Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1497/2023 24.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Əhmədov Elman Məmməd oğlu və Rəhimov Elman Gülbaba oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, onun vəkili Vəkil2 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(060)-1708/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 uşaqları 2006-cı il təvəllüdlü X12 və 2011-ci il təvəllüdlü X24 oğlu ilə birlikdə, həmçinin Cavabdeh3 Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, ev 2, 46 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1977-ci il tarixli, 04/2330 nömrəli order əsasında Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, ev 2, 46 saylı mənzil ona məxsusdur. Cavabdehlərdən Cavabdeh1 onun oğlu, Cavabdeh2 gəlini, Cavabdeh3 isə qızıdır. Cavabdehlər uzun müddətdir onunla yaşamırlar. Belə ki, cavabdehlərdən Cavabdeh1 ünvan 1 ünvanında özünə məxsus fərdi yaşayış evi inşa etmiş və həmin ünvanda da yaşayır. Həmin fərdi yaşayış evi yüksək səviyyədə inşa edilmiş və bütün kommunal xidmət sahələri ilə təchiz edilmiş, oğlu da X2 vergi ödəyicisidir. Cavabdehlər mənzilə dair heç bir hüquq, vəzifə yerinə yetirmirlər. Mənzildə onlara dair heç bir əmlak mövcud deyildir, əksinə oğlunun ayrıca evi olmasına baxmayaraq, iddiaçının da öz evində rahat yaşamağına imkan vermir. Qızı isə 10 ildən çoxdur ailə həyatı qurub və daimi yaşamaq üçün həyat yoldaşının Bakı şəhərində yerləşən mənzilinə köçmüşdür. Mənzil ilə onun heç bir əlaqəsi yoxdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, cavabdeh Mədinə onun bacısı, Elçin isə bacısının həyat yoldaşıdır. Cavabdehlər hazırda mübahisəli mənzildə yaşayırlar. Fərdi yaşayış evini onunla qardaşı almışdır. Onlar Xızı rayonunda qeydiyyatda olduqlarından sənədləşmənin problemsiz baş tutması üçün kommunalları Cavabdeh1 adına keçirmişlər. Torpaq sahəsini alarkən orada yarımtikili kimi bir şey vardı. Əsaslı tikinti işlərini o, həyata keçirmiş, cavabdehlər sadəcə həmin fərdi yaşayış evinə nəzarət etmək üçün bəzən gəlib-gedirlər. Çünki o və qardaşı Xızıda yaşayırlar və həmin evə daim nəzarət edə bilmirlər. Həmin sahəni Elvin adlı şəxsdən 30.000 manata almışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, cavabdeh Elçinlə ailəvi dostluqları var. Cavabdehlər Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 uşaqları ilə birlikdə mübahisəli mənzildə yaşayırlar. O, səhər Cavabdeh1 uşaqlarını öz uşaqları ilə birlikdə avtomobili ilə məktəbə aparır. A.Rzayev küçəsindəki fərdi yaşayış evini Yarbala almış, Yarbala özü rayonda yaşamış, həmin evi Elvin adlı şəxsdən almışdır. Yarbala evi Elvindən alan vaxt orada ev hazır idi. Elvin özü də həmin evdə yaşayıb. Sumqayıt Şəhər Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(060)-1708/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh3 Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, ev 2-də yerləşən, 46 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab olunması qət edilmişdir (hakim Emin Abdullayev). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(060)-1708/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmayan hissəsində iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.1977-ci il tarixli, 04/2330 nömrəli order əsasında, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, ev 2 ünvanında yerləşən, ümumi sahəsi 30.06 kv.m., 2 otaqdan ibarət olan 46 saylı mənzil ona məxsusdur. Cavabdehlərdən Cavabdeh1 oğlu, Cavabdeh2 gəlinidir. Cavabdehlər uzun müddətdir onunla yaşamırlar. Belə ki, cavabdehlərdən Cavabdeh1 ünvan 2 ünvanında özünə məxsus fərdi yaşayış evi almış və həmin ünvanda da yaşayır. Fərdi yaşayış evi yüksək səviyyədə inşa edilmiş və bütün kommunal xidmət sahələri ilə təchiz edilmiş, həmçinin oğlu X5 vergi ödəyicisidir. Cavabdehlər mənzilə dair heç bir hüquq və vəzifə yerinə yetirmirlər. Mənzildə onlara dair heç bir əmlak mövcud deyildir, əksinə oğlunun ayrıca evi olmasına baxmayaraq, onun da öz evində rahat yaşamağına imkan vermir. Yuxarıda qeyd etdiyi kimi oğlu ailəsi ilə birlikdə özlərinə hazırki evin kvadratından 3 dəfə artıq torpaq sahəsini də nəzərə alsaq, 10 dəfə artıq müasir tipli yeni yaşayış evi inşa etmiş və daimi əsaslarla orada yaşayırlar. Lakin bu yaşlı vaxtında ona iki otaqlı kiçik mənzilində rahat yaşamığına imkan vermirlər. Məhkəməyə müraciət etdikdən sonra tələmtələsik bəzi xırda əşyalarla onun mənzilində yaşayırlarmış kimi görüntü yaratmışlar, guya təcili tibbi yardım uşağa baxmaq üçün ora gəlmiş, ailə dostları şahid kimi ifadə verərək, guya uşaqları məktəbə onun mənzilindən aparmış, Xızı rayanonun Şurabad kəndində yaşayan oğlunun qaynı da şahid kimi ifadə verərək, guya evin ona məxsus olduğunu, lakin oğlunun adına alındığını söyləmişdir. Bütün bunlar məhkəmədə görüntü yaratmaq üçün təqdim edilmiş sübutlar olmuş, məhkəmə də bu sübutlara inanmışdır. Lakin Sumqayıt şəhəri Z.Tağıyev Bələdiyyəsinin verdiyi arayışa, həmçinin Mənzil İstismar Sahəsinin verdiyi rəsmi arayışlara hüquqi qiymət verməmişdir. Bununla da iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi onun hüquqlarını kobud şəkildə pozmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 nümayəndəsi olduğu şəxsin adına Dövlət Mənzil Fondu tərəfindən ev verildiyini, onun yaşlı insan olduğunu, təqdim etdikləri sənədlərdən də göründüyü kimi cavabdehlərdən Cavabdeh1 ünvan 2 ünvanında özünə məxsus fərdi yaşayış evi aldığını və həmin ünvanda da yaşadığını, məhkəmənin yalnız şahid ifadələrinə əsaslanaraq qətnamə çıxardığını bildirərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 qaynı Yarbala Xızı rayonunda qeydiyyatda olduğu üçün bələdiyyədən torpağı onun adına aldığını, buna görə də adına torpaq sahəsinin olmasını inkar etmədiyini, 15 ildir ki, mübahisə predmeti olan evin 1 otağında qaldığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 cavabdehlərin mübahisəli mənzildə yaşadıqlarını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşadıqlarını və bütün kommunal xərclərin onlar tərəfindən ödənildiyini bildirərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh3 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt şəhər zəhmətkeş deputatları soveti icraiyyə komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1977-ci il tarixli, 04/2330 nömrəli orderin təsdiq olunmuş surətindən görünür ki, mübahisəli mənzil İddiaçı verilmiş və orderdə iddiaçının ailə üzvləri kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, 56186225 nömrəli arayışdan görünür ki, ünvan 3 ünvanında xx.xx.1951-ci il təvəllüdlü İddiaçı, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh1, xx.xx.1980-ci il təvəllüdlü X16, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh2, xx.xx.2011-ci il təvəllüdlü X24 oğlu, xx.xx.2011-ci il təvəllüdlü X17, xx.xx.2006-cı il təvəllüdlü X12 və xx.xx.2011-ci il təvəllüdlü X13 qeydiyyatdadırlar. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 21 saylı Mənzil- Kommunal sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 257 saylı arayışdan görünür ki, ünvan 3 ünvanında İddiaçı və onun ailə üzvləri - Cavabdeh1, X16, Cavabdeh3, Cavabdeh2, X12, X24 oğlu, X17 və X13 daimi qeydiyyatdadırlar. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 21 saylı Mənzil- Kommunal sahəsi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ünvan 4 ünvanında yaşayan X4, ünvan 5 ünvanında yaşayan X18 və ünvan 6nvanında yaşayan X6 cavabdehlərin mübahisəli mənzildə yaşamadıqlarını öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Sumqayıt şəhəri X9 vəkil sorğusuna verdiyi xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Cavabdeh1 Ağoğlan Rzayev küçəsi, ev 9 A ünvanında ona məxsus sənədsiz, faktiki istifadəsində olan 300 kv.m. torpaq sahəsi və 80 kv.m. fərdi yaşayış evi mövcuddur. Cavabdeh1 2021-ci ildə X2 torpaq və əmlak vergisi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” X1 Sistemində vətəndaş Cavabdeh3 ilə X8 birgə nikah aktı xx.xx.2013-cü ildə 2186 saylı akt qeydi ilə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər X3 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1 adına Sumqayıt şəhər X9 tərəfindən torpaq sahəsinin ayrılması barədə rəsmi qərarı mövcud deyildir. Lakin qəsəbənin Ağoğlan Rzayev küçəsi, ev 9 A ünvanında ona məxsus sənədsiz, faktiki ifadəsində olan 300 kv.m. torpaq sahəsi və 80 kv.m. fərdi yaşayış evi mövcuddur. Cavabdeh1 2021-ci ildə X2 torpaq və əmlak vergisi ödəyicisi kimi qeydiyyata alınmışdır. İddiaçının adına Sumqayıt şəhər X2 hər hansı bir sənədli və sənədsiz torpaq sahəsi və ya əmlak qeydiyyata alınmamışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)- 6592/2019 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh2 cavabdehlər İddiaçı, X16 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2 mübahisəli mənzilə istifadə hüququ tanınmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək Cavabdeh3 Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, ev 2-də yerləşən, 46 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab olunmasını, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, yalnız Cavabdeh1 vergi ödəyicisi kimi həmin torpaq sahəsi və ev üzrə bələdiyyədə qeydə alınmışdır. Bu hal isə həmin ünvanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşayış yeri olması qənaətinə gəlməyə imkan vermir. Həmçinin iş üzrə məhkəmə iclasında ifadə verən şahidlər öz ifadələrində ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh2 qardaşı Yarbala Zeynalova məxsus olduğunu, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin ünvanda deyil, mübahisəli mənzildə daimi yaşadıqlarını, həmin fərdi evə isə bəzən nəzarət etmək üçün gedib-gəldiklərini bildirmişlər. Eyni zamanda cavabdehlərin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş videodiskdə olan videomaterialdan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sərbəst şəkildə mübahisəli mənzilin qapısını açaraq mənzilə daxil olduğu, mübahisəli mənzildə onlara məxsus otağın və məişət əşyalarının olduğu aydın olur. Qeyd edilənlər isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzildə yaşadıqlarını təsdiq edir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan uşaqlarının mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməsi hissəsində təmin edilə bilməz. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı müəyyən edildi ki, Sumqayıt şəhər zəhmətkeş deputatları soveti icraiyyə komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin xx.xx.1977-ci il tarixli orderinə əsasən mübahisəli mənzil İddiaçı verilmiş, həmin orderdə iddiaçının ailə üzvləri kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 göstərilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddiaçının ailə üzvləri kimi mübahisəli mənzildə yaşamışlar. Cavabdeh2 isə Cavabdeh1la xx.xx.2005-ci il tarixdə nikaha daxil olaraq mübahisəli mənzildə yaşamağa başlamış, mübahisəli mənzil hazırki vaxtadək özəlləşdirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə tələbə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş və icarə hüquq münasibətlərini tənzimləyən Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Həmin Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla — mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Həmin Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 1977-ci il tarixdən Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, ev 2, 46 saylı mənzildə mənzilin kirəçisi X10 ilə birlikdə ailə üzvü kimi yaşamaqla həmin vaxtdan mübahisəli mənzildən istifadə hüququ əldə etmiş, digər Cavabdeh2 da iddiaçının oğlu ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat apardığından icarədarın ailə üzvü hesab edilməklə mübahisəli mənzildən istifadə hüququ əldə etmişdir. İddiaçı apellyasiya şikayəti ilə məhkəmə kollegiyasına müraciət edərək şikayətində cavabdehlərdən Cavabdeh1 ünvan 1 ünvanında özünə məxsus fərdi yaşayış evi inşa etdiyini, ailəsi ilə birlikdə həmin evdə yaşadığını, həmin evə görə oğlunun Bələdiyyəyə vergi ödədiyini, mənzildə onlara dair heç bir əmlak mövcud olmadığını, Xızı rayanonun Şurabad kəndində yaşayan oğlunun qaynı da şahid kimi ifadə verərək, guya evin ona məxsus olduğunu, lakin oğlunun adına alındığını, bütün bunların məhkəmədə görüntü yaratmaq üçün təqdim edilmiş sübutlar olduğunu, Sumqayıt şəhəri Z.Tağıyev Bələdiyyəsinin verdiyi arayışa, həmçinin Mənzil İstismar sahəsinin verdiyi rəsmi arayışlara hüquqi qiymət verilmədiyini qeyd etmişdir. Məhkəmə kollegiyası İddiaçı şikayətinin Cavabdeh1 ünvan 1 ünvanında özünə məxsus fərdi yaşayış evi inşa etdiyini, ailəsi ilə birlikdə həmin evdə yaşadığını, həmin evə görə oğlunun Bələdiyəyə vergi ödəməsi dəlili ilə bağlı aşağıdakıları qeyd edir. Yuxarıda qeyd olunan Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Mənzil Məcəlləsinin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan qərarına görə yaşayış sahəsinə olan hüquqlardan məhrum edilməsi yalnız iki haldan biri mövcud olduqda: birincisi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və digər qanunvericilik aktlannda göstərilən əsaslarla, yəni şəxs daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya daimi yaşamaq üçün həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə və ikincisi; məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda mümkündür. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzil Sumqayıt şəhər zəhmətkeş deputatları soveti icraiyyə komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin xx.xx.1977-ci il tarixli, 04/2330 nömrəli orderi ilə İddiaçı 2 nəfərdən ibarət ailə üzvləri olmaqla ( Cavabdeh1 və Cavabdeh3) verilmişdir. Məhkəmə kollgiyası ilk növbədə iddia tələbinin Cavabdeh1 aid olan hissəsi ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən cavabdeh iddiaçının övladı olmaqla, 1977-ci il tarixdən həmin mənzildə qeydiyyatda olmaqla həmin mənzildə yaşamışdır. Qeyd edilən hallar işin mübahisəsiz hallarıdır. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən cavabdehin mənzil qanunvericiliyinin tələbinə əsasən mübahisə predemti olan mənzilə dair istifadə hüquqları yaranmışdır. Mənzil qanunvericiliyinin qeyd edilən normalarının tələbinə əsasən həmin şəxsin mənzildən istifadə hüququndan məhrum edilməsi yalnız onun həmin mənzildən daimi olaraq başqa yaşayış sahəsinə köçürüldüyü halda mümkündür. İndiki halda isə Cavabdeh1 hazırda da həmin evdə yaşaması işin mübahisəsiz halı olduğundan, habelə həmin mənzildən daimi köçüb getməsi halı məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən (iddiaçı tərəfindən heç bir mötəbər sübut təqdim edilmədiyindən), məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qeyd edilən cavabdehə aid olan hissədə əsassız olmaqla təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən yeganə sübut qismində qonşular tərəfindən tərtib olunmuş akt təqdim edilmişdir ki, həmin aktda qeyd edilən hal yəni cavabdeh həmin mənzili daimi tərk etməsi halını məhkəmə araşdırması müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi Cavabdeh1 aid olan hissədə əsassız olmaqla, təmin edilməməlidir. Cavabdeh2 iddiaçının gəlini olmaqla iddiaçının oğlu, yəni digər Cavabdeh1la xx.xx.2005-ci il tarixdə nikaha daxil olaraq mübahisəli mənzildə yaşamağa başlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin tələbinə əsasən cavbdeh Cavabdeh2 mübahisəli mənzilin sahibi Şükufə Hüseynova ilə birlikdə onun ailə üzvü kimi yaşayıb onunla birgə təsərrüfat apardığından məhkəmə qətnaməsi ilə mənzilə dair istifadə hüququ tanınmışdır. İndki halda isə qeyd edilən Cavabdeh2 da həmin mənzili daimi tərk edib getməsi halı, həmin yaşayış sahəsinə ehtiyacının olmaması hal müəyyən edilmədiyindən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi Cavabdeh2 aid olan hissədə əsassız olmaqla, təmin edilməməlidir. Beləliklə, hazırki iş üzrə məhkəmə kollegiyasında aparılmış araşdırma zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, ev 2, 46 saylı mənzilindən daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi halı təsdiq olunmamış, əksinə birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələri ilə, eləcə də məhkəməyə təqdim edilmiş videodiskə baxış zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzildə yaşadıqları, eləcə də sərbəst şəkildə mübahisəli mənzilin qapısını açaraq mənzilə daxil olduqları, mübahisəli mənzildə onlara məxsus otağın və məişət əşyalarının olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası iddiaçının “cavabdehin ünvan 1 ünvanında olan fərdi yaşayış evi inşa etməsi və həmin evə görə Bələdiyəyə vergi ödəməsi dəili ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehə məxsus olduğunu iddia etdiyi evə dair hər hansı bir hüquqmüəyyənedici sənəd təqdim etməmiş, eləcə də həmin evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Belə olan halda isə həmin ev özbaşına tikili hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehə məxsus olduğunu iddia etdiyi ev hüquqi statusuna görə özbaşına tikili olduğundan və həmin evə dair hər hansı bir hüquq daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınmadığından, həmin evin cavabdehə məxsus olması ilə bağlı dəlillər əsassızdır. Belə ki, əmlaka dair mülkiyyət hüququ yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış yaşayış evi üzərində tanına bilər. Bu hal isə həmin ünvanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşayış yeri olması qənaətinə gəlməyə əsas vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli evdən iddiaçı kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da istifadə etmək hüquqları olduğundan İddiaçı mənzilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinin Cavabdeh1 və Cavabdeh2 münasibətdə təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(060)-1708/2023 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1497/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1497/2023
24.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver