Məhkəmə qərarları › İş №2(105)-1489/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1489/2020

22.09.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1489/2020 22.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X12 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı nümayəndəsi X7 iştirakı ilə, İddiaçı ARDNŞ İddiaçı Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)- 76/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi barədə iddia tələbi təmin edilməmiş, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun İddiaçınə aid edilməsi, iş üzrə 50 manat ekspertiza xərcinin İddiaçındən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. (hakim Z.Tahirov) Qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)- 2983/2019 saylı qətnaməsilə apelyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(102)- 538/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)-2983/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı X10 Qaz X2 325 mm diametrli “Quba QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Quba rayonu, Barlı kəndi ərazisində Cavabdeh məxsus yarım tikilinin sökülməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı tərəfə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı zərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri xxxxxxxxı»-nın və Az DTN 2.9-2 X11 X1 pozularaq, İddiaçı X10 X13 balans və istismarında olan 325 mm diametrli “Quba QPS qolu” yüksək təzyiqli (12-25 atm) yeraltı magistral qaz kəmərinin mühafizə zonasında, Quba rayonu, Barlı kəndi ərazisində kəmərdən 24 metr məsafədə yarım tikili inşa olunmuşdur. Magistral qaz kəmərlərinin mühafizə zonalarında inşa edilmiş tikililərlə əlaqədar Quba Rayon İcra Hakimiyyətinə, Quba Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə məlumat verilmiş və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, W3 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri xxxxxxxxı»-na əsasən magistral qaz kəmərinin orta oxundan hər tərəfə şərti xəttlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası təyin edilmişdir. Həmin xxxxxxxxa əsasən mühazifə zonasında kəməri istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı bir tikinti-quraşdırma işlərinin aparılması qəti qadağandır. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Cavabdehə məxsus, buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və xxxxxxxxını ciddi surətdə pozmaqla inşa olunan tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də həmin tikili sökülməlidir. Bundan əlavə, xxxxxxxxın 2.23-cü bəndinin tələblərinə əsasən X11nin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərini istsmar edən orqanla razılaşdırılmalıdır. Belə bir razılaşma isə mövcud deyildir. Həmçinin xxxxxxxxın 2.7-ci bəndinə əsasən, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarınınqarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilmişdir və həmin xxxxxxxxın 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər tərəfindən Dövlət Nef Şirtəki və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır. Cavabdehin təhlükəsizlik zonasında inşa etdiyi tikili həm özü, həm də ətrafdakılar üçün ona məlum səbəblərdən (özünün kobud ehtiyatsızlığı nəticəsində) yüksək təhlükə mənbəyi hesab olunmaqla, həm özü tərəfindən, həm də digərləri tərəfindən ala bilinən zərərlərə görə məsuliyyət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108 və 1116-cı maddələrinə əsasən təqsirli şəxs kimi özünün üzərinə düşür. İddiaçı X10 X19 tərəfindən cavabdehə inşa etdiyi tikintinin adıçəkilən qaz kəmərinin mühafizə zonasında yerləşdiyi, orada hər hansı tikintinin aparılmasının qadağan olması və bunun potensial təhlükə mənbəyi olduğu barədə bildiriş məktubu ilə müraciət olunmuşdur. Göstərilənlərə əsasən bu yaşayış evinin sökülməsi üçün əsaslar vardır və iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri bundan ibarətdir ki, birinci instansiya məhkəməsi yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi tələbini rədd etməklə xx xxxx 1998-ci il tarixli, 513-İQ nömrəli “Qaz Təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri xxxxxxxxı”nın və digər qanunvericilik normalarının tələblərini nəzərə almamış, cavabdeh tərəfindən yüksək təzyiqli qaz kəmərinin təhlükəsiz istifadəsinə mane olmağına və bununla da vətəndaşların həyatını təhlükə altında saxlamağına düzgün qiymət verməmişdir. Buna görə də qətnamə ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı nümayəndəsi X8 apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verib, şikayətin təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh bir sıra teleqramlar göndərmiş, məhkəmə iclasını dəfələrlə təxirə salmış, son nəticədə məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş xx xxxxxxx 2011-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X9 tam mülkiyyət hüququ əsasında ona məxsus olan Quba rayonu, Barlı kəndində yerləşən 0,0619 ha torpaq sahəsini 4000 manata Cavabdeh satmışdır. Yenə iş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinin torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Quba rayon DNK-nın xx.xx.2011-ci il tarixli, 4Ə/02-251 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh satılmış 0,0619 ha torpaq sahəsi dövlət torpaq kadastr kitabında xx.xx.2012-ci il tarixdə, AA 022631 sayı ilə uçota alınmışdır. Yenə də iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışdan görünür ki, Quba rayonu, Barlı kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0,0619 ha torpaq sahəsinə Cavabdeh xüsusi mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İşə əlavə edilmiş xx.xx.2016-cı il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri xxxxxxxxı»nın və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2009-cu tarixli, 17 saylı əmri ilə təsdiq edilmiş «2.9-2 Azərbaycan Respublikasımın Dövlət Tikinti Normaları» nın tələblərinin pozularaq, Quba rayonu, Barlı kəndində Cavabdeh tərəfindən 325 mm-lik Quba QPS qaz kəməri qolu magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 24 metr məsafədə yarımtikili inşa edilmişdir. Yenə işdə olan məhkəmə tikinti-texniki ekspertizasının xx xxx 2018-ci il tarixli, 8570 saylı rəyindən görünür ki, 325 mm. diametrli «Quba QPS qolu» yüksək təzyiqli qaz kəmərinin magistral qaz kəməri olduğu müəyyən edilmişdir. Tədqiq olunan ərazidən yerüstü qaz kəmərinin keçməsini, kəmərin istiqamətini 50 metr məsafədə müəyyən edilmiş mühafizə zolağını, cavabdehin inşa etdiyi tikilinin planı yerləşməsini və Siyəzən MQKS-nin nümayəndələrinin tərtib etdiyi aktın göstəricilərini nəzərə alarıq, X17 X2 325 mm. diametrli «Quba QPS qolu» yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərindən 24,0 metr məsafədə Quba rayonu, Barlı kəndində yerləşən Cavabdeh məxsus eni 9 metr, uzunluğu 14 metr, hündürlüyü 1,8 metr olan yarımtikili inşa edildiyi və həmin tikilinin qaz kəmərinin mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Quba Rayonu, Barlı Bələdiyyəsinin 68 nömrəli, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh Quba rayonu, Barlı kəndində xx.xx.2011-ci il tarixində X5 aldığı AA022631 reyestr nömrəsi –kod **********98 olan həyətyanı torpaq sahəsi 1994-cü ildə Quba rayonu, H.B.Zərdabi adına sovxoz-zavod tərəfindən fərdi yaşayış evi tikmək üçün verilmiş və həmin həyətyanı torpaq sahəsində istifadəyə yararsız yarımtikili tikilmişdir. Fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılmış torpağın torpağın mülkiyyətə verilməsinə dair cavabdehə çıxarış verilmişdir. Həmin torpaq sahəsi üzərində cavabdehin sahiblik, istifadə və sərəncam hüquqları vardır. MƏHKƏMƏNİNHÜQUQİMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən nümayəndənin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməli,Quba Rayon Məhkəməsinin 2(027)-76/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh xx xxxxxxx 2011-ci il tarixli, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X6 Quba rayonu, Barlı kəndində yerləşən 0,0619 ha torpaq sahəsini almış və onun mülkiyyət hüquqları rəsmi reyestrdə xx.xx.2012-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Bu torpaq sahəsində cavabdeh tərəfindən yarım tikili inşa edilmiş, lakin Siyəzən Magistral X13 nümayəndələri tərəfindən xx.xx.2016-cı il tarixli aktla müəyyən edilmişdir ki, bu tikili 325 mm-lik Quba QPS qaz kəməri qolu magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 24 metr məsafədə inşa edilmişdir. Bundan sonra, ARDNŞ İddiaçı Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə və Mülki Məcəlləsinin 152.1,157.8-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmənin gəldiyi bu nəticə ilə aşağıda qeyd edilən əsaslara görə razılaşmaq olmaz. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, X17 X2 325 mm diametrli “Quba QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərindən 24,0 metr məsafədə Quba rayonu, Barlı kəndində yerləşən Cavabdeh məxsus olan eni 9 metr, uzunluğu 14 metr, hündürlüyü 1,8 metr olan yarımtikili inşa edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və xxxxxxxxını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinin tələbinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Yenə həmin Məcəllənin 180.4-cü maddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və xxxxxxxxını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 2-ci hissəsinə görə, mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli Fərmanının 2-ci bəndində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak X11nin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Birinci instansiya məhkəməsi cavabdehə məxsus torpaq sahəsində inşa edilmiş yarımçıq tikilinin ərazidən keçən X17 X2 325 mm diametrli “Quba QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərindən 24,0 metr məsafədə mühafizə zonasında yerləşməsinə və bu halın mübahisəli yarımçıq tikiliyə cavabdehin hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina üçün əsas sayılmasına dair işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri xxxxxxxxı”nın 2.23-cü bəndinə əsasən, X11nin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin “xxxxxxxx”ın 2.24-cü bəndinə əsasən, kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu xxxxxxxxı pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövləttikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi xxxxxxxxı və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir. “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx xxxx 2002-ci il tarixli Qərarında Konvensiyanın 2-ci maddəsi (yaşamaq hüququ) üzrə Avropa Məhkəməsi bir daha xatırladır ki, Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur. Həmin Qərarın 63-cü bəndində göstərilir ki, həyata qarşı ehtimal olunan hər bir təhlükə dövlət orqanlarının üzərinə həmin riskin qarşısını almaq üçün konkret tədbirlər görmək öhdəliyini qoymasa da, məsələn, əgər müəyyən edilsə ki, dövlət orqanları insanın və ya insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar idilər və ya xəbərdar olmağa borclu idilər və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görməyiblər, o halda vəziyyət fərqlidir. Birinci instansiya məhkəməsi mübahisəli yarımçıq tikilinin lazımi icazə alınmadan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş layihə olmadan tikilməsinə, həmin tikilinin sözügedən “xxxxxxxx”ın tələbləri pozulmaqla magistral qaz kəmərinin mühafizə zonasında inşa edilməsinə, bunun ilk növbədə gələcəkdə cavabdehin həyatı üçün yüksək təhlükə mənbəyi olacağına, sözügedən qaz kəməri ilə yüksək təzyiqli qaz nəql olunduğu üçün onun gələcəkdə zədələnməsi və ya qaz sızması baş verməsi halında bunun qarşısı alınmaz xoşagəlməz nəticələr doğuracağına, magistral qaz boru kəmərinin torpaq sahəsinin cavabdehin mülkiyyətinə verilməsindən əvvəl inşa edilməsinə əhəmiyyət verməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsi cavabdehin mülkiyyətində olması barədə hüquq müəyyənedici sənəd olsa belə, işin yuxarıda göstərilən halları iddianın əsaslı olmasını göstərir. Başqa sözlə, cavabdehin adına reyestrdən çıxarışın olması belə, hazırkı əsaslı iddianın rədd edilməsi üçün əsas sayıla bilməz. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi sadalanan hallara düzgün qiymət verməmiş, tamamilə formal əsaslara görə İddiaçı qanuni tələbini təmin etməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır. Məhkəmə iş üzrə göstərilən halları tam araşdırmamış, yarımçıq tiklinin və mübaisəli torpaq sahəsində başqa tikililərin inşa edilməsinin cavabdehin özünə və ya ərazidə yaşayan digər şəxslərə vura biləcəyi təhlükə və zərərlərə düzgün qiymət verməmiş, yüksək təhlükə mənbəyi olan həmin yarımçıq tilkilinin sökülməməsi barədə işin faktiki hallarına uyğun gəlməyən nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı istər iddiasına, istərsə də apelyasiya şikayətinə dair dəlillərini sübut edə bilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki,birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına düzgün qiymət vermədiyindən qətnamə ləğv olunmalı, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrəQuba Rayon Məhkəməsinin 2(027)- 76/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasəniddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat, apelyasiya və kassasiya şikayətlərinin verilməsi üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməli, 50 manat ekspertiza xərci isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-76/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin və iddia təmin olunsun. İddiaçı X10 Qaz X2 325 mm. diametrli “Quba QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Quba rayonu, Barlı kəndi ərazisində Cavabdeh məxsus yarım tikili sökülsün. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat, apelyasiya və kassasiya şikayətlərinin verilməsi üçün ödənilmiş cəmi 10 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq İddiaçınə qaytarılsın. Aparılmış ekspertiza tədqiqatının xərci olan 50 manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK CTREAZ.22 Hesab AZ34CTRE******************** hesabına köçürülsün. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Zaur Məmmədov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar