Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1476/2025 10.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ərizəçi cavabdeh Qusar rayon Notariat ofisinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X3 ibarət tərkibdə, X41 qızının katibliyi, iddiaçı Ərizəçi, üçüncü şəxs X16 iştirakları ilə, İddiaçı Ərizəçi cavabdeh Qusar rayon Notariat ofisinə (üçüncü şəxslər X17 və X28 cəlb edilməklə) qarşı ötürülmüş müddətin bərpa edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)- 453/2025 nömrəli qətnaməsindən iddiaçı Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. JN-073F KOD 30126018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Qusar rayon AİK-nın xx.xx.1998-ci il tarixli 11/10 saylı qərarı ilə ünvan 1i ərazisindən 0.10 ha torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir.
2. JN-073İ KOD 30126018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Qusar rayon AİK-nın xx.xx.1998-ci il tarixli 11/10 saylı qərarı ilə ünvan 1i ərazisindən 0.05 ha torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir.
3. Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2024-cü il tarixli 210 saylı arayışın surətindən görünür ki, X29 xx.xx.1946-cı ildə ünvan 1i ünvanında anadan olmuşdur. X8, anası X5r.
4. Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli 820 saylı arayışın surətindən görünür ki, X29 ilə X1 nikahları xx.xx.1969-cu ildə rəsmiləşdirilmişdir.
5. АЗ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu ildə anadan olmuşdur. X9, anası X6r.
6. AZ-İİ 388227 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 xx.xx.1989-cu ildə ölmüşdür.
7. Vİ-ЖГ 268179 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X15 nikaharı xx.xx.1994-cü il tarixdə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra qadın “Mədətxanova” soyadını qəbul etmişdir.
8. Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 14 may 2024-cü il tarixli 209 saylı arayışın surətindən görünür ki, X7 xx.xx.2003-cü ildə ölmüşdür.
9. AZ-İİ 388228 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2004-cü il tarixə ölmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı Ərizəçi cavabdeh Qusar rayon Notariat ofisinə, üçüncü şəxslər X12 və X19 qarşı “ötürülmüş müddətin bərpa edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun notarial qaydada vərəsəlik şəhadətnaməsi almağı üçün ötürülmüş müddətin bərpa edilməsi və mirasın qəbulu faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1969-cu il tarixdə Qusar rayonunun Yasab kəndində anadan olmuşdur. Qızlıq soyadı Kərəmova olmuşdur. Ailə qurduqdan sonra soyadın dəyişilərək həyat yoldaşının soyadı, yəni Mədətxanova soyadı olumuşdur, Ərizəçi. Doğum haqqında şəhadətnamədə atası qrafasında X29, anası qrafasında X2 göstərilmişdir. X9 xx.xx.1989-cu ildə, anası X13 isə xx.xx.2004-cü il tarixdə vəfat etmişlər. Ata-ana rəhmətə getdikdən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə olaraq mirasın açıldığı yer üzrə notariat ofisinə mirasın qəbul edilməsi barədə ərizə ilə müraciət etməli idi. Lakin, buna hüquqi savadı çatmadığı və mövcud vəziyyətdən baş çıxarmadığı üçün əməl etməmişdir. Sonradan işlə məşğul olmağa başladıqda bu hallar ortaya çıxmışdır. Müəyyən olunmuşdur ki, ötürülmüş müddətin bərpası və mirasın qəbulu ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmalıdır ki, o, həmin qətnamə ilə notariat kontoruna müraciət etməklə vərəsəlik şəhadətnaməsi ala bilsin. Onun tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə yazılı şəkildə müraciət olunaraq mərhum atası və anasının adına Qusar rayonu, Yasab kəndi üzrə ümumbirgə mülkiyyət üzrə 0.18 ha həyətyanı torpaq sahəsinə dair şəhadətnamənin verilməsini xahiş etmişdir. Beş saylı ərazi idarəsindən verilən cavab məktubunda qeyd edilən torpaq sahəsinin mövcud olması, lakin ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında digər şəxsin adı (adı təsdiqlənməmiş düzəliş olub) qeyd edildiyi bildirilmişdir. İkinci dəfə müraciəti əsasında 0.18 ha torpaq sahəsinin X4 adına aşkarlanmış JN73F və JN731 saylı (kod********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surəti ona göndərilmişdir. Adına şəhadətnamə olan X7 onun atasının anasıdır. Bu əmlaklar rəsmi qaydada bu mərhumların birindən digərinə keçmişdir. Onun valideynlərindən aşağıda adları göstərilən övladlar dünyaya gəlmişdir: xx.xx.1969-cu il təvəllüdlü Kərəmova (ərə getdikdən sonra Mədətxanova) Ulduz Fətəli qızı, xx.xx.1971-ci il təvəllüdlü X28, xx.xx.1973-cü il təvəllüdlü X20 (ərə getdikdən sonra Mehtiyeva), xx.xx.1975-ci il təvəllüdlü X18 (xx.xx.2008-ci ildə rəhmətə gedib), xx.xx.1977-ci il təvəllüdlü X21 (xx.xx.2008-ci ildə vəfat edib), xx.xx.1985-ci il təvəllüdlü X30 (xx.xx.2007-ci ildə vəfat edib). Adına torpaq şəhadətnaməsi olan X7, yəni nənəsi xx.xx.2003-cü il tarixdə vəfat etmişdir.
