Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1518/2025 12.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və digər tələbinə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X16 (sədrlik edən və məruzəçi), X17 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 28.*8.2*25-ci il tarixli, 2(*6*)-3887/2*25 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin məşğulluq haqqında 11.*4.2*25-ci il tarixli arayışdan görünür ki, xx.xx.198*-ci il tarixli İddiaçı X5 filialında işsiz statusundadır.
2. *6.*5.2*25-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 5* manat məbləğində mediasiya və 1* manat məbləğində kargüzarlıq xərci ödəmişdir.
3. AZ-İ 365**5 nömrəli Sumqayıt Asan Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X8 3* avqust 2*18-ci ildə İddiaçı doğulmuş X4 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında *9.*1.2*19-cu il tarixdə 13№ ilə qeyd edilmişdir.
4. AZ-İ 365**4 nömrəli Sumqayıt Asan Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X8 *7 yanvar 2*16-cı ildə İddiaçı doğulmuş X6 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında *9.*1.2*19-cu il tarixdə 12 № ilə qeyd edilmişdir.
5. AZ-İ 941493 nömrəli Bakı şəhəri, Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 *8.*3.2*28-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 18 iyul 2*18-ci il tarixində 317 № ilə qeyd edilmişdir.
6. İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı peşəsi müəllim və təhsili natamam ortadır. Əmək kitabçasının doldurulduğu tarix *5 sentyabr 1998-ci ildir.
7. *7 aprel 2*25-ci il tarixli X3 İdarəsi Səid Rüstəmov adına 3 saylı Uşaq İncəsənət Məktəbinin 45 nömrəli, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında əmrindən görünür ki, Cavabdeh nəzəriyyə müəllimi İddiaçı *1.*9.1998-ci il tarixli əmək müqaviləsi *8 aprel 2*25-ci il tarixindən AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və qanunvericiliyə uyğun olaraq İddiaçı istifadə etmədiyi *1.*9.2*24- *1.*1.2*25-ci iş ili üzrə 33 təqvim əmək məzuniyyət pulu ödənilməsi əmr edilmişdir.
8. AR Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarına əlavə attestasiya vərəqəsindən görünür ki, İddiaçı Sumqayıt Musiqi Texnikumunda 1999-cu ildə musiqi nəzəriyyə ixtisasını bitirmişdir. Ümumi əmək stajı 26 ildir. Attestasiya keçirilən zaman Səid Rüstəmov adına 3 saylı Uşaq İncəsənət Məktəbinin nəzəriyyə şöbəsinin müəllimi olmuşdur. Ümumi 23 sual verilmiş, onlardan 7 suala cavab verilmişdir. Attestasiya nəticəsinə görə *7.*4.2*25-ci il tarixli əmrlə tutduğu vəzifədən azad edilməyi qərara alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh tərəfindən verilmiş *7.*4.2*25-ci il tarixli, 45 saylı əmrin ləğv edilməsi, *7 aprel 2*25-ci il tarixindən işə bərpa edilməyi və məcburi proqula görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 1*. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.198*-ci ildə anadan olmuşdur. 1995-1999-cu illərdə Soltan Hacıbəyov adına Sumqayıt Musiqi Kollecinin Musiqi nəzəriyyəsi fakültəsində oxumuşdur. Əmək fəaliyyətinə *1.*9.1998-ci ildə başlamışdır. *1.*9.1998-*7.*4.2*25-ci illərdə Cavabdehndə Musiqi nəzəriyyəsi müəllimi vəzifəsində işləmişdir. Cavabdeh üzrə verilmiş *7.*4.2*25-ci il tarixli, 45 saylı əmrlə həmin tarixdən ƏM-nn 7*-ci maddəsinin “c” bəndinə əsasən işdən azad edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 26.11.2*18-ci il tarixli, 2(*6*)-92**/2*18 saylı qətnaməsi ilə *7.*1.2*16-cı il təvəllüdlü X2 və 3*.*8.2*18-ci il təvəllüdlü X1 atasının X7 olması faktı təsdiq olunmuşdur (AZ-İ № 365**4 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamə). Həyat yoldaşının vəfatından sonra hər iki uşaq onun himayəsində qalmışdır. S.Rüstəmov adına 3 saylı Uşaq İncəsənət Məktəbi tərəfindən *7.*4.2*25-ci il tarixdə verilmiş əmr zamanı azyaşlı Müzəffər Ağamalızadənin iddiaçının yanında qalması faktı nəzərə alınmamışdır. Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsinə görə belə halda işinin azad olunmasına qanunvericilik yol vermir. Uşaq azyaşlıdır. Bildirilir ki, iddiaçının *7.*4.2*25-ci il tarixli, 45 saylı əmrlə işdən çıxmağı barədə məlumatı olmamışdır. Məlumat əldə edən kimi X13 Xidmətinə və müvafiq qanunvericiliyə əsasən Mediasiya təşkilatına müraciət etmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Bunu ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə *6 may 2*25-ci il tarixli, MŞS/MT*3*/2*25/**7*4 saylı arayış təsdiq edir.
11. Sumqayıt Şəhər Məhkəməsinin 28.*8.2*25-ci il tarixli, 2(*6*)-3887/2*25 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim Aynur Behbudova).
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsini “c” bəndinə, 296-cı maddəsinin 1-ci hissəsinə, 79-cu maddəsinin 1-ci hissəsinə, 65-ci maddəsinin 1,2,3,4,5-ci hissələrinə, 79-cu maddəsinin İ hissəsinə, 3**-cü maddəsinin 1 və -2-ci hissələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 28.*8.2*25-ci il tarixli, 2(*6*)-3887/2*25 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilərkən maddi hüquq normalarının tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının övladlarının məktəb yaşlarına çatması və digər imtiyazlarının olmaması, bundan əlavə iddiaçının məhkəmə iclasında iddia tələbinin hüquqi əsası olaraq ona qarşı hər hansı atesstasiya vaxtı qərəzin olmaması, sualları həyəcanlı olduğu üçün cavablandıra bilməməsi və sair hallar qeyd etməsi onun tərəfindən verilmiş iddia tələbinin əsassız olmaqla, əmək müqaviləsinin ləğv edilməsi barədə əmr qanuni olmasına əsas verir. Məhkəmənin bu mövqeyini əsassız hesab edir. Attestasiya zamanı komissiya tərəfindən ona qarşı qərəzli mövqe nümayiş etdirilmiş və ona verilmiş suallardan bəziləri ixtisasına uyğun olmamışdır. Belə ki, onun ixtisası musiqi nəzəzəriyyəçısi olsa da, atesstasiya zamanı ona nəzəri suallardan əlavə ixtisasına uyğun olmayan suallar verilmişdir.
15. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilməlidir. Bundan başqa, himayəsində iki azyaşlı uşağı var, həyat yoldaşım 2*18-ci il də vəfat etdiyi üçün uşaqlarını təkbaşına böyüdür, özü ağır şəkər xəstəsidir. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını tam və obyektiv şəki ldə araşdırmamış, istinad edilən maddi hüquq normalarının tələblərini kobun şəkildə pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
18. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımı qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmişdir.
19. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 2*. Maddə 35. (İ, İİ və Vİİ hissələri) Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.
Azərbaycan Respublikası Əmək Məcəlləsi
21. Maddə 65. İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri
1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.
2. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.
3. İşəgötürənin əmri (sərəncamı, qərarı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.
4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla, qərarla) müəyyən edilir.
5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. ....
22. Maddə 7*. İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin əsasları Əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: ... c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ...
23. Maddə 79. Əmək müqaviləsinə xitam verilməsi qadağan edilən işçilər və hallar
1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi iş yeri olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-1** faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin; ; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verilməsi qadağandır. ...
24. Maddə 3**. Əmək müqaviləsinə xitam verilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Maddə 384.*.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 3*. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2* may 2*11-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
33. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 28.*8.2*25-ci il tarixli, 2(*6*)-3887/2*25 nömrəli qətnaməsi tam mübahisələndirmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşır.
36. İşin hallarına görə İddiaçı *1.*9.1998-*7.*4.2*25-ci illərdə Cavabdehndə Musiqi nəzəriyyəsi müəllimi vəzifəsində işləmiş, attestasiya imtahanından keçə bilməmiş, *7.*4.2*25-ci il tarixli 45 saylı əmrlə həmin tarixdən ƏM-nin 7*-ci maddəsini “c” bəndinə əsasən işdən azad edilməyi əmr edilmişdir.
37. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan iddiaçı hazırki apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək dəlillərində himayəsində iki azyaşlı uşağının olmasına, həyat yoldaşının 2*18-ci ildə vəfat etdiyi üçün uşaqlarının təkbaşına böyütməsinə istinad etmişdir.
38. Kollegiya apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, Əmək Məcəlləsinin 79.1-ci maddəsinə əsasən, işəgötürən tərəfindən yeganə qazanc yeri işlədiyi iş yeri olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verilməsi qadağandır.
39. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Təhsil haqqında Qanunun 18.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə edir. Göründüyü kimi apellyator qeyd olunan şəxslərin dairəsinə düşmür. 4*. Apellyasiya şikayətinin dəlillərində iddiaçı həmçinin göstərmişdir ki, attestasiya zamanı komissiya tərəfindən iddiaçıya qarşı qərəzli mövqe nümayiş etdirilmiş və ona verilmiş suallardan bəziləri ixtisasına uyğun olmamışdır.
41. Kollegiya bu dəlillə bağlı qeyd edir ki, apellyator imtahan zamanı ona qarşı qərəzli münasibətə istinad etsə də, həmin faktın olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
42. Qeyd olunanlarla yanaşı, məhkəmə araşdırmaları zamanı həm də əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Əmək münasibətlərinə xitam verilməsi zamanı qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Belə ki, iş materiallarına əlavə olunmuş AR Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarına əlavə attestasiya vərəqəsindən görünür ki, İddiaçı Sumqayıt Musiqi Texnikumunda 1999-cu ildə musiqi nəzəriyyə ixtisasını bitirmişdir. Ümumi əmək stajı 26 ildir. Attestasiya keçirilən zaman Səid Rüstəmov adına 3 saylı Uşaq İncəsənət Məktəbinin nəzəriyyə şöbəsinin müəllimi olmuşdur. Ümumi 23 sual verilmiş, onlardan 7 suala cavab verilmişdir. Attestasiya nəticəsinə görə *7.*4.2*25- ci il tarixli əmrlə tutduğu vəzifədən azad edilməyi qərara alınmışdır.
43. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin mövqe ilə razılaşaraq hesab edir ki, iddiaçının *7.*4.2*25-ci il tarixli əmrlə tutduğu vəzifədən azad edilməsi attestasiya nəticəsinə adekvat olmuşdur.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
45. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
47. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.*.1, 392- 393 və 4*5.*.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 28.*8.2*25-ci il tarixli, 2(*6*)-3887/2*25 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.