Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1487/2022 22.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(012)-2665/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(012)-2665/2022 nömrəli qərardadı ilə (hakim Elman Məmmədov) İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmış, iddiaçıya iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı şikayət verib, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. Abşeron Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİNHALLARİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edib, vurulmuş zərər 825 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 855 manat məbləğində pulun cavabdehdən tutularaq Birliyin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİNDƏLİLLƏRİ İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 08 aprel 2022-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, qaz paylayıcı İddiaçı İB və istehlakçı Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, AKX-02461xx/xx-2020 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqavilə»si imzalanmış, abonentin (cavabdehin) yaşadığı fərdi yaşayış evini qazla təchiz edir. Müqaviləyə əsasən qaz paylayıcı müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməli, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq qaz paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Vurulmuş ziyan məbləğinin tələb edilməsi ilə bağlı fərdi yaşayış evinin yerləşdiyi yer üzrə Abşeron Rayon Məhkəməsinə müraciət olunmuş, lakin məhkəmə cavabdehin Qəbələ rayonu, Bəyli kəndi ərazisində qeydiyyatda olduğu üçün iddia ərizəsinin Qəbələ Rayon Məhkəməsində baxılmalı olması nəticəinə gəlmişdir. Halbuki MPM-nin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə verilə bilər. Məhz iddiaçı qeyd olunan madənin tələbinə uyğun olaraq hazırki tələb ilə cavabdehə məxsus fərdi yaşayış evinin yerləşdiyi yer üzrə Abşeron Rayon Məhkəməsinə müraciət edilmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı ləğv edilib, iddia ərizəsi icraata qəbul edilərək mahiyyəti üzrə baxılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul etməkdən imtina etdikdə Azərbaycan Respublikası MPM-nin 35.1, 152.1.3, 284-3.1, 284-3.2 və 284-3.5-ci maddələrinə istinad edərək göstərmişdir ki, İddiaçı İB Cavabdeh kimi göstərib iddia ərizəsini Abşeron Rayon Məhkəməsinə versə də, iş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə dair məlumat vərəqəsindən göründüyü kimi Cavabdeh ünvan 1i ünvanında qeydiyyatdadır. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunverciliyin tətbiqində səhvə yol vermiş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Mülki Prosessual Məcəllə: Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 40.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 36.11. İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Maddə 152.1.3. Əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 284-3.1. Ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. Maddə 284-3.2. Ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddiaçının tələbi və onun əsaslandığı hallar; tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar; əlavə edilən sənədlərin siyahısı. Maddə 284-3.5. Ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi MPM-nin 36.11-ci maddəsinin tələbinin yoxlanılması və tələbin həmin maddənin təsiri altına düşüb-düşmədiyinin yoxlanılması üçün iddiçının istinad etdiyi tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AKX-02461xx/xx-2020 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqavilə»sini tələb edib, həmin halı araşdırmadan iddia ərizəsinin geri qaytarılması nəticəsinə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlük məsələsi həll edilərkən həmin hal araşdırılmalı və nəticəsindən asılı olaraq qərar qəbui edilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətidir. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Ona görə də, şikayət təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(012)-2665/2022 nömrəli qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə 17 may 2022-ci il tarixli, 2(012)- 2665/2022 nömrəli qərardadı ləğv edilib, İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinin icrata qəbul edilməsinin mümkünlük məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 273, 274, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(012)-2665/2022 nömrəli qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə 17 may 2022-ci il tarixli, 2(012)-2665/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlük məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1487/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1487/2022
22.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver