Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1497/2025 11.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: əmək mübahisəsi, işə bərpa) X8 Süleymanovanın sədrliyi və məruzəsi, X5 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı "əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi" tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 08 avqust 2025-ci il tarixli, 2(028)-388/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdehnə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli əmrin etibarsız hesab edilərək ləğv edilməsi, həmin tarixdən işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi, iddiaçının işə bərpa olunması və həmin tarixdən bugünə qədər məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Cavabdehndə musiqi müəllimi vəzifəsində işləmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İşdən çıxma barədə verilən əmrlə razılaşmır. Belə ki, sosial şəbəkədən istifadə etdiyinə görə məktəb rəhbərliyi onu işdən azad etmişdir. Sosial şəbəkədə çıxış edərkən məktəbdə attestasiya ilə bağlı kitabların verilməsini, məktəbin direktoru və şöbə müdirinin də müəllimlərlə birlikdə attestasiya olunmasını bildirmişdir. Bu çıxışdan sonra rəhbərlik kollektivi onun üzərinə qaldırmış və heç bir əsas olmadan barəsində tənbeh tədbiri kimi “töhmət” və “şiddətli töhmət” verilmiş, sonradan işdən çıxması barədə xx.xx.2025-ci ildə əmr verilmişdir. İddiaçı məktəb üzrə həmkarlar təşkilatının üzvüdür. Əmr verilən zaman və ondan əvvəlki gün onun işdən çıxarılması barədə həmkarlar təşkilatı yığıncaq keçirməmiş və o, həmin iclasa dəvət edilməmişdir. Halbuki qanunvericilik normalarına əsasən işəgötürən tərəfdən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Eyni zamanda məktəb direktoru ona şiddətli töhmət verməklə işdən azad etdiyini bildirmişdir. İşlədiyi dövrdə vəzifə təlimatına uyğun hərəkət etmiş, əmək funksiyalarına, əmək müqaviləsi üzrə öhdəliklərinə tam əməl etmişdir. İşlədiyi müddət ərzində barəsində inzibati tənbeh verilməmiş, daimi nümunəvi işçi kimi təqdim olunmuşdur. Sadəcə iş yeri üzrə rəhbərliyi tənqid edib öz haqqını istədiyindən tənqid üstündə təqib olunmuş, işdən çıxarılmışdır. Bir il bundan əvvəl o, aliment artımı ilə bağlı məhkəməyə müraciət etdikdə məhkəmə tərəfindən ona əmək haqqısının 1600 manatdan çox olması bildirilmiş və bu səbəbdən aliment artırılması mümkün olmamışdır. Əslində iddiaçı şöbə müdiri Hürü adlı xanımdan hər ay 200 manat əlbəl pul almışdır. Əmək haqqısını və sosial şəbəkədə məktəbdə attestasiyanın keçirilməsini tələb etdiyinə görə rəhbərlik tərəfindən işdən xaric edilmişdir
4. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə elektron kabinet vasitəsi ilə etiraz ərizəsi ünvanlayaraq, İddiaçı cavabdeh Qubadlı Şəhər Əbülfəz Mehdiyev adına Uşaq musiqi məktəbinə qarşı “Əmrin etibarsız hcsnb edilərək ləğv edilməsi, işə bərpa və məcburi proqula görə əmək haqqının ödənilməsi barədə” iddiasının rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, əmrin etibarsız hesab edilməsi və əmrin ləğv edilməsi hüquqi nəticələrinə görə tam fərqli anlayışlardır və tələblərdir. İddiaçı öz iddia ərizəsində mübahisələndirilən əmrin hansı səbəbə və əsasa görə etibarsız hesab edilməli olmasını izah etməmiş və əsaslandırmamış və əmrin etibarsız hesab edilməli olmasını təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddia ərizəsinin ilk “dəlili” ondan ibarətdir ki, “...mən sosial şəbəkədən istifadə etdiyimə görə məktəb rəhbərliyi məni işdən azad etmişdir. Mən sosial şəbəkədə çıxış edərək məktəbdə attestasiya ilə bağlı kitablar verilsin və məktəbin direktoru və şöbə müdiri bizimlə birlikdə atestasiya olunsun. Mənim bu çıxışımdan sonra məktəb rəhbərliyi kollektivi mənim üzərimə qaldırılmış və heç bir əsas olmadan barəmdə tənbeh tədbiri kimi “töhmət” və “şiddətli töhmət” verilmiş, sonradan mənim işdən çıxmağım barədə xx.xx.2025-ci ildə əmr verilmişdir...” Həmin “dəlil” tamamilə qanunsuz və əsassız, yəni heç bir əsası olmayan və heç bir sübutla təsdiq olunmayan uydurma və qərəzli subyektiv mülahizələrdən ibarətdir. Mübahisələndirilən əmrdə iddiaçının işdən azad edilməsinin konkret olaraq əsası, səbəbləri və həmin əsas və səbəbləri təsdiq edən kifayət qədər mötəbər sübutların məcmusu (məktub, cavab məktubu və sair sənədlər) qeyd edilmişdir. İddiaçı həmin əmrdə qeyd edilənlərə dair heç bir qanuni və əsaslı dəlil irəli sürə bilməmişdir, çünki iddiaçı hamı tərəfindən ağılabatanlıqla qəbul edilən dəlil irəli sürmək üçün əsasa, dəlilə və sübutlara malik olmamışdır. Buna görə də iddiaçı ən asan yolu seçərək heç bir inandırıcılığı olmayan, uydurma və yalnız qərəzli subyektiv “dəlillər” irəli sürmüşdür. İddiaçı əvvəlcə nə üçün məktəbin rəhbərliyinə, cavab verilmədiyi və ya mənfi cavab verildiyi halda yuxarı orqanlar olan X11 Mədəniyyət İdarəsinə və ya Mədəniyyət Nazirliyinə yazılı şəkildə ərizə ilə müraciət etmədiyini, guya attestasiyaya hazırlaşmaq üçün kitablar, özü də məhz hansı kitabları istəmədiyini və istənilən kitabların həmin məktəbdə, Regional İdarədə olubolmadığını izah etməmiş və əsaslandırmamışdır. Eyni zamanda iddiaçı qanunvericiliklə müəyyən olunmuş qaydada siyahısı əvvəlcədən dəqiqliklə müəyyən edilmiş bütün işçilər üçün məcburi olan attestasiyanın keçirilməsindən nə üçün narahat olduğunun səbəbini izah etməmiş və əsaslandırmamışdır. İddiaçı nə üçün məhz “məktəbin direktorunun və şöbə müdirinin bizimlə birlikdə attestasiya olunmasının” səbəbini zah etməmiş və əsaslandırmamışdır. O, hansı şöbə müdirinin, özü də niyə başqa şöbə müdirlərinin də deyil, məhz və yalnız həmin şöbə müdirinin attestasiya olunmasını tələb etdiyini izah etməmiş və əsaslandırmamışdır. Məgər iddiaçı bilmir ki, kimlərin, yəni hansı işçilərin nə vaxt attestasiya olunmasını məktəbin rəhbərliyi müəyyən etmir, attestasiya qanunvericiliklə dəqiq müəyyən olunmuş qaydada həyata keçirilir. Attestasiya kimlərinsə sifarişi, arzusu və ya tələbi əsasında həyata keçirilmir. İddia ərizəsinin digər “dəlili” ondan ibarətdir ki, “...Mən, məktəb üzrə həmkarlar təşkilatının üzvüyəm. Əmr verilən zaman və ondan əvvəlki günlər mənim işdən çıxmağım barədə həmkarlar təşkilatı yığıncaq keçirməmiş və məni həmin yığıncağa dəvət edilməmişəm. Halbuki ƏM-nin 80-ci maddəsinə görə “Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir”. Əmək Məcəlləsinin 9-cu maddəsinin “k” bəndinə görə işçi “qanunvericiliklə müəyyən olunmuş qaydada həmkarlar ittifaqlarının, ictimai birliklərin üzvü olmaq, habelə bu təşkilatların və ya əmək kollektivinin keçirdiyi tətillərdə, mitinqlərdə, toplantılarda və qanunvericiliklə qadağan olunmayan digər kütləvi tədbirlərdə iştirak etmək” hüququna malikdir...” Həmin “dəlil” də tamamilə qanunsuz və əsassız, yəni heç bir əsası olmayan və heç bir sübutla təsdiq olunmayan uydurma və yalnız qərəzli subyektiv mülahizələrdən ibarətdir və mübahisələndirilən əmrin özünə əlavə edilən sənədlərlə tam və mötəbər şəkildə təkzib olunur. Belə ki, məktəbin direktoru İlkin Bəhrəmli tərəfindən Qubadlı Şəhər Əbülfəz Mehdiyev adına Uşaq musiqi məktəbinin X14 komitəsinin sədri Çinarə Abbasovaya ünvanlanmış 01 nömrəli, 07 yanvar 2025-ci il tarixli məktubda deyilir ki, “..Məlumat üçün bildirmək istəyirəm ki, məktəbin nəzəriyyə şöbəsinin müəllimi Nuriyevə Sevda Əbil qızı sosial şəbəkələrdə məktəb kollektivinin ünvanına qeyri-etik və əsası olmayan böhtan xarakterli fikirlər səsləndirmişdir. O əvvəllərdə dəfələrlə iclaslarda, iş prosesi zamanı ayrıayrı müəllimlərin ünvanına təhqiramiz ifadələr səsləndirmiş məktəb kollektivinin ümumi fəaliyyətinə kölgə salmağa çalışmışdır. Sizdən xahiş edirəm ki, yerli komitə olaraq bu məsələ ilə bağlı iclas keçirəsiniz və İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirəsiniz..” Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq musiqi məktəbinin X14 komitəsinin sədri Çinarə Abbasova tərəfindən məktəbin direktoru İlkin Bəhrəmliyə ünvanlanmış 09 yanvar 2025-ci il tarixli cavab məktubunda deyilir ki, “...Hörmətli İlkin müəllim, Sizin xx.xx.2025-ci il tarixli 01 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, xx.xx.2025-ci il tarixdə iclas keçirilmiş və Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq musiqi məktəbinin nəzəriyyə şöbəsinin müəllimi Nuriyevə Sevda Əbil qızına əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini kobud şəkildə pozduğu üçün qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə etiraz etmir...” Göründüyü kimi məktəb tərəfindən iddiaçının istinad etdiyi və ya istinad etmədiyi müvafiq maddi hüquq normalarının tələblərinə tam əməl edilmiş və hər hansı bir pozuntuya yol verilməmişdir. İddia ərizəsinin digər “dəlili” ondan ibarətdir ki, “...Həmçinin bildirirəm ki, məktəbin direktoru mənə bildirmişdir ki, sizə “şiddətli töhmət” elan etməklə ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edirəm. Mən, işlədiyim müddət ərzində vəzifə təlimatına uyğun hərəkət etmiş, əmək funksiyalarıma, müqaviləsi üzrə öhdəliklərə tam əməl etmişəm. İşlədiyim müddət ərzində barəmdə inzibati tənbeh verilməmiş, daimi nümunəvi işçi kimi təqdim olunmuşam. Hesab edirəm ki, iş yeri üzrə rəhbərliyi tənqid edib öz haqqımı istədiyimdən tənqid üstündə təqib olunmuş, işdən çıxarılmışam. 1 il bundan əvvəl mən aliment artımı ilə bağlı məhkəməyə müraciət etdikdə məhkəmə tərəfindən mənə bildirmişlər ki “Sizin əmək haqqınız 1600 manatdan çoxdur, bu səbəbdən də aliment artırılması mümkün deyildir”. Əslində mənə şöbə müdiri Hürü adlı xanımdan hər ay 200 manat əlbəəl pul almışam. Əmək haqqımın tam ödənilməsini tələb etdiyimdən və sosial şəbəkədə məhkəbdə attestasiyanın keçirilməsini tələb etdiyimə görə məktəb rəhbərliyi tərəfindən işdən xaric edilmişəm...” Həmin “dəlil” də digər “dəlillər” kimi tamamilə qanunsuz və əsassız, yəni heç bir əsası olmayan və heç bir sübutla təsdiq olunmayan uydurma və yalnız qərəzli subyektiv mülahizələrdən və ziddiyyətlərdən ibarətdir. İddiaçının həmin “dəlil”indəki ziddiyyət ondan ibarətdir ki, iddiaçı öz iddia ərizəsində həm guya “onun bu çıxışından sonra məktəb rəhbərliyinin kollektivi onun üzərinə qaldırmasından və heç bir əsas olmadan onun barəsində tənbeh tədbiri kimi “töhmət” və “şiddətli töhmət” verilməsindən, sonradan onun işdən çıxmağı barədə xx.xx.2025-ci ildə əmr verilməsindən” bəhs edir, həm də guya “işlədiyi müddət ərzində barəsində inzibati tənbeh verilməməsindən, daimi nümunəvi işçi kimi təqdim olunmasından” bəhs edir. Bildirilir ki, İddiaçı 2011-ci ildən xx.xx.2025-ci il tarixinədək Qubadlı Şəhər Əbülfəz Mehdiyev adına Uşaq musiqi məktəbində Nəzəriyyə Şöbəsinin müəllimi vəzifəsində işləmişdir. İddiaçı işlədiyi müddətdə məktəbin kollektivi arasında özünü daima mənfi xarakterizə olunan işçi kimi aparmış, rəhbərliklə və məktəbin kollektivi ilə kobud davranmış və müxtəlif sosial şəbəkələrdə və platformalarda onları təhqir edən, onlar barəsində şər və böhtan xarakterli, məktəbin adına və işgüzar nüfuzuna xələl gətirən fikirlər səsləndirmiş, dəfələrlə müəllim adına yaraşmayan əməllərə yol vermiş, rəhbərlik və məktəb kollektivi tərəfindən ona edilən haqlı iradlara heç bir məhəl qoymayaraq səs-küy salmaqla və yüksək səslə qışqırmaqla və məktəb rəhbərliyinin və kollektivin ünvanına etikadan kənar ifadələr və sözlər işlətməklə məktəbin normal fəaliyyətini, iş rejimini və daxili intizam qaydalarını pozmuş və bununla da özünü mütamadi olaraq əmək müqaviləsi üzrə əmək funksiyasını düzgün yerinə yetirməyən və əmək vəzifələrini kobud surətdə pozan işçi kimi göstərmişdir və buna görə də onun barəsində məktəbin rəhbərliyi tərəfindən dəfələrlə müxtəlif intizam tənbeh tədbirləri (xəbərdarlıq, töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət) tətbiq edilmişdir.
6. X1 bildirdi ki, iddiaçı ilə iş yoldaşı olublar. İddiaçı ilə iş günləri uzlaşır. Bu səbəbdən o, işə gəlməyəndə və iş yerini tez tərk etdikdə xəbəri olur. O, dəfələrlə iş yerini vaxtından erkən tərk edib. Hətta bəzən bütöv iş günü işdə iştirak etməyib. İddiaçı 16 dekabr 2024-cü il və 23 dekabr 2024-cü il tarixlərində müvafiq olaraq töhmət və şiddətli töhmət almışdır. 25 noyabr 2024-cü ildə 17:30-da iş saatı bitdiyi halda o, 16:30-da, 05 dekabr 2024-cü il, 16 dekabr 2024-cü il tarixlərində İddiaçı iş yerini vaxtından tez tərk etmiş, 20 dekabr 2024-cü ildə isə ümumilikdə işə gəlməmişdir. İddiaçı barəsində tərtib olunan bəzi Aktlarda onun da imzası var. Öz iradəsi ilə həmin aktlara imza çəkmişdir. İddiaçı iclaslarda, sosial şəbəkələrdə məktəb müəllimlərinin ünvanına “savadsızlar” ifadəsini dəfələrlə işlətmişdir. Bundan əlavə məktəb rəhbərliyi tərəfindən İddiaçı izahat verməsi və elan edilmiş töhmətlərlə tanış olub imzalaması tələb edilsə də, sonuncu izahat verməkdən və əmrlərlə tanış olmaqdan imtina etmişir.
7. X2 bildirdi ki, sözügedən məktəbin fortepiano müəlliməsidir. 15 ildir ki, həmin məktəbdə işləyir. İddiaçı 16 dekabr 2024-cü il və 23 dekabr 2024-cü il tarixlərində müvafiq olaraq töhmət və şiddətli töhmət almışdır. Səbəb isə odur ki, İddiaçı 13 dekabrda işi erkən tərk etmiş, 20 dekabrda isə bütöv iş günü işə gəlməmişdir. 07 yanvar 2025-ci il tarixində Pedoqoji Şuranın iclası olmuşdur. İclasda iddiaçı “Tiktok“ sosial şəbəkəsində məktəb kollektivinin adına səsləndirdiyi nalayiq ifadələr müzakirə olunmuşdur. İddiaçı da həmin iclasda iştirak edib. O, “Tiktok” sosial şəbəkəsindəki çıxışlarında məktəbin müəllimlərini savadsız adlandırmışdır. 09 yanvar 2025-ci ildə X3 heyətinin iclası keçirilmişdir. X3 heyətinin üzvüdür. Sevda müəllimə iclasda iştirak etmişdir. Bu iclasda da o, “Tiktok” sosial şəbəkəsində çıxış edərək, məktəbin adına işlətdiyi nalayiq ifadələrdən peşman olmadığını söyləmiş, məktəbin müəllimlərini, eləcə də onu “savadsızlar və əxlaqı yerində olmayanlar” adlandırmışdır.13 dekabr 2024-cü ildə İddiaçı iş saatı 18:30-da bitdiyi halda o, 17:30-da iş yerini tərk etmişdir. İddiaçı işə gəlməyəndə Nəzəriyyə Şöbəsinin müdiri Çinarə Abbasova əvəz edib. İddiaçı ilə bağlı aktlar tərtib olunması səbəblərinin özləri şahid olublar. O, icazəsiz işdən tez çıxır, hətta bəzən bütöv iş günü işə gəlmirdi. Təxmin etdiyinə görə Sevda müəllimə ilə bağlı tərtib olunan 3 aktda imzası vardır. İddiaçı barəsində 10 yanvar 2025-ci il tarixli Akt 10 yanvar 2025-ci il tarixində saat 13:00-14:00 radələrində, 05 dekabr 2024-cü ildə İddiaçı iş saatı bitmədən iş yerini tərk etdiyi üçün dekabrın 6-sı 2024-cü ildə Akt tərtib olunmuşdur. İddiaçı dekabrın 6-sı 2024-cü ildə Nəzəriyyə Şöbəsinin müdiri Çinarə Abbasova tərəfindən çağırılaraq, işi tez tərk etmə səbəbi soruşulub. Lakin o , kobud şəkildə cavab verərək, dəqiq məlumat verməmişdir. Onun barəsində 06 dekabr 2024-cü ildə tərtib olunmuş Aktda şahid olaraq imzası var. Bundan əlavə məktəb rəhbərliyi tərəfindən İddiaçı izahat verməsi və elan edilmiş töhmətlərlə tanış olub imzalaması tələb edilsə də, sonuncu izahat verməkdən və əmrlərlə tanış olmaqdan imtina etmişir.
8. X4 bildirdi ki, o, Qubadlı rayon Ə.Mehdiyev adına Musiqi Məktəbinin Nəzəriyyə Şöbəsinin müdiridir. İddiaçı 16 dekabr 2024-cü il və 23 dekabr 2024-cü il tarixlərində müvafiq olaraq töhmət və şiddətli töhmət almışdır. Səbəb isə odur ki, İddiaçı 13 dekabr 2024-cü ildə dərs saatı 17:30- da bitdiyi halda, o, 16:45-də iş yerini tərk etmiş, 20 dekabrda isə bütöv iş günü işə gəlməmişdir.O, əvvəllər də intizam pozuntuları etmişdir. Belə ki, 25 noyabr 2025-i il tarixində iş saatı 18:00- da bitdiyi halda, İddiaçı iş yerini 16:20də tərk etmişdir. 07 yanvar 2025-ci il tarixində Pedoqoji Şuranın iclası olmuşdur. İclasda İddiaçı “Tiktok“ sosial şəbəkəsində məktəb kollektivinin adına səsləndirdiyi nalayiq ifadələr müzakirə olunmuşdur. İddiaçı da həmin iclasda iştirak edib. O, “Tiktok” sosial şəbəkəsindəki çıxışlarında məktəbin müəllimlərini savadsız adlandırmışdır. İclasda isə üzr istəmək əvəzinə “Əcəb etmişəm” dedmişdir. 09 yanvar 2025-ci il tarixində Qubadlı rayon Ə.Mehdiyev adına Musiqi Məktəbinin müəllim kollektivi adından Həmkərlar Təşkilatına məktub ünvanlamışdır. Bununla əlaqədar 09 yanvar 2025-ci ildə X3 heyətinin iclası keçirilmişdir. İddiaçı da iclasda iştirak etmişdir. Bu iclasda da o, “Tiktok” sosial şəbəkəsində çıxış edərək məktəbin adına işlətdiyi nalayiq ifadələrdən peşman olmadığını söyləmişdir. 10 yanvar 2025-ci ildə İddiaçı barəsində verilmiş Əmrlə tanış olması, imzalaması və surətinin təqdim olunması üçün təqdim olunsa da, onu imzalamaqdan imtina etmişdir.10 yanvar 2025-ci ildə məktəb kollektivinin 07 yanvar 2025- ci ildə göndərdiyi məktuba Həmkərlar Təşkilatının sədri olaraq özü və digər müəllimlər rəy verərək cavab ünvanlamışdır ki, İddiaçı əmək funksiyalarını pozmasına şahidlik edir və işdən azad olunmasına razıdılar. O, dəfələrlə İddiaçı Qubadlı rayon Ə.Mehdiyev adına Musiqi Məktəbinin Nəzəriyyə Şöbəsinin müdiri olaraq, açıq dərs keçirilməsi ilə bağlı tapşırıq vermişdir. Lakin o, bundan imtina etmiş və öz peşə fəaliyyəti ilə bağlı vəzifələrini həyata keçirməmişdir. Hətta uşaqlara onun savadsız müəllimə olduğunu deyirdi.
9. xx.xx.2024-cü il tarixli Akta əsasən Cavabdeh nəzəriyyə şöbəsinin müdiri X10, “X.Ç.A.” şöbəsinin müdiri X12, fortepiano üzrə müəllim X6 bu aktı tərtib edərək, məktəbin nəzəriyyə şöbəsinin müəllimi İddiaçı xx.xx.2024-cü iltarixdə dərs cədvəlinə uyğun olaraq iş vaxtı 17:30-da bitməli olduğu halda 16:20-də iş yerini heç bir məlumat vermədən tərk etməsini təsdiq etmişlər.
10. xx.xx.2024-cü il tarixli Akta əsasən Cavabdeh “X.Ç.A” şöbəsinin müdiri Ziya Qasımov, “Fortepiano” şöbəsinin müdiri Hürü Musayeva, “Fortepiano” şöbəsinin müəllimi Tağıyeva İlhamə bu aktı tərtib edərək, məktəbin nəzəriyyə şöbəsinin müəllimi İddiaçı iş vaxtı dərs cədvəlinə əsasən 17:45-də bitdiyi halda 16:35-də iş yerini tərk etməsini təsdiq etmişdirlər.
11. 06.12.2024-cü il tarixli Akta əsasən Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq Musiqi Məktəbinin “X.Ç.A” şöbəsinin müdiri Ziya Qasımov, Nəzəriyyə şöbəsinin müdiri Çinarə Abbasova, fortepiano müəllimi Könül Əsgərova bu aktı tərtib edərək həqiqətən də məktəb rəhbərliyi tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixində nə üçün işdən tez getməsi ilə bağlı izahatın tələb olunmasını, İddiaçı həmin gün özünü yaxşı hiss etmədiyi üçün işdən icazəsiz olaraq tez getdiyini şifahi bildirməsini, yazılı izahat verməkdən imtina edərək kobud şəkildə məktəb rəhbərliyinə “gedin işinizlə məşğul olun” deyərək otaqdan çıxmasını təsdiq etmişlər.
12. xx.xx.2024-cü il tarixli Akta əsasən Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq Musiqi Məktəbinin “X.Ç.A” müdiri Ziya Qasımov, müəllimlər Ozal Məmmədxanlı, Könül Əsgərova bu aktı tərtib edərək həqiqətən də məktəbin nəzəriyyə şöbəsinin müəllimi İddiaçı xx.xx.2024-cü il tarixdə iş vaxtı dərs cədvəlinə əsasən saat 18:30-da bitdiyi halda 17:30-da icazəsiz olaraq məktəbi tərk etdiyini təsdiq etmişlər.
13. xx.xx.2024-cü il tarixli Akta əsasən Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq Musiqi Məktəbinin “X.Ç.A” şöbəsinin müdiri Ziya Qasımov və məktəbin müəllimləri Sevər Quliyeva, İlhamə Tağıyeva bu aktı tərtib edərək həqiqətən də xx.xx.2024-cü il tarixdə məktəbin nəzəriyyə şöbəsinin müəllimi İddiaçı xx.xx.2024-cü il tarixdə saat 17:30da xəbərdarlıq etmədən işdən bir saat tez getdiyi üçün məktəb rəhbərliyi tərəfindən izahatı tələb edildikdə onun “Mən izahat filan yazmıram. Siz kimsiz məndən izahat tələb edirsiniz? Sizin başınıza özüm oyun açaçam.” deyərək izahat yazmaqdan boyun qaçırmasını təsdiq etmişlər.
14. xx.xx.2024-cü il tarixli Akta əsasən Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq Musiqi Məktəbinin “X.Ç.A” müdiri Ziya Qasımov, müəllimlər Könül Əsgərova və Ozal Məmmədxanlı bu aktı tərtib edərək həqiqətən də məktəbin nəzəriyyə şöbəsinin müəllimi İddiaçı xx.xx.2024-cü il tarixdə iş günü olmasına baxmayaraq xəbərdarlıq etmədən bütöv iş günü işdə olmamasını təsdiq etmişlər.
15. xx.xx.2024-cü il tarixli Akta əsasən Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq Musiqi Məktəbinin “X.Ç.A” şöbəsinin müdiri Ziya Qasımov və məktəbin müəllimləri İlhamə Tağıyeva və Ozal Məmmədxanlı bu aktı tərtib edərək həqiqətən xx.xx.2024-cü il tarixdə məktəbin nəzəriyyə şöbəsinin müəllimi İddiaçı xx.xx.2024-cü il tarixdə xəbərdarlıq etmədən bütöv iş günü işdə olmadığı üçün məktəb rəhbərliyi tərəfindən izahat tələb edildikdə onun izahat yazmaqdan boyun qaçırmasını təsdiq etmişlər.
16. xx.xx.2025-ci il tarixli Akta əsasən Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq Musiqi Məktəbinin müəlllimləri xx.xx.2025-ci il tarixdə məktəbin pedoqoji şurasının iclası keçirilməsini, iclasda məktəbin müəlliməsi İddiaçı sosial şəbəkədə məktəbin rəhbərliyi və müəllim kollektivi haqqında söylədiyi nalayiq sözlər, şər və böhtanların müzkirə olunmasını, İddiaçı iclas zamanı məktəb rəhbərliyinə və bütün müəllim kollektivinə qarşı təhqiredici ifadələrin işlətməsini, “Əcəb edirəm, yaxşı eləmişəm” deyərək müəllimlərin şərəf və ləyaqətini daha iclas zamanı alçaltmasını, nə sosial şəbəkədə, nə iclas zamanı söylədiyi alçaldıcı ifadələrə görə üzr istəməməsini, hədəqorxu gəlməkdə davam etməsini təsdiq etmişlər.
17. Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq Musiqi Məktəbi üzrə X14 Komitəsi Rəyasət Heyətinin xx.xx.2025-ci il tarixli protokoluna əsasən Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq Musiqi məktəbinin nəzəriyyə şöbəsinin müəllimi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə etiraz edilmir.
18. xx.xx.2025-ci il tarixli Akta əsasən Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq Musiqi Məktəbinin “X.Ç.A” müdiri Ziya Qasımov, müəllimlər Könül Əsgərova və İlhamə Tağıyeva bu aktı tərtib edərək həqiqətən də məktəbin nəzəriyyə şöbəsinin müəllimi İddiaçı xx.xx.2025-ci il tarixdə məktəbə dəvət edilməsini, əmək müqaviləsinnə xitam verilməsini əmr ilə tanış edilməsini, İddiaçı əmrin surətini istəməsini, əmrin aşağı hissəsində imzasını çəkilməsinə dair məlumatlandırılmasını, onunsa imzalamaqdan imtina etməsini təsdiq etmişlər.
19. X11 Mədəniyyət İdarəsi Qubadlı şəhər Ə.Mehdiyev adına Uşaq Musiqi Məktəbinin direktoru tərəfindən verilmiş “İddiaçı intizam tənbehi verilməsi haqqında” 26 №li, 16 dekabr 2024-cü il tarixli Əmrdə deyilir ki, “...Məktəbin nəzəriyyə şöbəsinin müəllimi İddiaçı xx.xx.2024-cü il tarixində iş vaxtı dərs cədvəlinə əsasən saat 18:30-da bitdiyi halda 17:30-da icazəsiz olaraq məktəbi tərk etmişdir. 16 dekabr 2024-cü il tarixində məktəbin nəzəriyyə şöbəsinin müəllimi İddiaçı xx.xx.2024- cü il tarixində saat 17:30-da xəbərdarlıq etmədən işdən 1 saat tez getdiyi üçün məktəb rəhbərliyi tərəfindən izahat tələb edilmişdir. O, etik davranış qaydalarına uyğun olmayan formada kobud cavab vermiş və izahat verməkdən imtina etmişdir...” Həmin Əmrə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini düzgün yerinə yetirə bilmədiyi üçün və müəssisədaxili nizam-intizam qaydalarını pozduğuna görə, məktəbin nəzəriyyə müəllimi İddiaçı 16 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilməsi; gələcəkdə belə hallara yol verərsə, onun barəsində daha ciddi intizam tənbehinin tətbiq ediləcəyinin İddiaçı nəzərinə çatdırılması və Əmrin icrasına nəzarətin öz üzərində saxlaması əmr edilmişdir. (Əmrin verilməsinə Əsas: İddiaçı haqqında xx.xx.2024- cü il və xx.xx.2024-cü il tarixlərində tərtib edilmiş aktlar).
20. X11 Mədəniyyət İdarəsi Qubadlı şəhər Ə.Mehdiyev adına Uşaq Musiqi Məktəbinin direktoru tərəfindən verilmiş “İddiaçı intizam tənbehi verilməsi haqqında” 27 №li, 23 dekabr 2024-cü il tarixli Əmrdə deyilir ki, “...Məktəbin Nəzəriyyə şöbəsinin müəllimi İddiaçı üzrlü səbəb olmadan iş vaxtı rejiminin pozulması, işə gecikmə, icazə almadan işdən tez getmə hallarına yol vermişdir ki, bu da nəticədə dərs saatlarının pozulmasına gətirib çıxarmışdır. Bununla əlaqədar olaraq ona dəfələrlə şifahi xəbərdarlıq edilmiş və 16 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ a” bəndinə əsasən töhmət verilmişdir. Lakin, İddiaçı bundan heç bir nəticə çıxarmayaraq xx.xx.2024-cü il tarixində iş günü olmasına baxmayaraq, xəbərdarlıq etmədən bütöv iş günü işdə olmamışdır...” Həmin Əmrə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını düzgün yerinə yetirə bilmədiyi üçün İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsi, gələcəkdə belə hallara yol verərsə onun barəsində daha ciddi intizam tənbehinin tətbiq ediləcəyinin İddiaçı nəzərinə çatdırılması və Əmrin icrasına nəzarətin öz üzərində saxlaması əmr edilmişdir (Əmrin verilməsinə Əsas: İddiaçı haqqında 16 dekabr 2024-cü il tarixində verilmiş AR ƏMnin 186-cı maddəsinin 2-ci hissəsinin “ a” bəndinə əsasən verilmiş intizam tənbehi, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində tərtib edilmiş aktlar).
21. “İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında” X11 Mədəniyyət İdarəsi Qubadlı şəhər Ə.Mehdiyev adına Uşaq Musiqi Məktəbinin direktorunun 02 nömrəli, 10 yanvar 2025-ci il tarixli Əmrinə əsasən “...Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, qanunvericiliyə uyğun olaraq qarşıdan gələn illərdə musiqi məktəbləri üçün keçiriləcək olan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi prosesinə etiraz məqsədilə, respublika üzrə bir qrup müəllim tərəfindən whatsapp, facebook, tik-tok sosial platformalarında qruplar yaradılmışdır. Qubadlı şəhər Ə.Mehdiyev adına Uşaq musiqi məktəbinin nəzəriyyə şöbəsinin müəllimi İddiaçı həmin qruplara qoşularaq (Tik-Tok sosial şəbəkəsində) canlı yayım zamanı məktəb kollektivinin adına heç bir əsası olmayan şər və böhtan xarakterli fikirlər səsləndirərək onları təhqir etmiş, məktəb rəhbərliyinin və kollektivinin ümumi fəaliyyətini şüphə altına alan fikirlər irəli sürmüşdür. Bu hal məktəb kollektivinin haqlı narazılığına səbəb olmuş və çoxsaylı müəllim heyəti tərəfindən məktəb rəhbərliyinə yazılı olaraq müraciət edilmişdir. Daha sonra xx.xx.2025-ci il tarixində məktəbin Pedaqoji şurasının iclası zamanı İddiaçı etik davranış qaydalarını və əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını kobud şəkildə pozmuşdur. İddiaçı 16 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən töhmət və 23 dekabr 2024-cü il tarixində isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət aldığını nəzərə alaraq İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin «ə» bəndi ilə əvvəllər aldığı intizam tənbehindən nəticə çıxarmadığı üçün 10 yanvar 2025-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinə xitam verilsin.
22. Diskdə olan video görüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, İddiaçı “TikTok” sosial şəbəkəsində “Xalqın haqq səsi” səhifəsində çoxsaylı insanların qoşulduğu online müzakirdə aşağıdakı ifadələri işlətmişdir: “bizim kadrlarda orada çoxsaylı savadsız müəllimlər var”, “onlar işverəndi”, “onlar şərəfsiz və ləyaqətsizdi”, “bizim məktəbimiz kolleqalar çox pis insanlardır”, “bizdə müəllimlər var A ilə B-ni qanmayanlar”.
23. Diskdə olan səs yazıları dinlənilərkən müəyyən edilmişdir ki, İddiaçı 07 yanvar 2025-ci ildə Pedoqoji Şuranın iclasında sosial şəbəkədə çıxışlarında haqlı olduğunu bildirir və müəllimlərin ünvanına nalayiq ifadələr işlədir.
24. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışa əsasən mediasiya prosesinin keçirilməsinə dair xx.xx.2025- ci il tarixdə tərəflərə (İddiaçı nümayəndəsi və Cavabdeh direktoru X7) bildiriş göndərilmiş, hər iki tərəfin nümayəndəsi prosesdə iştirak etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
25. Qubadlı Rayon Məhkəməsinin 08 avqust 2025-ci il tarixli, 2(028)-388/2025 nömrəli qətnaməsi ilə (hakim Samir İsmayılov) iddia tələbinin rədd edilməsi, İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi, iddiaçının işə bərpa olunması və həmin tarixdən bu günə qədər məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsi, 70-ci maddəsinin “ç” bəndi, 72-ci maddəsi, 76-cı maddəsinin 1 və 2-ci bəndləri, 83-cü maddəsinin 1-ci bəndi, 186-cı maddəsi, 80-ci maddəsinin 1 və 2ci bəndləri, 294-cü maddəsinin 1, 4 və 5-ci bəndləri, 296-cı maddəsinin 2 və 3-cü bəndləri, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kollegiyasının 8 noyabr 2018-ci il tarixli 6/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin nümunəvi əsasnaməs”inin 6-cı hissəsinin 3-cü bəndi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kollegiyasının 29 iyul 2025-ci il tarixli 3-24/3-3-KQ-5/2025 nömrəli Qərarı ilə təsdiq edilmiş “İncəsənət məktəb və mərkəzlərinin nümunəvi əsasnaməsi”nin 4.1-ci bəndi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 106, 217, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
27. Qubadlı Rayon Məhkəməsinin 08 avqust 2025-ci il tarixli, 2(028)-388/2025 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, bu iş üzrə qəbul olunmuş qətnamədən narazıdır. Qətnamə MPM-nin 4, 14, 88-ci, ƏM-nin 9-cu maddəsinin “k” bəndinin, 16, 76, 80, 187-ci maddələrinin tələblərinə əməl edilməmişdir. Bunu aşağıda qeyd edilənlər təsdiq edir. Qətnamədən də görünür ki, o, Cavabdeh üzrə verilmiş xx.xx.2025-ci il tarixli əmrə əsasən işdən azad edilmişdir. Həmin maddəyə görə “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onunla bağlanmış əmək müqaviləsi ləğv edilə bilər”. Qanunun bu göstərişindən belə başa düşmək olar ki, o, əmək müqaviləsinin şərtlərinə əməl etməmiş, vaxtından əvvəl işdən heç bir əsas olmadan çıxıb getmişdir. Bu səbəbdən də iş yeri üzrə rəhbərlik onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir. Lakin bu iş üzrə qəbul edilmiş qətnamədən görünür ki, o, işdən vaxtından əvvəl çıxıb getdiyinə görə deyil, sosial şəbəkədən məktəb rəhbərliyinin ünvanına tənqidi ifadələr işlətdiyi üçün işdən azad edilmişdir. Bunu qətnamənin təsviri, əsaslandırıcı və nəticə hissələrində hakimin mübahisəyə münasibəti təsdiq edir. Qətnamədə hakim mübahisəyə yekun vuraraq bu nəticəyə gəlir ki, iddiaçı sosial şəbəkədən istifadə edərək məktəb rəhbərliyini təhqir və tənqid etmişdir. Qətnaməyə görə iddiaçı AR Mədəniyyət Nazirliyinin 29 iyul 2025-ci il tarixli, 3-24/3-3-KQ-5/2025 saylı qərarının tələblərinə əməl etməmişdir. Bildirir ki, mübahisə baş verən zaman adı çəkilən qərar işıq üzü görməyib. Digər tərəfdən məhkəmə ƏM-nin 76-cı maddəsinin tələbini kobud şəkildə pozmuşdur. Hakim eyni zamanda qətnamədə həm ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə, həm də 72-ci maddəsinin “c”, “d”, “e”, “ə” bəndləri ilə xitam verilməsini əsaslandırmışdır. Cavabdeh tərəfindən saxta sənədlər hazırlanaraq onu işdən azad etməyə müvəffəq olmuşdur. ƏM-nin 80-cı maddəsinə görə “Həmkarlar təşkilatı qərar qəbul etməklə 10 gün müddətinə məsələyə münasibət bildirməlidir”. Qətnamədən görünür ki, Uşaq Musiqi Məktəbinin X14 komitəsinin sədri Çinarə Abbasovaya ünvanlanmış 01 saylı, xx.xx.2025-ci il tarixli məktubda məktəb rəhbərliyi bildirir ki, “İddiaçı sosial şəbəkələrdə məktəb kollektivinin ünvanına qeyri-etik və əsası olmayan böhtan xarakterli fikirlər səsləndirmişdir. Buna görə də yerli komitə olaraq bu məsələ ilə bağlı iclas keçirib, İddiaçı ƏM-nin müvafiq maddəsi ilə əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirəsiniz” (qətnamənin 4-cü səhifəsi). C.Abbasova tərəfindən məktəbin direktoru İlkin Bəhmənliyə ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubunda İddiaçı ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxmasına etiraz etmədiyi bildirilmişdir. Göründüyü kimi iş yeri üzrə rəhbərlik onun hansı maddə ilə işdən çıxmağını göstərmədiyi halda ilk həmkarlar təşkilatı onun ƏM-nin 70 “ç” maddəsi ilə işdən çıxmağına razılıq vermişdir. Hesab edir ki, Həmkarlar Təşkilatı vəzifə səlahiyyətini aşmışdır. Nəzərə almaq lazımdır ki, HK-nin sədri C.Abbasova ona qarşı qərəzli olmuşdur. O, onun həm işdən çıxmağına razılıq vermiş (qərarla yox məktubla), həm də ayrı-ayrı aktların tərəfi kimi iştirak etmişdir. Bir daha bildirir ki, o, qətnamədə göstərilən tarixlərdə işdə olmuş, sosial şəbəkədə etdiyi çıxışlar sağlam məntiqə əsaslanmışdır. Məktəb rəhbərliyindən AR-nın Baş Prokurorluğuna etdiyi müraciətlərə görə ondan qisas alınmışdır. Hesab edir ki, Qubadlı rayon Məhkəməsinin 08 avqust 2025-ci il tarixli, 2(028)-388/2025 saylı qətnaməsinin ləğv olunması, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin qəbul etdiyi bu qətnamə onun konstitusion hüququnun pozulmasına səbəb olmuşdur. Lakin məhkəmə çəkişmə prinsipinə əməl etməmişdir. Heç bir araşdırma aparmamış, düzgün nəticəyə gəlməmişdir. Məhkəmə prosesin çəkişmə prinsipini təmin etməmiş, cavabdehin iştirakını təmin etmədən, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Halbuki MPM-nin tələbinə görə Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Tez-tələsik qərar verməklə onun qanunla qorunan hüququnu pozmuşdur. Lakin məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, tətbiq edilməli olan qanunun normasını tətbiq etməmiş, qanunu səhv tətbiq etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
29. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən xx.xx.2025-ci il tarixində elektron kabinet vasitəsi ilə apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.
30. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin dəlili tamamilə qanunsuz və əsassızdır. İş materiallarında iddiaçı tərəfin irəli sürdüyü hər hansı bir dəlili təsdiq edən hər hansı bir mötəbər sübut yoxdur. İddiaçı tərəf cavabdeh tərəfin təqdim etdiyi sübutların və məhkəmənin istinad etdiyi sənədlərin məzmununu qəsdən və qərəzli olaraq təhrif etmişdir. İddiaçı tərəf iş materiallarında olan sənədlərin bilavasitə mətninə deyil, özünün başa düşdüyü və anladığı mənalara istinad etmişdir. Apellyasiya şikayətində iş materialları ilə təsdiq olunan heç bir düzgün, qanuni və işin faktiki hallarına uyğu olan əsaslandırma yoxdur və iddiaçı tərəf nə birinci, nə də apellyasiya instansiya məhkəmələrində irəli sürdüyü “dəlilləri” təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş və apellyasiya şikayətində də hər hansı bir mötəbər sübuta istinad etməmişdir. İddiaçının ƏM-nin 9-cu maddəsinin (Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları) “k” bəndində (qanunvericiliklə müəyyən olunmuş qaydada həmkarlar ittifaqlarının, ictimai birliklərin üzvü olmaq, habelə bu təşkilatların və ya əmək kollektivinin keçirdiyi tətillərdə, mitinqlərdə, toplantılarda və qanunvericiliklə qadağan olunmayan digər kütləvi tədbirlərdə iştirak etmək;) nəzərdə tutulan hüququnun pozulmasına dair “dəlili” tamamilə qanunsuz və əsassızdır. Belə ki, iddiaçı apellyasiya şikayətində həmin hüququnun pozulmasının nədən ibarət olmasını izah etməmiş və əsaslandırmamış və sübuta yetirməmişdir. Qubadlı Şəhər Əbülfəz Mehdiyev adına Uşaq musiqi məktəbinin X14 komitəsi Rəyasət Heyətinin 09 yanvar 2025-ci il il tarixli iclasının 01 saylı Protokoluna əsasən, iddiaçı onun işinə baxılması zamanı həmin iclasa dəvət olunmuş və o, həmin iclasda iştirak etmiş və Qubadlı Şəhər Əbülfəz Mehdiyev adına Uşaq musiqi məktəbinin direktorunun Qubadlı Şəhər Əbülfəz Mehdiyev adına Uşaq musiqi məktəbinin X14 komitəsinə ünvanladığı məktub oxunduqdan sonra iddiaçı iclas iştirakçılarına qarşı yenidən kobud ifadələr işlədərək iclası tərk etmişdir. İddiaçının ƏM-nin 16-cı maddəsində (Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi) nəzərdə tutulan hüququnun pozulmasına dair, “ƏM-nin 76-cı maddəsində (Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər) nəzərdə tutulan hüququnun pozulmasına dair dəlili tamamilə qanunsuz və əsassızdır. İddiaçı ilə əmək müqaviləsinə yalnız bir əsasla AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya yol verdiyi çoxsaylı əmək pozuntularına görə dəfələrlə inzibati tənbeh verilmiş və bu zaman əmək qanunvericiliyinin bütün tələblərinə tam əməl edilmişdir və cavabdeh tərəf bu barədə mötəbər sübutları məhkəməyə təqdim etmişdir və məhkəmə də öz qətnaməsində həmin sübutlara düzgün hüquqi qiymət vermişdir. Cavabdeh tərəfindən iddiaçı ilə hansı əsasa və səbəbə görə əmək müqaviləsinə xitam verilməsi bu barədə olan müvafiq əmrdə geniş və ətraflı şəkildə qeyd edilmiş və bu əmrin verilməsinə əsas olmuş hallar və həmin halları təsdiq edən sənədlər bilavasitə həmin əmrdə qeyd edilmişdir və həmin sənədlər də məhkəməyə təqdim edilmişdir. Apellyasiya şikayətində qeyd edilən “cavabdeh tərəfindən saxta sənədlər hazırlanaraq məni işdən azad etməyə müvəffəq olması barədə” dəlil tamamilə yalandan və böhtandan ibarətdir. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi heç bir sənəd saxta olmamışdır və ola da bilməzdi. Belə ki, həmin sənədlər yalnız məhkəməyə deyil DƏM-nə də təqdim edilmişdir. Lakin həmin sənədlərin saxta olması müəyyən edilməmişdir. Əksinə DƏM tərəfindən əmək qanunvericiliyinin hər hansı bir tələbinin pozulması halı müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi öz Qətnaməsinin əsaslandırıcı hissəsində qanuni və əsaslı olaraq müəyyən etmişdir ki, “...Beləliklə də məhkəmə araşdırması zamanı tərəflərin izahatları, şahid ifadələri, təqdim edilmiş aktlar, video görüntlər və səs yazıları əsasında müəyyən edilmişdir ki, Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq Musiqi məktəbinin nəzəriyyə şöbəsinin müəllimi İddiaçı xx.xx.2024-cü il, 05 dekabr 2024-cü il və 13 dekabr 2024-cü il tarixlərdə iş yerini vaxtında əvvəl tərk etdiyinə və bununla bağlı izahat verməkdən imtina etdiyinə görə 16 dekabr 2024-cü il tarixli əmrlə ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmiş, İddiaçı həmin əmrlə tanış olmaqdan imtina etmişdir. Bundan sonra 20 dekabr 2024-cü ildə İddiaçı xəbərdarlıq etmədən bütöv iş günü işdə olmamış və bununla bağlı izahat verməkdən imtina etmişdir. Ona görə də 23 dekabr 2024-cü il tarixli əmrlə ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, İddiaçı həmin əmrlə tanış olmaqdan imtina etmişdir. Bundan sonra 2024-cü ilin dekabr ayının sonlarında İddiaçı “TikTok” sosial şəbəkəsində “Xalqın haqq səsi” səhifəsində çoxsaylı insanların qoşulduğu online müzakirdə məktəbin müəllimləri barəsində aşağıdakı ifadələri işlətmişdir: “bizim kadrlarda orada çoxsaylı savadsız müəllimlər var”, “onlar işverəndi”, “onlar şərəfsiz və ləyaqətsizdi”, “bizim məktəbimiz kolleqalar çox pis insanlardır”, “bizdə müəllimlər var A ilə B-ni qanmayanlar”. Qeyd edilən səbəblərdən də xx.xx.2025-ci ildə məktəbin pedoqoji şurasının iclası keçirilmiş, həmin iclasda iştirak edən İddiaçı sosial şəbəkələrdə çıxışlarında haqlı olduğunu bildirmiş, həmçinin məktəbin kollektivi və ayrı-arı müəllimlərin ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə məktəb direktoru tərəfindən Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq həmin məktəbin həmkarlar ittifaqı komitəsinə müraciət edilərək İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılması məsələsinə münasibət bildirilməsi təklif edilmiş, bununla bağlı Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin xx.xx.2025-ci il tarixli iclası keçirilmiş və İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə etiraz edilməməsi qərara alınmışdır. Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2025-ci il tarixli məktubunda İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə etiraz edilməməsi qeyd edilmişdir. Bundan sonra X11 Mədəniyyət İdarəsi Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq Musiqi Məktəbinin 02 saylı xx.xx.2025-ci il tarixli əmrinə əsasən İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndi ilə əvvəllər aldığı intizam tənbehindən nəticə çıxarmadığı üçün xx.xx.2025-ci il tarixdən Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Birinci instansiya məhkəməsi təqdim edilən və iş materiallarında mövcud olan sübutların məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu düzgün yoxlamış və subyektiv mülahizələrə yol vermədən onları qiymətləndirmişdir. Beləliklə, birinci instansiya məhkəməsi maddi və ya prosessual hüquq normalarını düzgün tətbiq etmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar tam, obyektiv və hərtərəfli aydınlaşdırılmış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar kifayət qədər mötəbər sübutların məcmusu əsasında sübut edilmiş və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələri işin hallarına uyğun gəlmişdir və birinci instansiya məhkəməsinin müvafiq qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Qubadlı Rayon Məhkəməsinin (hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi ilə, İş № 2(028)-388/2025) xx.xx.2025-ci il tarixli Qətnaməsinin dəyişdirilmədən, iddiaçı tərəfin tərəfin verdiyi apellyasiya şikayətinin təmin edilmədən saxlanılması barədə qətnamə çıxarılması xahiş olunur.
Apellyasiya icraatı iştirakçılarının izahatları
31. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
32. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
34. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri).
35. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71. (3-cü hissə) İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 80. 1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Maddə 84. (1-ci hissə) Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Maddə 296. (2-ci hissə) Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. (3-cü hissə) Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 300. 1) Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Göründüyü kimi, tərəflər arasında fərdi əmək mübahisəsi yaranmışdır. İddiaçı işdən çıxarılmasının qanunsuz və əsassız olduğunu, cavabdeh isə iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə tam əməl olunduğunu bildirmişdir.
40. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
41. Məhkəmə mövqeyini onunlarla əsaslandırmışdır ki, Qubadlı şəhər Ə.Mehdiyev adına Uşaq musiqi məktəbinin nəzəriyyə şöbəsinin müəllimi İddiaçı 16 dekabr 2024-cü il tarixdə töhmət, 23 dekabr 2024-cü il tarixdə isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verildikdən sonra sosial şəbəkələrdə çıxış edərək məkəbin, məktəbin kolektivinin və müəllimlərin ünvanına nalayiq ifadələr işlətməsi, məkətəbin pedoqoji kollektinin peşəkarlığına və nüfuzuna kölgə salan söz və ifadələrdən istifadə etməsi, həmçinin xx.xx.2025-ci il tarixdə məktəbin pedoqoji şuras şurasının iclasında sosial şəbəkələrdə çıxışlarında haqlı olmasını bildirməklə digər müəllimlərin ünvanına təkrar nalayiq ifadələr işlətməsi haqlı olaraq etik davranış qaydalarının və əmək funksiyalarının kobud şəkildə pozulması kimi qiymətləndirilmiş və onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə 02 saylı xx.xx.2025-ci il tarixli əmr verilmişdir. Belə ki, müəllimin qeyd edilən davranışları həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kollegiyasının 8 noyabr 2018-ci il tarixli 6/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin nümunəvi əsasnaməsi”nin 6-cı hissəsinin 3-cü bəndi ilə müəyyən edilmiş müəllimin vəzifələrinə uyğun olmamış və həmin davranışlar qeyd edilən əsasnamə ilə müəllimin üzərinə qoyulmuş vəzifələrin pozulması kimi qiymətləndirilməldir.
42. Göstərilən səbəblərdən də məhkəmə hesab etmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş qaydalara əməl edilərək işdən azad edilmişdir. Bu səbəbdən iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
43. Məhkəmə qətnaməsi ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti vermişdir.
44. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə aparan məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinin əsasları ilə oxşar olmaqla, birinci instansiya məhkəməsi tərəfindən həmin əsaslar üzrə ətraflı araşdırma aparılmış, müfəssəl qiymət verilmişdir. Bu baxımdan həmin dəlillər üzrə məhkəmə kollegiyası əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
45. Bununla yanaşı məhkəmə kollegiyası aşağıda şərh olunanları qeyd etməyi zəruri bilir:
46. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq Musiqi məktəbinin nəzəriyyə şöbəsinin müəllimi İddiaçı xx.xx.2024cü il, 05 dekabr 2024-cü il və 13 dekabr 2024-cü il tarixlərdə iş yerini vaxtında əvvəl tərk etdiyinə və bununla bağlı izahat verməkdən imtina etdiyinə görə 16 dekabr 2024-cü il tarixli əmrlə ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmiş, İddiaçı həmin əmrlə tanış olmaqdan imtina etmişdir.
47. Bundan sonra 20 dekabr 2024-cü ildə İddiaçı xəbərdarlıq etmədən bütöv iş günü işdə olmamış və bununla bağlı izahat verməkdən imtina etmişdir. Ona görə də 23 dekabr 2024-cü il tarixli əmrlə ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, İddiaçı həmin əmrlə tanış olmaqdan imtina etmişdir.
48. Bundan sonra 2024-cü ilin dekabr ayının sonlarında İddiaçı “TikTok” sosial şəbəkəsində “Xalqın haqq səsi” səhifəsində çoxsaylı insanların qoşulduğu online müzakirdə məktəbin müəllimləri barəsində aşağıdakı ifadələri işlətmişdir: “bizim kadrlarda orada çoxsaylı savadsız müəllimlər var”, “onlar işverəndi”, “onlar şərəfsiz və ləyaqətsizdi”, “bizim məktəbimiz kolleqalar çox pis insanlardır”, “bizdə müəllimlər var A ilə B-ni qanmayanlar”.
49. Qeyd edilən səbəblərdən də xx.xx.2025-ci ildə məktəbin pedoqoji şurasının iclası keçirilmiş, həmin iclasda iştirak edən İddiaçı sosial şəbəkələrdə çıxışlarında haqlı olduğunu bildirmiş, həmçinin məktəbin kollektivi və ayrı-arı müəllimlərin ünvanına nalayiq ifadələr işlətmişdir.
50. Bundan sonra xx.xx.2025-ci il tarixdə məktəb direktoru tərəfindən Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq həmin məktəbin həmkarlar ittifaqı komitəsinə müraciət edilərək İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılması məsələsinə münasibət bildirilməsi təklif edilmiş, bununla bağlı Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin xx.xx.2025-ci il tarixli iclası keçirilmiş və İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə etiraz edilməməsi qərara alınmışdır. Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2025-ci il tarixli məktubunda İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə etiraz edilməməsi qeyd edilmişdir.
51. Bundan sonra X11 Mədəniyyət İdarəsi Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq Musiqi Məktəbinin 02 saylı xx.xx.2025-ci il tarixli əmrinə əsasən İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndi ilə əvvəllər aldığı intizam tənbehindən nəticə çıxarmadığı üçün xx.xx.2025-ci il tarixdən Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.
52. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən əmr əmək qanunvericiliyinin tələblərinə uyğun verilmişdir, həmin əmrin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas yoxdur.
53. Kollegiya vurğulayır ki, iddiaçı (işçi) işdən azad edilməsinin qanunsuz olması, eləcə də qarşı tərəfin sübutlarının mötəbərliyini şübhə altına alan heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir.
54. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin 08 avqust 2025-ci il tarixli, 2(028)-388/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.