12. Məhkəmə iclasında iştirak etmiş iddiaçı Ərizəçi izahatında bildirmişdir ki, onlar üç bacı, üç qardaş olmuşlar, iki qardaş, bir bacı rəhmətə gedib. Bacısı Samirə rəhmətə gedib, digər bacısı Gülşən Mehdiyeva sağdır, Rusiya Federasiyasında yaşayır. X31 və Əfqan Kərəmov rəhmətə gedib, Kərəmov Kərəm isə sağdır. X43 rayonu Yasab kəndində yaşayır, onun ayrı evi var, ondan heç nə istəmir. Kərəm ona ora getməyə icazə vermir. İddiaçı istəyir ki, ora rahat gedib gəlsin, çünki onun ata mülküdür və ona buradan pay düşür. O, ata evinə ildə bir dəfə məzuniyyət vaxtı gedir. Qardaşı Kərəm ayrı yaşayır, onun ayrı evi var. Notariusun bu işə qarşı heç bir narazılığı olmayıb, o işləri başqa şəxs görüb, onun xəbəri yoxdur. O, Kərəmdən heç nə istəmir, öz payını istəyir. Bacısı Gülşən ona etibarnamə verib və özünə düşən payını ona verib.
13. Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-453/2025 nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddia təmin edilməmişdir.
14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Ərizəçi ata nənəsi X4 adına qeydə alınmış olan 0.10 ha torpaq və 0.05 ha torpaq sahələri əmlaklarını miras kimi qəbul etməsi ilə notarial qaydada vərəsəlik şəhadətnaməsi almağı üçün ötürülmüş müddətin bərpa edilməsi və mirasın qəbulu faktının təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etsə də, həmin əmlaklara sahiblik etməsi, əmlakı idarə etməsi, mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi ilə bağlı sübutlar təqdim etməmişdir. Bundan başqa, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı başqa təsərrüfatda yaşamaqla yanaşı mirası ümumiyyətlə qəbul etməmişdir.
15. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1145, 1146, 1147.1, 1151.1, 1243.1, 1243.2 və 1243.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən iddiaçı Ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi bir cümlə ilə iddia tələbini rədd etmiş, guya iddiaçının miras əmlakı faktiki qəbul etməməsini bildirmişdir. Lakin məhkəmə diqqətə almamışdır ki, iddiaçı başqa yerdə yaşasa da faktiki olaraq miras əmlakı heç vaxt sahibsiz buraxmamış, hər il fürsət olduqca həmin əmlaka sahiblik etmiş, ona qulluq etmiş, bütün vaxtını orada keçirmişdir. Bütün bunlar tərəflərin izahatları və işdə araşdırılmış digər sübutlarla təsdiq edilmişdir. Lakin məhkəmə bütün bunları gözardı edərək, sadəcə olaraq iddiaçının miras əmlakı faktiki qəbul etmədiyini əsaslandırmaqla kifayətlənmişdir. Həmçinin məhkəmə diqqət etməmişdir ki, mübahisəli əmlaklar hazırda heç kim tərəfindən idarə olunmur və iddiaçının tələb etdiyi yer boşdur. Ona iddiaçıdan başqa sahiblik edən yoxdur. İddiaçı həmin əmlaka faktiki olaraq sahiblik etdiyini bildirməsinə və hər fürsətdə ən azı ildə bir dəfə uzunmüddətli həmin evə getməsinə və orada yaşamasına baxmayaraq, məhkəmə bu halları lazımi qaydada araşdırmamış və düzgün nəticəyə gələ bilməmişdir. Hazırki prosessual hüquq nomasından göründüyü kimi, məhkəmə qətnamə qəbuledərkən hansı halların müəyyən edildiyini, onların iş üzrə hansı əhəmmiyyətinin olmasını tam olaraq sübutlarla birlikdə qiymətləndirməlidir. Lakin birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsi və evlə bağlı araşdırma apararkən iddiaçının həmin evə sahiblik etməsi faktına düzgün hüquqi qiymət verə bilməmişdir ki, bu da iddiaçının həm əmlak, həm mülkiyyət, həm də vərəsəlik hüquqlarının təminatçısı olan dövlətin qanunvericilik siyasətinin ziddinə qəbul edilmiş qərardır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Ərizəçi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X28 birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
21. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Qusar rayon Notariat ofisinə və üçüncü şəxs X12 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
22. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
23. Maddə 1134. Vərəsələr 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. (...)
24. Maddə 1145. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
25. Maddə 1146. Mirasın açıldığı vaxt Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
26. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. (...)
27. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). (...)
28. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
29. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
30. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
31. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. (...)
33. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)
34. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
36. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
37. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Hazırkı mübahisə üzrə iş materiallarından görünür ki, mübahisələndirilən torpaq sahələri Qusar rayon AİK-nın 25 iyun 1998-ci il tarixli 11/10 saylı qərarı ilə X4 mülkiyyətinə verilmişdir. X7 14 iyun 2003-cü il tarixdə vəfat etmiş və miras əmlakla bağlı vərəsəlik işi açılmamışdır.
41. Məhkəmə iclasında iddiaçının izahatı ilə həmçinin müəyyən olunmuşdur ki, miras əmlak olan torpaq sahəsində yerləşən bağa iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Kərəm Kərimov baxmış, kənddə yaşayan Kərəm olduğu üçün bəhəri də o götürmüşdür. Anasının ölümündən sonra evin açarları Kərəmdə olmuş, sonra açar iddiaçıya verilsə də, qapının açarını dəyişmişlər. Vərəsələrdən heç biri mirası qəbul etməmişdir.
42. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
43. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
44. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir.
45. Belə ki, iş materiallarında mərhum nənəsi X4 ölümündən sonra mirasın qəbulu ilə bağlı iddiaçı tərəfindən əmlaklara sahiblik edilməsi və ya əmlakları faktiki idarə etməyə başlaması ilə bağlı sübutlar müəyyən edilməmişdir.
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.
47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-453/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.