Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1477/2021 17.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, onun vəkili X8 cavabdeh X5 (hazırda Cavabdeh), onun nümayəndəsi və vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Quba Rayon Məhkəməsinin 29 oktyabr 2014-cü il tarixli, 2(027)-516/2014 saylı qətnaməsindən cavabdeh X5 (hazırda Cavabdeh) apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 29 oktyabr 2014-cü il tarixli, 2(027)-516/2014 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elman Əhmədov) İddiaçı cavabdeh X9 (hazırda Cavabdeh) qarşı icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqı və vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, İddiaçı ilə cavabdeh X10 arasında Quba rayonu, Alekseyevka kəndində, Quba-Bakı yolunun üstündə yerləşən 2 mərtəbəli, ümumi sahəsi 244 kv.m olan tikiliyə dair bağlanmış 01 may 2012-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdeh X4 01 may 2012-ci il tarixli icarə müqaviləsi üzrə yaranmış 10200 manat, dəymiş ziyana görə 7312,0 manat və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 17542 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və Cavabdeh barışıq sazişini təqdim edib, həmin barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Cavabdeh nümayəndəsi X6 məhkəmə iclasında tərəflərin barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barışıq sazişinin şərtlərinə görə X7 icarə müqaviləsi və dəymiş zərərə görə İddiaçı 5.000 manat ödəməyi öz öhdəsinə götürür, həmin məbləğin 2.000 manatını Cavabdeh məhkəmə baxışı zamanı, yerdə qalan 3.000 manat məbləği isə 17.06.2021-cil tarixdən başlayaraq hər ayın 17-dən gec olmayaraq 3 ay müddətində hər ay 1.000 manat olmaqla İddiaçı ödəməyi öhdəsinə götürür, İddiaçı bu şərtlər daxilində iddiasından tam şəkildə imtina edir və X3 qarşı hazırki iddia üzrə tələbinin olmayacağını öhdəsinə götürür. Məhkəmə kollegiyası iş materiallarını, barışıq sazişinin şərtlərini araşdırıb, barışıq sazişinin təsdiq edilməklə işin icraatına xitam verilməsi barədə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, barışıq sazişinin şərtlərinə tətbiq edilməli hüquq normalarına qiymət verərək hesab edir ki, barışıq sazişi şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, barışıq sazişi təsdiq olunmalı, Quba Rayon Məhkəməsinin 29 oktyabr 2014-cü il tarixli, 2(027)-516/2014 saylı qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə görə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Tərəflər arasında bağlanmış barışıq sazişini təsdiq etməklə, məhkəmə kollegiyası tərəflərə izah edir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 52, 191, 261-264, 370, 384, 391 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı ilə cavabdeh X10 (hazırda Cavabdeh) arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Tərəflər razılaşırlar ki, X7 icarə müqaviləsi və dəymiş zərərə görə İddiaçı 5.000 (beş min) manat ödəməyi öz öhdəsinə götürür.
2. Hazırki barışıq sazişi ilə 5.000 (beş min) manatdan 2.000 (iki min) manatını Cavabdeh məhkəmə baxışı zamanı, yerdə qalan 3.000 (üç min) manat məbləği isə 17.06.2021-cil tarixdən başlayaraq hər ayın 17-dən gec olmayaraq 3 (üç) ay müddətində hər ay 1.000 (bir min) manat olmaqla İddiaçı ödəməyi öhdəsinə götürür.
3. İddiaçı bu şərtlər daxilində iddiasından tam şəkildə imtina edir və X3 qarşı hazırki iddia üzrə tələbinin olmayacağını öhdəsinə götürür. İş üzrə Quba Rayon Məhkəməsinin 29 oktyabr 2014-cü il tarixli, 2(027)-516/2014 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh X9 (hazırda Cavabdeh) qarşı icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqı və vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.