Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1491/2023 10.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh ("xxxx" ASC üçüncü şəxs kimi qeyd edilən) qarşı “mənzildən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 mart 2023-cü il tarixli, e-2(060)-925/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(060)-887/2020 nömrəli qətnaməsi ilə köçürüldüyü Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən iki mərtəbəli 257 nömrəli fərdi yaşayış evindən, kommunal xidmətlərdən, həmin evin qaz, işıq, su xəttindən, sanitar qovşağdan istifadəsinə hər hansı maneənin törədilməməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehə qarşı onun cavabdehlə birgə nikah dövründə inşa etdikləri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən 2 mərtəbəli, 257 nömrəli fərdi yaşayış evinə köçürülməsi və digər tələblər barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi, 257 saylı evə köçürülməsi barədə iddiası təmin edilmişdir. Cavabdeh onun həmin mənzilə köçürülməsi barədə qətnamə olduğu halda uzun müddət onun ora köçməsinə hər şəkildə mane olmuş və o, uzun müddət sonra icra məmurunun köməkliyi ilə orada yaşamağa başlamışdır. Lakin bir müddətdir ki, cavabdeh həmin evdəki qaz, işıq, su xəttini kəsməklə, evdə yaşamaq üçün hər cürə şəraiti yox etməklə onun həmin mənzildən istifadəsinə maneələr yaradır. Bundan başqa cavabdeh qapını bağlayaraq onun sanitar qovşaqdan istifadə etməsinə də maneəçilik törədir. Bu şəraitdə onun məhkəmə qətnaməsi ilə köçürüldüyü mənzildən istifadə etməsi heç cürə mümkün deyildir. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 17 mart 2023-cü il tarixli, e-2(060)-925/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək İddiaçı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən iki mərtəbəli 257 nömrəli fərdi yaşayış evindən, kommunal xidmətlərdən, həmin evin qaz, işıq, su xəttindən, sanitar qovşaqdan istifadəsinə hər hansı maneənin törədilməməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması qət edilmişdir (hakim Emin Abdullayev). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 17 mart 2023-cü il tarixli, e-2(060)-925/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, İddiaçı ilə faktiki, xx.xx.2005-ci il tarixdə isə rəsmi nikah qeydiyyatdan keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan övladları olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçı 2019-cu ilin iyul ayında mənzili tərk etmişdir. Aralarında 4 ilə yaxındır ki, məhkəmə çəkişmələri gedir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-887/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ona qarşı “mənzil hüquqlarının müəyyən edilməsi və mənzilə köçürülmə” tələbinə dair iddiası qismən təmin edilərək, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi, 257 saylı evdən İddiaçı onunla bərabər istifadə imkanlarının müəyyən edilməsi və İddiaçı həmin ünvana köçürülməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-869/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-887/2020 saylı, xx.xx.2020 tarixli qətnaməsi qismən, Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsi, Xətai küçəsi, 257 saylı evdən İddiaçı ilə onun bərabər istifadə imkanlarının müəyyən edilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4794/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-869/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsindən göründüyü kimi onların mənzildən bərabər istifadə imkanlarının müəyyən edilməsi hissəsində iddia təmin edilməmiş, iddiaçı yalnız mənzilə köçürülmüşdür. Qətnamə 2022-ci ilin noyabr ayında icra olunmuş, iddiaçı ilə birlikdə bir evdə yaşamaq mümkün olmadığı üçün o, məcbur olub evi tərk etmişdir. İddiaçı da bundan sui-istifadə etmiş, istədiyi vaxt evə gedib-gəlmiş, bəzən evin çöl qapısını açıq qoymuş, gündüz işıqları söndürməmiş, bəzən qazı açıq qoymuş, bir növ bir sözlə evdə real təhlükəli vəziyyət yaratmışdır. Bununla da Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, həmin maddənin tələbinə görə, yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Məhkəmədə iştirak etmədiyi üçün bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə qaz istismar idarəsinin və "xxxx" ASC-nin yerli təşkilatlarını işə cəlb etməklə bunun səbəbini araşdıra bilərdi. Lakin məhkəmə həmin vəzifələri onun üzərinə qoymaqla qanunun tələblərini pozmuşdur. Onun etdiyi hərəkət valideynləri tərəfindən tikilmiş evinin təhlükəsizliyini təmin etməkdir. Əgər iddiaçı daimi əsaslarla həmin evdə yaşayırsa müvafiq qurumlara müraciət etsin, onunla qaz və işıq verilməsinə dair müqavilə bağlasınlar və işlətdiyi qaz və işığın sərfiyyatını da özü ödəsin. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 2003-cü ildə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuş, xx.xx.2005-ci ildə isə aralarındakı faktiki nikah münasibətini rəsmiləşdirmiş, birgə nikahdan uşaqları olmamışdır. Tərəflər ailə həyatı qurduqdan sonra birgə nikahda olduqları dövrdə, yəni 2010-cu ildə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən torpaq sahəsi əldə etmişlər və həmin torpaq sahəsi üzərində 2011-ci ildə iki mərtəbəli fərdi yaşayış evi tikdirmişlər və həmin evdə yaşamağa başlamışlar. Lakin 2019-cu il tarixdə tərəflər arasında olan münasibətlər pisləşmiş və iddiaçı cavabdehlə birgə nikah dövründə tikdirdikləri evdən çıxarıldığından İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh Müstəcab oğlu ilə birgə nikah dövründə əldə etdikləri (tikdirdikləri) Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evi üzərində, həmin yaşayış evinin birgə nikah dövründə əldə edilmiş olması nəzərə alınaraq onun və cavabdehin bərabər istifadə imkanlarının müəyyən edilməsi və onun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən iki mərtəbəli 257 nömrəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-887/2020 saylı, 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi, 257 saylı evdən İddiaçı ilə Cavabdeh bərabər istifadə imkanlarının müəyyən edilməsi, İddiaçı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən 257 nömrəli fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-869/2021 nömrəli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-887/2020 saylı, 13 oktyabr 2020-ci il tarixli qətnaməsi qismən, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi, 257 saylı evdən İddiaçı ilə Cavabdeh bərabər istifadə imkanlarının müəyyən edilməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4794/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-869/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Məhkəmə qətnaməsi icra olunaraq İddiaçı mübahisəli Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi, 257 saylı evə köçürülmüşdür. Hazırda İddiaçı qeyd edilən fərdi yaşayış evində onun yaşamasına cavabdeh tərəfindən maneə törədildiyini əsas gətirərək köçürüldüyü Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən iki mərtəbəli 257 nömrəli fərdi yaşayış evindən, kommunal xidmətlərdən, həmin evin qaz, işıq, su xəttindən, sanitar qovşağdan istifadəsinə hər hansı maneənin törədilməsinin cavabdehə qadağan olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək İddiaçı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən iki mərtəbəli 257 nömrəli fərdi yaşayış evindən, kommunal xidmətlərdən, həmin evin qaz, işıq, su xəttindən, sanitar qovşaqdan istifadəsinə hər hansı maneənin törədilməməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını qət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisəli fərdi yaşayış evi özbaşına tikili olmaqla tərəflərin heç birinin həmin ev üzərində mülkiyyət və ya qanuni istifadə hüquqları mövcud olmasa da, həmin ev faktiki olaraq mövcud olduğundan və qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında iddiaçı həmin evə köçürüldüyündən həmin evə iddiaçının yaşayış yeri kimi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Göründüyü kimi iddiaçının mübahisəli fərdi yaşayış evində yaşamaq hüququ qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən əmələ gəlsə də, cavabdeh iddiaçının mübahisəli evdə yaşamasına maneələr törətməklə iddiaçının həmin hüququnu pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir və bildirir ki, iddiaçının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən 257 nömrəli fərdi yaşayış evinə köçürülmüş, İddiaçının da cavabdeh kimi mübahisəli evdən sərbəst, rahat və maneəsiz istifadə edilməsinə maneə yaradıla bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli evdən cavabdeh kimi iddiaçının da istifadə etmək hüququ olduğundan İddiaçı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən iki mərtəbəli 257 nömrəli fərdi yaşayış evindən, kommunal xidmətlərdən, həmin evin qaz, işıq, su xəttindən, sanitar qovşaqdan istifadəsinə hər hansı maneənin törədilməməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 17 mart 2023-cü il tarixli, e-2(060)-925/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1491/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1491/2023
10.08.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver