Məhkəmə qərarları › İş №2(105)-1503/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1503/2023

24.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1503/2023 24.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 mart 2023-cü il tarixli, e-2(060)-7220/2022 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xüsusi mülkiyyətində olan ünvan 1vanda yerləşən 13 saylı mənzildən çıxarılması, mənzilin tam boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-7220/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1vanda yerləşən 13 saylı mənzilindən çıxarılması, ünvan 1vanda yerləşən 13 saylı mənzilin tam boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir (hakim Elmir Hüseynov). Qətnamədən narazı qalan Cavabdeh xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-7220/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti ilə yanaşı apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-7220/2022 saylı qətnaməsindən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilərək mülki işin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-7220/2022 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-7220/2022 saylı qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət rədd edilmişdir (hakim Elmir Hüseynov). Qərardaddan narazı qalan Cavabdeh xx.xx.2023-cü il tarixli şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)- 7220/2022 nömrəli qərardadının ləğv edilməsi və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-7220/2022 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-7220/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır (hakim Elmir Hüseynov). Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)- 7220/2022 nömrəli qərardadından şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(060)-7220/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-7220/2022 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-7220/2022 saylı qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir (hakim Elmir Hüseynov). Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-7220/2022 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-7220/2022 saylı qərardadı ləğv edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(060)-7220/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-7220/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilən xx.xx.2023-cü il tarixli şikayət baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim Elmir Hüseynov). Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində apellyasiya şikayətini elektron məhkəmə kabineti vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. xx.xx.2023-cü il tarixində ona icra şöbəsindən zəng gəlmişdir ki, məhkəmənin icra vərəqəsi xx.xx.2023-cü il tarixində icra şöbəsinə daxil olmuşdur. Məhkəmələr qətnamələr üzrə icra vərəqlərini 9-10 gündən sonra icra şöbələrinə göndərdikləri halda, onun icra sənədi xx.xx.2023-cü il tarixində, qətnamənin surəti ona verildiyi gündən düz 1 ay sonra göndərilmişdir. Günün ikinci yarısında Sumqayıt Şəhər Məhkəməsinə gəlib apellyasiya şikayəti ilə maraqlanan zaman məlum olmuşdur ki, apellyasiya şikayəti və əlavə edilmiş sənədlər məhkəmənin elektron kabinetinə çatmamışdır. xx.xx.2023-cü il tarixində apellyasiya şikayətini göndərmək istəyərkən məlum olmuşdur ki, bütün Respublika üzrə “Asan imza” xidmətlərində xəta baş vermiş, işləməmiş, o səbəbdən də apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri elektron qaydada məhkəməyə göndərə bilməmişdir. Odur ki, xx.xx.2023-cü il tarixində xx.xx.2023-cü il tarixli apellyasiya şikayətini və əlavə edilmiş sənədləri, o cümlədən xx.xx.2023-cü il tarixində elektron qaydada göndərilmiş apellyasiya şikayətinin surətini yenidən elektron qaydada Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 17 mart 2023-cü il tarixli, e- 2(060)-7220/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını məhkəmə işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsaən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5-cü maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, e-2(060)-7220/2022 nömrəli qətnaməsi 06 yanvar 2023-cü il tarixdə məktubla poçt vasitəsi ilə Cavabdeh yaşadığı ünvanına göndərilmiş, sözü gedən qətnamə SS814937187AZ nömrəli poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən həmin ünvanda “Cavabdeh” qeydi aparılmaqla xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, lakin Cavabdeh tərəfindən apellyasiya şikayəti “elektron məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə xx.xx.2023-cü il tarixində verilmişdir. Cavabdeh şikayətində «Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, e- 2(060)-7220/2022 nömrəli qətnaməsindən apellyasiya şikayətini xx.xx.2023-cü il tarixində elektron qaydada göndərdiyini, Respublika üzrə “Asan imza” xidmətlərində xəta baş verməsi səbəbindən apellyasiya şikayətinin vaxtında deyil, xx.xx.2023-cü il tarixdə elektron məhkəmə informasiya sisteminə yükləndiyini» qeyd etmişdir. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlili ilə bağlı qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, e-2(060)-7220/2022 nömrəli qətnaməsi 06 yanvar 2023-cü il tarixdə məktubla poçt vasitəsi ilə Cavabdeh yaşadığı ünvanına göndərilmiş, sözü gedən qətnamə SS814937187AZ nömrəli poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən həmin ünvanda “Cavabdeh” qeydi aparılmaqla xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin son günü yəni xx.xx.2023-cü il tarixi qeyri-iş gününə düşdüyündən, ondan sonrakı iş günü, yəni xx.xx.2023-cü il müddətin qurtarmasının son günü hesab olunsa da, Cavabdeh tərəfindən apellyasiya şikayəti “elektron məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə xx.xx.2023-cü il tarixində verilmişdir. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlili ilə bağlı həmçinin qeyd edir ki, ölkə üzrə “Asan imza”dan istifadədə problem cavabdehin qeyd etdiyi xx.xx.2023-cü il tarixində deyil, xx.xx.2023-cü il tarixində yaranmış, həmin problem xx.xx.2023-cü il tarixində aradan qaldırılmış, cavabdeh qanunla apellyasiya şikayətini xx.xx.2023-cü il tarixində verməli olsa da, apellyasiya şikayətini həmin tarixdə deyil, “elektron məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə xx.xx.2023-cü il tarixində vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Həmin Məcəllənin 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Həmin Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Məhkəmə kollegiya hesab edir ki, cavabdeh qətnamədən apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verdiyindən birinci instansiya məhkəməsinin Cavabdeh apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinin rədd edilməsi barədə qərardadı əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə buraxılmış prosessual müddətin bərpası barədə vəsatətin rədd edilməsi barədə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 17 mart 2023-cü il tarixli, e-2(060)-7220/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar