Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1514/2025 26.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X19 cəlb edilməklə) mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma və mənzilin təhvil verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X26 (sədrlik edən və məruzəçi), X27 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-2268/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. İcraçı "xxxx" MTK ilə payçı X28 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 315 saylı müqavilədən görünür ki, icraçı Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 56 m2 olan, izolə olunmuş 1 otaqdan 37 nömrəli mənzili pay kimi payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür.
2. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 618516 saylı X25 qəbzindən görünür ki, X28 tərəfindən pay haqqı – 36400 manat məbləğində pul vəsaiti kassaya mədaxil edilmişdir.
3. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanda yerləşən yaşayış binasının "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh1 MTK ilə xx.xx.2017-ci il tarixli “Birgə təsərrüfat Fəaliyyəti haqqında” müqavilənin 3.1, 4.1, 7.5, 7.6, 7.7-ci bəndlərinə uyğun olaraq "xxxx" MTK tərəfindən yeni şərtlərlə müqavilənin bağlanılması, dəyişdirilməsi, yeni qiymətlərlə satışı, maliyyə arayışının verilməsi, tikintinin maliyyələşdirilməsi və yaşayış sahəsinin payçıya təhvil-təslimi razılaşdırılmışdır. Bu binanın 1-ci giriş, 10-cu mərtəbəsində, ümumi sahəsi 56 m2 olan 1 otaqlı, 37 saylı mənzilin pay dəyəri - 36400 manat payçı X28 tərəfindən ödənilmişdir, onun MTK-ya heç bir borcu yoxdur.
4. İcraçı Cavabdeh1 MTK ilə payçı X28 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 315 saylı müqavilədən görünür ki, icraçı Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 56 m2 olan, izolə olunmuş 1 otaqdan 37 nömrəli mənzili pay kimi payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür.
5. Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanda inşa olunan 5 bloklu, 15 mərtəbəli yaşayış binası "xxxx" MMC-nin hüquqi varisi olan Cavabdeh1 MTK-ya məxsusdur. Bu binanın 1-ci blok, 11-ci mərtəbəsində, ümumi sahəsi 56 m2 olan 1 otaqlı, 37 saylı mənzilin dəyəri - 36400 manat payçı X28 tərəfindən ödənilmişdir, onun MTK-ya heç bir borcu yoxdur.
6. İcraçı Cavabdeh1 MTK ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh1 MTK ilə əvvəllər bağlanmış xx.xx.2019-cu il tarixli, 315 saylı müqavilənin əsasında MTK-nın Nizamnaməsinə, AR mövcud qanunvericiliyinə əsasən mənzilin ilk alıcısı və mülkiyyətçisi olmasının təsdiq edilməsinə uyğun olaraq yeni şərtlərlə müqavilə bağlanılmışdır. Tikinti işləri başa çatdıqdan sonra icraçı Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci giriş, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 56 m2 olan, 1 otaqdan 37 nömrəli mənzili təhvil verir, payçı isə həmin mənzili qəbul edir və mənzil təhvil verilmiş sayılır.
7. Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanda inşa olunan 5 girişli, çoxmərtəbəli yaşayış binası Cavabdeh1 MTK-ya məxsusdur. Bu binanın 1-ci giriş, 11-ci mərtəbəsində, ümumi sahəsi 56 m2 olan 1 otaqlı, 37 saylı mənzilin dəyəri payçı İddiaçı tərəfindən ödənilmişdir, onun MTK-ya heç bir borcu yoxdur.
8. 5 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023- cü il tarixli, AZ-İİ 321864 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ünvanda ürəyin aterosklerotik xəstəliyi səbəbindən ölmüş, bu barədə xx.xx.2023-cü il tarixdə ölüm haqqında akt qeydləri kitabında 124 nömrə ilə qeyd edilmişdir.
9. xx.xx.2023-cü il tarixli, 2V-211 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X20 vərəsəsi İddiaçı miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017 tarixdə X24 verilmiş **********58-05101-093047 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 33.8 kv/m olan mənzildən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023 tarixli qeydiyyat nömrəsi **********OP30703 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 2 ünvanda yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır.
10. xx.xx.2023-cü il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, İddiaçı istintaqa təqdim etdiyi Cavabdeh1 MTK-nın adından verilmiş xx.xx.2019-cu il tarixli, 315 nömrəli alqı-satqı müqaviləsi və həmin tarixli maliyyə arayışı götürülmüşdür.
11. İcraçı Cavabdeh1 MTK ilə payçı X19 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, icraçı Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 56 m2 olan, izolə olunmuş 1 otaqdan 37 nömrəli mənzili pay kimi payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür.
12. Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanda inşa olunan 5 bloklu, 15 mərtəbəli yaşayış binası "xxxx" MMC-nin hüquqi varisi olan Cavabdeh1 MTK-ya məxsusdur. Bu binanın 1-ci blok, 11-ci mərtəbəsində, ümumi sahəsi 56 m2 olan 1 otaqlı, 37 saylı mənzilin dəyəri payçı X19 tərəfindən ödənilmişdir, onun MTK-ya heç bir borcu yoxdur.
13. X8 və alıcı Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, tərəflər xx.xx.2022-ci il tarixə kimi Cavabdeh1 MTK-nin yaşayış binasında mənzil tikintisi haqqında xx.xx.2022-ci il tarixli mənzil tikintisi müqaviləsinə əsasən satıcının sahibliyində və istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda Cavabdeh1 MTK tərəfindən inşa edilən binanın 1-ci blok, 11ci mərtəbəsində yerləşən, ümumi sahəsi 56 m2 olan, 1 otaqdan 37 nömrəli mənzilin DƏDRX-ın çıxarış aldıqdan və girovda olub-olmaması barədə arayış aldıqdan sonra alıcıya satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmiş, satıcı satılacaq mənzili 27500 manata qiymətləndirmiş və gələcəkdə həmin qiymətə satmağı, alıcı isə həmin mənzili gələcəkdə həmin məbləğə almağı öhdəsinə götürmüşdür. Alıcı 27500 manat satış məbləğini notariusun bankda açdığı hesab vasitəsilə satıcıya ödəmiş, satıcı isə həmin məbləği tam şəkildə almışdır.
14. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 2-2-023/2-153119/2025 saylı cavab məktubundan görünür ki, Cavabdeh1 MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində inşa edilən yaşayış binasının 1-ci blokunda yerləşən, ümumi sahəsi 49.3 m2 ölçüdə olan, 1 otaqlı 37 nömrəli mənzil MTK-nın vəzifəli şəxsləri tərəfindən xx.xx.2019-cu il tarixli, 315 nömrəli alqı-satqı müqaviləsi ilə X20 adına, daha sonra MTKnın direktoru olmuş X21 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli alqı- satqı müqaviləsi və həmin tarixli maliyyə arayışı ilə ikili satış əsasında Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Həmin xüsusatla bağlı X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilməklə cinayət işi aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
15. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4-2/2-482/2025 saylı cavab məktubundan görünür ki, Cavabdeh2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmçinin, həmin şəxslə əlaqəli heç bir sənəd cinayət işinin materiallarına əlavə edilməmişdir. ünvan 4 ünvanında inşa edilmiş, 15 mərtəbəli yaşayış evinin blok 1, mərtəbə 11, ümumi sahəsi 56 m2 olan, izolə olunmuş 1 otaqdan ibarət, 37 saylı mənzilin Cavabdeh2 başqa digər şəxslərə satılmasına dair məlumata cinayət işinin ittiham aktında rast gəlinmir.
16. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə. Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 56 kv.m olan, 1 otaqlı 37 nömrəli mənzilə baxış keçirilərkən sözügedən mənzilin 1 qonaq otağı, 1 yataq otağı və mətbəxlə birlikdə olan giriş hissədən ibarət olduğu Cavabdeh2 ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə yaşadığı müəyyən edilmişdir.
17. X12 AR Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri ilə, X16 AR Cinayət Məcəlləsinin 178.4, 32.5, 308.2 və 32.5, 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktında “MTK-nın 1-ci blok, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 49.3 m2 ölçüdə olan, 1 otaqlı, 37 nömrəli mənzil ilə əlaqədar bildirmişdir ki, Tahir Qədirov ona 18000 manat ödəmişdir. Rahib Zamanovun isə mənzilinin pulunu tam ödəməklə almışdır. Sonuncunun imtina ərizəsi də vardır və həmin ərizə istintaqa təqdim olunmuşdur. Cavabdeh2 tanımır” ifadəsi qeyd olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
18. İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X19 cəlb edilməklə) mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 315 nömrəli “Mənzil Tikintisi Haqqında” müqaviləyə əsasən atası X28 tərəfindən satın alınmış Xırdalan şəhəri, M.Ə. Rəsulzadə 1 A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 56 kv.m ölçüdə olan, 1 otaqlı 37 nömrəli mənzildə yaşayan Cavabdeh2 mənzildən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X28 ilə "xxxx" MTK arasında bağlanmış 12 iyul 2019-cu il tarixli, 315 nömrəli “Mənzil Tikintisi Haqqında” müqaviləyə əsasən Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 301 nömrəli sərəncamı ilə Xırdalan şəhəri, M.Ə. Rəsulzadə 1 A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 56 kv.m ölçüdə olan, 1 otaqlı 37 nömrəli mənzil atası X28 tərəfindən 36400 manat dəyərində ödəniş edilərək satın alınmışdır. Mərhum atası mənzilin təhvil verilməsi ilə bağlı dəfələrlə "xxxx" MTK-ya müraciət etmiş, lakin hər dəfə müxtəlif bəhanələr gətirilərək mənzilin təhvil verilməsi uzadılmışdır. Sonuncu dəfə mənzil ilə əlaqədar olaraq binada olduğu zaman, X5 əsəb və gərginlik nəticəsində ürəktutmasından 2022-ci ilin dekabr ayında həmin binanın həyətində vəfat etmişdir. Atasının vəfatından sonra onun hüquqi varisi iddiaçı olmuş və bu barədə ona 7 saylı Bakı "ASAN xidmət" mərkəzindən 2 V-211 nömrəli, xx.xx.2023-cü il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında şəhadətnamə verilmişdir. "xxxx" MTK-nın qanunsuz əməlləri səbəbindən, digər vətəndaşlar kimi, iddiaçı da X20 vərəsəsi olaraq müxtəlif dövlət qurumlarına şikayətlər etmiş, nəticədə MTK-nın qanunsuz əməlləri ilə bağlı cinayət işi açılmışdır. Daha sonra, X12 AR CM-nin 178.4, 308.2 və 313-cü maddələri ilə, X16 AR CM-nin 178.4, 32.5, 308.2 və 32.5, 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair xx.xx.2024-cü il tarixli ittiham aktında aydın olmuşdur ki, təqsirkarlar yaşayış binasının 1-ci blok, 1 otaqlı 37 nömrəli mənzilin xx.xx.2019-cu il tarixli, 315 nömrəli alqı-satqı müqaviləsi və mənzilin dəyərinin tam ödənilməsi haqqında eyni tarixli maliyyə arayışı ilə özləri tərəfindən X2 bildikləri halda, həmin mənzili MTK-ya müraciət etmiş Cavabdeh2 xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi, mənzilin dəyərinin tam ödənilməsi haqqında eyni tarixli maliyyə arayışı və PS00-0002381 nömrəli kassa mədaxil orderi ilə satılmasını rəsmiləşdirməklə ondan 27500 manat məbləğində vəsait almışlar. Bundan əlavə, zərərçəkmiş şəxs Cavabdeh2 ifadəsində göstərmişdir ki, ona binanın 1-ci blokunda 11-ci mərtəbədə yerləşən, ümumi sahəsi 56 m2 olan, bir otaqdan ibarət 37 nömrəli mənzili 27500 manata təklif edilmiş, o da razılaşaraq xx.xx.2022-ci il tarixdə, Xırdalan şəhəri, M .Ə.Rəsulzadə küçəsi, ev 1 A ünvanda inşa edilən Cavabdeh1 MTK-nın ofisində həmin vaxt mühasib işləyən X22 27500 manat pul vermişdir. Günel Qulamova pulu sayaraq götürdükdən sonra binanın 1-ci blokunda 11-ci mərtəbədə yerləşən, ümumi sahəsi 56 m2 olan, bir otaqdan ibarət 37 nömrəli mənzilin adına rəsmiləşdirilməsinə dair müqavilə, maliyyə arayışı və kassa mədaxil orderini hazırlayıb Emil Səməndərova təqdim etmişdir. Emil Səməndərov sənədləri alıb imzalamış və möhürlə təsdiq etmişdir. Mənzil adına rəsmiləşdirildikdən sonra isə o qanunsuz olaraq həmin mənzilə girmiş və hazırda da o ailə üzvləri ilə birlikdə orada yaşayır. Göründüyü kimi, yaşayış binasının 1-ci blokunda 11-ci mərtəbədə yerləşən, ümumi sahəsi 56 kv.m olan, bir otaqdan ibarət 37 nömrəli mənzil ilk olaraq 12 iyun 2019-cu il tarixdə atası X4 və daha sonra onun məlumatı olmadan Cavabdeh2 satılmışdır. İfadəsində cavabdeh özü də həmin evi 16 may 2022-ci il tarixində yəni, atası X6 aldığını və hazırda da həmin mənzildə yaşadığını etiraf edir. Bununla da, mərhum atam X20 vərəsəsi olaraq onun hüquqları pozulur. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir.
20. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-2268/2025 qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci giriş, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 56 m2 olan, 1 otaqdan 37 nömrəli mənzildən çıxarılması, mənzilin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK tərəfindən İddiaçı təhvil verilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-dan müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Mirnəsir Mirhəsənli).
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.4, 164.1, 165.1, 178.8, 385.1, 389.1, 390.1, 399.1, 402.1, 402.4, 402.5, 421.1, 425.2, 425.1, 442, 752.1, 755, 1133.1, 1134.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
22. Cavabdeh2 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin e-2(012)- 2268/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsini ləğv edərək onun Xırdalan şəhəri, M.Ə.Rəsulxadə küçəsi 1A ünvanında inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blok, 11ci mərtəbəsində yerləşən, ümumi sahəsi 56 kv metr olan 1 otaqlı 37 nömrəli mənzilində qalması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin qətnaməsi ədalətsiz və qərəzlidir ona görə də ləğv edilməlidir. Məhkəminin hazırlıq iclası zamanı da bildirmişdir ki, iddiaçı məhkəməyə şikayət etməzdən əvvəl cavabdehə bu barədə hər hansı bir müraciət etməmiş, heç bir hüquq mühafizə orqanlarına mənzilinin zəbt edilməsi barədə şikayət etməmişdir. Həmçinin məhkəmyə vəsatət verərək xahiş etmişlər ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində bu işlə bağlı icraatda iş olduğundan bu iş Sumqayıt Ağır Cinayətlər Məhkəməsində başa çatanadək baxılmamış saxlasın. Lakin məhkəmə vəsatətə də münasibət bildirməmişdir. Məhkəmə araşdırması zamanı kobud prosessual pozuntulara yol verilmişdir. İddiaçı X18 atası X28 06 oktyabr 2018-ci il tarixli, 252 saylı mənzil tikinti müqaviləsi ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbələ yaşayış evinin blok 1, 10-cu mərtəbəsində yerləşən 37 saylı mənzili, "xxxx" MTK-dan almışdır. Özlərinin dediklərinə görə mənzilin tam dəyərini, yəni 36400 manat pulu "xxxx" MTK-nın kassasına ödəmişlər. Lakin həmin vaxt "xxxx" MTK-nin rəhbəri işləmiş X23 Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində verdiyi izahatında (ittiham aktında var) qeyd edir ki, “MTK-nın 1-ci blok, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 49.3 kv metr ölçüdə olan, 1 otaqlı 37 nömrəli mənzil üçün Tahir Qədirov ona 18000 manat ödəmişdir” ( məzilin sahəsi də uyğunsuzluq təşkil edir) Buradan belə nəticəyə gəlmək olar ki, "xxxx" MTK-ya da tam ödəniş edilməmişdir. Amma iddiaçı israrla ödənişin tam ödənildiyini bildirir. Cavabdeh Məmliyev isə vicdanlı alıcı olaraq aldığı mənzilin pulunu tam şəkildə ödəmişdir. Cavabdeh2 16 may 2022-ci il tarixində Abşeron rayon 2 saylı notariat ofisində X11 “ilkin alqı-satqı müqaviləsi “ ilə 13 may 2022-ci il tarixli mənzil tikinti müqaviləsi ilə onun sahibliyində və istifadəsində olan, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbəsində yerləşən 56 kv metr olan, izolə olunmuş 1 otaqlı, 37 nömrəli mənzili almış, bu alqı-satqıdan sonra qeyd edilən mənzilin müqaviləsi Cavabdeh2 adına dəyişdirilmişdir. İlham Ələkbərov bu məzilin pulunu tam şəkildə ödəmişdir. Bu barədə ittiham aktında da qeyd edilir. Cavabdeh2 adına olan müqavilənin məhkəmə işinin içərisində olmamasının səbəbi isə 12 yanvar 2023-cü il tarixində AR Baş prokuroru yanında Korrusiyaya qarşı Mübarizə Baş idarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi İİ dərəcəli hüquqşünas Kənan Süleymanlı tərəfindən “götürmə aparılması haqqında protokolla” götürülməsidir. (protokol işin içərisində vardır, lazım olarsa təqdim edə bilər) İddiaçı qeyd edir ki, cavabdeh onun atasına məxsus mənzili özbaşına zəbt etmişdir. Həmçinin qeyd edir ki, onlar öz mənzillərinə buraxılmırdılar. Əgər onlar özlərinin hesab etdikləri mənzilə buraxılmırdılarsa, hər hansı bir kənar şəxs qeyd edilən binada özbaşına mənzil zəbt edərək təmir edib yaşaya bilərdimi ? İddiaçı həmçinin onun zərərçəkən kimi tanınmadığını qeyd edir. Amma ittiham aktında iddaçı və cavabdehlərin hər ikisi zərərçəkən kimi tanımışdırlar. Abşeron Rayon Məhkəməsinin hakimi Mirnəsir Mirhəsənlinin 28 mart 2025-ci il tarixli sorğusuna Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2025-ci il tarixlı cavabında qeyd edilir ki, “ünvan 6 ünvanında inşa edilmiş, 15 mərtəbəli yaşayış evinin blok 1, mərtəbə 11, ümumi sahəsi 56 kv metr olan, izolə olunmuş 1 otaqdan ibarət, 37 saylı mənzilin Cavabdeh2 başqa digər şəxslərə satılmasına dair məlumata cinayət işinin ittiham aktında rast gəlinmir”. Onlar Abşeron Rayon Məhkəməsində bildirmişlər ki, iddiaçı məhkəməyə iki müqavilə təqdim etmişdir. Müqavilənin biri "xxxx" MTK, digəri isə "xxxx" MTK. "xxxx" MTKya ödənişi təsdiq edən heç bir sənəd yoxdur. Qeyd edilən MTK-ların hər birinin öz VÖENləri vardır və onlar başqa başqa MTK-lardırlar. "xxxx" MTK-nın "xxxx" MTK-nın hüquqi varisi olmasını sübut edən heç bir sənəd təqdim edilməmişdir. Ən böyük prosessual pozuntudan biri də, tərəflərin məhkəmə çıxışlarından sonra iddiaçının vəkili hakimə İddiaçı ilə cavabdeh "xxxx" MTK arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilənin məhkəməyə təqdim etməsi oldu. Bununla bağlı etirazlarını bildirsələr də hakim dinləməyərək təqdim edilən müqaviləni qəbul etmiş və bu müqaviləyə “xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən iddiaçının mənzilin ilk alıcısı və mülkiyyətçisi olmasının təsdiq edilməsinə uyğun olaraq yeni şərtlərlə müqavilə bağlanılmışdır” kimi münasibət bildirdi. Amma bu müqavilə məhkəmə işinin içərisində yoxdur. Əgər "xxxx"-MTK barəsində cinayət işi mövcuddursa və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatında cinayət işi gedirsə MTK necə müqavilə verə biər? İddia tələbi 12 iyul 2019-cu il tarixli 315 saylı müqaviləyə görə verilir, qətnamə isə xx.xx.2025-ci il tarixli müqavilə əsasən çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli “(102)-584/2025 saylı qərarın 70-ci maddəsində qeyd edilir ki,” AR Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh olunmasına dair” Konstitusiya Məhkəməsinin 25 oktyabr 2010-cu il tarixli qərarındakı hüquqi müvqeyinə əsasən-mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülikiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.(MM-nin 178.1 və 178.”) Lakin MM-in 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüquqi olan digər şəxslər koopertivin verdiyi mənzil, bağ, qaraj və ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququnu əldə edirlər. Normanın məzmunundan göründüyü kimi mülki qanunvericiliyin digər maddələrindən fərqli olaraq bu maddədə kooperativ üzvünün əmlak üzərində mülkiyyət hüququnun yaranması əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. ( Yuxarıda da qeyd etdikləri kimi, Proqress-2016 MTK ya iddiaçı tərəfindən hər hansı bir ödənişi təsdiq edən rəsmi bir sənəd yoxdur ) Notarial qaydada bağladıqları müqaviləni iddiaçının müqaviləsi ilə müqayisə etdikdə, notarial qeydiyyatını reyestr qeydiyyatı kimi qəbul etmək olar. Cavabdeh2 iki ildən çoxdur ki, bu mənzildə yaşayır. Abşeron Rayon Məhkəməsinin hakimi qeyd edilən mənzildə olmuş, yerində baxış keçirmişdir. Amma nədənsə bu baxışla bağlı da heç bir münasibət bildirməmişdir.
24. AR MM-nin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. AR MM-nin 178.8-ci maddəsinə görə tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir AR MM-nin 182.1-ci maddəsinə görə əşyanın özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçisi olmadığını bilmirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər müvcud olmalıdır. AR MM-nin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
25. AR MPM-nin 14.2-ci maddəsinə görə, Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. AR MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. AR MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. AR MPM-nin 79.1-ci maddəsinə görə yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda, məhkəmə onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq edə bilər. AR MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. AR MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. AR MPM-nin 259.0.4-cü maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa bu icraatda olan işin dayandırılması üçün əsasdır.
26. İddaçı istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir. Məmliyev mənzili alarkən onun daha əvvəl başqasın satıldığını bilməmişdir. İddiaçı da əvvəlla ona bu barədə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış zamanı, hətta deyə bilər ki, qətnaməni elan etməzdən əvvəl hansisa bir müqaviləni qəbul edərək yekun qərar çıxarmışdır. Məhkəmə mənzilə yerində baxış etsə də qətnamədə bu barədə heç bir qeyd yoxdur. Qətnamə təkrarlanan cümlələrdən başqa heç bir tutarlı subutlara əsaslanmamışdır. İşin müvəqqəti olaraq dayandırılmasını xahiş etsə də, məhkəmə vəsatətinə münasibət bildirməmişdir.
27. Məhkəmə təqdim edilmiş sübutları tam araşdırmamışdır. Çünki götürmə protokolunu, Korrupsiyaya qarşı Mübarizə İdarəsindən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsindən gələn məktublar və sorğulara cavablar diqqətdən kənarda qalmışdır. İddiaçı mənzilin dəyərinin tam ödənilməsini sübut edə bilməmişdir. Məhkəmə mənzilə yerində baxış etsə də qətnamədə bu barədə heç bir qeyd yoxdur. Məhkəmə iş üçün əsas əhəmiyyət kəsb edən, "xxxx" MTK-nın "xxxx" MTK-nın hüquqi varisi olduğunu aydınlaşdırmağa heç bir rəy göstərməməsi çünki ödənişi "xxxx" MTK-ya deyil, "xxxx" MTK ödəmiş, həm də tam deyil, cəmi 18000 manat.
28. Məhkəmə mənzilə yerində baxış keçirərək onun təmir edərək yaşadığını görmüşdür və məhkəmə gedişində bununla bağlı heç bir fikir, münasibət bildirməmişdir. Həmçinin təqdim edilən götürmə protokoluna da münasibət bildirilməmişdir.
29. Məhkəmə işdə adı keçən 3-cü şəxsin işə cəlb edilməsinə cəhd göstərməmişdir. X9 öz növbəsində "xxxx" MTK-ya tam ödəniş edərək aldığı mənzili notarial qaydada ilkin alqı-satqı müqaviləsi ilə ona satmış, sonra isə MTK-da müqavilə onun adına dəyişdirilmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
30. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq təmin olunmamasını xahiş etmişdir.
31. Etirazda göstərilmişdir ki, apellyasiya şikayətinin dəlillərindən birincisi ondan ibarətdir ki, 06 oktyabr 2018-ci il tarixində mərhum atası X28 ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında müqavilə bağlansa da heç bir ödəniş olunmamışdır.
32. 1. Tərəfin dəlili tamamilə yanlışdır. Çünki hələ birinci instansiya məhkəməsində mübahisəyə baxılarkən elektron məhkəmə sistemi vasitəsi ilə 06 oktyabr 2018-ci il tarixli Mənzil Tikintisi Haqqında müqaviləni, mənzilin dəyərinin tam ödənilməsini təsdiq edən 06 oktyabr 2018-ci il tarixli maliyyə arayışını və 06 oktyabr 2018-ci il tarixli 618526 №-li X25 qəbzi təqdim etmişlər. Həmin sənədlər bu gün də iş materillarındadır. Məhkəmə iclasında zərurət yaranarsa yenə də təqdim edə bilərlər.
33. 2. Apellyasiya şikayətinin ikinci dəlili isə 2018-ci il tarixdə bağlanmış müqavilə ilə sonradan mərhum atası X28 ilə "xxxx" MTK arasında bağlanmış 315 №-li 12 2019-cu il tarixdəki mənzillərin fərqli-fərqli olması, yəni ayrı-ayrı mərtəbələrdə yerləşməsidir. Bu hal da sənədlərdə və müqaviləni özündə təkzib olunur. Belə ki, müqavilənin 1.3-cü bəndinə nəzər yetirdikdə bəlli olur ki, "xxxx" MMC (Proqress-2016 MTK) ilə əvvəllər bağlanmış müqavilələrdə mənzillərin nömrələri hər blokda olan qeyri-yaşayış sahəsi yerləşən mərtəbədən sonrakı mərtəbədə ardıcıl olaraq soldan sağa sayılmaqla qeyd edilmişdir. Hazırki müqavilədə yaşayış binasının İ-İİİ blokun 1-ci mərtəbəsi, İV-V blokda isə 1-ci və 2ci mərtəbəsi qeyri-yaşayış sahəsi nəzərdə tutulmuşdur. Yeni qayda ilə müqavilədə mərtəbələrin say ardıcıllığı 1-ci mərtəbədən başalayaraq hesablanılır. İ-İİİ blokda mənzillərin nömrələri saxlanılmaqla bir mərtəbə yuxarı qeyd olunmuşdur. Yəni İddiaçı məxsus mənzil İ-ci blokda yerləşdiyindən ilkin müqavilədə 10-cu mərtəbə, sonrakı müqavilələlərdə 11-ci mərtəbə kimi qeyd olunur. Əlavə olaraq bildirir ki, "xxxx" MTK ilə də X28 arasında 12 iyul 2019-cu il tarixdə həmin mənzilə dair 315 №-li müqavilə bağlanmış və müqavilə dəyərini təşkil edən, yəni 36400 manatın ödənilməsini ilə bağlı maliyyə arayışı verilmişdir. Həmin müqavilə və maliyyə arayışı da iş materiallarına əlavə edilmişdir.
34. 3. Apellyasiya şikayətinin dəlillərindən biri məhkəmə çıxışından sonra hər hansı bir müqavilə təqdim edilməsi ilə bağlıdır. Hörmətli məhkəmə təbii ki, bu hal mümkün olan hal deyil. Bununla bağlı Abşeron Rayon Məhkəməsindən məhkəmə iclasının gedişini əks etdirən videogörüntülərə alınıb baxış keçirilərsə məhkəməyə yanlış və doğru olmayan məlumat verilməsi bir daha aydın olar. Hazırda hamıya bəlli olduğu kimi, MTK-nın əvvəki direktoru Emil Səməndərov barəsində cinayət işi başlanılaraq həbs olunmuş və o MTKdan uzaqlaşdırılmışdır. Buna görə də, onun əvəzinə binada tikintilərin başa çatdırılması və sahiblərinə təhvil verilməsi Şərur MTK-ya tapşırılmışdır. Yeni idarəçilər tərəfindən mənzillərə dair ilkin müqavilələr bağayan şəxslərlə yenidən müqavilələr bağlanmışdır. İddiaçı ilə də mənzilin ilkin sahibi olduğundan 25 iyul 2025-ci il tarixdə onunla müqavilə bağlanmış və müqavilə yeni bağlandığından onu yalnız 28 iyul 2025-ci il tarixində keçirilən məhkəmə iclasında təqdim olunmuş, həm də elektron məhkəmə sisteminə yerləşdirilmişdir. Bu halda sual ortaya çıxır Cavabdeh2 əgər sən vicdanlı alıcısansa, sənin müqavilən varsa və yaxud sən orada yaşayırsansa nəyə görə müqavilə səninlə yox İddiaçı ilə bağlanır. Çünki sənin MTK ilə heç bir müqavilən yoxdur.
35. 4. Cavabdeh tərəfin apellyasiya şikayətinin dəlillərindən biri də, iş üzrə müqavilə tərəfi olan X13 mübahisəyə cəlb olunmaması ilə bağlıdır. Bu tələb də tamamilə əsassızdır. Çünki adı çəkilən şəxs məhkəmə mübahisəsinin gedişində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mübahisəyə cəlb olunmuş və dəfələrlə məhkəmə iclasına dəvət olunmasına baxmayaraq məhkəməyə gəlməkdən imtina etmişdir. Bu hal məhkəmə iclas protokolunda və məhkəmə qətnaməsində də əks olunmuşdur. Cavabdeh2 hazırki mənzil üzrə heç bir subyektiv hüququ yoxdur. Onunla MTK arasında heç bir müqavilə bağlanmamış və ya mənzillə bağlı hər hansı bir pul məbləği ödənməmişdir. Yəni iş materiallarında olan sənədlərdə göstərilənləri təkzib edir. Belə ki, məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilir ki, "xxxx" MTK tərəfindən ümumiyyətlə Cavabdeh2 həmin binadan mənzil satılmamış və ya onun adına hər-hansı bir mənzil keçirilməmişdir. Məhkəməyə təqdim olunmuş sənədlərdən göründüyü kimi, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 25 avqust 2006-cı il tarixli, 301 №-li sərəncamı ilə Xırdalan şəhəri, M.Ə. Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 56 kv.m ölçüdə olan, 1 otaqlı 37 nömrəli mənzil X1. Onunla Zaur arasında bağlanmış ilkin alqı-satqı müqaviləsi isə bugün Cavabdeh2 evə qanunsuz olaraq girməsinə və ya yaşamasına heç bir hüquq vermir. Yəni Cavabdeh2 məhkəməyə təqdim etdiyi 16 may 2022-ci il tarixli İlkin alqı-satqı müqaviləsi ona hər hansı bir mülkiyyət hüququ verirmi? Təbii ki, də xeyr, ilkin alqı-satqı müqaviləsi (başqa sözlə, ilkin müqavilə) mülkiyyət hüququ vermir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 402-ci maddəsinə (“İlkin müqavilə”) əsasən, ilkin müqavilə tərəflərdən birinin (və ya hər ikisinin) gələcəkdə əsas müqavilə bağlamaq öhdəliyini müəyyən edir. Yəni ilkin müqavilə ilə tərəflər gələcəkdə əsas müqaviləni (məsələn, daşınmaz əmlakın alqı-satqısı müqaviləsini) bağlamağa borclanırlar, lakin mülkiyyət hüququ ilkin müqavilə ilə keçmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402-ci maddəsindən sitat: "İlkin müqaviləyə görə tərəflər müəyyən müddətdə və (və ya) müəyyən şərtlər baş verdikdə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağa borcludurlar." Mülkiyyət hüququnun əldə edilməsi üçün əsas müqavilə (alqı satqı, bağışlama və s.) bağlanmalı və həmin müqavilə notariat qaydasında təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır (Mülki Məcəllə, maddə 144, 148). İlkin müqavilə isə sadəcə olaraq gələcəkdə bu əsas müqavilənin bağlanmasına dair öhdəlik yaradır, lakin əmlak üzərində hüquqlar dəyişmir. Nəticə olaraq ilkin alqı-satqı müqaviləsi yalnız tərəflərə əsas müqaviləni bağlamaq öhdəliyi yaradır, lakin mülkiyyət hüququ vermir. Mülkiyyət hüququ yalnız əsas alqı-satqı müqaviləsi bağlandıqdan və dövlət qeydiyyatına alındıqdan sonra keçir. Göründüyü kimi və ən əsası yaşayış binasının 1-ci blokunda 11-ci mərtəbədə yerləşən, ümumi sahəsi 56 kv.m olan, bir otaqdan ibarət 37 nömrəli mənzil ilk olaraq 06 oktyabr 2018-ci il tarixində X4 və daha sonra onun məlumatı olmadan X1. İfadəsində cavabdeh özü də həmin evi 16 may 2022-ci il tarixində, yəni X6 aldığını və hazırda da həmin mənzildə qanunsuz olaraq yaşadığını etiraf edir. Bununla da, mərhum X20 vərəsəsi olaraq İddiaçı hüquqları pozulur. Cavabdeh özü də apellyasiya şikayətində müqavilənin mövcudluğunu və satışın baş verməsini inkar etməmiş, yalnız mənzilin eyni vaxtda digər şəxsə də satılmasını “araşdırılmağa ehtiyac olan məsələ” kimi təqdim etməyə çalışmışdır. Lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri üzrə açılmış cinayət işi üzrə istintaq sənədlərində – 09 yanvar 2024-cü il tarixli ittiham aktında açıq şəkildə göstərilmişdir ki, MTK-nın vəzifəli şəxsləri eyni mənzili əvvəlcə X3 və Cavabdeh2 mənzil satılmamışdır. Mənzilin eyni MTK tərəfindən ikinci şəxsə satılması faktı, birinci müqavilənin hüquqi qüvvəsini itirmədiyi və birinci alıcının – hazırda onun vərəsəsinin – mülkiyyət hüququnu qoruduğu mənasına gəlir. Bu hal əldə olunmuş əmlakın geri qaytarılmasına dair məsuliyyət yaradır. Bunlardan əlavə, Cavabdeh2 ifadəsində göstərmişdir ki, ona binanın 1ci blokunda 11-ci mərtəbədə yerləşən, ümumi sahəsi 56 m2 olan, bir otaqdan ibarət 37 nömrəli mənzili 27.500 (iyirmi yeddi min beş yüz) manata təklif edilmişdir. O, da razılaşmış, belə ki, xx.xx.2022-ci il tarixdə, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1 A ünvanında inşa edilən Cavabdeh1 MTK-nın ofisində həmin vaxt mühasib işləyən X22 27.500 manat pul vermişdir. Günel Qulamova pulu sayaraq götürmüş, bundan sonra binanın 1-ci blokunda 11-ci mərtəbədə yerləşən, ümumi sahəsi 56 m2 olan, bir otaqdan ibarət 37 nömrəli mənzilin adına rəsmiləşdirilməsinə dair müqavilə, maliyyə arayışı və kassa mədaxil orderini hazırlayıb Emil Səməndərova təqdim etmişdir. Emil Səməndərov sənədləri alıb imzalamış və möhürlə təsdiq etmişdir. Hazırda Cavabdeh2 göstərilən izahatı versə də nə cinayət işinin materiallarında, nədə ki, ittiham aktında onun adına nə müqavilə, nə də ki, maliyyə arayışı verilmişdir. Bir anlıq təsəvvür edək ki, verilib. Lakin buda özü-özülüyündə məntiqsiz və etibarsızdır. Çünki 2018-ci ildə mübahisəli mənzilin dəyəri 36.400 manat olduğu halda üstündən 4 il keçəndən sonra məznilin dəyəri necə 27.500 manata necə ola bilər və ya satıla bilər. Yəni 2018-ci ilə nisbətdə 2022-ci il tarixdə mənzillərin dəyəri daha üstün olmuşdur və olmalı idi. Bundan başqa, Cavabdeh2 özü də ifadəsində mənzili xx.xx.2022-ci il tarixində, yəni X20 alqı satqı müqaviləsindən xeyli sonra başqa şəxsdən aldığını və hazırda həmin mənzildə yaşadığını açıq etiraf etmişdir. Bu, onun mənzilə sahiblənməsinin qanunsuz olduğunu və əvvəlki alıcının hüquqlarını pozduğunu göstərir. Nəticə olaraq, cavabdehin apellyasiya şikayətində göstərilən iddialar əsassızdır və iş üzrə təqdim edilmiş sənədlər, istintaq materialları, cinayət işi çərçivəsində verilmiş ittiham aktı və cavabdehin öz etirafları ilə təkzib olunur. Cavabdeh etiraz və şikayətlərini Mülki Məcəllənin 452.1-ci maddəsinə istinad etsə də, bu maddə əksinə olaraq iddiaçının mövqeyini gücləndirir. Belə ki, həmin maddə də göstərilmişdir ki, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddəyə əsasən, əgər borclu fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyini icra etmirsə, kreditor həmin əmlakın borclunun əlindən alınaraq ona verilməsini tələb edə bilər. Bu, icra olunmayan öhdəliyin məcburi icrasını təmin etməyə yönəlmiş mexanizmdir. Bu işdə isə mənzil 06 oktyabr 2018-ci ildə X7, bu isə ilk və üstün hüquq sahibi deməkdir. Daha sonra – 2022-ci ildə eyni mənzil ikinci dəfə ilkin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılıb, yəni daha sonra əmələ gələn öhdəlikdir. X20 2018 və 2019-cu il tarixli müqavilələri və ödəniş sənədləri var və hüquqi baxımdan bu şəxs artıq “əşyaya dair ilkin və qanuni hüquq sahibi” olmuşdur. Daha sadə dildə deyilsə: bir mənzil əvvəldən bir şəxsə satılıbsa, daha sonra onu başqa birinə satmaq və “birinci hüquq artıq aradan qalxıb” demək – qanunazidd və cinayət xarakterli hərəkətdir, xüsusən də aldanan şəxslər var və bu fakt artıq cinayət işi ilə də təsdiq olunub. Qeyd edilənlərə əsasən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-2268/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
36. Məhkəmə iclasında Cavabdeh2, nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
37. Məhkəmə iclasında İddiaçı, nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etirazda göstərdiklərinin nəzərə alınmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
38. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məlumat verilməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
39. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
40. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz.
41. Maddə 71. Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi
42. Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
43. Maddə 6. Mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır.
44. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
45. Maddə 14.2.1. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir.
46. Maddə 152. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
47. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
48. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
49. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
50. Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər.
51. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
52. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər.
53. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
54. Maddə 755. Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur.
55. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
56. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
60. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
61. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
62. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
Apellyasiya baxışının hədləri
63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
64. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
65. Kollegiya qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Cavabdeh2 apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət etməsini və Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-2268/2025 nömrəli qətnaməsini tam həcmdə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
66. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək, iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.
67. İşin hallarına görə icraçı "xxxx" MTK ilə payçı X28 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 56 kv. metr olan, izolə olunmuş 1 otaqdan ibarət 37 nömrəli mənzili payçıya verməyi öhdəsinə götürmüş, payçı mənzilin pay dəyərini - 36400 manat məbləği ödəmiş, bununla bağlı ona xx.xx.2018-ci il tarixli maliyyə arayışı verilmişdir. Daha sonra Cavabdeh1 MTK ilə payçı X28 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, həmin mənzilə dair xx.xx.2018-ci il tarixli müqavilə yeni şərtlərlə yenilənərək bağlanılmışdır. X28 xx.xx.2022-ci il tarixdə ölmüş, İddiaçı mərhum X20 vərəsəsi hesab edilmişdir. Sonradan Cavabdeh1 MTK ilə İddiaçı arasında xx.xx.2025-ci il tarixli müqavilə bağlanılmışdır. Həmçinin Cavabdeh1 MTK ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 arasında xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Daha sonra X19 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda Cavabdeh1 MTK tərəfindən inşa edilən binanın 1-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 56 kv. metr olan, 1 otaqdan ibarət 37 nömrəli mənzili Ələkbərov İlham 27500 manata satmağı, Cavabdeh2 isə həmin mənzili gələcəkdə həmin məbləğə almağı öhdəsinə götürmüşdür.
68. İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzildə yaşayan Cavabdeh2 həmin yaşayış sahəsindən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
69. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
70. Nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır.
71. Göründüyü kimi iddiaçının mərhum atası X28 mübahisəli mənzilinin dəyərini tam ödəyərək, ayrı-ayrı vaxtlarda yaşayış binasının tikintisi ilə məşğul olan "xxxx" MTK ilə xx.xx.2018-ci il tarixdə, Cavabdeh1 MTK ilə xx.xx.2019-cu il tarixdə müvafiq müqavilələr bağlamışdır. Qeyd olunmalıdır ki, iddiaçının mərhum atası öldükdən sonra xx.xx.2025-ci il tarixində Cavabdeh1 MTK ilə İddiaçı arasında mübahisəli mənzillə bağlı yenidən müqavilə bağlanmışdır. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı hazırkı iş üzrə iddia qaldırmağa müvafiq subyektiv hüquqa malik olduğundan, cavabdeh tərəfindən həmin mənzildə yaşamaqla iddiaçının yaşayış sahəsinə sahiblik və istifadə hüquqları pozulduğundan, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququ vardır.
72. Əvvəla məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki mübahisənin həllində istinad etdiyi Mülki Məcəllənin 178.8-ci maddəsini səhv tədbiq etmişdir. Məhz bu səbəbdən kollegiya qətnamənin tam ləğv edilməsinə dair qənaətinə gəlmişdir.
73. Belə ki, 30 iyun 2009-cu il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.
74. Göründüyü kimi, iddiaçının atası Tahir Qədirov mənzilin pay dəyəri olan 36400 manat məbləğində pul vəsaitini ödəməklə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir.
75. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, mübahisəsi gedən mənzilə dair Cavabdeh1 MTK ilə X19 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə və X19 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqavilə bağlanarkən iddiaçının atası Tahir Qədirov ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2018ci il tarixli, Tahir Qədirov ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilələr qüvvədə olmuşdur, Tahir Qədirovun isə mənzilin üçüncü şəxsə satılması ilə bağlı razılığı alınmamışdır.
76. Nəzərə alınmalıdır ki, məhkəmə kollegiyasının araşdırması zamanı mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, mənzil Cavabdeh2 təhvil verilmiş, sonuncu isə mübahisəli mənzili təmir edib, həmin mənzildə yaşamağa başlamışdır.
77. Kollegiya satıcı olan X19 ilə alıcı Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə hüquqi qiymət verərək, hesab edir ki, həmin müqavilə etibarlı əqd kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd olunan müqavilə bağlanarkən daha əvvəl bağlanmış müqavilə üzrə tərəf olan Tahir Qədirovun və kooperativin razılığı alınmamışdır. Bununla da kollegiya belə qənaətə gəlir ki, X13 həmin əqdi bağlamağa subyektiv hüququ olmamışdır. Digər tərəfdən vürğulanmalıdır ki, işin hallarına görə Cavabdeh1 MTK-nın direktoru olmuş X21 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işində Cavabdeh2 zərərçəkmiş şəxs qismində tanınmışdır.
78. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin iddianın tam təmin edilməsi barədə nəticəsi ilə razılaşmayaraq, hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci giriş, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 56 kv.metr olan, 1 otaqdan 37 nömrəli mənzildən çıxarılması, mənzilin Cavabdeh2 tərəfindən İddiaçı təhvil verilməsi, iddia tələbinin Cavabdeh1 MTK-ya aid hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir.
79. Göstərilən nəticəyə gələrkən kollegiya onu vurğulayır ki, mübahisəli mənzil Cavabdeh2 faktiki sahibliyində olduğundan həmin mənzildə çıxarılması və yaşayış sahəsinin təhvil verilməsinə dair iddia tələbinə Cavabdeh2 cavab verməli şəxs kimi çıxış etməlidir.
80. Cavabdeh apellyasiya şikayətinin dəlillərində iddia ərizəsinin baxılmamış saxlanılması barədə vəsatətinə qiymət verilmədiyini, yerində baxış keçirilsə də bu barədə qətnamə qeyd edilməməsini, çıxışlar mərhələsində iş üzrə icraat təzələnmədən sübut təqdim edilməsinə yol verildiyini göstərsə də, həmin hallar məhkəmə iclas protokollarda və videogörüntülərdə öz əksini tapmamışdır.
81. Digər tərəfdən kollegiya qeyd edir ki, MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
82. Beləliklə, kollegiya hesab edir ki, Cavabdeh1 MTK tərəfindən mübahisəli mənzilin üçüncü şəxsə satılmasına dair Tahir Qədirovdan razılığı alınmadığından, Cavabdeh1 MTK ilə X19 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə və X19 ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqavilə etibarsız hesab edilməli, Cavabdeh2 mübahisəli mənzildən çıxarılaraq mənzil iddiaçıya təhvil verilməlidir.
83. Bununla belə məhkəmə kollegiyası izah edir ki, yuxarıda qeyd olunan müqavilələrin etibarsız hesab olunması mənzil üçün X19 tərəfindən Cavabdeh1 MTK-ya ödənilmiş pul vəsaitinin, Cavabdeh2 X15 ödənilmiş pulun geri qaytarılması barədə məhkəmədə iddia qaldırmaq hüququnu istisna etmir.
84. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının düzgün tətbiq etməyərək mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmədiyindən, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi qismən təmin edilməlidir - Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci giriş, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 56 kv.metr olan, 1 otaqlı 37 nömrəli mənzildən çıxarılmalı, həmin mənzil Cavabdeh2 tərəfindən İddiaçı təhvil verilməlidir.
85. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-2268/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci giriş, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 56 kv. metr olan, 1 otaqlı 37 nömrəli mənzildən çıxarılsın, mənzil Cavabdeh2 tərəfindən İddiaçı təhvil verilsin. İddia tələbi Cavabdeh1 MTK-ya aid hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.