olduğunu xatırlayır. Alqı-satqı müqaviləsini o, cavabdehlə bağlamışdır. Lakin avtomobilin qiyməti olan 33000 manatı İddiaçı təqdim etmişdir. Cavabdehin avtomobilin qiyməti barədə məlumatının olubolmamasından məlumatı yoxdur.

7. Məhkəmə iclasında iclasında şahid qismində dindirilən X1 öz ifadəsində bildirmişdir ki, 2021-ci ilin dekabr ayında Nurəli ilə görüşmüşlər. Nurəli onlara avtomobillərinin olduğunu və onları sataraq iş görmək istədiyini bildirmişdir. O, isə Nurəliyə avtomobillərin satılmasında köməklik edə biləcəyini demişdir. İlk növbədə “Hyundai ix35” markalı avtomobili 17800 manata sataraq həmin puldan 1500 manat götürdükdən sonra yerdə qalan məbləği Mahirə vermişdir. “Jac” markalı avtomobili isə sata bilməmişlər. “Scania” markalı TİR-ın qarşılığında isə razılaşmaya əsasən Mahir Yasamalda yerləşən 94000 manat dəyəri olan 3 otaqlı mənzili Nurəlinin adına keçirmişdir. TİR isə çox gec satıldı. Hal-hazırda məhkəmə iclasında olan şahid qismində iştirak edən Ayaz adlı şəxs isə həmin TİR-ı almışdır. Cavabdeh ilə onun heç bir ədavəti olmamışdır. Onu ancaq 2-3 dəfə Mahirin yanında görmüşdür. “Hyundai ix35” markalı avtomobili 17800 manata satılaraq onun alqı-satqısı zamanı alıcı ilə Nurəli özü danışıb. Avtomobilin real dəyəri həmin zaman 18000 manat civarında olmuşdur. Həmçinin, avtomobil satıldıqdan sonra onun motorunda problem yarandığından və söz-söhbət yaranmasının qarşısının alınması üçün Mahir öz hesabına avtomobili təmir etdirmişdir. “Jac” markalı avtomobilə Mahir tərəfindən 800 manatdan çox xərc çəkilmişdir. Lakin o, satıla bilmədiyi üçün Nurəliyə geri qaytarılmışdır. “Scania” markalı TİR-ın real orta bazar qiyməti 35000-37000 arası olardı. Həmin TİR isə problemləri olduğu üçün 33000 manata satılmışdır. Yük maşınının 33000 manata satılmasından Nurəli məlumatlı idi, hətta həmin puldan 3000 manatını ona vermişdilər. Mahirin Nurəliyə verdiyi evin ölçüsü 94 kv.m, hər kv.m-in qiyməti isə 1200-1250 manat idi. Nurəli Mahirə ümumilikdə götürdükdə avtomobillərin satışı qiyməti ilə birlikdə 29000 manata yaxın pul vermişdir. Həmçinin, Mahir evi Nurəlinin adına keçirmək üçün MTK-ya 14000 manat pul ödəmişdir.

8. İşin materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07 yanvar 2022-ci il tarixli “Kooperativ binada mənzil tikintisi haqqında” müqavilədən görünür ki, həmin müqaviləyə əsasən MMC Bakı şəhəri, Yasamal rayonu, X7 məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan 1-ci bina, “D” blok, 7-ci mərtəbə, sahəsi 94 kvadratmetr, 2 otaqlı, 47 saylı mənzili payçı Cavabdeh təhvil verməyi, payçı isə mənzilin dəyərini MMC-yə ödəməyi öz öhdələrinə götürmüşlər.

9. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X7 məntəqəsi, Ə.Əhmədov tikilməkdə olan 1-ci bina, “D” blok, 7-ci mərtəbə, sahəsi 94 kvadratmetr, 2 otaqlı, 47 saylı mənzilin dəyərini ödəmişdir, hazırda heç bir borcu yoxdur.

10. İş materiallarında olan Abşeron rayon Pİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Qərara əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.

11. Həmin qərardan görünür ki, Cavabdeh müraciəti əsasında aparılmış araşdırma zamanı dindirilən Cavabdeh izahatında bildirmişdir ki, Mahir və Ziya ilə Abşeron rayonu Saray qəsəbəsində “Ziya” kafesində görüşüb söhbət etmişlər və aralarında olan razılaşmaya əsasən özünə məxsus “Hyundai AX35” markalı və “Ceri” markalı avtomobilləri onlara verməli olmuşdur. Elə həmin vaxt 27 dekabr 2021-ci il tarixdə Ziya avtomobil alqısatqısı ilə məşğul olan şəxslərlə danışıb, iki nəfər şəxsləri həmin kafeyə çağırmışdır. Onun həmin avtomobilləri Ceyranbatan qəsəbəsində yerləşən “Şah” şadlıq sarayının qarşısında olduğu üçün onlar birlikdə gedib avtomobillərə baxmışlar və “Hyundai AX35” markalı avtomobili onlara 18500 manata, “Ceri” markalı avtomobili isə 16000 manata oradaca onlara vermişdir. Həmin vaxt “Hyundai AX35” markalı avtomobilin pulundan ona 1500 manat Mahir vermiş, onlar isə həmin avtomobilini 17000 manata satmışlar. 28 dekabr 2021-ci il tarixdə o, həmin avtomobillərə görə Ziyaya etibarnamə də vermişdir. Ondan sonra 07 yanvar 2022-ci il tarixdə özünə məxsus “Skayn” markalı, 99--271 qeydiyyat nişanlı avtomobili 50000 manata Xırdalan şəhərində “Ekologiya” DYP postun arxasında Mahir ilə Ziyaya vermişdir, ondan sonra həmin gün onların tapdıqları Ayaz adlı şəxsə baş etibarnamə vermişdir. Həmin vaxt Mahir ona avtomobilin pulundan 3000 manat verdi və bildirdilər ki, avtomobili 50000 manata satırlar. Onlar dedilər ki, avtomobillərin pullarını toplayıb mərmər üçün İrana göndərəcəklər. Həmin gün Mahir və Ziya ilə Bakı şəhəri Binəqədi rayonunda olan "xxxx" MMC-nin ofisinə getmişlər, ona 2 otaqlı mənzilə dair sənədləri vermişlər və o, da müqaviləni imza etmişdir. Onlar demişlər ki, həmin mənzili onun adına sənədləşdirmişlər, İranlı bir şəxs mərmər daşını verəndən sonra bu mənzili də həmin İranlının adına keçirəcəklər. Mahir ilə Ziya ona demişlər ki, 06 yanvar 2022-ci il tarixdə mərmər gələcək. Lakin həmin günlərdə mərmər gəlmədiyi üçün o, onlardan pulunu istəmişdir. İki ay sonra 2022-ci ilin mart-aprel ayında Mahir ilə Ziya ona onlara verdiyi “Ceri” markalı avtomobili qaytarmışlar ki, həmin avtomobili sata bilməyiblər. Elə həmin günlərdə də Mahir ilə Ziya ona 14000 manat pul verib demişlər ki, onların mərmər işi alınmayıb, iranlı onları aldadıb, ona görə onun avtomobillərinin pulunu qaytaracaqlar. Lakin bu günədək onlar onun pulunu qaytarmamışlar. Mahir ilə Ziya ona hazırda 50000 manat pul verməlidirlər.

12. Həmin qərara əsasən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 2021-ci ilin dekabr ayında Cavabdeh tanışı İddiaçı ilə birlikdə razılaşdıqları şərtlər əsnasında şərikli mərmər alqı-satqısı ilə məşğul olmaq üçün razılığa gəlmişlər və bu məqsədlə Cavabdeh bir ədəd “Hyundai AX35” markalı və bir ədəd “Skayn yük” markalı avtomobili mərmər alqı-satqısı ilə məşğul olmaq üçün pul əvəzində razılaşdıqları qiymətə “Hyundai AX35" markalı avtomobili 17800 manata satmışlar, həmin puldan 1500 manat Cavabdeh götürmüş, qalan 16300 manat pul isə mərmər alqı-satqısı üçün İddiaçı qalmış, eyni məqsədlə Cavabdeh verdiyi “Skayn yük” markalı avtomobili 33000 manata satmışlar, həmin puldan 3000 manat pulu Cavabdeh götürmüş, qalan 30000 manat pul isə mərmər alınması üçün İddiaçı qalmış, mərmər gətirilməsi üçün İddiaçı qalmış 46300 manat puldan 15000 manat "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, X7 məntəqəsi, Ə.Əhmədov tikilməkdə olan 1-ci bina, “D” blok, 7-ci mərtəbə, sahəsi 94 kvadratmetr, 2 otaqlı, 47 saylı mənzilin alınması üçün vermiş, həmin mənzil Cavabdeh adına sənədləşdirilmiş, qalan məbləğdə pul isə mərmər gətirilməsi üçün vermiş, bundan sonra isə 14000 manat pulu Cavabdeh qaytarmışdır. Müraciət edən Cavabdeh tanışı İddiaçı ilə razılaşdıqları mərmər alqı-satqısı ilə məşğul olacaqları işdən narazılıq edərək hazırda İddiaçı ona 50000 manat pul verməsini tələb edir.

13. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(060)-1278/2023 nömrəli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) iddia rədd edilmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tələbinin əsası kimi cavabdehin adına sənədləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X7 məntəqəsi, Ə.Əhmədov tikilməkdə olan 1-ci bina, “D” blok, 7-ci mərtəbə, sahəsi 94 kvadratmetr, 2 otaqlı, 47 saylı mənzilə 94.000 manat pul ödənildiyini bildirsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin mənzil üçün İddiaçı tərəfindən 15.000 (on beş min) manat pul ödənilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin ünvanda tikinti başa çatmamışdır.

15. Məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz.

16. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 76, 77, 88-ci maddəsinin tələbləri ilə əsaslandırmışdır.

17. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutların qiymətləndirilməsində yanlışlığa yol vermiş, hesab etmişdir ki, İddiaçı Cavabdeh adına rəsmiləşdirilən mənzil üçün 94.000 manat ödəməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eyni zamanda mənzilin dəyərinin 94.000 manat olması sübuta yetirilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, mülki işin materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda Cavabdeh qeyd olunan izahatından, həmçinin mülki işin hazırlıq iclasında və şifahi məhkəmə baxışı zamanı məhkəməyə verdiyi izahatında göstərmişdir ki, onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə görə o, MMC-yə hər hansı pul ödəməmişdir, mənzilin tikinti dəyərinin tam ödənilməsi barədə ona maliyyə arayışı verilmişdir. Mülki işin məhkəmə araşdırılması zamanı sübut edilir ki, İddiaçı qeyd olunan mənzilin Cavabdeh adına rəsmiləşdirilməsi üçün "xxxx" MMC-yə (sahibi Nazim İbrahimova) 15.000 manat nağd şəkildə pul ödəmişdir, sübut edilir ki, sözü gedən mənzili İddiaçı Cavabdeh sonuncunun birgə biznes fəaliyyətinə qoşulmaq üçün satışa çıxardığı “Scania” markalı yük avtomobilinin təminatı qismində adına rəsmiləşdirmişdir. Müəyyən olunur ki, Cavabdehla "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə “Kooperativ binada mənzil tikintisi haqqında müqavilə”yə əsasən "xxxx" MMC Cavabdeh tikilməkdə olan Bakı şəhəri, Yasamal rayonu, X7 məntəqəsi, Ə.Əhmədov küçəsinə tikilməkdə olan 1-ci bina, “D” blok, 7-ci mərtəbə, sahəsi 94 kvadratmetr, 2 otaqlı, 47saylı mənzili “Payçı”ya verməyi, “Payçı” isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqının vaxtında ödənilməsini öhdəsinə götürür. Mülki işə əlavə olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, qeyd olunan mənzilin tikinti dəyəri tam şəkildə ödənilmişdir. Cavabdeh məhkəmədə izahat verərək etiraf edir ki, o, həmin mənzilə görə MMC-yə hər hansı bir pul vəsaiti ödəməmişdir və həmin mənzilin onun adına rəsmiləşdirilməsini İddiaçı təşkil etmiş, MMC ilə İddiaçı danışıq aparmışdır, o, binanı tikən şirkətin rəhbərini və nümayəndəsini tanımır, sadəcə müqaviləyə imza etmişdir, İddiaçı ona demişdir ki, 2 otaqlı mənzil onun adına rəsmiləşdirilir, İrandan mərmər daşları gəlib satıldıqdan sonra, həmin mənzili İranlının adına keçirəcəklər, hələlik Cavabdeh “Scania” avtomobilini satışa çıxardığüıçün satışdan əldə olunacaq pul mərmər biznesinə qoyulduğundan həmin pulun təminatı kimi Cavabdeh adına mənzil rəsmiləşdirilir. İddiaya baxan Sumqayıt Şəhər Məhkəməsi iddianı rədd edərkən mənzilə İddiaçı pul ödəməsini təsdiq edən sübutun olmaması barədə qeyd etdikləri tamamilə əsassız bir fikirdir. Əvvəla qeyd olunmalıdır ki, Cavabdeh adına rəsmiləşdirilən və tam dəyərinin ödənilməsi barədə maliyyə arayışı verilən mənzilə görə Cavabdeh hər hansı pul ödəməməsi sübut olunur. Sübut olunur ki, mənzilin tam dəyəri ödənilmişdir. Sübut olunur ki, həmin mənzili cavabdehin adına İddiaçı sənədləşdirilməsini təşkil etmişdir. İddiaçı məhkəməyə bildirmişdir ki, binanı tikən şirkətə mənzilin Cavabdeh adına rəsmiləşdirməsi üçün əlavə 15.000 manat pul ödəmişdir, lakin həmin mənzilin qalan dəyərinin pulu belə ödənilmişdir ki, binanı tikən şirkətin sahibi N.İbrahimovun ona borcu var idi, həmin şirkətə mal-material (mərmər) vermişdir, həmin borcun müqabilində pul əvəzinə şirkət ona həmin mənzili vermiş və o, da həmin mənzili öz adına deyil, Cavabdeh adına rəsmiləşdirmişdir. Bunlar onu deməyə əsas verir ki, Bakı şəhəri, X7 massivində yerləşən ümumi sahəsi 94 kv.metr olan 2 otaqlı mənzilin dəyəri 2022-ci ilin yanvar ayında 15.000 manat olması mümkün deyildir. Ən azından həmin mənzilin 1 kvadrat metr sahəsi orta bazar dəyəri ilə həmin dövr üçün 1000 manat təşkil edir. Məhkəmə mənzilin dəyərində şübhəsi var idisə öz təşəbbüsü ilə iş üzrə məhkəmə ekspertizası təyin edərək mənzilin 2022-ci ilin yanvar ayına olan dəyərini müəyyən edə bilərdi. Məhkəmə MPM-in 77, 88-ci maddələrinin tələblərini pozmuşdur, Mülki Məcəllənin 431.1 və 431.3-cü maddələri tətbiq olunmalı idi. Belə ki, xx.xx.2023-cü il tarixdə “Kooperativ binada mənzil tikintisi haqqında müqavilə”nin 1.1 və 3.2-ci bəndlərində nəzərdə tutulan “Payçı”nın müqavilə öhdəliyinin onun əvvəlcədən olan razılığı ilə üçüncü şəxs tərəfindən icra edilməsi halında üçüncü şəxs ödədiyi məbləği borcludan tələb etmək hüququ vardır. Məhkəmə işin bütün faktiki hallarını aydınlaşdırmamışdır. Cavabdehla İddiaçı arasında şifahi bağlanmış birgə fəaliyyət haqqında müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh özünə məxsus “Scania” markalı nəqliyyat vasitəsini sataraq əldə edilən 33.000 manatdan 30.000 manat pulunu İddiaçı verərkən bunun zəmanəti kimi İddiaçı təklif etdiyi "xxxx" MMC-nin inşa etməkdə olan Bakı şəhəri, X7 massivində yerləşən hündürmərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən 2 otaqlı 94 kv.metr mənzilini dəyəri tam ödənilmiş şəkildə Cavabdeh adına rəsmiləşdirmişdir və əvvəlcədən mənzilin pulunun ödənilməsi ilə bağlı öhdəlikdən azad şəkildə daşınmaz əmlakın alıcı-Cavabdeh adına ilkin rəsmiləşdirməsini təmin etmişdir. İddiaçı Cavabdeh faktiki qəbul etdiyi 13.300 manat və 30.000 manat pulun əvəzi kimi həmin məbləğdən iki dəfə baha qiymətə olan mənzili Cavabdeh vermişdir. Belə olan halda məhkəmə qeyd olunan 94 kv.metr sahəsi olan mənzilin dəyərinin 94.000 manata olmasını qəbul etmirsə, mənzilin ekspert qiymətləndirilməsi həyata keçirilməli, mənzilin dəyəri müəyyən edilməli, mənzilin dəyərinin 43.300 manatdan artıq olan məbləğ çıxıldıqdan sonra, qalıq məbləğ Cavabdeh tələb edilməlidir. Məhkəmə işin bu faktiki hallarını aydınlaşdırmamışdır, çünki işin cavabdehin xeyrinə həll olunmasında maraqlı idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahatlar verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

21. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. (...) 269.10. Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir. 269.11. Girov və ipoteka hüququ həm mövcud, həm də gələcək tələb üçün verilə bilər. Tələb adlı, orderli və ya adsız ola bilər. O həm girov qoyana (ipoteka qoyana) və ya mülkiyyətçinin özünə qarşı, həm də başqa şəxsə qarşı tələb ola bilər. Girov və ya ipoteka hüququnun verildiyi tələb yetərli dərəcədə aydın olmalıdır.

Maddə 270. Girovun və ipotekanın əmələ gəlməsi əsasları 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 270.2. Bu Məcəllənin müqaviləyə əsasən əmələ gələn girov və ipoteka haqqında qaydaları müvafiq surətdə digər əsaslara görə əmələ gələn girova və ipotekaya da tətbiq edilir.

Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

Maddə 340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

24. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyun 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. İddia tələbinə görə cavabdehin iddiaçıda 30.000 manat pulu qalsa da, o, Cavabdeh 94.000 manat dəyərində mənzil vermişdir və Cavabdeh verilən mənzilin dəyəri olan 94.000 manatdan 30.000 manat Cavabdeh məxsus pul vəsaiti çıxıldıqda, cavabdehin İddiaçı hazırda 64.000 manat borcu qalmışdır. İddiaçı birgə qurulmuş mərmər biznesinə görə cavabdehə qaytarmalı olduğu 30.000 manat pulun təminatı kimi Cavabdeh verdiyi 94.000 manat dəyərində mənzilin pulundan 30.000 manat pul çıxıldıqdan sonra qalan 64.000 manatını İddiaçı qaytarmalı oduğu halda qaytarmaq istəmir və iddiaçının 64.000 manat pul vəsaitini özündə qanunsuz saxlayır. Hazırda İddiaçı 64.000 manat puldan 47.000 manatını Cavabdeh tələb edir.

27. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 28 nömrəli arayışından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə vətəndaş İddiaçı arasında 2021-ci ildə olan şifahi razılaşmaya əsasən İddiaçı tərəfindən bina tikintisi üçün "xxxx" MMC-yə verilmiş 55.000 (əlli beş min) manat dəyərində beton materialına görə MMC-nin İddiaçı olan 55.000 manat borcunun əvəzi olaraq, "xxxx" MMC-nin inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, X7 massivi, Ə.Əhmədov küçəsində tikilməkdə olan 1-ci bina, “D” bloku, 7-ci mərtəbə, sahəsi 94 kv. metr olan 2 otaqlı 47 saylı mənzil əlavə 15.000 manat ödəniş edilməklə İddiaçı verilməsi təklif olunmuşdur. İddiaçı 47 saylı mənzilə görə "xxxx" MMC-yə 15.000 manat əlavə ödəniş etmiş və ümumi dəyəri 70.000 (yetmiş min) manat olan 47 saylı mənzil İddiaçı adına rəsmiləşdirilməsi təklif olunmuşdur. Vətəndaş İddiaçı təklif etmişdir ki, "xxxx" MMC-nin ona olan 55.000 manat borcun və "xxxx" MMC-yə onun tərəfindən ödənilmiş əlavə 15.000 manat, cəmi 70.000 manat pulun müqabilində ona təklif olunan Bakı şəhəri, Yasamal rayonu, X7 massivi, Ə.Əhmədov küçəsində tikilməkdə olan 1-ci bina, “D” bloku, 7-ci mərtəbə, sahəsi 94 kv. metr olan 2 otaqlı 47 saylı mənzili vətəndaş Cavabdeh adına rəsmiləşdirilsin. "xxxx" MMC İddiaçı təklifini nəzərə alaraq 07 yanvar 2022-ci il tarixdə "xxxx" MMC ilə Cavabdeh arasında “Kooperativ binada mənzil tikintisi haqqında Müqavilə” bağlanılmış və müqaviləyə əsasən 47 saylı mənzil Cavabdeh adına rəsmiləşdirilmiş, mənzilin tikinti dəyərinin (70.000 manat pul vəsaitinin) tam ödənildiyi və "xxxx" MMC-yə heç bir borcunun olmadığı barədə Cavabdeh xx.xx.2022-ci il tarixli maliyyə arayışı verilmişdir. Qeyd olunan binanın tikintisi davam etdirilir.

28. Göründüyü kimi iddiaçı 94.000 manat məbləğində qiymətləndirdiyi mənzilin qiyməti 70.000 manat olmuş, cavabdehin isə polisə müraciət edərək tələb etdiyi məbləğ 50.000 manat olmuşdur.

29. İş materiallarında olan birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə iclasının protokolundan (səh. 93-94) görünür ki, verilən suallara cavab olaraq cavabdeh bildirmişdir ki, mübahisə predmeti olan mənzil tikilməmişdir, tikintisi dayandırılmışdır, tikintinin başa çatması da qeyri-realdır. Ümumiyyətlə hal-hazırda yoxdur və olmayan evi iddiaçı tərəf ona satmışdır. O, mənzilin alınması üçün MTK-ya getməmiş, avtomobildə əyləşib müqaviləni imzalamışdır.

30. Göründüyü kimi cavabdeh yuxarıda adı çəkilən tikintisi başa çatmamış mənzilə dair müqaviləni iradə ifadəsinə uyğun olaraq bağlamamış, onun mənzil almaq və ya tikintisini sifariş etmək, ona iddiaçı tərəfindən verilməli olan pul vəsaiti ilə əvəzləşdirmək kimi niyyəti olmamışdır. Əksinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət edərək ona məxsus 50.000 manat dəyərində “Skanya” markalı və 18.500 manat dəyərində “Hyundai AX35” markalı avtomaşınların tanışı İddiaçı tərəfindən ələ keçirilərək ona qarşı dələduzluq olunduğunu göstərmişdir.

31. İddia ərizəsindən də görünür ki, iddiaçı həmin mənzili 30.000 manat pulun təminatı olaraq cavabdehə verdiyini göstərmişdir.

32. Girov və ipoteka isə müqavilə üzrə əmələ gəlir. (MM-in 270.1-ci maddəsi)

33. Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. (Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı)

34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının yuxarıda adı çəkilən müqaviləyə istinad edərək irəli sürdüyü mövcud iddia tələbi əsassızdır. Odur ki, həmin iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə mahiyyəti üzrə düzgün olmuşdur.

35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.

36. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(060)-1278/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar