Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1512/2024 30.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X6 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-188/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus Abşeron rayon, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsindən çıxarılması, dövlət rüsumu qismində ödənilmiş 100 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsi onun xüsusi mıilkiyyətindədir. Torpağın təyinatı yaşayış məntəqələrinin torpağıdır. Bu barədə ona ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan da görünür ki, ona məxsus həmin torpaq sahəsinin koordinatları GPS aləti vasitəsilə naturada müəyyən edilərək tanıdılmışdır. Təxminən bir neçə il öncə Cavabdeh tərəfindən ona məxsus həmin torpaq sahəsi zəbt edilmiş və orada qaraj inşa edilmişdir. Sonradan həmin şəxs ona məxsus torpağı Bayramov Mənsum adlı şəxsə satmışdır. Həmin şəxs keçmiş vəkil olmaqla, dələduzluq törətdiyinə görə məhkum edilmiş, Vəkillər Kollegiyasından xaric edilmişdir. Dəfələrlə həmin şəxsdən torpağını boşaltmasını tələb etsə də o onun tələbinə məhəl qoymamış və nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Faktla bağlı polisə şikayət etsə də heç bir nəticə əldə edə bilməmişdir. Odur ki, həmin şəxsin ona məxsus torpaqdan çıxarılması haqqında qətnamə qəbul edilməsinə zərurət meydana gəlmişdir. İddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilmişdir ki, onun da qarşı tərəfdən tutularaq ona ödənilməsi imkanı qanunvericilikdə nəzərdə tutulmuşdur.
3. Cavabdeh iddia tələbinə etiraz verərək qeyd etmişdir ki, İddiaçı Abşeron RİH-nin başçısının Masazır kənd Nümayəndəliyi 10 mart 1993-cü il tarixli Sərəncamı üzrə 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində hər hansı çəpərləmə (hasarlanma və ya digər tikinti) işləri aparılmamış ve 21 il sonra 15 aprel 2014-cü il tarixdə sahə özəlləşdirilmişdir. Onun xüsusi mülkiyətində olan 0,05 ha torpaq sahəsi və üzərində tikilmiş yaşayış evi isə 21 iyun 2014-cü il (İddiaçı özəlləşdirdikdən 2 ay sonra) tarixdə eyni qurum tərəfindən xüsusi mülkiyyət kimi qeydə alınaraq qardaşı X1 adına texniki pasport verilmişdir. Bağışlama əsasında xx.xx.2020-ci il tarixdə onun adına verilmiş texniki pasportda ölçülər dəyişdirilməmiş Akim Abbasov küçəsinə gediş-gəliş yolu eyni ilə saxlanılmış, hər hansı uyğunsuzluq barədə bələdiyə və ya reyestir xidmətindən irad və tələb olmamışdır. Həmin istiqamətdə situasiya planı üzrə 2021-ci ilədək maneəsiz istifadə etmiş və 2021-ci ilin may ayında uzun müddət gediş-gəliş yolu kimi istifadə etdiyi yol İddiaçı xanım tərəfindən zərurət olmadığı halda onun xüsusi mülkiyətindən istifadəyə süni maneə yaratmaq, onun istədiyi şərtlərlə razılaşmaq məqsədi ilə qazdırıldığı üçün tikilmiş hasarına ciddi ziyan vurulmuş və hasarın ucma təhlükəsi mövcuddur. Həmin söküntü zamanı tikdirdiyi pilləkənə də ziyan dəymiş, 4 sıra pilləkən, pilləkənin kənarındakı boş yerdə əkilən 4 yasəmən ağacı da məhv edilmişdir. 2014-cü il tarixdən xüsusi mülkiyətində olan yaşayış evinin xx.xx.2020-ci il tarixdə verilmiş texniki pasportda gediş-gəliş yolunu özü çəkməmiş və həmin yolun 2 ay əvvəl özəlləşmiş (çıxarış) sahədən keçməsi mümkünsüzlüyü texniki pasportda torpaq sahəsinin boş olduğu göstərilməklə təsdiq olunmuşdur. Həmin zaman evin və həyətin çıxışı Akim Abbasov küçəsinə tərəf göstərilmiş, çıxış indiki formada olmuşdur. Əgər həmin yol başqasının həyətinə düşürdüsə, daşınmaz əmlakın mühəndisləri o cizgini təsdiq edə bilməzdi. Belə olan təqdirdə onlar da evin istiqamətini göstərilən səmtə uyğunlaşdırardı. Bundan başqa təqdim etdiyi foto şəkildən göründüyü kimi qonşu tərəfdən qaraja qalxan yola darvaza qoyulmuşdur. Bu isə bir daha onu təsdiq edir ki, orada yol nəzərdə tutulmuş, həmin yol onların qarajına qədər uzanmış, qonşu da həmin yola darvaza qoymuşdur. Firuzə xanım həmin yolu dağıdanda dediyi darvazanı da uçurmuşdur. İddiaçı yol qazdırarkən yolun kənarına əkdiyi 8 zeytun ağacı, 12 gül kolu və 6 iydə ağacını da məhv etmişdir. Bu məsələni məhkəmədən kənar həlli üçün Firuzə xanıma müraciət etsələr də, o, onlar ilə hər hansı danışığa, razılığa gəlmədi. Bu bir daha sübut edir ki, iddiaçı özünün qərəzli və hikkəli münasibətini sərgiləyir.
4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-188/2024 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia ərizəsinin təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 50 (əlli) manatın İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2021-ci il tarixli, ********** reyestr, **********66 qeydiyyat nömrəli çixarışa əsasən İddiaçı Suriyyə qızının xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları daxilində Cavabdeh faktiki istifadəsində olan talvar tikilisinin 0.0019 ha (19 kv.m) hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilmiş, cavabdeh torpaq sahəsini 2014-cü ildə almış, tikinti işlərinə elə həmin zamandan başlamış, iddiaçı tikintidən məlumatlı olmuş, lakin tikintiyə etiraz etməmiş, bunu isə o vaxt cavabdehlə razılığa gələ biləcəyi ilə izah etmişdir. İddiaçı 2020-ci il də polis idarəsinə müraciət etmiş, əməldə cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Buna baxmayaraq iddiaçı 2023-cü ildə hüquqlarının pozulması ona aşkar olduqdan 9 il sonra məhkəməyə müraciət etmişdir. İddiaçı 2014-cü ildə cavabdeh tərəfindən tikili tikərkən hüquqlarının pozulduğunu bildiyi halda həmin tikilinin tikilməsinə mane olmamış razılaşmışdır. Üzərindən uzun müddət keçdikdən sonra cavabdeh tərəfindən tikilmiş tikilinin sökülməsi ilə əlaqədar məhkəməyə müraciət etmişdir ki, məhkəmə iddiaçının hazırkı tələbini qanundan sui-istifadə kimi qiymətləndirir. Eyni zamanda hazırda tərəflərin izahatından görünür ki, cavabdeh üst-üstə düşən ərazidə yəni 0.0019 ha (19 kv.m) olan hissədə talvar tikilisi olduğu üçün cavabdehə kompensasiya təklif etmiş cavabdeh isə bununla razılaşmamışdır. Həmçinin, İddiaçı ona məxsus torpaq sahəsinin müəyyən hissəsi cavabdeh tərəfindən zəbt edildiyi üçün torpaq sahəsindən çıxarılma tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh məxsus qarajın ona məxsus Abşeron rayon, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsindən qaraj tikilisinin sökülərək cavabdehin hesabına çıxarılmasını tələb etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 316-16/2-10/9238 nömrəli ekspert rəyinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları daxilində Cavabdeh faktiki istifadəsində olan talvar tikilisinin 0.0019 ha (19 kv.m) hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Göründüyü kimi tikinti qaraj tikilisi deyil, talavar tikilisi olmuşdur ki, iddiaçı isə iddia ərizəsində qaraj tikilisinin sökülməsi tələbini qoymuşdur.
6. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 139.1, 152.1, 152.5, 157.4, 560.1, 560.2-ci və MPM-nin 4.1, 77.1-ci maddələrinə edərək iddianı təmin etməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-188/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edlməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində çıxarılmış qətnamə qanunsuz və əsassızdır. Ona görə ki, o 1993-cü ildə Abşeron rayonu, Masazır kəndində 0,03 ha torpaq sahəsi əldə etmiş, qanuni əsaslarla onu öz mülkiyyətinə keçirmişdir. Cavabdeh isə 2014-cü ildə qonşuluqda əldə etdiyi torpaq sahəsində özünə ev tikdirmişdir. Onun həmin ərziyə gec-gec gəlib-getməsindən istifadə edərək, orada 0,0019 ha (19kv.m) ölçüdə talvar tikdirmişdir. O, bu torpaq sahəsini 1993-cü ildə əldə etmişdi. Cavabdeh isə bu qeyri-qanuni tikilini, özgənin həyətində 25 il sonra 2018-ci ildə tikdirmişdir. Onun tərəfindən göstərilən faktlar protokola salınsa da məhkəmə tərəfindən araşdırılmamışdır. Qətnamədə göstərilir ki, güya o bu tikilini görmüş və onun tikintisinə etiraz etməmişdir ki, güya gələcəkdə kompensasiya alacaq. Bu ağ yalandır, belə bir şey olmayıb. O, nəyə görə özünə məxsus torpaq sahəsində qonşunun tikinti aparmasına göz yummalı idi. Əgər öz haqqını tələb edirsə, hakim hansı əsaslarla bunu qanundan suiistifadə halları kimi qiymətləndirir. Hakimin qətnaməsindən belə çıxır ki, istənilən şəxs başqasına mənsub olan əmlaka müdaxilə edə bilər və mülkiyyətçi səsini çıxarıb, haqqını tələb edə bilməz. Ona məxsus torpaqda 25 ildən sonra qeyri-qanuni talvar tikilir, ona zərər vurulur, qətnamədə bu nəzərə alınmır. Onun mülkiyyətində olan torpağa zorla girib talvar tikirlər, o da yaşlı, xəstə qadın güc işlədə bilməyib məhkəməyə müraciət edir. Hakim isə bunu nəzərə almır. Cavabdeh iddia edir ki, talvar evə bitişik olduğundan onu sökə bilmir. Bu ağ yalandır, talvarın evə heç biraidiyyəti yoxdur, ara məsafəsi 7 metrə qədərdir və söküntü olduqda bunun cavabdehin evinə heç bir aidiyyəti yoxdur. Qətnamədə mülkiyyətçinin qanuni hüquqları qorunmaq əvəzinə, cavabdehin xeyrinə heç bir əsası olamayanq anunsuz qərar çıxarılmışdır. Cavabdeh bu talvarın onun həyətində hansı əsaslarla tikdirməsi barədə heç bir sübut təqdim etməmiş, məhkəmə isə yalnız ehtimallar əsasında qətnamə çıxarmışdır. Buna görə də çıxarılan qətnamə tam qanunsuz və əsassızdır.
9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilərək qeyd edilmişdir ki, İddiaçı apellyasiya şikayətində göstərilən 0,03 ha yox, Abşeron rayonu İcra Hakimiyətinin Masazır kənd icra nümayəndəliyi tərəfindən 10 mart 1993-cü il tarixli 14 nömrəli sərəncamla həyətyanı 0,10 ha torpaq sahəsi ayrılmışdır. Bu fakt Dövlət Reyesti Xidmətinin Abşeron 4 saylı Ərazi idarəsinin İddiaçı Şuriyə qızının adına xx.xx.2014-cü il tarixdə verilmiş Torpaq sahəsinin planı və ölçüsü haqqında Reyestr nömrəsi **********84 olan rəsmi sənədi möhtəbir sübut kimi təqdim edir. 2011-ci ildən Masazır Bələdiyəsinin mülkiyətində olan torpaq sahəsindən əsas yola gediş-gəliş ücün istifadəsinə verilmiş texniki pasportla təsdiq olunmuş plan və ölçülərə uyğun xx.xx.2014-cü ildə texniki pasport almışdır. Şikayətçinin onun evi tikməyi barədə məlumatının olmaması sübutu əsassızdır. Belə ki, qeydiyatı Bakı şəhərinə olsa da yaxın qohumları Masazır kəndində yaşayırlar, evin tikilməsi dövründə hətta xeyir-dua ediblər, Firuzə xanım özü də Masazırda yaşayır. İddiaçının onun sonradan 2018-ci ildə talvar tikməsi və həmin talvarın onun xususi mülkiyətində olması halı üzrə izah verir ki, o, texniki pasporta göstərilmiş plana uyğun olaraq əsas yola gediş-gəliş istiqamətində yan qonşularla sərhəddini ayırmaq üçün 2014cü ildən hasar çəkmiş və ön hissəsini 5 daş hündürlüyündə müvəqqəti bağlamışdır. Təqdim olunan fotolarda evin hasarın tamlığı və rəngi həmin tikilinin eyni vaxtda inşa olunduğu açıq görünür. İddiaçının 0,10 ha torpaq sahəsinin xüsusi mülkiyətdə olması haqqında 25 il sonra məlumatı olmuşdur. Çünki 2018-ci ildən başlıyaraq onun texniki pasportunda göstərilmiş əsas yola gediş-gəliş ərazisinin onun olduğu tələbini irəli sürərək həmin torpaq sahəsini onun şərtləri ilə razılaşaraq pulla almağını tələb etmişdir. Hətta evinə də gəlmişdir. O, İddiaçı texniki pasportu göstərərək izah etmişdir ki, 2014-cü ildən rəsmi sənədlərlə həmin ərazi onun istifadəsinə verilmişdir. Bir halda qapıya gəlib və torpağı ona satmaq istəyirsə, ola bilər ehtiyacı varsa 300 manat halallıq kimi təklif edib və uzun müddət yaşayış evinə gediş-gəliş ücün istifadə etdiyi torpaq sahəsinin Masazır Bələdiyəsinin mülkiyətində olduğunu xx.xx.2020-ci ildə verilmiş texniki pasportda göstərib. Mübahisənin birinci instansiya məhkəməsində baxışı zamanı da onun xüsusi mülkiyətində olan torpaq sahəsini hasarlamaması, evi və hasarın tikilməsi müddətində (8 ay) sərhədlərinin müəyyən edilməsinə təşəbbüs göstərmədiyi ücün 19 kv.metr sahənin üstüstə düşməsi eksperiza ilə müəyyən olunmuşdur. Görəsən evini və hasarını tikən ustalar bu dəqiqliyi müəyyən edə bilərdimi? Buna görə İddiaçı ilkin instansiya məhkəməsində həmin 19 kv sahəyə verdiyi pulu ödəməyə və ya həmin ölçüdə torpaq sahəsindən ona verməyə hazır olduğu təklifini qəbul etməyərək həmin tikilinin sökülməsini tələb etməklə onun şərtləri ilə razılaşmağa niyyəti bilinmişdir. Bundan başqa yaşayış evinə gediş-gəliş ücün istifadə etdiyi torpaq sahəsi 2021-ci ildə Həsənoya Firuzə tərəfindən zərurət olmadan 2 metr dərinliyində qazılaraq süni maneə yaradılmasını və hasarına zərər vurulmasını və girişinin tam məhdudlaşdırıldığını əks etdirən foto subutları məhkəməyə təqdim edərək diqqətə alınmasını xahiş edir. Buna görə birinci instansiya məhkəməsi onun iddiasını təmin etmədikdən sonra onunla görüşərək dostu Firuzə xanımın əmisi nəvəsi, Masazırda 25 ildən çox əmlak alqı-satqısı ilə məşğul olan Rəfail adlı qohumunun ofisində görüşərək təkrarən sənəd və sxemlərlə izah etmişdir ki, onun xususi mülkiyəti konstitutsiyon hüququdur və yaşayış evinin əsas yola gediş-gəlişi rəsmi sənədlərlə müəyyən olunmuşdur. Buna görə uzun müddət istifadə etdiyi yolun dəqiq kordinatları göstərilsin ki, qonşular həmin ərazidən evlərinə giriş qapılarını qoysunlar və əsas yola daha təhlükəsiz qiriş və çıxışı təmin edilsin. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdeh 2014-cü ildə evi tikdirdikdən sonra hasar çəkib, torpağından da götürüb. Daş tikilini nə vaxt tikdiyini bilmir. 0.07 hektar torpaq sahəsini 2020-2021-ci illərdə satmışdır. 2021-ci ildə daş tikili var idi. Qanunsuz tikili ilə bağlı qarşı tərəfin özünə, həmçinin polisə müraciət edib. Qanunsuz tikilini cavabdeh özü yox, Alim adlı qardaşı tikdirib. Alim isə qohumunun dostu olmuşdur. Tikili ilə bağlı qohumuna müraciət edib, dostunun tikilini ona məxsus olan torpaq sahəsində tikdirdiyini bildirdi, polisə məlumat verib. Polis DƏDKR PHŞ-dən nümayəndə gətirdi, ölçülər götürüldü, nümayəndə də həmin hissənin ona məxsus olduğuna dair rəy verdi. Alim ona narahat olmamağını, oradan çıxacaqlarını bildirdi. 0.07 hektarı satmazdan qabaq qarşı tərəfə istəyirsə 0.01 hektarı götürüb özünə yol edə biləcəyini bildirdi. O isə lazım olmadığını, öz yolu olduğunu bildirdi. Torpaq sahəsini qazdırmağının səbəbi ev tikdirmək istəyi olmuşdur. Bildirir ki, yerli baxış iclasından sonra cavabdehlə aralarında razılıq əldə olunmuşdu, lakin indi məhkəmə iclasında başqa şeydən danışır. Əsas yolun müəyyən edilməsi bir neçə il vaxt ala bilər, o qədər vaxtı gözləmək istəmir. Mübahisəsi ilk olaraq cavabdehin qardaşı ilə olmuşdur. 2018-ci ildə tikili inşa ediblər. Məhkəməyə gec müraciət etməyinin səbəbi, məhkəməyə qədər barışıq üçün cəhd etməyi, əlavə olaraq polisə müraciət etməyi olmuşdur. Qardaşı tikilinin söküləcəyini, oradan çıxacağını bildirmişdi. Lakin sökmədilər. Yubada-yubada bu vəziyyətə gətirdilər. Cavabdeh tikilinin onun torpaq sahəsinə girən hissəsini söküb, özünə yenidən hasar çəkə bilər. Ona görə apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul etməyinizi xahiş edir.
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Nümayəndə apellyasiya şikayətimi müdafiə edərək bildirdi ki, təmsil etdiyi şəxs 1993-cü ildə ev tikdirmək üçün torpaq sahəsi almışdır. Həmin torpaq qanuna uyğun qaydada sənədləşdirilmiş, torpağa çıxarış əldə olunmuş, lakin iddiaçı imkanı olmadığından sözügedən torpaq sahəsində ev tikdirə bilməmişdir. Cavabdeh 2014-cü ildə özünə məxsus 0.05 hektar qonşu torpaq sahəsində təxminin 200 kv.metrlik ev tikdirməyə başlamış və orada yaşamışdır. Sonradan Firuzə xanıma məlum olmuşdur ki, qonşusu özünə ev tikdirməklə yanaşı iddiaçıya məxsus torpaq sahəsinin 20 kv.m hissəsinə girərək qaraj tikdirmişdir. Firuzə xanım cavabdehə onun torpaq sahəsinə girdiyini bildirəndə qarşı tərəf razılığa gələcəklərini bildirmiş, buna baxmayaraq iş bura kimi gəlib çıxmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsində torpaq sahəsinin mövcud olması və tikili ilə torpaq sahəsinin üst-üstə düşməsi qeyd olunmuşdur, hansı ki əgər qarşı tərəf Firuzə xanıma məxsus torpaq sahəsinə girərək orada özünə qaraj tikdiribsə üst-üstə düşmə halı normaldır. Bundan əlavə birinci instansiya məhkəməsinin qətnaməsində vurğulanan hallardan biri də cavabdeh tərəfindən qaraj deyil, talvar tikilməsi olmuşdur. Talvara qapı qoyulsa çevrilib qaraj olacaqdır. Burada əsas məsələ tikilinin talvar və ya qaraj olması deyil, təmsil etdiyi şəxsə məxsus torpaq sahəsinə qanunsuz olaraq girərək hər hansı tikilinin inşa edilməsidir. Qarşı tərəf qanunsuz olaraq təmsil etdiyi şəxsə məxsus torpaq sahəsinə girmişdir. Cavabdehin bu hərəkətinə görə iddiaçıya kompensasiya təklif etməsi də qanunsuz zəbti təsdiq edir. Tələbləri cavabdehin öz hesabına inşa etdirdiyi tikilini sökməsi və iddiaçının ödədiyi dövlət rüsumunu ona qaytarmasıdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul etməyinizi xahiş edirəm.
12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, Firuzə xanım 1993-cü ildə, 0.10 hektar torpaq sahəsi alıb, çıxarışı burada var. 0.07 hektarı satıb, hazırda iddiaçıya məxsus torpaq sahəsi 0.03 hektardır. İş materiallarında olan texniki pasportda da görünür ki, onun giriş-çıxış yolu əsas gediş-gəliş yoludur. xx.xx.2021-ci il tarixdə iddiaçı həmin sahəni qazdırmağa başlamışdır. Fotoşəkillərdən aydın görünür. Ev və daş tikili 2014-cü il tikilmiş, 2021-ci ildə daş tikilinin üstü örtülmüşdür. O, qarşı tərəfə məxsus torpaq sahəsində daş tikili tikməmişdir. Bunu qəbul etmir. Bələdiyyəyə məxsus gediş-gəliş üçün ayrılmış əsas yolun kənarlarını hasarlamışdır, ola bilər ki, o üst-üstə düşsün. Tikili sökülsə onun yolu olmayacaq. Tikilini tikəndə əsas yola çıxacağını düşünərək tikib. Ona əsas gediş-gəliş yolu verildiyi təqdirdə, tikili ona lazım deyil. Qonşularla sərhədi müəyyənləşdirmək üçün 5 daşla tikilini tikmişdir ki, bu onun əsas yola gediş-gəliş üçün yolu olsun. Firuzə xanıma halallıq üçün müəyyən məbləğdə kompensasiya verməyi təklif etmişdir. Amma bu o demək deyil ki, iddiaçıya məxsus torpaq sahəsini zəbt etmişdir. Torpaq qarşı tərəfin deyil, əgər torpaq onundursa, o zaman onun gediş-gəliş yolunun harada yerləşməsi sual doğurur. Hazırda əsas problem yol məsələsidir. Yol verilsin o, tikilini sökməyə razıdır. xx.xx.2021-ci il tarixdə iddiaçı mübahisəli ərazini qazdırmağa başlamışdır, inzibati məhkəmədə iş gedir, yekun qərarla yolu müəyyən olunduqdan sonra mübahisəli tikilini sökməyə hazırdır. Əsas yol müəyyən olunmasa da, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə razılaşacaqdır. Amma tikilini indi söksə, hasar dağılacaq. 2014-cü ildə tikilini tikəndə orada daş hasar, tor hasar, heç bir şey olmamışdır. Tikilinin Firuzə xanıma məxsus olan torpaq sahəsində tikilməsinə dair ekspert rəyi mövcuddursa, bunu indi bilmişdir. Tikili talvara bənzər bir tikildir. Kirayə verib. Üstü açıq olub, götürən üstünü bağlayıb, içinə girməmiş, hazırda içindən xəbəri yoxdur. Heç kəsin torpağını zəbt etməmişdir, orada nişanlama olmamışdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir.
İşdə olan sübutlar
13. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********66 reyestr nömrəli çıxarışın surətindən və xx.xx.2021-ci il tarixli, AA № 614036 saylı plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
14. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********54-10301 reyestr nömrəli çıxarışın surətindən və xx.xx.2020-ci il tarixli Texniki Pasportun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, Niyazi Əsgərov küçəsi, ev 11 Yeni qaydalarla, ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 167.9 kvadratmetr fərdi yaşayış evi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 15 .Abşeron rayon polis İdarəsinin 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
16. Abşeron rayon Polis İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, ********* saylı məktubun surətindən görünür ki, Abşeron rayon polis idarəsinə daxil olmuş müraciət ilə əlaqədar olaraq araşdırma aparılmış, toplanmış materialda cinayət tərkibi olmadığı üçün müvafiq qərar çıxarılmışdır. Ərizədə göstərilən xüsusatlarla bağlı mülki qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququnuzun olduğu bildirilmişdir. 17.Abşeron rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
18. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-H-01xx-xx/2023 saylı məktubundan görünür ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0.03 ha torpaq sahəsinin yerinin və koordinatlarının dəqiqləşdirilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli (daxilolma: **********) İddiaçı müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsində baxılmışdır. Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində xx.xx.2021-ci il tarixli, **********66 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.03 ha torpaq sahəsinin koordinatları GPS aləti vasitəsilə naturada müəyyən edilərək tanıdılmışdır.
19. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-14156/2023 saylı mütəxəssis rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş **********66 qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları İddiaçı tərəfindən tanıdılan torpaq sahəsinin koordinatları daxilində yerləşir (sxemdə göstərilmişdir). Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş **********66 qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları daxilində cavabdeh X3 faktiki istifadəsində olan talvar tikilisinin 0.0019 ha (19 kv.m) hissəsi ilə üstüstə düşür.
20. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-02/2-A-0009/02-8/2024 saylı məktubunun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə gediş-gəliş yolunun digər fiziki şəxsə satılması ilə bağlı yaranmış problemin həllinə köməklik göstərilməsi barədə 8 fevral 2024-cü il tarixli Cavabdeh müraciətinə aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar bildirilir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə texniki baxış keçirilmiş və torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki vəziyyəti arasında uyğunsuzluğun mövcud olduğu müəyyən edilmişdir. Eyni zamanda bildirilir ki, elektron kadastr baza məlumatlarına əsasən hal-hazırda gediş-gəliş yolu kimi istifadə olunan sahə digər fiziki şəxsin mülkiyyətindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 5.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onlrın məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən, rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır. 21.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9238 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** reyestr, **********66 qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları İddiaçı qəzə tərəfindən tanıdılan torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi müəyyən edilmişdir, (mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir). Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** reyestr, **********66 qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları daxilində cavabdeh X2 faktiki istifadəsində olan talvar tikilisinin 0.0019 ha (19 kv.m) hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
24. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
25. Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
26. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-188/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-188/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan mütəxəssis rəyi və ekspert rəyindən görünür ki, iddiaçıya məxsus 0.03 ha torpaq sahəsinin 0.0019 ha (19 kv.m) hissəsi Cavabdeh tərəfindən zəbt edilmiş və həmin torpaq sahəsində yardımçı tikili inşa edilmişdir. Hazırki iddia tələbinin mahiyyəti iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri qaytarılmasıdır. Cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi və orada təyinatından asılı olmayaraq hər hansı bir yardımçı tikili inşa etməsi iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsini mümkünsüz etmişdir.
29. Bundan başqa birinci instansiya məhkəməsi cavabdeh tərəfindən sökülməsi tələb olunan tikilinin 2104-cü il tarixdə inşa edildiyini, iddiaçının həmin vaxt tikintidən məlumatlı olduğunu, lakin tikintiyə etiraz etməməsi qənaətinə gələrək, iddiaçının 9 ildən sonra iddia qaldırmasını hüquqdan sui-istifadə kimi qiymətləndirmişdir.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəni də əsassız hesab edərək qeyd edir ki, iddiaçının cavabdehin çıxarılmasını tələb etdiyi torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş tikili ev deyil, iddiaçının torpaq sahəsinə daxil olmaqla inşa edilmiş yardımçı tikili olmuşdur ki, həmin tikilinin məhz 2014-cü il tarixdə inşa edilməsi iş materialalrı ilə sübut olunmamaqdadır. İddiaçı həmin tikilinin 2018-ci il tarixdə tikildiyini və həmin vaxt da tikilinin inşasına etiraz etdiyini bildirmişdir. Həmçinin, iş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin sənədlərindən də göründüyü kimi iddiaçı torpaq sahəsində aparılmış tikinti işləri ilə bağlı polis orqanına hələ 2020-ci il tarixdən etibarən müraciətlər etmişdir. Bundan başqa iddiaçı ilk əvvəl mübahisəsinin cavabdehin qardaşı ilə olduğunu, məhkəməyə gec müraciət etməyinin səbəbinin, cavabdehin qardaşının tikilinin söküləcəyini, oradan çıxacağını bildirməsi olmasını bildirmişdir ki, onun bu izahatı inandırıcı və ağılabatan olmuşdur. Belə ki, cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etirazında iddiaçının 2018-ci ildən başlıyaraq mübahisəli yerin onun ərazisinin olduğu tələbini irəli sürərək həmin torpaq sahəsini onun şərtləri ilə razılaşaraq pulla almağını tələb etdiyini bildirmişdir. Digər tərəfdən hazırda da cavabdeh əsas yol çıxışı olacağı təqdirdə tikilini sökülməsinə etiraz etmədiyini, yolun qanunsuz olaraq bələdiyyə qərarı əsasında digər qonşuya satıldığını və hazırda Bələdiyyənin qərarından inzibati məhkəməyə şikayət verdiyini bildirmişdir ki, qeyd olunan hal iddiaçının izahatının həqiqəti əks etdirməsini təsdqi etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, tikilinin inşa edilməsində iddiaçı tərəfindən hər hansı bir hüquqdan suiistifadə halına yol verilməsi sübut olunmamaqdadır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf ümumiyyətlə əsas yola çıxışı olduğu təqdirdə tikilinin sökülməsinə etiraz etmədiyini bildirmişdir ki, cavabdehin bu dəlili anlaşılan olmamışdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən yerində baxış keçirilməklə yanaşı, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi iddiaçının cavabdehin çıxarılmasını tələb etdiyi torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş tikilinin mövcud olub-olmamasından asılı olmayaraq, həmin tikili istiqamətindən aşağıya doğru cavabdehin ümumi istifadədə olan yola çıxışı mümkün deyildir. Hazırda da cavabdehin ümumi yola çıxmaq üçün istifadə etdiyi yol digər istiqamətdəndir. Digər tərəfdən cavabdeh daha əvvəl mövcud olmuş yolun qanunsuz olaraq bələdiyyə qərarı əsasında digər qonşuya satıldığını və hazırda Bələdiyyənin qərarından inzibati məhkəməyə şikayət verdiyini bildirmişdir ki, cavabdehin qeyd etdiyi iddia əsaslı hesab olunacağı təqdirdə hazırkı tikilinin sökülərək onun yerləşdiyi torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə qaytarılıb-qaytarılmamasından asılı olmayaraq, həmin istiqamətdə də evinə gediş-gəliş yolu mövcud olacaqdır.
32. Məhkəmə kollegiyası göstərilənləri ümumiləşdirərək qeyd edir ki, iddiaçının cavabdehin çıxarılmasını tələb etdiyi torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş tikili yaşayış evi olmamaqla, yardımçı tikili kimi iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş və həmin tikilinin mövcud olub-olmamasının cavabdehin ümumi yola çıxışı üçün hər hansı bir əhəmiyyət kəsb etməməkdədir. İddiaçıya məxsus torpaq sahəsinin zəbt edilməsində və həmin ərazidə tikilinin inşa edilməsində isə iddiaçı tərəfindən hər hansı bir hüquqdan sui-istifadə halına yol verilməsi sübut olunmamaqdadır. Tərəflər arasında isə mübahisənin məhkəmədən kənar həll edilməsi mümkün olmamışdır.
33. Beləliklə, göstərilələrə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-188/2024 nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********66 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsində inşa edilmiş yardımçı tikilinin 19.kv.m hissəsi Cavabdeh tərəfindən sökülməklə, Cavabdeh həmin torpaq sahəsindən çıxarılmalı, iddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilmiş 100 manat pul cavabdehdən tutularaq ona ödənilməlidir. Həmçinin, ekspertiza xərci cavabdehdən tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
34. İddiaçının tələbi cavabdehin ona məxsus 0,03 ha torpaq sahəsində çıxarılması olduğundan, lakin cavabdehin iddiaçıya məxsus torpaq sahəsinin 19 kv.metr hissəsini istifadə etməsi müəyyən edildiyindən, qalan hissədə iddia rədd edilməlidir.
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-188/2024 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********66 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsində inşa edilmiş yardımçı tikilinin 19 (on doqquz) kvadratmetr hissəsi Cavabdeh tərəfindən sökülməklə, Cavabdeh həmin torpaq sahəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat Cavabdeh alınaraq, İddiaçı verilsin. Məhkəmə xərci qismində ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh alınaraq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.