Məhkəmə qərarları › İş №2(105)-1483/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1483/2022

17.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1483/2022 17.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən, məruzəçi hakim), Məmmədov Telman Qədir oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, Cavabdeh Əziz oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-56/2022 nömrəli, 02 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibatı binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-56/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən zəbt edilmiş Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli, ******* №-li çıxarışa əsasən İddiaçı1 məxsus 0.0398 ha torpaq sahəsindən, xx.xx.2015-ci il tarixli, ******* №-li çıxarışa əsasən İddiaçı2 məxsus 0.0403 ha torpaq sahəsindən və xx.xx.2015-ci il tarixli, ******* №-li çıxarışa əsasən İddiaçı3 məxsus 0.0407 ha torpaq torpaq sahəsindən çıxarılması, iddia tələbinin qalan hissələrdə rədd edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 10/5701 saylı, 29 noyabr 2021-ci il tarixli tikinti-texniki ekspertizasına görə 100 manat ekspertiza xərcinin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, 50 manat iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, 50 manat isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməsi: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN- **********; müxbir hesabAZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; hesabAZ34CTRE******************** qət edilmişdir. (hakim E.Məmmədov) Cavabdeh Əmirov X2 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-56/2022 nömrəli qətnaməsindən xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti vermiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-56/2022 saylı qətnaməsinin tam ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-56/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti AR MPM-in 10-1.3-cü maddəsində nəzərdə tutulan qaydada verilmədiyindən geri qaytarılmışdır. Bundan sonra Cavabdeh qərardadda göstərilən nöqsanları aradan qaldıraraq yeni qaydalara uyğun apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, şikayətin qəbul edilməsi və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, onun tərəfindən prosessual qanunverciliyin tələblərinə əməl edilməklə şikayət verilmişdir, ona görə də, apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etdi. İddiaçı1 məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasında o və digər iddiaçılar İddiaçı2 və İddiaçı3 iştirak edə bilməyəcəklərini bildirmiş, şikayətlə razı olmadığını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçıların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, yuxarıda qeyd olunan prosessual hərəkətlərdən sonra Cavabdeh sözügedən qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmə həmin ərizəyə münasibət bildirmədən, apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-56/2022 nömrəli, 02 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub hesab edir ki, hazırki halda apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş sadalanan mülki prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 365, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-56/2022 nömrəli, 02 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və o, qəbul olunmamış hesab olunsun. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar