Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1483/2024 31.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlı̇ yi və "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinə qarşı mülki iş üzrə (Açar sözlər: öhdəliyin icrası) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı Ehtı̇ ram Ataş oğlu Babayevin, Cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin nümayəndəsi Nümayəndə2, Cavabdehlər “Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu” Publik Hüquqı̇ Şəxsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Babayev Ehtı̇ ram Ataş oğlunun cavabdehlər “Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu” Publik Hüquqı̇ Şəxsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinə qarşı “öhdəliyin icrası” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(012)-621/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı cavabdehlər "xxxx" Məhduud Məsuliyyətli Cəmiyyətinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Dövlət Sosial Müdafiə Fonduna qarşı öhdəliyin icrası haqqında tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 2018-ci ilin mart ayından sentyabr ayına kimi aylıq 272.96 manat məcburi dövlət sosial sığorta haqqının cavabdeh "xxxx" MMC-dən tutularaq Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, 2018-ci ilin aprel ayından sentyabr ayınadək ‘'AAAF-İNŞAAT" MMC-də bənna vəzifəsində işləmişdir. 2020-ci il tarixində yaşa görə əmək pensiyasına çıxmışdır. Ona hesablanan pensiya məbləğinin az olduğuna görə cavabdeh Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Dövlət Sosial Müdafiəsi Fonduna müraciət etmişdir. Nazirliyin ona rəsmi cavabına görə (SUN **********0) cavabdeh AAAF-İNŞAAT MMC tərəfindən 2018-ci ilin İİ-İİİ rübləri üzrə təqdim edilmiş «Məcburi dövlət sosial sığorta üzrə hesabat»lara əsasən həmin dövrlər üzrə təqdim edilmiş sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətən məcburi dövlət sosial sığorta haqları müəyyən edilmiş faizlər hesablanmış, lakin sığortaedən tərəfindən tam ödənilməməsi səbəbindən məcburi dövlət sosial sığorta haqları az məbləğdə əks edilmişdir. Lakin DSMF tam əsaslandırılmamışdır. Halbuki ona sığorta kartı açılmışdır. Cavabdeh “AAAF-İNŞAAT" MMC Məcburi dövlət sosial sığorta üzrə hesabatda işçiyə görə ödənişin edilməsini qeyd edir. Bununla da zidiyyət yaranır. O isə aydınlıq gətirə bilmir. Həmçinin ARƏƏSMN bidlirmişdir ki, sığortaedən "xxxx" MMC 2018-ci ilin İİ-İİİ rübləri üçün yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə debitor borcları tam ödənildikdən sonra məcburi dövlət sosial sığorta haqlarına uyğun olaraq proposional bölüşdürülərək fərdi şəxsi hesabda əks olunması təmin olunacaqdır. Lakin hazıra kimi o. tam pensiyaya çıxa bilməmişdir. Məsələni də tam aydınlaşdıra bilmir. DSMF isə ona imtina verir. Ona görə göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İddiaçı göndərilmiş xx.xx.2021-ci il tarixli, **********4 saylı məktubunda göstərilmişdir ki, Sigortaedən "xxxx" MMC (SUN: **********0) tərəfindən 2018-ci -ilin ll-lll rübləri üzrə təqdim edilmiş "Məcburi dövlət sosial sığortası üzrə hesabatlara əsasən həmin dövrlər üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətdə məcburi dövlət sosial sığorta haqları müəyyən edilmiş faizlə hesablanmış, lakin sığortaedən tərəfindən tam ödənilmədiyi üçün fərdi şəxsi hesabında məcburi dövlət sosial sığorta haqları az məbləğdə əks olunmuşdur. Məlumat üçün bildirilir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər üçün əmək fəaliyyətli dövrlərdə sığortaolunanların xeyrinə hər ay üçün hesablanan məcburi dövlət sosial sığorta haqlarını əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə sığortaçıya ödəmək sığortaedənin vəzifəsi olduğundan müraciətdə qeyd etdiyi məsələ ilə bağlı sığortaedən "xxxx" MMC-yə müraciət etməyi tövsiyə olunur. Əlavə olaraq bildirirlir ki, sığortaedən "xxxx" MMC-nin 2018-ci ilin ll-lll rübləri üçün yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə debitor borcları sığortaedən tərəfindən tam ödənildikdən sonra onun və digər sığortaolunanların hesablanmış məcburi dövlət sosial sığorta haqlarına uyğun olaraq proporsional qaydada bölüşdürülərək fərdi şəxsi hesablarında əks olunması təmin ediləcəkdir. Nəzərinə çatdırırır ki, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə "Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarix!; 13GC-VGD nömrəli Qanununun tətbiqi və "Sosial sığorta haqqında" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 7 aprel 1997-ci il tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən 1 yanvar 2019-cu il tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə olunmuşdur.
4. Əmək kitabçısının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixində "xxxx" MMC-də bənna vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2018-ci il tarixində "xxxx" MMC ilə bağlanılmış əmək müqaviləsinə AR Əmək Məcəlləsininin 69.3-ə əsasən (öz xahişi ilə) xitam verilmişdir.
5. Sosial arayışdan görünür ki, İddiaçı işlədiyi "xxxx" MMC-də bənna, daşlar işlədiyi 2018-ci ilin aprel ayından sentyabr ayına qədər gəliri 1091.84 manat müəyyən olunmuş, 272.96 manat məcburi dövlət sosial sığorta ödənişi hesablanmış, lakin məcburi dövlət sosial sığorta ödənişi edilməmişdir.
6. 886187156 saylı Mədaxil Qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 99015.00 manat ödəniş DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə edilmişdir.
7. 886201762 saylı Mədaxil Qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 1001.50 manat ödəniş DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə edilmişdir.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İddiaçı göndərilmiş xx.xx.2023-cü il tarixli, 3- 17-1/2-B-69746/2023 saylı məktubunda göstərilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) "Sığorta (Hesabat)” altsistemindən əldə olunan məlumatlara əsasən sığortaedən "xxxx" MMC (SUN: **********0) tərəfindən 2018-ci ilin İ rübü üzrə təqdim edilmiş "Məcburi dövlət sosial sığortası üzrə hesabafda adınız sığortaolunan kimi qeyd olunmamışdır. Eyni zamanda bildirilir ki, MEİS-in "Sığorta (Hesabat)” altsistemində sığortaedən "xxxx" MMC tərəfindən 2018-ci ilin ll-lll rübləri üzrə təqdim edilmiş "Məcburi dövlət sosial sığortası üzrə hesabatlara əsasən Sizin və digər sığortaolunanların məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətdə məcburi dövlət sosial sığorta haqları müəyyən edilmiş faizlə hesablanmış, lakin sığortaedən tərəfindən rüb daxilində ödənilmədiyi üçün fərdi şəxsi hesablarında ödənilmiş məcburi aöviət sosial sığoria haqları əks olunmamışdır. Nəzərinə çatdırır ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.6-cı maddəsinə əsasən sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər üçün əmək fəaliyyətli dövrlərdə sığortaolunanların xeyrinə hər ay üçün hesablanan məcburi dövlət sosial sığorta haqlarını əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15- dən gec olmayaraq, tam məbləğdə sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. Məlumat üçün bildirir ki, sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış debitor borc ödənildikcə Sizin və digər sığortaolunanların hesablanmış məcburi dövlət sosial sığorta haqlarına uyğun bölüşdürülməsi təmin edilir.
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müafiə Fondunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-45799/2024 saylı Məcburi dövlət sosial sığorta haqları haqqında məktubun surətindən görünür ki, Abşeron rayon Məhkəməsinin icraatında iddiaçı xx.xx.1955-ci il təvəllüdlü vətəndaş İddiaçı (FİN: xxxxxxx, SSN: **********439) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra - Fond) qarşı sair öhdəliklər üzrə mübahisələr tələbinə dair 2(012)-621/2024 nömrəli məhkəmə bildirişi vardır. Vətəndaş İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək "xxxx" MMC-də (bundan sonra - sığortaedən) bənna vəzifəsində işlədiyini və əmək haqqı aldığını iddia edir. Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən bildirilir ki, tərəflərindən 2018-ci ilin İ rübü üzrə təqdim edilmiş "Məcburi dövlət sosial sığortası üzrə hesabat’da İddiaçı adı sığortaolunan kimi qeyd olunmadığı üçün həmin dövr üzrə məlumatları fərdi şəxsi hesabında əks olunmamışdır. Eyni zamanda bildirilir ki, 2018-ci ilin ll-lll rübləri üzrə təqdim edilmiş "Məcburi dövlət sosial sığortası üzrə hesabatlara əsasən İddiaçı və digər sığortaolunanların məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətdə məcburi dövlət sosial sığorta haqları müəyyən edilmiş faizlə hesablanmış, lakin tərəflərindən rüb daxilində ödənilmədiyi üçün fərdi şəxsi hesablarında ödənilmiş məcburi dövlət sosial sığorta haqları əks olunmamışdır. Nəzərinizə çatdırılır ki, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 9.2.1-ci maddəsində qeyd olunduğu kimi sığortaolunanların fərdi şəxsi hesabına daxil edilməli olan bu Qanunun 5.2.11-ci və 5.2.12-ci maddələrində nəzərdə tutulmuş məlumatları bu Qanuna və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən tam və düzgün təqdim etmək, həmçinin sözügedən Qanunun 14-cü maddəsinə əsasən sığortaolunanların xeyrinə hər ay üçün hesablanan məcburi dövlət sosial sığorta haqlarını tam məbləğdə sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. Məlumat üçün bildirilir ki, tərəflərindən qeyd olunan dövrlər üzrə məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış debitor borc ödənildikcə İddiaçı və digər sığortaolunanların hesablanmış məcburi dövlət sosial sığorta haqlarına uyğun proporsional bölüşdürülərək fərdi şəxsi hesablarında əks olunması təmin olunacaqdır. 2018-ci ilin İ rübü üzrə sığortaoluhanın fərdi şəxsi hesabında uyğunsuzluq olduğu halda tərəflərindən dəqiqləşdirilmiş tipli məcburi dövlət sosial sığortası üzrə hesabatın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edilməsini tövsiyə edirlər. Qeyd olunanları nəzərə alaraq, məsələ ilə bağlı vətəndaşa və Fonda məlumat verməyi xahiş olunur.
10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-68956/2024 saylı Mülahizəsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə və ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "MDSS haqlarının fərdi hesaba köçürülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia predmeti ilə əlaqədar olaraq bildirirlər ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində sığortaçının, 10-cu maddəsində isə sığortaedənin vəzifələri müəyyən olunmuşdur. Belə ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti) təqdim etdiyi məlumatlar (rüblük hesabatlar) əsasında sığortaedənlərin uçotunu aparmaq sığortaçının, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək isə sığortaedənin vəzifəsidir. Eyni zamanda həmin Qanunun 13.1-ci maddəsində sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar (hesabatlar üzərindən) əsasında aparılır. Qanunun 14-cü maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir, əmək ödənişinə (gəlirinə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növlərinin əhatəsi isə Qanunun 15-ci maddəsinə əsasən müəyyən edilir. Sığortaolunanların fərdi uçotunun aparılma qaydaları “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 3-cü maddəsinə əsasən dövlət sosial sığorta sistemində sığortaolunanlar haqqında məlumatların uçota alınmasının ümumi və məcburi olması fərdi uçotun əsas prinsiplərindəndir. Qanunun 4-cü maddəsində qeyd olunur ki, fərdi uçotu məcburi dövlət sosial sığortası sahəsində idaretməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı (sığortaçı) aparır. Bu sahədə göstərilən xidmətlər elektron olduğu halda da, sığortaçının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Qanunun 5-ci maddəsində sığortaolunanın fərdi uçot məlumatlarına əlavə edilməli məlumatlar sadalanır. Sığorta stajının hər ayı üçün məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər, həmçinin sığortaedən tərəfindən fərdi şəxsi hesaba hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği bu məlumatlar sırasındadır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 2018-ci il 30 noyabr tarixli 1360-VQS nömrəli Azərbaycan Respublikasının Qanunu xx.xx.2019-cü il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunun 18ci maddəsində edilmiş dəyişikliklərə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığorta sahəsində idarəetməni Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 421 nömrəli Fərmanının 4.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti həyata keçirir. İş materiallarından aydın olur ki, iddiaçı tərəfindən əmək hüquqlarının pozulması halları iddia olunur. Həmçinin sığortaedən tərəfindən verilən rüblük hesabatlarda göstərilən əməkhaqqı ilə işçilərə faktiki ödənilən əməkhaqqı arasında məbləğ fərqi varsa, məcburi dövlət sosial sığortası ilə yanaşı vergi ödənişlərindən də yayınma halı mövcuddur. Məhkəmə prosesinin gedişində bu nüansların hərtərəfli və obyektiv araşdırılması zəruridir. Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). İnzibati-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Qeyd olunanları nəzərə alaraq, iddiaçının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı onun üzərinə hər hansı bir öhdəlik qoyulması tələbi olmadığı üçün Dövlət Sosial Müdafiə Fondunun iş üzrə cavabdeh qismində iştirakına xitam verilməsini, İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini məqsədəmüvafiq hesab edirlər. Nəzərə alınmasını xahiş etmişlər.
11. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh1nə göndərilmiş xx.xx.2024-cü il tarixli, **********5423700 saylı məktubun surətindən görünür ki, vergi qanunvericiliyi ilə bağlı məlumat almaq istəyinizlə bağlı xx.xx.2024-cü il tarixli (AVİS qeydiyyatı: xx.xx.2024cü il tarixli **********556000 nömrəli) müraciətlərinizə aidiyyəti üzrə 2 saylı Ərazi Vergilər Baş İdarəsində baxılmışdır. Bildirilir ki, müraciətində göstərilən məsələ ilə bağlı əməli köməkliyin göstərilməsi üçün 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinə və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlmək tövsiyə olunur. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www. taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilə bilər.
12. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə heyətinin sədr müavininə göndərilmiş xidməti məruzədən görünür ki, Abşeron Rayon Məhkəməsinin icraatında İddiaçı (FİN: xxxxxxx) cavabdehlər "xxxx" MMC və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “MDSS haqlarının fərdi hesaba köçürülməsi' tələbinə dair 2(012)-621/2024 nömrəli iş vardır. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixdə bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta (Hesabat)” altsistemindən əldə olunan məlumata əsasən sığortaedən "xxxx" MMC (SUN: **********0) tərəfindən 2018-ci ilin İ rübü üzrə təqdim edilmiş “məcburi dövlət sosial sığortası üzrə hesabafda onun adı sığortaolunan kimi qeyd edilməmiş, eyni zamanda MEİS-in “Sığorta (Hesabat)” altsistemində sığortaedən "xxxx" MMC tərəfindən 2018-ci ilin ll-lll rübləri üzrə təqdim edilmiş “məcburi dövlət sosial sığortası üzrə hesabatlara əsasən onun və digər sığortaolunanların məcburi dövlət sosial sığortasına cəlb olunan, gəlirlərinə nisbətdə məcburi dövlət sosial sığorta haqları müəyyən edilmiş faizlə hesablanmış, lakin sığortaedən tərəfindən rüb daxilində ödənilmədiyi üçün fərdi şəxsi hesablarında ödənilmiş məcburi dövlət sosial sığorta haqları əks olunmamışdır. Cavabdeh "xxxx" MMC məhkəməyə MDSS borclarının ödənilməsi barədə ödəniş qəbzləri təqdim etmişdir. İşə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə cavabdeh "xxxx" MMC-nin MDSS borclarının tam ödenilib-ödənilməməsi, ödənildiyi təqdirdə İddiaçı 2018-ci ilin martsentyabr ayları üzrə ödəməli olduğu MDSS haqlarına şamil edilib-edilməməsi barədə ətraflı məlumatın mümkün qədər qısa müddətdə təqdim edilməsinə dair aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir.
13. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının direktoruna göndərilmiş sığortaolunanların fərdi şəxsi hesabı haqqında xidməti məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra - Fond) ünvanlanmış İddiaçı məcburi dövlət sosial sığorta haqlarının onun fərdi şəxsi hesabına köçürülməsi tələbinə dair inzibati işlə bağlı müraciətinizə Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında baxılmışdır. Araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Sığorta” (Hesabat) altsistemində “Sığortaolunanların hesabları” bölümündə sığortaedən "xxxx" (SUN: **********0) tərəfindən təqdim edilimiş, müraciətdə qeyd edilmiş 2018-ci ilin İ rübü üzrə məcburi dövlət sosial sığortası üzrə hesabatda sığortaolunan İddiaçı (SSN: **********439) adının, həmçinin 2018-ci ilin İİ və İİİ rübləri üzrə məcburi dövlət sosial sığortası üzrə hesabatlarında məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətdə hesablanmış məcburi dövlət sosial sığorta haqlarına müvafiq ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının qeyd olunmadığı müəyyən olunmuşdur. Həmçinin araşdırma zamanı sığortaedən tərəfindən ödənilmiş, müraciətə əlavə edilmiş ödəniş qəbzlərində qeyd olunan 100000,0 manat məcburi dövlət sosial sığorta haqqının MEİS-in “Sığorta” (Hesabat) altsisteminin “Ödənişlər” bölümündə 1 aprel 2022-ci il tarixində öz əksini tapdığı və sözügedən məbləğin 12260,88 manatı aprel-iyun 2022-ci il, qalan 87739,12 manatı avqust 2017 - mart 2018-ci illərin sığortaolunanlar üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqlarına münasibətdə proporsional qaydada bölüşdürüldüyü müəyyən olunmuşdur. Məlumat üçün bildirilir ki, sığortaedən tərəfindən sığortaolunanların məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları tam ödənilməmişdir. Qeyd etmək istəyir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək, həmçinin “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət daxilində məcburi dövlət sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. Bundan əlavə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişikliyə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə nəzarət, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqları yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial orta haqqının qaytarılması İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur.
14. "xxxx" X2 göndərilmiş Fərdi uçota nəzarət və sosial sığorta departamentinin müdiri tərəfindən göndərilmiş məcburi dövlət sosial sığorta haqları haqqında məktubdan görünür ki, Abşeron rayon Məhkəməsinin icraatında iddiaçı xx.xx.1955-ci il təvəllüdlü vətəndaş İddiaçı (FİN: xxxxxxx, SSN: **********439) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra - Fond) qarşı sair öhdəliklər üzrə mübahisələr tələbinə dair 2(012)- 621/2024 nömrəli məhkəmə bildirişi vardır. Vətəndaş İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək AAAF-İnşaat MMC-də (bundan sonra - sığortaedən) bənna vəzifəsində işlədiyini və əmək haqqı aldığını iddia edir. Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən bildiririk ki, tərəfinizdən 2018-ci ilin İ rübü üzrə təqdim edilmiş Məcburi dövlət sosial sığortası üzrə hesabatda İddiaçı adı sığortaolunan kimi qeyd olunmadığı üçün həmin dövr üzrə məlumatları fərdi şəxsi hesabında əks olunmamışdır. Eyni zamanda bildiririk ki, 2018-ci ilin ll-lll rübləri üzrə təqdim edilmiş Məcburi dövlət sosial sığortası üzrə hesabatlara əsasən İddiaçı və digər sığortaolunanların məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətdə məcburi dövlət sosial sığorta haqları müəyyən edilmiş faizlə hesablanmış, lakin tərəfinizdən rüb daxilində ödənilmədiyi üçün fərdi şəxsi hesablarında ödənilmiş məcburi dövlət sosial sığorta haqları əks olunmamışdır. Nəzərə çatdırırılır ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 9.2.1-ci maddəsində qeyd olunduğu kimi sığortaolunanların fərdi şəxsi hesabına daxil edilməli olan bu Qanunun 5.2.11-ci və 5.2.12-ci maddəsində nəzərdə tutulmuş məlumatları bu Qanuna və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinə əsasən tam və düzgün təqdim etmək, həmçinin sözügedən Qanunun 14-cü maddəsinə əsasən sığortaolunanların xeyrinə hər ay üçün hesablanan məcburi dövlət sosial sığorta haqlarını tam məbləğdə sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. Məlumat üçün bildirilir ki, tərəfinizdən qeyd olunan dövrlər üzrə məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış debitor borc ödənildikcə E.Babayeyin və digər sığortaolunanların hesablanmış məcburi dövlət sosial sığorta haqlarına uyğun proporsional bölüşdürülərək fərdi şəxsi hesablarında əks olunması təmin olunacaqdır. 2018-ci ilin İ rübü üzrə sığortaolunanın fərdi şəxsi hesabında uyğunsuzluq olduğu halda dəqiqləşdirilmiş tipli məcburi dövlət sosial sığortası üzrə hesabatın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edilməsi tövsiyə edilir. Qeyd olunanları nəzərə alaraq, məsələ ilə bağlı vətəndaşa və Fonda məlumat vermək xahiş olunur.
15. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun göndərdiyi xx.xx.2024-cü il tarixli, 3-17-1/2- 97790/2024 saylı borc məbləğinin yaranma səbəbləri haqqında məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna daxil olmuş sığortaedən "xxxx" MMC-nin (VÖEN: **********) məcburi dövlət sosial sığorta haqları üzrə qalıq borcları ilə bağlı 2024-cü il 18 aprel tarixli 2(012)-621/2024 nömrəli sorğuya baxılmışdır. Müraciətdə qeyd edilən sığortaedənin 2017-2018-ci il 1 oktyabr dövrləri üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun tələb edilməsinə görə sənədlər aşkar edilməmişdir. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanına əsasən 1 yanvar 2019-cu il tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqlar üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
16. Abşeron Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(012)-621/2024 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia ərizəsinin təmin edilməsi, cavabdeh "xxxx" MMC tərəfindən ödənilməli olan məbləğin hesabatda əks olunmaqla İddiaçı 2018-ci ilin mart ayından sentyabr ayına kimi əmək haqqından tutularaq hesablanmış 272.96 manat məcburi dövlət sosial sığorta məbləğinin Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmişdir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin j) bəndi, 43-cü maddəsinin 2-ci hissəsi, 54-cü maddəsinin 1ci hissəsi, 22-1, 22-1.2, 22-1.2.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsinin İİ-ci hissəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 124.1, 77.1, 88, 217.3, 217.4, 218.3, 149-cu, 150-ci və 216-236-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
18. Cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(012)-621/2024 nömrəli qətnaməsinin tamamilə ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)-576/2023 saylı xx.xx.2023-cü il qətnaməsi maddi və prosessual hüquq normalarına ziddir. Əvvəlla, iddia tələbi üzrə məhkəmə aidiyyatı pozulmuşdur. Daha sonra, iddia tələbi üzrə mövcud sübutlara düzgün hüquqi qiymət verilməmiş, iddia tələbi tam təsdiqini tapmamışdır. İşəgötürən və işçi arasında yaranmış münasibətlərdə məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabına köçürülməsi prorseduru, borcun yaranması düzgün araşdırılmamışdır. İş üzrə mövcud sübutlar birtərəf qiymətləndirilmişdir. Belə ki, sığortaedən tərəfindən ödənilmiş 100.000,0 manat məcburi dövlət sosial sığorta haqqının MEİS-in “Sığorta” (Hesabat) altsisteminin “Ödənişlər” bölümündə 1 aprel 2022-ci il tarixində öz əksini tapdığı və sözügedən məbləğin 12260,88 manatı aprel-iyun 2022-ci il, qalan 87739,12 manatı avqust 2017 - mart 2018-ci illərin sığorta olunanlar üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqlarına münasibətdə proporsional qaydada bölüşdürülməsi müəyyən olunmamasına baxmayaraq yanlış qeyd edilmişdir. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, hazırkı iddia məhkəmə aidiyyatı dəyişdirilməsinə baxmayaraq iddia müddəti tətbiq edilməmişdir. Halbuki, məhkəmə mübahisəni əmək münasibətlərinə şamil etdiyi halda iddia müddətinin tətbiqi ötürülmüşdür. Belə ki, Məcəllənin 384-cü maddəsində iddia müddətinin şamil edilmədiyi hallar göstərilir. İddiaçı vətəndaş İddiaçı 2018-ci ilin İ rübü üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə hesabat”da sığorta olunan kimi qeyd olunmadığı üçün həmin dövr üzrə məlumatları fərdi şəxsi hesabatında əks olunmaması və cavabdeh MMC-nin bank hesabının mövcud olmaması hallarını araşdırmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun göndərdiyi xx.xx.2024-cü tarixli, 3-17-1/2-97790/2024 saylı borc məbləğinin yaranma səbəbləri haqqında məktubun məcburi dövlət sosial sığorta məbləğinin tutulmasına əsas olmaması, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən xx.xx.2019-cu il tarixindən məcburi dövlət sosia sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqlar üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. Mübahisə üzrə İddiaçı məlumatlarının DVX həvalə edilməsinin icra edilməməsi araşdırılmamışdır. İddiaçı, işçi İddiaçı əmək müqaviləsinə əsasən aldığı əmək haqqına nisbətdə məcburi dövlət sosial sığorta haqı üzrə məbləğin müəyyən edilməməsi, hazırkı məhkəmə aktında qət edilmiş “272.96” manat məbləğin qeyri-müəyyənliyi araşdırılmamışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
21. Cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
22. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
23. Cavabdehlər “Dövlət Sosial Müdafı̇ ə Fondu” Publik Hüquqı̇ Şəxsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə1 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxıdığını bildirdi.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İV. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. V. Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın başqa növlərinin inkişafı üçün imkanlar yaradır.
26. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları j) işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək; l) sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən, sosial sığorta hüququndan istifadə etmək;
Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: j) işçilərin qanunla müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta haqlarının vaxtında və tam həcmdə ödənilməsini təmin etmək; Maddə 54. Əmək şəraitinin təmin edilməsi
1. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir: - işçilərin qanunla müəyyən olunmuş məcburi dövlət sosial sığorta və digər icbari sığorta edilməsini; Maddə 175. Əmək haqqından tutulmalara yol verilən hallar və bunun icrası qaydası
2. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur: a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr; Maddə 304. İşçilərin sosial sığorta olunması
1. Sosial sığorta — müvafiq normativ hüquqi aktlarda nəzərdə tutan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin — əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.
2. İşəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta olunmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin məcburi dövlət sosial sığorta olunması, o cümlədən onun əlavə sığorta olunub-olunmaması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir. Maddə 307. İşçilərin sosial sığorta münasibətlərinin tənzimlənməsi
1. İşçilərin sosial sığorta olunması prinsipləri, sosial sığorta hadisələri və onların müəyyən edilməsi, sosial sığorta üzrə ödəmələrin növləri, sosial sığortanın iştirakçılarının hüquq və vəzifələri, məcburi dövlət sosial sığorta haqqı, ödəmələrin təyin edilməsinin şərtləri və qaydası, vəsaitlərin mənbələri, könüllü və əlavə sığorta üzrə ödəmələrin növləri, habelə sosial sığorta sahəsində digər münasibətlər bu Məcəllə ilə, «Sosial sığorta haqqında»Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının qanunları və onların əsasında qəbul edilmiş başqa normativ hüquqi aktlarla tənzimlənir.
3. Sığorta olunmuş işçinin dövlət sosial sığorta sistemində fərdi uçotu “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir, habelə ona “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta şəhadətnaməsi (polisi) verilir. Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
27. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Sosial sığortanın formaları Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
30. Belə ki, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı xx.xx.2018-ci il tarixində "xxxx" MMC-də bənna vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2018-ci il tarixində "xxxx" MMC ilə bağlanılmış əmək müqaviləsinə AR Əmək Məcəlləsininin 69.3-ə əsasən (öz xahişi ilə) xitam verilmişdir. Cavabdeh AAAF-İNŞAAT MMC tərəfindən 2018-ci ilin İİ-İİİ rübləri üzrə təqdim edilmiş Məcburi dövlət sosial sığorta üzrə hesabatlara əsasən həmin dövrlər üzrə təqdim edilmiş sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətən məcburi dövlət sosial sığorta haqları müəyyən edilmiş faizlər hesablanmış, lakin sığortaedən tərəfindən tam ödənilməməsi səbəbindən məcburi dövlət sosial sığorta haqları az məbləğdə əks edilmişdir. Buna görə də iddiaçı tam pensiya hüququnu əldə edə bilməmişdir. Bu səbəbdən 2018-ci ilin mart ayından sentyabr ayına kimi aylıq 272.96 manat məcburi dövlət sosial sığorta haqqının cavabdeh "xxxx" MMC-dən tutularaq Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi öhdəliyinin qoyulmasını iddia edir.
32. Birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin təmin edilməsi, cavabdeh "xxxx" MMC tərəfindən ödənilməli olan məbləğin hesabatda əks olunmaqla İddiaçı 2018-ci ilin mart ayından sentyabr ayına kimi əmək haqqından tutularaq hesablanmış 272.96 manat məcburi dövlət sosial sığorta məbləğinin Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmişdir.
33. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, işin araşdırılan hallarından və Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş cavabdan göründüyü kimi AAAF- İNŞAAT” MMC işçidən 2018-ci ilin mart ayından sentyabr ayına kimi hesablanmış 272.96 manat məcburi dövlət sosial sığorta haqqını aidiyyəti üzrə müafiq icra hakimiyyətinə ödəməmiş, bunula da iddiaçının pensiyaya çıxmaq hüququ məhdudlaşmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı iddiası əsaslı olduğuna görə iddia ərizəsi təmin edilməli, cavabdeh "xxxx" MMC tərəfindən ödənilməli olan məbləğin hesabatda əks olunmaqla İddiaçı 2018-ci ilin mart ayından sentyabr ayına kimi əmək haqqından tutlaraq hesablanmış 272.96 manat məcburi dövlət sosial sığorta məbləğinin Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmalıdır.
34. Cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(012)-621/2024 nömrəli qətnaməsinin tamamilə ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
35. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, iddia tələbi üzrə məhkəmə aidiyyatı pozulmuşdur. Daha sonra, iddia tələbi üzrə mövcud sübutlara düzgün hüquqi qiymət verilməmiş, iddia tələbi tam təsdiqini tapmamışdır. İşəgötürən və işçi arasında yaranmış münasibətlərdə məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabına köçürülməsi prorseduru, borcun yaranması düzgün araşdırılmamışdır. Eyni zamanda məhkəmə tərəfindən iddia müddətinin tətbiq edilməsinə qiymət verilməmişdir.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq hesab edir ki, tərəfin apellyasiya şikayətində göstərdikləri dəlillər formal əsaslardır, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır, bununla yanaşı apellyasiya şikayətinin dəlilləri üzrə qiymətləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
38. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
39. Kollegiya ilk öncə şikayətin məhkəmə aidiyyat qaydalarının pozulması ilə bağlı dəlilinə münasibət bildirərək bu dəlil ilə razılaşmır və bununla bağlı qeyd edir:
40. Qanunvericiliyin tələbinə görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.
41. Eyni zamanda inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.
42. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir.
43. Araşdırılan işdən göründüyü kimi mübahisənin xarakteri inzabti orqanın hərəkətləri (hərəkətsizliyi) ilə bağlı deyildir, cavabdeh "xxxx" MMC inzibati orqan deyildir, tərəflər arasındakı mübahisə xüsusi hüququn nizamasalma predmetinə daxil olan əmək münasibətlərindən irəli gəlir. Odur ki, kollegiya hesab edir ki, hazırki mübahisənin predmeti mülki mühakimə icraatı qaydasında baxılmalı olan məsələ olmaqla məhkəmə aidiyyatı qaydalarına dair tələblər pozulmamışdır. Şikayətin dəlili əsassızdır.
44. Kollegiya şikayətin maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, mövcud sübutlara düzgün hüquqi qiymət verilməməsinə dair dəlillərini də əsassız hesab edir.
45. Kollegiya hesab edir ki, iş üzrə sübutlar hərtərəfli, tam və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlməklə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.
46. İş üzrə toplanmış və tətqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən "xxxx" MMC tərəfindən 2018-ci ilin İ rübü üzrə təqdim edilmiş Məcburi dövlət sosial sığortası üzrə hesabatda İddiaçı adı sığortaolunan kimi qeyd olunmadığı üçün həmin dövr üzrə məlumatları fərdi şəxsi hesabında əks olunmamışdır. Eyni zamanda 2018-ci ilin ll-lll rübləri üzrə təqdim edilmiş Məcburi dövlət sosial sığortası üzrə hesabatlara əsasən İddiaçı və digər sığortaolunanların məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətdə məcburi dövlət sosial sığorta haqları müəyyən edilmiş faizlə hesablanmış, lakin rüb daxilində ödənilmədiyi üçün fərdi şəxsi hesablarında ödənilmiş məcburi dövlət sosial sığorta haqları əks olunmamışdır.
47. Qanunvericiliyin tələbinə görə hər bir işçinin onunla əmək müqaviləsi bağladığı zaman “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta olunmasının təmin edilməsi işəgötürənin vəzifəsi olaraq nəzərdə tutulmuşdur. İşçilərin qanunla müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqlarının vaxtında və tam həcmdə ödənilməsini təmin etmək işəgötürənin əsas vəzifələrindəndir. Lakin göründüyü kimi işəgötürən -"xxxx" MMC tərəfindən bu vəzifənin yerinə yetirilməsi təmin edilməmiş, nəticədə işçinin – aaşdırılan mübahisə üzrə iddiaçının penisya hüququ məhdudlaşmışdır.
48. Qeyd olunanlara istinadən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirərək iddianın təmin edilməsinə dair qanuni və əsaslı nəticəyə gəlmişdir.
49. Kollegiya şikayətin borcun yaranmasının düzgün araşdırılmamasına dair dəlili ilə də razılaşmır.
50. Belə ki, iş materiallarına əlavə edilmiş Sosial arayışdan görünür ki, İddiaçı işlədiyi "xxxx" MMC-də bənna, daşlar işlədiyi 2018-ci ilin aprel ayından sentyabr ayına qədər gəliri 1091.84 manat müəyyən olunmuş, 272.96 manat məcburi dövlət sosial sığorta ödənişi hesablanmış, lakin məcburi dövlət sosial sığorta ödənişi edilməmişdir. Göründüyü kimi sığorta haqqı üzrə ödənilməmiş borc məbləği Sosial arayış üzrə məlumatlarla müəyyən edilmişdir.
51. Bundan başqa, məhkəmə kollegiyası şikayətin iddia müddətinin tətbiqi barədə dəlilini də əsassız hesab edir.
52. İlk növbədə kollegiya qeyd edir ki, iş materialları kollegiya tərəfindən öyrənilərkən müəyyən olundu ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə heç bir ərizə təqdim olunmamışdır.
53. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir.
54. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
55. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır.
56. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, qanunverici MM-in 375.2-ci maddəsində iddia müddətinin tətbiqi ilə bağlı qaydanı müəyyən edərkən, onu müvafiq ərizənin verilməsi ilə bağlasa da, bu ərizənin verilməsinin hansı məhkəmə qərarının çıxarılmasınadək mümkünlüyünü göstərməmişdir.
57. Məsələni aydınlaşdırmaq üçün nəzərə alınmalıdır ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə mahiyyətcə məhkəməyə ünvanlanmış, lakin işin həllinə yönəlmiş maddihüquq tələbidir. Maddi-hüquq tələbləri isə (məsələn, ilkin və ya qarşılıqlı iddia tələbləri) mövcud mülki prossesual qanunvericiliyin müddəalarına görə yalnız birinci instansiya məhkəməsində yazılı şəkildə verilə bilər. Təsadüfi deyildir ki, digər ölkələrin qanunvericilik təcrübəsində (məsələn, Rusiya Federasiyasının) iddia müddətinin tətbiqi ilə bağlı ərizənin hər hansı məhkəmə qərarı çıxarılanadək deyil, məhz birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək verilə biləcəyi əks etdirilir.
58. İddia müddətinin tətbiqi barədə ərizənin verilməsi qaydasını (subyekt, forma, verilmə anı, məzmun - iddia müddətlərinin keçməsini əks etdirən konkret faktoloji əsas və onun nəticəsində yaranan maddi-hüquq tələbi) ehtiva edən maddi hüquq normasının mövcudluğu, onun daxilində iddia müddətinin tətbiqi ilə bağlı məsələnin həllinin tənzimlənməsi, habelə maddi normanın hüquqyaradıcı və hüququ təminedici təbiəti, bir qayda olaraq, onun hüququn müdafiəsində prosessual normanı qabaqlamasını tələb edir.
59. Ona görə də MPM-in 372.2-ci maddəsinə istinadla və yaxud MPM-in 416-cı maddəsinin tələbləri baxımından tərəfin müvafiq olaraq apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək hüququ istisna olunur.
60. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir.
61. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.
62. Araşdırılan mülki işin materiallarından görünür ki, cavabdeh tərəf birinci instansiya məhkəməsindəki araşdırma zamanı iştirak etmiş, lakin iddia müddəti ilə bağlı birinci instansiya məhkəməsinə heç bir ərizə ilə müraciət etməmişdir. Belə olan halda apelyasiya instansiyası məhkəməsi tərəfindən iddia müddətinin tətbiq edilməsi yolverilməzdir və bu baxımdan məhkəmə kollegiyası iddia müddətinin tətbiqi ilə bağlı məsələyə qiymət verilməsinə zərurət görmür.
63. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh "xxxx" Məhdud Məsuliyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(012)-621/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.