Məhkəmə qərarları › İş №2(105)-1465/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1465/2021

31.03.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1465/2021 31.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə İddiaçı Azərbaycan Avtomobil Yolları X2 şəhərində yerləşən “xxxx” MMC-yə qarşı işə bərpa və məcburi işburaxmaya görə kompensasiyanın ödənilməsinə dair ilk və “xxxx” MMC-nin İddiaçı qarşı xidməti vəsiqənin məcburi geri qaytarılması barədə qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən Şamaxı Rayon Məhkəməsinin hakiminə verilmiş etiraza baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “xxxx” MMC-nin direktorunun xx xxxxxx 2020-ci il tarixli, 68 saylı əmrinin ləğv olunması, onun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “xxxx” MMC-yə əvvəlki iş yerinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqlarının MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “xxxx” MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı adına verilmiş xx xxxx 2020-ci il tarixli, 008 saylı Xidməti vəsiqənin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “xxxx” MMC-yə məcburi qaydada geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə mahiyyəti üzrə baxılarkən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı yazılı etiraz verərək göstərmişdir ki, Şamaxı Rayon Məhkəməsində işə baxılarkən Azərbaycan Respublikası MPM-nin 4,25, 265.4-cü maddələrinin tələbləri pozulmuş və prosessual qanunverciliyin tələblərinə əməl edilməmişdir. Belə ki, onunla MMC arasında 1 illik əmək müqaviləsi bağlansa da, sonradan həmin müqavilə 5 aylıq əmək müqaviləsi ilə dəyişdirilmişdir. Müqavilənin mövcudluğundan məlumatı olmamış onun tərəfindən həmin müqaviləyə imza edilməmişdir. Məhkəmə tərəfindən müqavilədəki imzanın ona məxsusluğunun müəyyən edilməsi üçün məhkəmə xətşnaslıq ekpertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli rəyi ilə sözügedən müqavilədəki imzanın ona məxsus olmadığı müəyyən edilmişdir. Bundan sonra MMC-nin nümayəndəsi iş üzrə təkrar məhkəmə xətşünaslıq ekspertizası təyin edilməsi barədə yazılı vəsatət versə də, məhkəmə vəsatəti təmin etməkdən imtina etmiş və yekun məhkəmə aktı qəbul etmək üçün müşavirə otağına getmişdir. Təqribən 40-45 dəqiqə keçməsinə baxmayaraq hakim qərarı elan etməmiş, həmin müddət ərzində digər işlərə baxmışdır. Sonradan məhkəmə iclasının başqa vaxta keçirilməsi barədə ona məlumat verilmiş, həmin tarixdə məhkəmə iclasına gəldikdə məhkəmə aktı elan edilməmiş, hakim prosesi davam etdirərək işdə olan sənədləri sadalamağa başlamışdır. Bundan sonra işə baxan hakim işə qəbul olunduğu zaman verdiyi ərizənin surətinin ekspert tərəfindən səhvən imza edilərək möhür vurulduğunu bildirmiş və iş üzrə təkrar məhkəmə xətşünaslıq ekspertizası təyin ediləcəyini elan etmişdir. Bu hala etiraz etmiş, işə qəbul edilməsi ilə bağlı ərizəsinin iddia premetinə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Sadalanan hallar işə obyektiv baxılmadığını göstərmişdir. Ona görə də, işə mahiyyəti üzrə Şamaxı Rayon Məhkəməsində baxılmasına etiraz edir və mülki işin baxılması üçün başqa məhkəməyə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 19.1.3, 19.2.2 və 19.2.3-cü maddələrinə əsasən hakim əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə, hakim tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin qohumudursa və ya qohumu olmuşsa, hakim şəxsən, bilavasitə və dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da obyektivliyinə və qərəzliyinə şübhə doğuran kifayət qədər əsas varsa hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən məhkəməyə etiraz edən tərəf etirazının əsaslarını sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 23.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin bütün tərkibinə və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apelyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Şamaxı Rayon Məhkəməsinin hakiminə etiraz etmək üçün göstərdiyi dəlil əsassızdır və həmin məhkəmənin hakiminin işin nəticəsi ilə maraqlı olmasına və ya obyektivliyinə, qərəzsizliyinə şübhə doğuran əsaslar yoxdur. Ona görə də cavabdeh tərəfin verdiyi etiraz təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 19, 21-22 və 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALİR: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Şamaxı Rayon Məhkəməsinin hakiminə verdiyi etiraz təmin edilməsin. İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “xxxx” MMC-yə qarşı işə bərpa və məcburi işburaxmaya görə kompensasiyanın ödənilməsinə dair ilk və “xxxx” MMC-nin İddiaçı qarşı xidməti vəsiqənin məcburi geri qaytarılması barədə qarşılıqlı iddia ərizələrinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Şamaxı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar