Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-146/2021 21.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X5 Quliyev və Elman Məmməd oğlu Əhmədovdan ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi: X4, Cavabdeh: X2, Cavabdehin vəkili: X3 iştirakları ilə, İddiaçı Cavabdeh Ağahüseyn oğluna qarşı özbaşına zəbt edilmiş torpaq sahəsindən çıxarılma və qanunsuz tikililərin sökülüb torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 05 oktyabr 2016-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Qobustan Rayon Məhkəməsinin 05 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim Q.M.Hacıyev) iddianın təmin edilməsi, Cavabdeh Ağahüseyn oğlunun İddiaçı xüsusi mülkiyyətində olan və özbaşına tutduğu 5 kv.metr torpaq sahəsindən çıxarılması, Cavabdeh Ağahüseyn oğlunun özbaşına tutduğu torpaq sahəsində tikdirdiyi və İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinə düşən hissəsinin onun öz hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh Ağahüseyn oğluna qarşı özbaşına zəbt edilmiş torpaq sahəsindən çıxarılma və qanunsuz tikililərin sökülüb torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qobustan Rayon Aqrar İslah Komissiyasının 22 iyul 2002-ci tarixli, 05 saylı qərarı ilə ona Qobustan rayonu, Ş.Şikarov küçəsində fərdi yaşayış evi tikmək üçün 436 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üçün o, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən torpaq sahəsinin planı və ölçüsünə dair kadastr planı almış, torpaq sahəsini aldığı vaxtlar həmin sahəyə daş tökdürsə də maddi imkanı olmadığı üçün tikinti işləri apara bilməmişdir. Cavabdeh onun həyətyanı torpaq sahəsində kişi bərbərxanası tikərək bərbər kimi fəaliyyət göstərmiş və hazırda da özünə məxsus bərbərxananın genişləndirilməsi məqsədi ilə bərbərxananın yanına, onun həyətyanı torpaq sahəsinə mişar daşı tökərək özbaşına tikinti işləri aparmışdır. Cavabdehə tikinti işləri aparmaq istədiyi sahənin ona məxsus olması və həmin torpaq sahəsinə dair sənədlərinin olmasını deməsinə baxmayaraq tikinti işlərini davam etdirir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. İddia edilən sahə 2004-cü ildə Qobustan Bələdiyyəsi tərəfindən ona verilmişdir. Qobustan rayon İHB-nin Memarlıq və Tikinti şöbəsi tərəfindən tikintiyə aid sənəd alaraq 2006-cı il tarixdən həmin torpaq sahəsində kişi bərbərxanası tikərək bərbər kimi fəaliyyət göstərmişdir. 24 avqust 2015-ci il tarixdə Qobustan Rayon İcra Hakimiyyətinin sərəncamı ilə abadlıqquruculuq işlərinin aparılması məqsədilə küçənin görkəminin dəyişdirilməsi üçün ona göstəriş verildiyinə görə bərbərxananın ətrafında tikinti işləri aparmaq istəmiş, lakin Qobustan Rayon Məhkəməsinin qərarı ilə həmin sahədə hər hansı bir tikinti işlərinin aparılmasına qadağan edildiyindən tikinti işlərini davam etdirə bilməmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Qobustan Rayon Məhkəməsinin 2(026)-04/2016 saylı, 05 oktyabr 2016-cı il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehin vəkili M.X.Yolçiyev apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı nümayəndəsi X.Ş.Əsədov apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdeh tərəfindən iddiaçıya məxsus olan torpağın qanunsuz zəbt edilməsinin mütəxəssisə rəyi ilə sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinini planı və ölçüsünə dair X7 kitabında 10 iyun 2009-cu il tarixli A 153198 sayla uçota alınmış İddiaçı fərdi yaşayış evi tikmək üçün 436 kv.m torpaq sahəsi ayrılması göstərilmişdir. İşə əlavə olan Qobustan rayon Aqrar İslahat Komissiyasının sədrinin təsdiq etdiyi Qobustan rayonunun Mərəzə qəsəbəsində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin 766-cı qrafasında İddiaçı 0,04 ha həyətyanı torpaq sahəsi ayrıldığı göstərilir. İşdə olan Qobustan rayonu Mərəzə Bələdiyyə Başçısının 06 oktyabr 2004cü il tarixli, 64 saylı qərarından görünür ki, Cavabdehnun daimi istiafdəsinə sahibkarlıq fəaliyyəti ilə bağlı Qobustan şəhərinin Ş.Şikarov küçəsində 30 kv.metr (6x5 metr) torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Qobustan rayonu İHB Aparatının Memarlıq və Tikinti Şöbəsinin 04 sentyabr 2015-ci il tarixli, 012 saylı rəyindən görünür ki, şəhərin arxitektura görünüşünə xələl gəldiyinə görə Cavabdeh qonşusu Binyəmin Dəmirova məxsus obyektlə eyni xəttə müasir memarlıq üslubuna uyğun obyekt tikilməsinə icazə verilmişdir. İş materiallarına əlavə olunmuş Qobustan Bələdiyyəsinin 21 sentyabr 2015-ci il tarixli, 37 saylı arayışından görünür ki, Qobustan şəhərində sahibkarlıq obyektinin müasir memarlıq üslubuna uyğun tikintinsinin aparılması üçün torpaq sahəsinin ayrılması barədə Cavabdeh müraciəti araşdırılmış və müəyyən olunmuşdur ki, onun istifadə etdiyi obyekt qonşu Bünyəmin Dəmirova məxsus obyektlə bir xətt üzərində deyildir. Bu hal şəhərin arxitektura görünüşünə xələl gətirdiyi üçün Cavabdeh məxsus obyektin artırılaraq qonşu obyektlə bərabər bir xətt üzrə müasir memarlıq üslubuna uyğun tikilməsi üçün torpaq sahəsinin verilməsinə etiraz edilmir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 22 avqust 2016-cı il tarixli, **********97 saylı mütəxəssis rəyindən və ona uyğun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 sentyabr 2016-cı il tarixli, 19896 saylı ekspert rəyindən görünür ki, İddiaçı ayrılmış torpaq sahəsinə dair A 220074 saylı torpaq sahəsinin planı və ölçüsünə əsasən göstərilən sərhədlər naturada müəyyən edildi. Müəyyənləşdirmə zamanı aydın oldu ki, Cavabdeh həmin sahədə tikinti işləri aparmışdır. Onun inşa etdirdiyi tikilinin 5 kv.metr hissəsinin İddiaçı məxsus torpaq sahəsinə düşməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi Torpaq sahəsinin Plan və Ölçüsünə dair sənəd texniki sənəd olmaqla mövcud vəziyyəti əks etdirir, torpaq sahəsinin texniki göstəricilərini əks etdirir. Hazırki iş üzrə hüquqmüəyyənedici sənəd rayon AİK-nın 22 iyul 2002-ci il tarixli 05 saylı qərarıdır. Həmin qərarla İddiaçı 400 kvadrat metr torpaq sahəsi ayrılmışdır. Digər tərəfdən isə müəyyən edilir ki, İddiaçı adına 436 kvadrat metr torpaq sahəsinə Plan və Ölçü sənədi 10 iyun 2009-cu il tarixdə tərtib edilmiş, Cavabdeh torpaq sahəsi isə 06 oktyabr 2004-cü il tarixdə ayrılmışdır. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 dekabr 2020-ci il tarixli 10/4032 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin mütəxəssisləri tərəfindən tərtib olunmuş 19 noyabr 2020-ci il tarixli **********71 saylı mütəxəssisə rəyinə əsasən, İddiaçı qanuni istifadəsində olan 400,0 kvdrat metr və Qobustan rayonu Aqrar İslahat Komissiyasının 22 iyul 2002-ci il tarixli 05 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün İddiaçı mülkiyyətinə verilmiş 436,0 kv.m torpaq sahələrinin 36,0 kv.m-nin ayrı-ayrılıqda yerləşmə mövqeyini əks etdirən heç bir texniki sənəd və ya hər hansı sxem aşkar edilmədiyindən (yaşayış məntəqəsinin həyətyanı layihəsi hazırlanan zaman hazırlanmış sxem və cizgilərdə qanuni istifadədə olan və zəbt kimi istifadə edilib pay torpagından çıxılan ərazilə ayrı-ayrılıqda göstərilmədiyindən) Cavabdeh tərəfindən tikilmiş tikilinin Qobustan şəhərinin Ş.Şikarov küçəsində zəbt etdiyi ehtimal olunan 5 kvadrat metr torpaq sahəsinin İddiaçı qanuni istifadəsində olan 400 kvadrat metr sahədə, yaxud əlavə tutdugu 36 kvadrat metr sahədə inşa edildiyini müəyyən etmək mümkün olmamışdır. Göstərilən rəy ilə razı olmadıgı üçün məhkəmə kollegiyası təkrar ekspertiza təyin etmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin mütəxəssisləri tərəfindən tərtib olunmuş 19 noyabr 2020-ci il tarixli **********71 saylı mütəxəssisə rəyinə əsasən, İddiaçı qanuni istifadəsində olan 400,0 kvdrat metr və Qobustan rayonu Aqrar İslahat Komissiyasının 22 iyul 2002-ci il tarixli 05 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün İddiaçı mülkiyyətinə verilmiş 436,0 kv.m torpaq sahələrinin 36,0 kv.m-nin ayrı-ayrılıqda yerləşmə mövqeyini əks etdirən heç bir texniki sənəd və ya hər hansı sxem aşkar edilmədiyindən (yaşayış məntəqəsinin həyətyanı layihəsi hazırlanan zaman hazırlanmış sxem və cizgilərdə qanuni istifadədə olan və zəbt kimi istifadə edilib pay torpagından çıxılan ərazilə ayrı-ayrılıqda göstərilmədiyindən) Cavabdeh tərəfindən tikilmiş tikilinin Qobustan şəhərinin Ş.Şikarov küçəsində zəbt etdiyi ehtimal olunan 5 kvadrat metr torpaq sahəsinin İddiaçı qanuni istifadəsində olan 400 kvadrat metr sahədə, yaxud əlavə tutdugu 36 kvadrat metr sahədə inşa edildiyini müəyyən etmək mümkün olmamışdır. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2021-ci il tarixli 10/900 saylı rəyindən görünür ki, «xxxx» MMC-nin 10 aprel 2021-ci il tarixli 30 saylı mütəxəssisə rəyinə əsasən, Cavabdeh tərəfindən Ş.Şikarov küçəsində inşa edilmiş 55 kv.metr olan tikilinin 35 kvadrat metri iddiaçı B.X.X9 və Xəritəçəkmə Komitəsinin Qobustan rayon şöbəsi tərəfindən 10 iyun 2009-cu il tarixli 1501 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində onun qanuni istifadəsinə ayrılmış 436 kv.metr sahəyə düşür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsi ilə torpaq sahəsi üzərində hüquqların yaranması əsasları müəyyən edilmişdir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə məyyən edilməsindən, onların planı və ölçüsünün Tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıgı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrində məlumat verilməlidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqdan müdafiə edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Torpaq sahəsinin Plan və Ölçüsünə dair sənəd texniki sənəd olmaqla mövcud vəziyyəti əks etdirir, torpaq sahəsinin texniki göstəricilərini əks etdirir. Hazırki iş üzrə hüquqmüəyyənedici sənəd rayon AİK-nın 22 iyul 2002-ci il tarixli 05 saylı qərardıd. Həmin qərarla İddiaçı 400 kvadrat metr torpaq sahəsi ayrılmışdır və həmin torpaq sahəsi iddiaçı tərəfindən Dövlət qeydiyyatından keçməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh Agahüseyn oğlunun apellyasiya şikayəti təmin edilsin. Qobustan Rayon Məhkəməsinin iş üzrə 05 oktyabr 2016-cı il tarixli 2(026)-04/2016 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh Ağahüseyn oğluna qarşı özbaşına zəbt edilmiş torpaq sahəsindən çıxarılma və qanunsuz tikililərin sökülüb torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul İddiaçı alınaraq SAP (XİİS) hesabı X1 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-146/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-146/2021
21.06.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver